- 1 -
Ənənəvi və interaktiv təlim metodları: müqayisələr və paralellər.
Nuralı Zərbalı oğlu Çələbiyev
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
AMİ-nin Şəki filialı
(050)430-26-65 və n_chelebiyev@mail.ru
Açar sözlər:
ənənəvi təlim,
interaktiv təlim, təlim metodları, dərs tipləri, innovasiya,
texnologiya.
Ключевые слова:
традиционное обучение, интерактивное обучение,
методы
обучения, типы урока, инновация, технология
Key words:
traditional training, interactive training, teaching methods,
the types of
lessons, innovation, technology.
Müasir dövrdə informasiya –kommunikasiya texnologiyalarının sürətlə inkişaf etməsi
müxtəlif elm sahələrinə aid biliklərin həcminin və onların mənbələrinin artmasına, cəmiyyətdə
informasiya partlayışına
səbəb olmuş, bu biliklərin qeyri- ənənəvi təlim metodları əsasında
mənimsədilməsi istiqamətində tədqiqatlar genişlənmişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil
sisteminin institutsional əsaslarının inkişaf etdirilməsi, innovativ təlim metodları və
texnologiyalarının tətbiqinin genişləndirilməsi yolu ilə səriştəyə əsaslanan şəxsiyyət və
nəticəyönümlü təhsil modelinin yaradılması strateji hədəf kimi qarşıya qoyulmuşdur.
Sinif-dərs sisteminin meydana gəldiyi XVII əsrdən sonrakı
yüzilliklər ərzində əyani-
illüstrativ təlim, proqramlaşdırılmış təlim, problemli təlim, alqoritmləşdirilmiş təlim,
differensiallaşdırılmış təlim və s. kimi müxtəlif təlim tipləri meydana gəlsə də, onların heç biri
pedaqoji praktikada tam vətəndaşlıq
hüququ qazana bilməmiş, bəziləri isə öz didaktik dəyərini
çoxdan itirmişdir.
Milli təhsil sistemində həyata keçirilməkdə olan innovasiya prosesləri təlim-tərbiyənin
məqsədi, məzmunu və metodlarına, müəllimlə şagirdlərin birgə fəaliyyətinin təşkilinə yeni
yanaşmalarla müşayət olunur. Təhsilin məzmununda innovasiya prosesləri öz mahiyyəti etibarı
ilə müasir pedaqogikanın iki mühüm probleminin: a) qabaqcıl və mütərəqqi pedaqoji təcrübənin
öyrənilməsi, ümumiləşdirilməsi və genişləndirilməsi, b) pedaqogika-psixologiya
elmlərinin
naliyyətlərinin pedaqoji praktikaya tətbiqi problemlərinin həllini nəzərdə tutur.
Əsrlər boyu cəmiyyətin sosial sifarişini yerinə yetirən məktəb təhsili çox geniş təkamül
yolu keçmiş, təlimin çoxsaylı ümumdidaktik metodları formalaşmışdır. 1930-cu illərdən sonra
təlimin illüstrativ-əyani, evristik, tədqiqatçılıq, reproduktiv, praktik, problemli axtarış, sözə
əsaslanan,
müstəqil iş, məntiqi, şagirdlərin təlim-idrak fəaliyyətinin stimullaşdırılması və
motivləşdirilməsi, nəzarət və özünənəzarət və s. kimi onlarla metodlar sistemi yaradılmışdır.
- 2 -
Ənənəvi pedaqogikada 50-dən artıq təlim metodu və hər bir metoda aid çoxsaylı priyomlar
mövcuddur. Onların təsnifatında perspeptiv, idarəedici, məntiqi, qnostik və kibernetik olmaqla
beş əsas yanaşma və təsnifat meyarlarından istifadə olunur. Ənənəvi təlim metodlarının hər
birində şagirdlərin və müəllimlərin fəaliyyətinin xarakteri konkret olaraq müəyyənləşdirilmişdir.
Bu cəhətdən görkəmli rus didaktları İ.Y.Lerner və M.N.Skatkinin beş əsas qrupda
cəmləşdirdikləri (informativ-reseptiv, reproduktiv,
problemli şərh, evristik, tədqiqatçılıq) təlim
metodları geniş yayılmışdır. Ənənəvi təlim daha çox özünün imperativ xarakteri-uşaqların
şəxsiyyət xüsisyyətlərinin, təlabatları nəzərə alınmadan həyata keçirilən pedaqoji təsirə əsaslanır.
Belə yanaşmada təlim motivlərinə və ya digər fəaliyyət növlərinə diqqət yetirilmir, uşağın özünə
işə dəyişdirilmə, müəllimin tələblərinə tabe edilmə obyekti kimi baxılır.