Roman, povestlər



Yüklə 3 Mb.
səhifə41/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   37   38   39   40   41   42   43   44   ...   158

 145 

və skeptik deyiləm. Yüksək amala da inanıram. Böyük mənada 

məqsədim də var. Cəmiyyətin məqsədlərini başa düşürəm. 

Xalqımın problemlərini də anlayıram. Ədalətli, azad, gözəl bir 

cəmiyyət. Bərabərhüquqlu insanlar, bərabərhüquqlu millətlər. 

Nə əzən var, nə əzilən. Bütün dünyada sülh və əmin-amanlıq. 

Ən uzaq ölkələrdə belə aclıq, fəlakət, xəstəlik olmasın. Mən 

bütün bunları arzu edirəm. Bu məqsədlərin yolunda, necə 

deyərlər, canımı, qanımı verərəm. Çox yaxşı. Amma bax 

şəxsən mənim, otuz üç yaşlı  tərcüməçi Nemət Namazovun 

konkret məqsədi, işi nə olmalıdır? Mənim nə xüsusi bir parlaq 

istedadım, nə böyük bir bacarığım var ki, xariqüladə  işlər 

görüm. Mənim elədiyim işi isə, başqası da lap gözəl, bəlkə də 

məndən yüz dəfə yaxşı, ya məndən bir az pis, fərqi yoxdur, hər 

halda mənim işimi başqası görə bilər. Bəs mənim necə 

deyərlər, mütləqliyim,  əvəzsizliyim nədir, mənim öz yerim 

hardadır ki, o yerdə  məni heç kəs  əvəz edə bilməz?  Şəxsən 

mənim məqsədim, konkret olaraq mənim məqsədim nədir? 

Maşın almaq? Kooperativ evə yazılmaq? Ya bütün ömrüm 

boyu Murtuz Balayeviçin atmacalarına göz yummaq, Dadaşa 

yarınmaq, Mürşüdün şitliyinə gülmək? Hə? 

—Mürşüd kimdir, Murtuz Balayeviç kimdir, ay Nemət? 

—Tanımasan yaxşıdır, mənim durub-oturduğum 

adamlardır...   

—Pis adamlardır? 

—Nə bilim? Pis adam, yaxşı adam. Məgər bilmək olar, pis 

adam kimdir, yaxşı adam kimdir?   

—Aman allah! Ay Nemət, dünən həmin bu sözləri mən 

özüm bir nəfərə deyirdim. Amma,  Nemət,  axı, vallah, belə 

deyil. Hər halda yaxşı adam yaxşı adamdır, pis adam pis 

adam... 

—Yaxşı, onda bax, mən, pis adamam, yoxsa yaxşı adam?  

—Mən səni az tanıyıram, Nemət. 

Çox sağ ol, Təhminə, belə dediyin üçün sənə çox 

minnətdaram, mərdliyin üçün sağ ol. Desəydin ki, yaxşı 



 146 

adamsan, inanmayacaqdım. Amma düz deyirsən ki, adama 

yaxşı, ya pis demək üçün onu gərək tanıyasan. Bax, məsələn, o 

Murtuz Balayeviç ki deyirəm, mənim böyük bacanağımdır, özü 

hərbçidir, polkovnikdir. Belə bir az köntöy adamdır, 

namərbutdur e... Sözünün, danışığının yerini bilən deyil, odur 

ki, məni həmişə  əsəbləşdirir. Ancaq indi fikirləşirəm ki, onu 

ittiham etməyə  mənim nə haqqım var? Kişi oddan-alovdan 

çıxıb. Müharibədə yaralanıb, qan töküb. Ölümün gözünün içinə 

baxıb. Hər halda həyatda müəyyən bir yeri, rolu olub ki, orda 

onu heç kəs  əvəz edə bilməzdi. Yaxud o biri bacanağım 

Cabbar... 

—Bacanaq sarıdan deyəsən bolsan. 

—Hə, Cabbar, onun arvadı. Elə-belədə söhbət eləyirsən

dayaz adam təsiri bağışlayırlar. Amma axı deyirlər öz 

sahələrində yaxşı mütəxəssisdirlər. Mühüm dövlət  əhəmiyyəti 

olan bir obyektdə işləyirlər. 

Təhminə qəfilcə soruşdu:  

—Nemət, neçə uşağın var? 

Nemət də qəfilcə cavab verdi: 

—Bir, — həyatında ilk dəfə belə cavab verdi. 

—Bir? 


—Bir, — deyə  qətiyyətlə  təkrar etdi. — Qızdır. Nərgiz.— 

Sonra  əlavə etdi: — İki böyük qız yoldaşımın birinci 

ərindəndir. 

—Allah saxlasın, hamısını. 

Az qaldı desin, səninkilərnən. Sonra yadına düşdü ki, 

Təhminənin uşağı yoxdur. Qəribə bir həvəslə  Nərgizdən 

danışmağa başladı. Sözlərindən, oyunlarından, marka 

toplamasından. 

—Dünən oturub özü Xoruz babaya uzun bir məktub yazıb. 

Deyir Xoruz baba keçən səfər tapşırdı ki, hansı quş adlarını 

bilirsiniz yazın mənə. Bu yazıq  şəhər uşağı, quşların adını 

hardan bilsin? Bəli, oturub buna bir-bir quş adlarını demişəm 

yazıb. İndi bu gün də səhərdən oturub radionun qabağında ki, 



 147 

Xoruz baba mənim adımı deyəcək. Deyirəm, qızım, məktubu 

dünən yazmısan, hələ heç gedib Xoruz babaya çatmayıb. Kimə 

deyirsən? Bəli, axıra qədər qulaq asdı, adını demədilər, bir də 

gördüm, dodağını büzüb doluxsundu. Deyirəm, qızım, sən lap 

arxayın ol, gələn həftə mütləq sənin adını deyəcək. 

Təhminə  səssiz qulaq asırdı. Bir an Nemətə elə  gəldi ki, 

Təhminə yuxuya gedib.  

—Təhminə, — dedi. 

—Hə... elə bil səsi uzaq bir aləmdən qayıtdı. — Eh, ay 

Nemət, — dedi. — Belə qızın ola-ola yenə həyatının mənasını 

axtarırsan... 

—Bilirsən mən bu barədə  də düşünmüşəm. Deyirəm bəlkə 

həyatda mənim varlığımın yeganə  mənası körpü olmaqdır. 

Bütün  əcdadımın, baba-nənələrimin, atamın, anamın həyatını 

körpü kimi öz üstümdən keçirib övladlarıma yetirməkdir? Hə? 

Susursan. Deyəsən yaman naqqalladım, səni lap yordum. 

Yuxun gəlmir ki... 

—Yox. 

—Bilirsən, ürəyim yaman dolu idi. Danışdım səninlə bir, az 



ürəyim yüngülləşdi. Əşşi, dünən maqnitofon almışam. Səsimizi 

yazmışıq. Da buna neçə dəfə qulaq asarlar? Beş dəfə, on dəfə, 

yüz dəfə... Hər qonaq gələndə  təzədən qurulur. Eyni sözlər, 

ibarələr, gülüşlər. Məni dəhşət basdı. Mənə elə gəldi ki, bu elə 

mənim həyatımın rəmzidir. Dəyişməz, durğun, donub qalmış. 

İndi də  dəhşətlə fikirləşirəm ki, sabah yenə qulaq asacaqlar. 

Adam istəyir lap başını götürüb qaçsın. 

—Daha niyə qaçırsan, ondansa yazını poz.  

—Pozum? 

—Hə. Nədi, bu ağlına gəlməmişdi?  

—İnanırsan ki, yox? Ağlıma hardansa bir fikir düşmüşdü ki

yazılana pozu yoxdur. 

Hər ikisi güldü. 

—Yox,  əzizim, maqnitofon yazısını pozmaq çox asandır. 

Hansı markadır maqnitofonun? 



 148 

—Yauza. 


—Hə, mənimki də ondandır. Dördüncü düyməni bas, 

vəssalam. Pozulsun getsin. 

—Ay sağ ol. Əməlli-başlı başıma ağıl qoydun. Deməli, 

dördüncü düymə. Çox sağ ol.  

—Sən də sağ ol, — əsnədi, — hələlik... 

—Dayan, dayan. Yaxşı, axı əsas məsələ yaddan çıxdı.  

—Hansı məsələ? 

—Sənin gözlərinin rəngi.  

Güldü. 

—Gözlərim elə  rəngdədir ki, heç bir sözə, tərifə  sığışmaz: 



Gərək özün görəsən. Sabah işdə baxarsan. 

—Sabah yox, bu gün... Eşidirsən, tramvaylar başladı 

işləməyə. 

—Bizim küçədən tramvay keçmir. Oy, babamın babası, — 

əsnədi, — doğrudan a, səhərdir. Dan yeri sökülür. Düz 

deyirmiş Füzuli: "Var sübh". Gedim heç olmasa bir az yatım, 

yoxsa, işdə mənim sifətimə baxıb qorxarsınız. 

—Qoy görək əşi, istəyirsən sənə kompliment deyim? 

—De də, nə olar ki? Hansı qadın komplimentdən imtina 

edər? 


—Deyim də... sən çox gözəl, çox yaxşı, çox ağıllı  qızsan. 

Bu gecəki söhbətimizi mən heç vaxt unutmaram. İndi sən də 

axırda mənə bir söz de ki, gedim yaxşı yuxu görüm. Yoxsa elə 

biməzmun yuxular görürəm ki... 

—Qoy sənə öz yuxumu danışım, sən də onu gör. 

—Danış. 


—Bu yuxunu tez-tez görürəm. Eyni bir yuxunu. Bayaq sən 

zəng eləyəndə  də görürdüm. Görürəm ki, dəniz sahilindəyəm. 

Aydın, işıqlı bir gündür. Sahil bomboşdur. Bircə mənəm. Təpə-

tənha. Dəniz gömgöydür. Uzaqda, lap uzaqda, üfüq xətti 

tərəfdə  ağ bir liman görünür və bu ağ limanda qıpqırmızı 

gəmilər dayanıb. 

—Əcəb yuxudur. Çox sağ ol, əzizim. Geçən, yox, səhərin 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə