Yaddaşlarda yaşayacaq
29
xalq qəhrəmanı Mehdinin həyatı və müharibədə keçdiyi dö-
yüş yolunun ayrı-ayrı məqamları “Bu günün heçi, gələcəyin
klassiki”, “Keçilən dərslərdən sağ qalmayacağım aydındır”,
“İnsan insana canavardır”, “Casus axtarışı işi”ndən “Geroy”a
qədər”, “Mehdi kinodakı kimi ölməyib?”, “Anjelika “Mixay-
lo”dan danışdı”, ”Mixaylo” kinoteatrı partladandan sonra
ağlayırdı”, “Nasistlərin ürəyinə saplanan xəncər”, “Mixaylo”
haqqında yazının sonu” adlı yazılardan boylanır.
Kitabda maraqlı insanlar haqqında dəyərli məlumatlar
verilmişdir. Siyasət və dövlət adamlarından Dadaş Aslanov,
Həbibə Həsənova, Şıxəli Qurbanov, Qəzənfər Məmmədov,
Sabit Orucov, Süleyman Rüstəmzadə, Məhəmmədəli Rə-
sulzadə, Cəfər Vəliyev, Hüseyn Zeynalov, rəhbər vəzifədə
çalışanlardan Böyükağa Ağayev, Vaqif Ağayev, Nadir Ba-
lakişiyev, Məmməd Dadaşov, Balaəli Əliyev, Əlikövsər
Əliyev, Əliqardaş Xıdırov, Məmməd Məmmədzadə və b.
haqqında maraqlı yazılar diqqəti çəkir.
Tanıdığım şairlərdən Ümmügülsüm, Süleyman Rüstəm,
Nadir Ağayev, Ruhulla Qafil, İlqar Bizəban, Arif Bahadı-
roğlu və başqaları haqqında məlumat və şeirlərindən nümu-
nələr verilmişdir.
Tanınmış rəssamlardan Əzim Əzimzadə, Nazim Bəykişi-
yev, Elçin Cabbarov, Cavanşir Dadaşov, Bədurə Əfqanlı və
b. bəstəkarlardan Aqşin Əlizadə və Sərdar Fərəcov, müğən-
nilərdən Nadir Ağayev, Ağaverdi Məmmədov və Qismət
Məmmədzadə, mədəniyyət xadimlərindən Məhərrəm Bə-
dirzadə, Əliabbas Əliyev, Ramiz Məlik, Arif Teymurov,
Nazim Zeynalov və b. haqqında onların həyatını, fəaliyyəti-
ni işıqlandıran məqalələr də diqqəti çəkir.
Kitabda din xadimlərinin həyat fəaliyyətini açıqlayan ya-
zılarda müqəddəs yolun yolçuları: Məmmədzadə Axund
Molla Ruhulla, Hacı Hatəm Mirzəyev, Hacı Molla Kərəm,
Hacı Faiz və b. eləcə də Şeyxülislam Əliağa Süleymanzadə
təqdim olunurlar.
Bu bölümdəki yazıların müəllifləri Vaqif Ağayev, Əliab-
Sona Xəyal
30
bas Əlimədətoğlu, Hacı Arif Bahadıroğlu, Nəriman Qəhrə-
manlı, İlham Əzimov, Təbriz Vəfalı, Hacı Gülhüseyn Nov-
ruzoğlu, Hacı Cavanşir Manafov, Lalə Əsgərova, Nailə Ba-
lakişiyeva, Fikriyyə Balakişiyeva, Vaqif Şadlinski, Mailə
Muradxanlı, Nurlan Atamoğlanlı, Hacı Rahim Babayev,
Məmmədəli Əliyev, Reyhan Müslümova, Mirsəməd Cəfərli,
Nurəddin Həbibov, İlqar, Məlikəjdər Ağabəy oğlu, Vaqif
Böyükağa oğlu, Qılman İlkin, Zərifə Nəcəfova, Rafiq Meh-
diyev, Fətulla Fəcri, Məlahət Əliyeva, Məmməd Kazımov,
Nəzakət Qurbanqızı, R.Kərimov, Araz Rüstəmov, Könül
Nemətova, Şamil Salmanov, Gülrəna Qacar, Gülarə Sadıq-
zadə, Elçin Novruzov, Nəcibə Əhmədova, Hafiz Sadıq,
Telli Pənahqızı və S.Zeynalovdur.
