Roman, povestlər



Yüklə 3 Mb.
səhifə40/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   36   37   38   39   40   41   42   43   ...   158

 141 

gəldi və o, vəziyyətin komizmini dərk etdi. Ya da özünü ələ ala 

bildi, kinini içəri salıb, bu qəribə söhbəti zarafata çevirmək 

istədi. 


—Bilirsən nə var, Nemət, — dedi, — zəng elə özündən 

soruş. 


"Bu adam sabun kimidir, — deyə Nemət düşündü. — Onu 

tutmaq mümkün deyil. Sürüşüb əlindən çıxacaq". 

—Telefon nömrəsini bilmirəm. 

Dadaş  əvvəlki kimi sakit və  təmkinlə Tahminəgilin telefon 

nömrəsini dedi. 

—Çox sağ olun. Bağışlayın zəhmət verdim. 

—Xoşdur. — Ani bir sükutdan sonra əlavə etdi: — Mən gec 

yatıram.  İşçilərdən hansı birinin gözləri, ya burnu haqqında 

məlumat lazım olsa, utanma, zəng elə. Xudahafiz. 

Dəstəyi hər ikisi eyni vaxtda asdı. Nemət öz-özünə: "Bir: 

sıfır, Dadaşın xeyrinə" — dedi. 

Təhminənin telefonu uzun zaman cavab vermirdi. Nemət 

uzun siqnallara qulaq asır, Təhminənin yatdığını anlayır, ancaq 

dəstəyi asmırdı. "Səhərə  qədər gözləməli olsam da, 

asmayacağam". 

—Allo. — Təhminənin səsi yuxulu və boğuq idi. 

"Sanki səsi duman içindədir". 

—Gecən xeyir, Təhminə, Nemətdir.  

—Kim? Nemət? Hə... Bay, xeyir ola? 

—Xeyirdir, qorxma. Səni yuxudan oyatdım, hə? 

—Hər halda bu vaxt yəqin tərəqqipərvər bəşəriyyətin 

əksəriyyəti yatır. Bəs sən niyə yatmamısan. Nemət? Kefli-zad 

deyilsən ki?.. 

—Görəsən niyə hamının başına məhz eyni bir fikir gəlir: 

keflilik? 

—Yəni hamı deyəndə, məndən başqa da çox adama zəng 

eləmisən? 

—Yox, bircə Dadaşa zəng eləmişdim. Ondan sənin 

gözlərinin rəngini soruşdum, demədi, amma sənin telefonunun 



 142 

nömrəsini verdi. Dedi, zəng elə özün soruş. 

Təhminə güldü: 

—Hardan danışırsan? 

—Evdən.  

—Bəs külfətin yatıb? 

—Hə, hamı yatıb. Bütün şəhər yatıb, bir sən oyaqsan, bir 

mən. Bir də Dadaş oturub işləyir. 

—Görürsən, bax, əsl zəhmətkeş Dadaş kimi olar. 

—Təhminə, bilirsən Füzuli nə deyir? 

— Nə deyir axı? 

Deyir ki:  

 

Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid  

Bir təsəllidir sənə ol söz ki, derlər var sübh. 

 

—Başa düşdün? 

—Az-maz. 

—Bir bu "derlər" sözünə bütün dünya poeziyasını 

dəyişmərəm. Başa düşürsən, derlər, yəni görməyib, eşidib, 

deyirlər. Kimsə deyib ki, hardasa sübh var, bircə bu təsəlli 

olmasa,  şami-qəmdən, yəni axşam qəmindən yaxa qurtarmaq 

olmaz. 


—Əzizim,  əgər sən elə bilirsən ki, gecə — saat dördün 

yarısı Füzuli qəzəllərini  şərh etmək üçün ən münasib vaxtdır, 

onda... 

—Dayan, Təhminə, sən allah, boşla zarafatı. Mən səninlə 

ciddi danışmaq istəyirəm. Qəlbimi sənə açmaq istəyirəm. 

—Nemət, dola məni əzizlərinin başına, əgər sən də desən ki, 

bir qəlbdən min qəlbə  mənə  aşiq olmusan, mən daha başımı 

götürüb gərək bu vilayətdən qaçam... 

—Yox,  əzizim, ürəyini buz kimi elə, arxayın ol. Mən sənə 

izhari-məhəbbət və etirafi-eşq eləmək fikrində deyiləm. 

—Allah ölənlərinə rəhmət eləsin. Yenə bu da qənimətdir. 

—Hə, indi qulaq as. Mən səninlə  məsləhət eləmək istəyirəm. 




 143 

Bu gün mən bir çox şeyləri anladım, anladım ki, mən daha bundan 

sonra indiyədək yaşadığım kimi yaşaya bilmərəm. 

—İndiyədək necə yaşamısan ki?.. 

—Bilmirəm. Təhminə, heç bilmirəm keçmiş həyatıma nə ad 

verim. Durğunluq, ətalət, meşşanlıq bataqlığı. 

—Pah atonnan!  

—Gülmə. Artıq bu cür yaşamaq mümkün deyil. İş, ev, ailə, 

maaş, qonorar, mebel, televizor, maqnitofon... Mən bu 

çərçivədə boğuluram. Təhminə. 

—Nemət,  əzizim, qonorar da, televizor da, maqnitofon da 

pis şeylər deyil. Ancaq gərək onların əsiri olmayasan. 

—Elədir. Bax bayaq evimin pəncərəsindən baxırdım. 

Pəncərənin axar-baxarı, mənzərəsi çox gözəldir. Bütün şəhər 

görünür. Qız qalasının təpəsi, Akademiyanın təzə binası. 

Ancaq mən düşündüm ki, bu mənzərə artıq mənim qəlbimi 

titrətmir, çünki bu mənzərəyə  məhkumam. Ömürlük 

məhkumam. Heç bir zaman bu pəncərə qatar pəncərəsi kimi 

hərəkətə  gəlib dəyişməyəcək. Bu pəncərəni xalça kimi dörd 

mismarla mənim həyatıma mıxlayıblar. On ildir mən bu 

pəncərədən baxıb Qız qalasının təpəsini, Akademiyanın yeni 

binasını, bankı, dəyirmanı görürəm. Ömrüm boyu da 

görəcəyəm. Amma... 

—Dayan, dayan bir görək, bir nəfəsini dər. Maşallah bu 

kəlama! Elə bil əyalət teatrında monoloq söyləyirsən. 

—Yox, əgər sən məni dolamaq fikrindəsənsə... 

—Dolamıram, o saat da inciyirsən. Dəymədüşər olma. Düz 

demirsən axı. Qatar pəncərəsi-filan, bütün bunlar gəlişi gözəl 

sözlərdir, ancaq həqiqət deyil. Dünyada hər şeydən yüksək isə 

həqiqətdir. 

—Niyə həqiqət deyil? 

—Niyə? Bu saat deyim. Bax, deyirsən ki, on ildir 

pəncərədən baxıb Akademiyanın təzə binasını görürəm. Düz 

deyil. On il yox, heç üç il bundan qabaq da bu bina 

tikilməmişdi. Bu bir. İkincisi, deyirsən ki, ömrüm boyu eyni 



 144 

mənzərəni görəcəm. Bu da yalandır. Çünki bir ildən sonra, 

məsələn, tutaq ki, sirkin yeni binası hazır olacaq, onu 

görəcəksən. Ayrı  təzə-təzə binalar tikiləcək. Yəni sənin 

pəncərən özü tərpənməyəcək, ancaq ordan görünən mənzərə, 

həyat dəyişir, dəyişəcək, başqalaşacaq. Sən pəncərəni rəmzi 

mənada deyirsən, mən də  rəmzi mənada deyirəm ki, 

pəncərədən diqqətlə baxsan, görərsən ki, həyat necə qaynayır, 

dəyişir. Hə, susursan? Görürsən, mən haqlıyam, indi qulaq as 

mənə, bir şey də deyim. Bu gün səhər radioyla bir verilişə 

qulaq asırdım. Heç bilmirəm nə veriliş idi, ancaq orda bir şey 

dedilər, mənim yaman beynimə batdı. Təxmini deyirəm, dəqiq 

yadımda deyil. Üç obrazı əsas götürmüşdülər. — Pəncərə, qapı, 

güzgü, məcazi mənada, əlbəttə. Deyir bəzi adamlar otaqlarında 

pəncərələri, qapıları güzgülərlə  əvəz eləyir, yəni hara baxır, 

özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. 

Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının 

dalındakı  həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim 

adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr 

edirlər, seyrçidirlər. Pəncərədən kördükləri yaxşılıqları, 

pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət üçüncü 

qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. 

Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər 

dururlar, pislik görəndə yenə qollarını çirməyib davaya 

girişirlər. Pəncərə, qapı, güzgü. Mən qapının tərəfdarıyam, — 

bir qədər susub güldü və əlavə etdi: — Əlbəttə, o demək deyil 

ki, mən sumkamda güzgü gəzdirmirəm.  

Küçədən maşın keçdi gecənin səssizliyi parçalandı, maşın 

səsi uzaqlaşanda, sükut yenə qapandı. 

—Bilirsən, Təhminə, sənin dediklərin çox doğru və gözəl 

fikirlərdir. Ancaq məsələ ondadır ki, bütün bunlar yenə  də 

abstraksiyalardır, mücərrəd məfhumlardır. Mənə isə konkret 

cavablar lazımdır. Başa düşürsən, mən bilmək istəyirəm ki, 

şəxsən mən — Namazov Nemət nə üçün yaşayıram, hansı 

amalla, hansı  məqsədlə? Məni düzgün başa düş. Mən nihilist 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə