Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə51/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   100

171 
mane olmayıb ki ? 
-Dey
ərdim ki, heç bir faiz də  tədris  işinə  mənfi  təsir 
etm
əyib. Ona görə  ki, hər    atılan  addım  o  vaxtda  məktəbin 
direktoru v
ə  sinif rəhbərləri tərəfindən zərgər dəqiqliyi ilə  
ölçülüb  biçilirdi.  Şagirdlər  yalnız  dərsdənkənar vaxtlarda bu 
işə  cəlb edilirdi. Burada ali məqsəd isə  şagirdləri  əməyə 
alışdırmaqdan ibarət  idi.  Bir  xalq  deyimi  var:  Əməyə  baş 
əyməyən  uşağlar  həmişə  pis vərdişlə  dost və  yoldaş  olurlar. 
Lakin  bizim  şagird  istehsalat  briqadaları  uşaqları  əməyə  cəlb 
etm
əklə onların pis  yola düşə bilən  yollarını tamamilə bağla-
yırdı.  Hətta  şagirdlərə  sovxoz tərəfindən ilin yekunu nəzərə 
alınmaqla əmək haqqı da ödənilirdi. Kənd təsərrüfatı sahəsində 
işləmək  əksinə  şagirdlərimizin  əməkdə  bərkiməsi, onlarda 
əməyə  qarşı  maraq  və  həvəsin  oyanması  üçün  bir  “tramplin” 
rolunu  oynayırdı. 
 T
əkcə bir misal: Məktəbimizin şagirdi Hacıbaba Hacıyev  
m
əktəb    şagird  istehsalat  briqadasının  briqadiri  idi.  Sonra o, 
orta  m
əktəbi  əla qiymətlə  bitirib  V.İ.Lenin  adına  APİ-nin 
riyaziyyat fakult
əsinə daxil oldu. Ali məktəbi bitirdikdən sonra 
G
əndov kənd orta məktəbində  işləmiş  və  yüzlərlə  məzun 
yetişdirmişdir. 
H
əmin illərdə  kəndimizin  ərazisi də  xeyli  genişlənmiş, 
yeni tikil
ən evlərin  sayı  artmışdı.  Bu  səbəbdən də  məktəbi-
mizd
ə oxuyan şagirdlərin sayı təxminən 3-4 dəfə çoxalmışdı. 
- M
əndə olan məlumata görə Gəndov kənd orta məktəbi 
1963-1964-cü ill
ərdə  və  sonrakı  dövrdə  ən yüksək  inkişaf  
dövrün
ə daxil olub. Bunu necə izah edə bilərsiniz ? 
-  Çox düzgün m
əlumatdır.  Təkcə  1963-1964-cü tədris 
ilind
ə  məktəbimizi  bitirmiş  26  nəfər məzundan 19 nəfəri  
(73%) müxt
əlif ali məktəblərə, 4 nəfəri (15.4%) isə texnikum-
lara    daxil  olmuşdular.  Bu  o  dövrdə  təhsildə  kənd məktəbi 
üçün böyük müsb
ət  göstərici idi. 
1964/1965-ci t
ədris ilində  isə  məktəbin tədris sahəsində 


172 
göst
əriciləri çox ürək açan idi. Məktəbi  bitirmiş  11  nəfər 
m
əzunun hamısı:  8 nəfəri ali məktəbə, 2  nəfəri  texnikuma, 1 
n
əfəri isə  sürücülük məktəbinə  qəbul olunmuşdu.  Bunlardan 
artıq Vaqif Şükürov Neft-Kimya İnstitutunun, Cabir Dadaşov-
Politexnik  İnstitutun,  Şaban  Paşayev  və  Ağakərim  Abıyev 
V.İ.Lenin adına APİ-nin, Vahid Cəbrayılov ADU-nun, Abdul-
m
əcid  Siracov  Tibb  İnstitutunun,  İmran  Məmmədov Bədən 
t
ərbiyə  İnstitutunun,  Bəhlul Abbasov isə  Xalq Təsərrüfatı 
İnstitutunun ən çalışqan tələbələri idilər. Vaqif Şükürovun hə-
min ild
ə  məktəbi  qızıl  medalla  bitirməsi biz müəllimləri çox 
sevindirdi. 
Çox  sevindirici  haldır  ki,  Gəndov kənd orta məktəbi 
t
əhsildəki bu göstərdiyim nailiyyətləri  sonrakı  illərdə  də  
davam etdirdi. M
əktəbin rəhbərliyi və  təhsilə  can  yandıran 

əllim kollektivi  yorulmaq bilmədən  məktəbimizdə təhsilin 
çiç
əklənməsi üçün var qüvvəsini sərf edirdi. Bütün bunlar isə 
m
əktəbdəki təhsil göstəricilərinin  (şagird  istehsalat  briqada-
sının nailiyyətləri də daxil olmaqla) respublika göstəricilərinə 
yaxın,  bəzi hallarda isə  ondan yüksək  olduğunu  göstərirdi. 
Lakin t
əssüflər olsun ki, həmin dövrdə  məktəbimizin bu 
nailiyy
ətləri respublika səviyyəsində üzə çıxarılmadı. Hansı ki, 
h
əmin illərdə  respublika səviyyəsində  təcrübəsi  yayılan 
Xaldan (Zahid Şöyübovun  məktəbi) və Tovuz  rayonlarındakı 
M
əhər Quliyevin rəhbər olduğu kənd orta məktəbinin  qazan-
dığı uğurlar  heç də bizim məktəbin nailiyyətlərindən yüksək 
deyildi. 
-Bir q
ədər də özünüz məktəb direktoru işləyən  vaxtlarda 
t
ədrisin gedişindən və keyfiyyətindən danışın. 
-M
əni  8 il bu məktəbdə  tarix müəllimi  işlədikdən  sonra  
1965-ci ild
ə dərs hissə müdiri, 1967-ci ildə isə məktəb  direk-
toru v
əzifəsinə irəli çəkdilər. 1967-ci ildən  1972-cü ilə kimi  
m
əktəbə rəhbərlik etdim. Məktəb direktoru olduğum vaxtda bu 
t
ədris müəssisəsində  şagirdlərin sayı 473 nəfərdən 553 nəfərə, 


173 
sinif komplektl
ərinin sayı isə 19-dan 24-ə  çatdı. Məktəb bütün 
ixtisaslı  müəllim  kadrları  ilə  təmin  olundu.  Şagirdlərin dərsə 
davamiyy
əti, siniflər üzrə əldə etdiyimiz yüksək  müvəffəqiy-
y
ət  faizinin  qorunub  saxlanması,  məktəbin yanacaqla təmin 
olunması, müəllimlərin sosial qayğıları və digər məsələlər ən 
normal s
əviyyədə  öz həllini  tapdı.  Bütün göstəricilər üzrə 
m
əktəbimiz rayonun kənd məktəbləri içərisində  birinci 
oldu. Günb
əgün tədris göstəricilərimiz daha da yüksəldi. Əlaçı 
şagirdlərin sayı isə getdikcə   artdı.  
Artıq  məktəbimizdə  çalışan  müəllimlərin 70 faizi bizim 
m
əktəbin öz  məzunları    idi.  Bu  bizi  çox  sevindirirdi.  Çünki 
qocaman mü
əllimlərin bir hissəsi  dünyasını  dəyişmiş,  bir 
hiss
əsi isə pensiyaya çıxmışdı. Xudabaxış Cəfərov, Yekaterina 
Pivavarova, Abdulh
əsən İsmayılov, Teymur Muradov, Rəfiqə 
v
ə  Nurxanım    Dəmirova  bacıları,  Həsən Mustafayev, Seyfəl 
Yaqubov,  Hafiz  Ağacanov  kimi  yerli  müəllimlər məktəbdə 
nizam-
intizamın qorunub saxlanmasında və dərsin keyfiyyəti-
nin yüks
əlməsində böyük hörmətə və  nüfuza malik idilər. 
M
ənim Gəndov kənd orta məktəbimdə  əmək fəaliyyətim 
çox r
əngarəng olub. O illərdə  mən tarix fənni ilə yanaşı  həm 
d
ə bədən tərbiyəsi və ibtidai hərbi hazırlıq dərslərini də tədris 
edirdim. D
ərs dediyim zaman onlarca  məzuna tarix fənnini 
ür
əkdən sevdirdiyimə  görə  onlar nəticədə  tarix müəllimi 
ixtisasına yiyələniblər. Bunlardan Vasif Məcidov (rayon Təhsil 
Şöbəsinin Metodkabinetinin sabiq müdiri),  Vahid Cəbrayılov 
(D
əvəçi rayon Partiya Komitəsində  təbliğat  və  təşviqat 
şöbəsinin  sabiq  şöbə  müdiri  ), (Hafiz Quliyev, Dəvəçi  rayon  
İcra Hakimiyyətində idarəetmə  şöbəsində  sabiq şöbə müdiri), 
Cavid Əliyev (Aygünlü kənd orta məktəbində tarix müəllimi) 
v
ə onlarca  başqa məzunları göstərmək olar. 
M
ən məzunlarımızdan Arif Allahvediyev (Aygünlü kəndi) 
v
ə Bəhlul Abbasovla (Gəndov) fəxr edirəm. Bu insanlar 70 ya-
şı haqlasalar da  daim onlara dərs deyən  müəllimlərinin adını 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə