25
Ümumilli liderimiz H.Əliyev məruzə və çıxışlarında, habelə gənclərlə,
ordu sıralarında xidmət edən əsgərlərlə görüşlərində gənc nəslin milli
ruhda tərbiyə olunmasında mədəniyyətimizin, mənəvi dəyərlərimizin
müsbət təsirini xüsusi vurğulayaraq demişdir. “ Biz öz milli-mənəvi
dəyərlərimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-
ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıblar və bunlar indi bizim
xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. O, Azərbaycan
Respublikası gənclərinin I forumundakı məruzəsində qürurla
söyləmişdir: “Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş
gənclər heç vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz.
Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi
dəyərlərimizin əsasinda tərbiyələnməlidirlər. Gənclərimiz bizim
tariximizi , dilimizi, keçmişimizi, milli dəyərlərimizi yaxşı bilməlidir.
Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc
vətənpərvər ola bilməz.”
Bu fikirlər bir daha göstərir ki, milli-mənəvi dəyərlər xalqın mənəvi
sərvəti, mənəvi xəzinəsidir.
Gənc və yeniyetmələrin dünyagörüşünün, mənəvi aləminin,
vətənpərvərlik hisslərinin inkişaf etdirilməsində milli-mənəvi dəyərlərin
rolu çox böyükdür. Milli-mənəvi dəyərlər xalq yaradıcılığında,
folklorumuzda təşəkkül tapıb inkişaf etdirilən və nəsildən-nəsilə
ötürülərək bu günümüzün mədəni tərəqqisində misilsiz əhəmiyyət
daşıyan keyfiyyətlərdəndir.
Qədim adət-ənənələrimiz mədəniyyətin hər bir sahəsinin, eləcə də
mədəniyyət evlərinin, saraylarının, muzeylərinin, kitabxanalarının işinin
təşkilində diqqət mərkəzində olmalıdır. Soydaşlarımızın mənəvi
tərbiyəsi, maariflənməsi, şəxsiyyətin formalaşması və asudə-vaxt
problemi mədəniyyət müəssələrinin ən ümdə fəaliyyət sahəsi olan bədii-
kütləvi iş ilə sıx bağlıdır.
Milli adət-ənənələr və unudulmuş folklor nümunələrimizin tədqiqi,
bərpası, xalqı düşündürən, onun sevinc və kədərinə səbəb olan
hadisələrin tədbir şəklində ifadəsi, unudulmaz və əlamətdar hadisələrin
kütləvi şəkildə qeyd edilməsi bədii-kütləvi işin vəsifəsi, insanların asudə
vaxtlarının düzgün həlli, mədəni səviyyələrinin yüksəldilməsi, istirahət
və əyləncəyə, bayram şənliklərinə cəlb edilməsi isə onun əsas
mahiyyətidir.
Şəhər və rayon mədəniyyət evləri, sarayları, klubları, muzey və
kitabxanalarının, istirahət və və mədəniyyət parklarının, olimpiya
komplekslərinin, turizm mərkəzlərinin fəaliyyətinin məğzini təşkil edən
26
bədii-kütləvi iş cəmiyyətin mədəni həyatını zənginləşdirir, istirahətinin
mənalı və səmərəli keçməsinə yardımçı olur.
Respublikamızda elə bir şəhər, rayon, qəsəbə və kənd yoxdur ki, orada
müxtəlif səpkidə kütləvi tədbirlər təşkil olunmasın.
Bədii-kütləvi iş mədəniyyət müəssələrinin əsas fəaliyyət sahəsi olmaqla
yanaşı, təbliğat, təşviqat və incəsənət sahələrini əhatə edərək, əsasən iki
hissəyə bölünür:
I-sadə iş üslubu olub, illüstrasiyalardan istifadə etməklə tematik gecə və
konsertlərin , şifahi jurnalların və digər kütləvi tədbirlərin kino-konsert
zallarında (qapalı binalarda) keçirilməsidir;
II-mürəkkəb iş üslubu olub, meydanlarda, park və xiyabanlarda təşkil
olunan bayramları, gəzintiləri, və digər kütləvi tədbirləri nəzərdə tutur.
Belə tədbirlərdə bədii-kütləvi işin başlıca sahəsi olan teatrlaşdırmadan
geniş istifadə edilir.
Xalqımızın milli, tarixi-ənənələri bayramları və mərasimləri kütləvi
tədbirlər içərisində xüsusi yer tutur. Bu bayramlarda qədim
mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı milli adət və ənənələr,
bədii sərvətlər, tarixi hadisələr əks olunur. Bayram və mərasimlər
həmçinin, insanların hiss və duyğularına təsir göstərir, mənəvi
keyfiyyətlərini, formalaşdırır, cəmiyyətin mədəni həyatını zənginləşdirir,
istirahətin, asudə vaxtın mənalı, səmərəli keçməsinə xidmət edir.
Bayramların mənəvi dəyərini yüksək qiymətləndirən fransız filosofu
J.J.Russo demişdir: “Əgər xalqı zəhmətkeş və yaradıcı etmək
istəyirsinizsə, ona bayram etmək imkanı verin”.
Platon bayramları dövlətin sabitliyi hesab edərək göstərirdi ki, tərbiyə
işində buraxılan qüsurları bayramlar vasitəsilə düzəltmək mümkündür.
Aristotelə görə isə, insan təbiəti elədir ki, o təkcə zəhmət çəkmək deyil,
həm də öyrənmək və bayram etmək istəyir. Buna onun hərtərəfli haqqı
var.
Göründüyü kimi, bayram və mərasimlər insan həyatını mənalandıran
başlıca amillərdəndir. Burada onlar görüsür, ünsiyyət qurur, sevinc və
kədərlərini bölüşdürürlər.
Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, Respublika günü,
Qurtuluş günü, Konstitusiya günü və s. bu kimi bayramlarımız və tarixi
günlərimizlə yanaşı, cəmiyyətin hər bir inkişaf mərhələsində digər
mədəniyyətlərə inteqrasiyamız genişləndikcə, həyatımıza və məişətimizə
yeni beynəlxalq bayram və tarixi günlər də daxil olur. Onların bəzilərinin
kökləri qədim dövrlərə təsadüf etsə də, ölkəmizdə son zamanlardan bəri