Kitabdakı maraq doğuran bölümlərdən biri də “Gəncləri-
miz”dir. Vaqif Ağayevin bu yazısında səkkiz gənc haqqın-
da məlumat verilmişdir: Vüqar, Zöhrab, Rüfət, Mühəmmə-
dəmin kimi idmançılar, Kanadada və Hindistanda keçirilən
beynəlxalq biologiya olimpiadasında gümüş medala layiq
görülən Camal, taxta üzərindəki oyma işləri ilə evləri bəzə-
yən Həsənağa, əsərləri bir çox sərgilərdə fəxri diplomlara
layiq görülən Vasif, tərcüməçilik sənətini seçən Zaur.
Üçüncü bölüm “Bərəkətli-çörəkli torpaq” adlanır. Bura-
da “Abşeron”, “XVII və XVIII əsrlərdə Bakı və Abşeronda
cərəyan edən siyasi durumdan bəzi faktlar”, “Novxanı kən-
di”, “Siyangöl–şəhər tipli qəsəbə”, “Novxanılılar”, “Xəzri-
Giləvar”, “Qış tədarükü”, ”Qoyunçuluq”, “Taxılçılıq”, “Ba-
lıqçılıq”, “Xalçaçılıq və toxuculuq” adlı ayrı-ayrı yazılarda
Bakının 34 kəndinin adı çəkilir, Abşeronun ictimai-siyasi
vəziyyəti açıqlanır, Novxanı, onun kənd təsərrüfatı və səna-
ye əhəmiyyətli sahələri haqqında məlumatlar verilir. Vaqif
Ağayev bu yazını hazırlarkən, tarix elmləri namizədləri To-
fiq Babayevin, Təvəkkül Şağani–Səlimovun və İdris Əliye-
vin elmi məqalələrindən istifadə etdiyini qeyd etmişdir.
Vaqif Ağayevin “Sosial-iqtisadi problemlərin həlli” adlı
yazısında adından göründüyü kimi bu sahədə görülən işlər
Yaddaşlarda yaşayacaq
31
işıqlandırılmışdır. “Novxanı və Siyan yer-yurd adlarının mən-
şəyi haqqında” bölümündə isə Vaqif Ağayev, Arif Bahadır-
oğlu, Məzahir Hacıyev və Əhməd Cabbarov müxtəlif fikirləri
çözələyərək, bu sözlərin mənasını açıqlamağa çalışmışlar.
Növbəti bölüm “Memarlıq abidələri”dir. Burada Novxa-
nının memarlıq quruluşundan, məscidlərdən, Axund Əbil
sərdabəsindən, hamam və ovdanlardan söz açan Nəriman
Qəhrəmanlı mövzunu əhatə etməyə çalışmış, öz qənaətlən-
dirici fikirlərini oxucularla bölüşmüşdür.
“1918-ci ilin soyqırımı”, “1937-ci il–Repessiya. Bura
Vətəndir!”, “Böyük Vətən Müharibəsinin (1941-45) iştirak-
çıları”, “Qarabağ şəhidləri” bölümlərində Novxanı kəndi-
nin qəhrəman övladlarından, onların göstərdikləri şücaət-
dən, mətanətdən bəhs olunur. Burada təkcə bir kəndin deyil,
bütövlükdə Azərbaycanın unudulmaz dərdləri, tökülən qan-
lar, güllələnən talelər səhifələnib.
“Şairlər” bölümündə novxanılı şairlərin şeirlərindən nü-
munələr, “Həmkəndlilərimizin əhvalatları” bölümündə isə
Lalə Abuzərovanın, Arif Teymurovun, Molla Rövşənin,
Vaqif Ağayevin, Mirsəməd Səfərlinin, Cavanşir Manafo-
vun, rəssamlardan Elçin və Zöhrab Cabbarovların qələmə
aldıqları lətifələr, Vaqif Ağayevin “Son söz əvəzi”ndə kita-
bın təsviri, kitabın işıq üzü görməsində zəhməti olan insan-
lar haqqında məlumat, kitabın sonunda “Əlavələr”də isə
müxtəlif illərin statistik məlumatları verilmişdir.
Kitab təkcə bir kəndi əks etdirmir. Burada Azərbaycanın
tarixinə qısa bir baxış var. Burada Azərbaycan xalqının
milli adət-ənənələrinin əksi var. Burada mənəvi dəyərləri-
mizə hörmət və rəğbətin ifadəsi var. Kitab hər bir Azərbay-
can vətəndaşının kitabxanasında ön rəflərdən birində yer
tuta bilər. Kitabın işıq üzü görməsində böyük zəhməti olan
bütün vətənpərvər insanlara dərin təşəkkürümüzü bildirir,
və onları təbrik edirik.
“Haqqın sədası” qəzeti, 10.08.10.
Dostları ilə paylaş: |