Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə32/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

– abzaslar arasında əlaqənin gözlənilməsi;
– Xocalı faciəsi haqqında statistik məlumatlarla yanaşı, şəxsi mülahizələrin
və münasibətin əks olunması.
Dərsin növbəti saatında təqdimatlar edilir və müzakirə olunur.
Dil qaydaları
(St. 4.1.2) 
5-ci tapşırıq motivasiya xarakteri daşıyır. Bu suala cavab ver -
məklə şagirdlər müəyyənləşdirirlər ki, “həmin dövrlər” ifadəsində “həmin” sözü
Әlif Hacıyevin Qarabağda çalışdığı dövrə, “belə hadisələr” deyəndə isə bu
cüm ləyə qədər haqqında bəhs olunan hadisələrə işarə olunur. Buradan əvəz -
liyin işarə edə bilmək vəzifəsi üzə çıxır. 
Dil qaydaları mənimsənildikdən sonra müəllim ədəbi dil normalarının nitq -
də tətbiqi ilə bağlı aşağıdakı məqamları da şagirdlərin diqqətinə çatdıra bilər.
Qeyd 1O, bu əvəzlikləri ismi əvəz edə bilir. Lakin şagirdlərə deyilməlidir
ki, “bu” əvəzliyinin insana aid edilməsi çox vaxt qeyri-etik hesab olunur. Yəni
biri haqqında “Bunu tanıyıram” demək düzgün deyil.  
Yalnız istisna hallarda, məsələn, birini təqdim edərkən “Bu mənim qarda -
şım dır” söyləmək məqbul sayıla bilər.
Qeyd 2O, bu əvəzliklərinin işarə mənası haqqında danışarkən “o” əvəz -
liyinin uzaq məsafədə olan əşyaları, “bu” əvəzliyinin isə yaxın məsafədə olan
əşyaları göstərməsi də qeyd edilməlidir.
(St. 4.1.3) 
6-cı tapşırıq: Şagirdlər kontekstə görə “o” əvəzliyinin işarə,
yoxsa şəxs əvəzliyi qismində iştirak etdiyini müəyyənləşdirirlər. Növbəti dərs -
də o, bu əvəzliklərindən sonra vergülün işlənmə qaydasını mənimsə yərkən
bu bacarıq onlara lazım olacaq.
7-ci tapşırığı yerinə yetirməklə şagirdlər işarə əvəzliklərini kontekstə görə
yerli-yerində işlətmək bacarığına yiyələnirlər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
91
DƏYƏRLƏR
91
DƏYƏRLƏR
91
DƏYƏRLƏR
91
DƏYƏRLƏR
91
DƏYƏRLƏR
91
DƏYƏRLƏR
91
DƏYƏRLƏR
91
DƏYƏRLƏR
  Çap üçün deyil


25-ci dərs. AYPARA VӘ ULDUZ (2 saat) 
Motivasiya
Müxtəlif türk dövlətlərinin bay raqları göstərilir. 
Sual: Bu bayraqların təsvirində ümumi olan nədir? (Bayraqların hamısında
bu və ya digər şəkildə aypara və ulduz təsvir olunmuşdur.)
Sizcə, bu nəyə işarədir? (Xalqların mənşəyinə, dininə, məskəninə, sər və -
ti nə və s.) Fərziyyələr müxtəlif ola bilər. Şagirdlərə bildirilir ki, dərsin sonunda
hansı fərziyyənin doğru olduğu müəyyənləşdiriləcəkdir.
Oxu
(St. 2.2.1) 
Mətn üzərində iş Cütlükdə oxuma – cütlükdə ümu mi ləşdirmə
üsulu ilə aparılır. Mətndə səkkiz abzas var. Beşinci abzas böyük olduğundan
onu 2 hissəyə bölmək tövsiyə edilir. (Әgər sinifdə şagirdlərin sayı çox olarsa,
bir abzası iki cütlüyə də vermək olar.) Mətn informasiya ilə zəngin mətndir.
Diqqət yetirmək lazımdır ki, şagirdlər əsas informasiyanı və faktları düzgün
müəyyənləşdirsinlər. Şagirdlər bütün faktları qeyd edəndən sonra
ümumiləşdirmə aparılacaqdır.  
Şagirdlər tapşırığı yerinə yetirəndən sonra mətndəki faktlarla bağlı ümumi -
ləşdirmə aparılır:
1. Şuşada tapılmış, e.ə. XII əsrə aid olan və Parisin Luvr muzeyində
saxlanan daş abidədə aypara və ulduz işarəsi təsvir edilmişdir.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki elmi məlumatları ümumi ləş -
dirib lakonik tezislərlə ifadə edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Lüğətdən istifadə etməklə mənasını
müəyyənləşdirdiyi sözə əlavə şərhlər
verir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Fərziyyələr irəli sürməklə mühakimə
xarakterli yazı yazır.
4.1.3. O, bu əvəzliklərindən sonra ver -
güldən düzgün istifadə edir.
O, bu əvəzliklərindən sonra ver gülün
qoyulması qaydalarına yazıda riayət
edir.
92
III BÖLMƏ 
92
III BÖLMƏ 
92
III BÖLMƏ 
92
III BÖLMƏ 
92
III BÖLMƏ 
92
III BÖLMƏ 
92
III BÖLMƏ 
92
III BÖLMƏ 
Türkiyə
Türkmənistan
Azərbaycan
Özbəkistan
  Çap üçün deyil


2. Müasir dövrümüzdə aypara, ilk növbədə, İslamın rəmzi hesab edilir.
3. Tarixi mənbələrdən müəyyən olunur ki, aypara-ulduz İslamdan əvvəl
türklərin simvolu olmuşdur. Bunu sübut edən Göytürk imperatorluğuna aid
pullar vardır (VI-VII əsrlər).
4. Bu simvolun İslama aid edilməsi də məhz türk xalqlarının İslamı qəbul
etməsindən sonrakı dövrə təsadüf edir.
5. Bu simvolun yaranmasına səbəb var idi. Belə ki, xristian-müsəlman
qarşıdurmaları zamanı xristianlar döyüşlərdə xaç simvolundan geniş istifadə
edirdilər. Müsəlmanlara da hər hansı bir rəmzi işarə lazım idi və bunu İslama
türklər gətirdilər.
6. Sonradan bu işarə Osmanlı imperiyasının simvoluna çevrildi. 
7. Bununla bağlı daha bir fərziyyə də vardır. Bu fərziyyə əfsanəvi xarakter
daşıyır. Osmanoğulları bəyliyinin hökmdarı Osman bəy yuxuda dünyanın bu
başından o başına qədər uzanan aypara görəndən sonra bu rəmzi öz dövləti
üçün qəbul etmişdir.
8. Bu simvol bir çox türk xalqlarının bayraqlarında həkk olunub.
9. İslam məbədlərinin günbəzini bəzəyir.
10. Müsəlmanlarda qəməri (ay) təqviminin istifadə edilməsi ayparanın
İslamın simvoluna çevrilməsinə daha bir səbəbdir.
11. Peyğəmbərin həyatı ilə bağlı rəvayətlərdən birində üzərində aypara
çəkilmiş bayraqdan danışılması daha bir səbəbdir.
12. Ayparanın İslamın simvolu olması ilə əlaqədar olaraq müsəlman ölkə -
lərin də xeyriyyə işləri görən təşkilat “Qızıl Aypara Cəmiyyəti” adı altında fəaliy -
yət göstərir. 
Sonda şagirdlərin fikri dərsin əvvəlində təsdiqini gözləyən fərziyyəyə
yönəlir. Müəyyənləşdirilir ki, bayraqlar üzərində aypara-ulduzun olması bu
türk xalqlarının dininin İslam dini olduğuna işarədir.
Tapşırıq 2: Şagirdlərə mətndən ən vacib hesab etdikləri üç məqamı seç -
mək tapşırılır. 
1. Aypara şəkli dünya tarixində ən qədim simvollardan biridir.
2. Müasir dövrdə aypara İslam dininin simvollarından biri kimi qəbul edilir.
3. Bu simvol türk imperatorluğu İslam dünyasında lider olduğu vaxtlar geniş
yayılmışdır.
Bu tapşırıq mətndəki əsas məlumatları ümumiləşdirib lakonik tezislər
şəklində ifadə etmək bacarığını inkişaf etdirir.
Söz ehtiyatı
(St. 2.1.1)
Tapşırıq 1: “Hilal” sözünün mənası araşdırılır. Bu sözdən klassik
poeziyada hansı məqamlarda istifadə olunduğu, gözəllərin təsviri zamanı onun
nəyə işarə etdiyi də (qaşlara) soruşula bilər.
93
DƏYƏRLƏR
93
DƏYƏRLƏR
93
DƏYƏRLƏR
93
DƏYƏRLƏR
93
DƏYƏRLƏR
93
DƏYƏRLƏR
93
DƏYƏRLƏR
93
DƏYƏRLƏR
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə