Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   2   3   4   5   6   7   8   9   ...   47

kürəkənlərindən narazı deyildi. Ancaq oğlu... Nə isə, bu haqda danışmağa 
dəyməz... 
Ah, zəmanə, zəmanə... O vaxt cəbhədən qayıdanda yolda Tanabaya elə  
 
gəlirdi ki, həyat təzədən başlanır. Ürək sevinclə dolu idi, ümidlə dolu idi. 
Böyük stansiyalarda qatarı çalğı ilə qarşılayırdılar. Evdə onu arvadı  
 
gözləyirdi, oğlu səkkiz yaşa keçmişdi, o il məktəbə gedəcəkdi. Həmin o sevinc 
dolu qatarda Tanabay sanki, təzədən doğulub gəlirdi, sanki, indiyəcən  
 
heç nə olmamışdı. Hər şey bundan sonra olacaqdı. Tanabay yalnız gələcək 
barəsində düşünmək istəyirdi və gələcək ona aydın görünürdü: yaşamaq lazım  
 
idi, uşaqları böyütmək, təsərrüfatı dirçəltmək, ev tikmək – bir sözlə yaşamaq 
lazım idi. Tanabay yaşamaq istəyirdi və bundan sonra gərək heç nə ona  
 
mane olmayaydı. Axı bu həyatın naminə insanlar ömrün neçə-neçə illərini bada 
vermişdilər. O illəri insanlar bu həyatın naminə yaşamışdılar, cəbhədə  
 
bundan ötrü ölmüşdülər, bunun üçün qalib gəlmişdilər. 
Amma yox, Tanabay tələsmişdi. Tanabay çox tələsmişdi – o xoş gələcəyin naminə 
hələ çox illər  
 
bada getməli idi. 
Əvvəl Tanabay dəmirçixanada gürzvuranlıq elədi. Bu işdə onun az-maz səriştəsi 
vardı. Gürzü əlinə aldığı gündən səhərdən-axşamacan o,  
 
dəmirçiyə divan tutdu; Tanabay bir ucdan döşədi, dəmirçi güc-bəla ilə onunla 
ayaqlaşmalı oldu. Bütün dərdi-sərlərin səsini kəsən o zindan guppultusu  
 
hələ də Tanabayın qulağında idi. Çörək yox, paltar yox, arvadlar qaloş 
tapırdılar, geyməyə corab tapmırdılar. Uşaqlar qənd nədir, bilmirdilər. 
Kolxoz  
 
xirtdəyəcən borc içində idi, banklardan haqq-hesab üzülmüşdü və bütün bu 
dərdlərdən üz çevirmək üçün zindan Tanabaya kömək eləyirdi. O vururdu,  
 
zindan cingildəyirdi, göy qığılcım ətrafa səpələnirdi. “Ax, ax, ax! – çəkici 
qaldırıb sala-sala Tanabay fıs-fıs fısıldayırdı və düşünürdü: – hər şey  
 
yaxşı olacaq. Əsas məsələ odur ki, davada məğlub olmadıq, qələbə çaldıq, 
qələbə!” Çəkic isə aramsız təkrar eləyirdi: “Qələbə, ləbə, ləbə, ləbə!” O  
 
vaxt hamı qələbə havası ilə yaşayırdı, qələbə çörək olmuşdu. 
Sonra Tanabay ilxıçı olub dağlara köçdü. Bu işi onun boynuna Çoro qoymuşdu. 
Onda  
 
rəhmətlik Çoro kolxoz sədri idi, ürəyi xəstə olduğundan onu əsgər 
aparmamışdılar, boya-boy bütün davanı sədrlik eləmişdi. Müharibənin əzab-
əziyyətinə  
 
düşməsə də, Çoro bərk qocalmışdı. Bunu Tanabay davadan gələn kimi hiss elədi. 
Zindanı qoyub ilxı dalınca getməyə Tanabayı heç kəs yollaya bilməzdi.  
 
Ancaq Çoro onun köhnə dostu idi. Lap o zamanlar – hələ komsomol vaxtlarında 
onlar camaatı kolxoza cəlb etmək üçün birgə təbliğat aparmışdılar,  
 


qolçomaqların atasını birlikdə yandırmışdılar. Xüsusən Tanabay o vaxtlar çox 
dəliqanlı idi. Qolçomaq siyahısına düşənlər onun əlindən heç vaxt can  
 
qurtarmamışdılar... 
Çoro gəlib dəmirçixanadaca ilxını Tanabayın boynuna qoydu, razılıq alıb 
ürəkdən sevindi, üstəlik gülümsədi də. 
– Qorxurdum ki, səni  
 
zindandan qopartmaq çətin olsun, – dedi. – Qorxurdum ki, razılıq verməyəsən. 
Çoro xəstə idi, Çoroda can qalmamışdı. Boynu nazilmişdi, daha da  
 
uzanmışdı; batıq ovurdları qırış-qırış olmuşdu. Hava isti olsa da, o öz yun 
köynəyində idi. O köynək yay-qış Çoronun əynindən çıxmırdı. 
Onlar  
 
dəmirçixanadan azca aralıda, arxın qırağında çömbəlib oturmuşdular. Söhbət 
eləyirdilər. Tanabayın yadına dostunun cavanlığı düşürdü. O vaxt Çoro  
 
kənddə hamıdan savadlı idi, uca boyu, yaraşıqlı qəddi-qaməti vardı. Tərbiyəli 
və təmkinli olduğuna görə hamı Çoroya hörmət eləyirdi. Ancaq onun  
 
yumşaq xasiyyəti Tanabayın xoşuna gəlmirdi. Sinfi düşmənə qarşı mübarizədə 
yumşaqlıq göstərdiyinə görə, iclaslarda Tanabay dəfələrlə ayağa qalxıb  
 
Çoronun pişiyini ağaca dırmaşdırmışdı. O zaman Tanabayın əlində belə işlər su 
içmək kimi bir şey idi. Danışırdı, coşurdu, elə bil ki, qəzet oxuyurdu.  
 
Bütün təntənəli yığıncaqlarda eşitdiyi sözlərin hamısını əzbərdən deyirdi. 
Bəzən Tanabayın özü də öz dediyindən qorxurdu, ancaq onun nitq eləmək  
 
qabiliyyətinə heç bir şübhə ola bilməzdi. 
O gün Tanabaydan ilxıya getməyin icazəsini alıb arxın qırağında oturanda 
Çoronun kefi durulmuşdu. 
– Üç gün  
 
bundan qabaq dağa getmişdim, – deyirdi. – Qocalar soruşurdular: əsgər 
gedənlərin hamısı gəlibmi? Bəli, deyirəm, salamat qalanlar gəliblər. Bəs nə  
 
vaxt işdən yapışacaqlar?” İşləyirlər, deyirəm, kimisi çöldə işləyir, kimisi 
tikinti işinə gedir. Deyir: “Bunu biz də bilirik. Bəs ilxı? Əgər bizim  
 
ölməyimizi gözləyirlərsə, bir şey qalmayıb, bu gün-sabah ölüb gedəcəyik”. 
Düzü, utandım. Bu sözlərin dalında bilirsənmi nə gizlənir? Axı o yazıq  
 
qocaları biz dava başlanandan ilxıya göndərmişik. O vaxtdan onlar dağda 
qalıblar. Sənəmi deyim bunu? Özün yaxşı bilirsən ki, ilxıçılıq qoca peşəsi  
 
deyil. Həmişə yəhər üstdə, nə gecəsi, nə gündüzü var. Hələ qışda, gecə 
vaxtları – Allah göstərməsin! Derbişbay yadındadırmı, yazıq yəhərdəcə qupquru  
 
qurudu. Hələ bu yazıqlar müharibə vaxtı nə qədər at öyrədib davaya 
göndəriblər. Gərək canından keçəsən ki, yetmiş yaşda xam atın belinə minəsən 
– o  
 
dağ mənim, bu dağ sənin. Yıxılsa, adamın heç sümüyü də ələ gəlməz. Yenə sağ 
olsunlar ki, dözdülər, ilxını yola verdilər. İndi, Allaha şükür, dava  
 


qurtarıb, cəbhədəkilər qayıdıb gəliblər. Ancaq hamı yaxasını bir tərəfə çəkib 
dayanıb. Gedib xaricdə mədəniyyət görüblər, daha deyirlər, atı-ilxını  
 
bəyənmirik. Ümid sənə qalıb, Tanabay. Sən getsən, o biriləri də birtəhər 
məcbur eləyib yollarıq. 
– Yaxşı, a Çoro, yaxşı, arvadla danışım, görüm nə  
 
deyir. – Tanabay dostuna cavab verirdi, ancaq ürəyində düşünməkdən qalmırdı: 
“Gör dünyada nələr olub, – deyirdi, – sənsə Çoro, elə əvvəlki Çorosan.  
 
Yumşaqlığından, xeyirxahlığından əl çəkməmisən. Kim bilir, bəlkə belə 
yaxşıdır. Müharibədə çox zülmlər görmüşük, nə olar, qoy indi ürəyimiz yumşaq  
 
olsun. Bəlkə əsil doğru yol da elə budur, bəlkə bizə belə olmaq xeyirdir?” 
Onlar bununla da söhbəti qurtarmışdılar, Tanabay dəmirçixanaya gedirdi.  
 
Ancaq Çoro onu çağırıb saxladı. 
– Dayan, Tanabay! – dedi. Atını qabağa sürüb Tanabayın yanında əylədi. 
Yəhərin qaşına söykənib: – Sən məndən  
 
incimirsən ki? – deyə astadan dilləndi. – Bilirsənmi, Tanabay, işdən-gücdən 
başım ayılmır. Neçə vaxtdır görüşməmişik, ancaq vaxt tapıb, oturub bir  
 
əməlli-başlı dərdləşə bilmirik. Deyirdim: dava qurtarar, hər şey yoluna 
düşər, ancaq iş qurtaran deyilmiş. Bəzi vaxt adam gecələr də gözünü yuma  
 
bilmir, beyinə min cür fikir dolur. Necə eləyəsən ki, həm təsərrüfatı 
dirçəldəsən, həm camaata çörək verəsən, həm də bütün bu planları doldurasan.  
 
Üstəlik, camaat da əvvəlki camaat deyil, hamı istəyir ki, yaxşı yaşasın... 
Onlar görüşmək ümidi ilə ayrılsalar da, heç vaxt tapışıb əməlli-başlı  
 
dərdləşə bilmədilər. İllər gəlib keçdi, daha görüşmək mənasız oldu... 
Elə o zaman dağa ilxıçılığa gedəndə qoca Torqayın ilxısında ilk dəfə Tanabay 
yaş  
 
yarımlıq səmənd ayğırı gördü. Atlar sayılıb təhvil alınandan sonra o, qoca 
ilxıçıya söz atdı: 
– Bəs özündən bu dünyada nə qoyub gedirsən, – dedi, – a  
 
kişi? Atların, maşallah, bir-birindən qalıcı deyil. Allah bədnəzərdən 
saxlasın. 
Torqay arıq, kosa kişi idi, uşaq boyda boyu vardı. Başına qoyun  
 
dərisindən papaq qoymuşdu, sanki, kişi iri bir göbələyin altına girmişdi. 
Belə qocalar, adətən, zirək olurlar, tez coşurlar, söz altda qalmırlar.  
 
Ancaq Torqay çox da özündən çıxmadı, təmkinlə Tanabayın cavabını verdi: 
– Olanımız budur, – dedi. – Lovğalanıb döşümüzə döymürük. Özün işlərsən,  
 
görərsən ilxı nədir. 
– Mən, ay ata, elə-belə, sözgəlişi dedim, – deyə Tanabay vəziyyəti dəyişmək 
istədi. 
Torqay papağını gözünün üstündən qaldırdı,  
 
durduğu yerdə dikəlib qamçının dəstəsini qabağa tutdu. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə