Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   2   3   4   5   6   7   8   9   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Yelizavetpol (Gəncə) quberniyası 

 

Yelizavetpol quberniyası Qafqaz və Zaqafqaziya diyarının idarəçiliyinin dəyişdirilməsi haqqında 1867-ci 



il çar fərmanına əsasən 1868-cı ildə Bakı və Tiflis quberniyalarının bir hissəsində yaradılmışdır. Quberniyanın 

mərkəzi Yelizavetpol (Gəncə) şəhəri olmuşdur. Quberniyanın ərazisi keçmiş Gəncə, Qarabağ, Şəki xanlıqlarının 

və Samux və Şəmşədil mahallarının ərazilərini əhatə edirdi. 

Quberniyanın  tərkibinə  Yelizavetpol,  Şuşa  və  Nuxa  qəzaları  və  ləğv  edilmiş 

Ordubad qəzasının bir hissəsi daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 

1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları 

təşkil olundu.  

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1818-ci 

il  tarixli  qərarı  ilə  Yelizavetpolun  tarixi  adı  –  Gəncə  bərpa  edildi.  Bundan  sonra 

Yelizavetpol quberniyası Gəncə quberniyası adlandırıldı. 1920-ci ildə Azərbaycanda 

sovet hakimiyyəti qurulduqdan sonra Gəncə quberniyası ləğv edilmişdir. 

Yelizavetpol quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur. 



Gerbin təsviri: 

Qara  qalxanda  qızıl sütun üzərində  xəncər,  xəncərin yanında iki  gümüş  Georgi xaçı  təsvir olunmuşdur. 

Qalxan  imperator  tacı  ilə  tamamlanır  və  şəhər  gerblərində  işlədilən  mavi  rəngli  Andreyev  lenti  (Rusiya 

imperiyasının  ilk  ordeni  olan  və  Müqəddəs  Apostol  Andrey  Pervozvannı  adına  təsis  edilən  ordenin  taxıldığı 

lentin nümunəsi) sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Şəhərlərin gerbləri 

 

Bakı şəhəri 

 

Bakı  xanlığı  Rusiya  imperiyası  tərəfindən  1806-cı ildə  işğal  edildikdən sonra  1808-ci  ildə  xanlıq üsuli-

idarəsi  ləğv  edilərək  əyalətə  çevrildi.  10  aprel  1840-cı  ildə  yeni  təşkil  edilmiş  Kaspi  vilayəti  tərkibində  Bakı 

qəzası yaradılmışdır. Çar I Nikolayın 1846 il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı 

qəzası həmin quberniyanın tərkibinə verildi. Çar II Aleksandrın 6 dekabr 1859-cu il tarixli fərmanı ilə Şamaxı 

quberniyasının mərkəzi Bakıya köçürüldü və adi dəyişdirilərək Bakı quberniyası adlandırıldı. Həmin fərmanla 

Bakı şəhəri quberniya mərkəzi statusu almışdır. 

Bakı şəhərinin ilk gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 



Gerbin təsviri: 

4  hissədən  ibarət  qalxanvari  lövhənin  1-ci  qızılı  sahəsində  pələng,  ikinci  qızılı 

sahəsində  yerdən  çıxıb  alovlanan  qaz  dilimləri  təsvir  olunmuşdur.  Lövhənin  bu  iki 

sahəsinin təsviri Rusiyanın Kaspi vilayətinin gerbindən götürülmüşdür. Gerbin göy rəng 

fonunda  olan  3-cü  sahəsində  yüklü  dəvə  təsvir  olunmuşdur  Bu,  şəhər  sakinlərinin  yük 

daşımaqla  məşğul  olmalarını  simvolizə  edir.  Gerbin  göy  rəng  fonunda  olan  4-cü 

sahəsində yerə sancılmış lövbər təsvir olunmuşdur ki, bu da Bakının yaxşı reydə malik 

liman şəhəri olmasından xəbər verir. 

Bakı şəhərinin ikinci gerbi 16 mart 1883-cü ildə təsdiq 

olunmuşdur. 



Gerbin təsviri: 

Gerbin  qara  rəngli  qalxanvari  lövhəsində  üç  qızılı  rəngli  alov  təsvir 

olunmuşdur. Qalxan quberniya və şəhər gerblərində işlənən qırmızı rəngli Aleksandr 

lenti  (Knyaz  Aleksandr  Nevskinin  adına  təsis  edilən  ordenin  taxıldığı  lent)  ilə 

sarınmış iki qızılı sünbüllə əhatə olunmuşdur və şəhərlərin gerblərində istifadə edilən 

üç bürclü qala təsviri ilə bitir. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

10 



 

Dərbənd şəhəri 

 

Dünyanın  ən  qədim  şəhərlərindən  biri  olan  Dərbənd  şəhəri  Şimali  Azərbaycan  xanlıqlarından  Dərbənd 

xanlığının  mərkəzi  olmuşdur  və  1796-cı  ildə  Rusiya  tərəfindən  işğal  olunmuşdur.  1829-cu  ildən  əyalətə 

çevrilmişdir. 

Rusiyada  tətbiq  edilən  yeni  inzibati-ərazi  bölgüsünə  əsasən  1840-cı  ildə  Dərbənd  qəzası  yaradıldı  və 

Dərbənd  qəza  mərkəzi  oldu.  1846-cı  ildə  isə  yenə  də  mərkəzi  Dərbənd  şəhəri  olmaqla  Dərbənd  quberniyası 

yaradıldı.  1860-cı  ildə  Dərbənd  quberniyası  ləğv  olundu,  onun  tərkibindəki  Quba  qəzası  Bakı  quberniyasına 

verildi,  qalan  ərazidə  Dağıstan  dairəsi  yaradıldı.  1920-ci  il  martın  25-də  11-ci  Qırmızı  ordunun  köməyi  ilə 

Dərbənddə  sovet  hakimiyyəti  elan  olundu.  Dərbənd  şəhəri  1921-ci  ildə  yaradılmış  Dağıstan  Muxtar  Sovet 

Sosialist  Respublikasının  tərkibinə  daxil  edildi.  Bununla,  Azərbaycanın  tarixi  şəhəri  Dərbənd  Rusiya  Sovet 

Federativ  Sosialist  Respublikasının  tərkibinə  qatıldı.  1991-ci  ildə  Sovet  Sosialist  Respublikaları  İttifaqı 

dağıldıqdan sonra isə Dərbənd yenə də Rusiyanın tərkibində qaldı.  

Dərbənd  şəhərinin  təqdim  olunan  gerbi  21  may  1843-cü  ildə  təsdiq 

olunmuşdur. 



Gerbin təsviri: 

4 hissədən ibarət qalxanvari lövhənin yuxarıdan 1-ci qızılı sahəsində pələng, 

ikinci qızılı sahəsində isə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur. 

Qalxanın  bu  iki  sahəsinin  təsviri  Rusiyanın  Kaspi  vilayətinin  gerbindən 

götürülmüşdür.  Qalxanın  aşağı  hissələrin  fonu  gümüşdür,  burada  1-ci  sahədə 

Dərbənd  qalası,  ikinci  sahədə  isə  boyaqotu  bitkisinin  kökü  və  lalə  gülü  təsvir 

olunmuşdu. Bu təsvir sakinlərin lalə bitkisindən (xaş-xaşdan) təbabətdə tiryək kimi 

istifadə  etmələrindən  xəbər  verir.  Gerbin  təsviri  barədə  rus  tədqiqatçılarının 

verdikləri  məlumata  görə,  təsvir olunan  boyaqotu  bitkisinin  kökündən  məhz  rəng 

kimi  istifadə  etməyi  ilk  dəfə  olaraq  dünyaya  Dərbənd  sakini  Kərbəlayı  Hüseyn 

tanıtmışdır. 

 

 



 


Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə