Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
131
Fəzlullah Rəşidəddin (1247-1318) Oğuzun Arran və
Muğan tərəfə yürüşü barədə məlumat verərək bildirir ki, «Oğuz
həmin yayı Aladağdakı yaylaqda keçirdi. Oradan Bağdad,
Gürcüstan, Diyarbəkr və Rakka (Suriyanın şimalında şəhər –
Q.H.) tərəfə elçilər göndərib xəbər verdi ki, oralara gələcək….
Bu ölkələrə elçi göndərəndən sonra qışlamaq üçün Arran və
Muğan tərəfə yollandı. Kür və Araz çayları arasında özünə yurd
və qərargah seçdi və qışı orada keçirdi (47, s.22).
Əl-İdrisi bildirir ki, «Bayandur xan Gürcüstandan vergiləri
yığmaq üçün bütün bəyləri toplamışdı. O, qəmgin idi, çünki heç
kim sərhəddi keçmək istəmirdi. Nəhayət, Qorqud Begil adında
bəyi razı saldı, özü ona qılınc verdi, barmağına qolçaq taxdı,
əmr etdi cəsur at gətirdilər, onun yurtunu çıxardı və bəyi Bərdə
və Gəncəyə göndərdi ki, oğuz ilini qorusun» (əl-İdrisi izah edir
ki, oğuzların torpağını qorumaq üçün onların hökmdarı
tərəfindən təyin edilmiş xüsusi adamlar olurdu) (181, s.365).
Mənbələrdə və tədqiqatlarda səlcuqların gəldiyi ilk
dövrlərdə Arran şəhərlərinin böhranlı vəziyyətdə olması
haqqında məlumat verilir (182; 217; 301; 309, s.60-61).
Beləliklə, Bərdə şəhəri X əsrdə keçirdiyi ağır böhrandan
sonra uzun müddət bərpa olunmadı. O, əsrin sonlarında ölkənin
siyasi, iqtisadi və mədəni həyatında heç bir roly olmayan şəhər
kimi qaldı.
3.5. Bərdə şəhərinin yenidən dirçəlməsi və sonrakı ta-
rixi (XII-XIX əsrlər).
XII əsrin birinci yarısından etibarən Bərdə Azərbaycan
Atabəyləri dövlətinin təkibində idi (14, s.15; 180; 132, s.250;
263, s.18). Belə ki, 1136-cı ildə Səlcuq sultanı Məsud
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
132
Arranı iqta kimi atabəy Şəmsəddin Eldənizə bağışlamışdı.
İqamətgahı Bərdədə yerləşən Eldəniz tezliklə yerli əmirləri öz
tərəfinə çəkdi, özü də sultana xidmət asılılığından çıxdı. O,
tədricən bütün Azərbaycana yiyələndi (4, s.140; 14, s.44; 132,
s.250; 180; 182, s.144; 301).
Azərbaycan Atabəylərinin ilk iqamətgahlarından biri
olmuş Bərdənin şəhər siması bərpa edildi. Şəmsəddin Eldənizin
iqamətgahı on ilə qədər (1136-1146) Bərdədə yerləşdi (14, s.15).
Arxeoloji qazıntılar zamanı Atabəylərə məxsus olan
sikkələrin və digər əşyaların aşkar edilməsi göstərir ki, Bərdə
həmin dövrdə həqiqətən şəhər kimi varlığını saxlamış və hətta
orada sikkə də zərb edilmişdir (322, s.220; 366).
Atabəylər dövlətinin paytaxtı Naxçıvana köçürüldükdən
sonra Bərdə şəhərinin həyatı əsrin əvvəllərinədək adi qaydada
davam etdi. Lakin monqolların hücumu hər şeyi alt-üst elədi (8,
s.137-145; 180; 284, s.167; 365, s.28). Gəncəli Kirakos yazır ki,
İberlər taciklər üzərində qələbəsini təntənə ilə qeyd edən zaman
(1220-ci il) yaxşı silahlanmış, çoxsaylı dəstələrdən ibarət olan
qoşun gözlənilmədən gəldi, Dərbənd qapılarından keçərək,
güclü həmlə etməklə Albaniya ölkəsini dağıtdı, İberiyaya və
digər yerlərə hücum etdi (8, s.137-145). Yol boyu rast
gəldiklərinin hamısını qılıncdan keçirdilər. Adamları da,
heyvanları da, hətta itləri də öldürürdülər. Onlar atlardan başqa
heç nəyə, qiymətli geyimlərə, digər əmlaka məhəl qoymurdular.
Onlar tezliklə Tiflis şəhərinə yaxınlaşdılar, ancaq Albaniya
ölkəsinə qayıdaraq Mokok şəhərinin ərazisində yerləşdilər…
Onlar iki şəhər: Beyləqanla Bərdə arasındakı bataqlıq və meşəlik
yerlərdən keçərək, Beqamec adlanan yerlərdən cəsarətli hücum-
lar etdilər və çoxlu sayda vilayətləri dağıtdılar (284, s.117).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
133
Fəzlullah Rəşidəddinin məlumatı: «Ölkələr tutulan zaman
çoxlu əhalisi olan böyük şəhərlərdə elə qırğın olmuşdu ki, tək-
tük adam sağ qalmışdı. Bəlx, Marağa, Ərdəbil, Bərdə, Gəncə,
Bağdad … və bu şəhərlərə aid olan vilayətlərin çoxu buna misal
ola bilər» (5, s.281-282; 365, s.28).
Monqolların birinci yürüşü başa çatan kimi şimaldan
qıpçaqların hücumu başlandı (1221-ci ildə) (8, s.145; 100, s.21;
217, s.183; 365, s.31).
Gəncəli Kirakosun yuxarıda verdiyi məlumatdan fərqli
olaraq, əl-Əsir bu barədə bildirir: «qıpçaqlar Bərdəyə
yollandılar, onlar oradan Küşxərəyə müraciət etmişdilər ki,
gürcülərə qarşı birlikdə hərəkət etmək və onlardan qisas almaq
üçün gürcülərin üstünə gəlsinlər» (100, s.88). Mənbənin verdiyi
məlumata görə, onlar razılığa gələ bilmədilər. Qıpçaqlar
Bərdəni, onun ətrafındakı şəhər və kəndləri qarət edib geriyə
qayıtdılar (8, s.137-143; 100, s.89).
Yaranmış imkandan istifadə edən gürcülər də Azərbayanın
şəhərlərinə talançı basqınlar etdilər. Əl-Əsir gürcülərin
Azərbaycana basqınlarından bəhs edərək yazır: «1222-ci ilin
ramazan (fevral) ayında gürcülər öz ölkələrindən Arran ölkəsinə
hərəkət etdilər və Beyləqan şəhərinə gəldilər. Qıpçaqlar
getdikdən sonra, xilas ola bilmiş sakinlər geriyə qayıdıb şəhərin
dağıdılmış divarlarını mümkün olduğu qədər bərpa etdilər. Bu
zaman gürcülər gəlib şəhərə girdilər və ona sahib oldular» (8,
s.149-150; 100, s.148; 359, s.89).
XIII əsr müəllifi ən-Nəsəvinin yazdığına görə, 1225-ci ildə
Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin əmir Urxanın
rəhbərliyi altında Arrana qoşun göndərdi. Onlar Gəncəni və
onunla birlikdə Bərdəni, Beyləqanı, Şəmkiri istila etdilər (8,
s.150; 48, s.22; 190, s.163; 217, s.184; 341,
Dostları ilə paylaş: |