Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə33/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

Yazı
(St. 3.1.1)
Şagirdlərə öz fərziyyələri əsasında nə üçün bütöv ayın deyil,
məhz ayparanın (hilalın) İslamın rəmzinə çevrilməsi, bu rəmzin mənası
haqqında mühakimə xarakterli yazı yazmaq  tapşırılır. Yazının planı bir yerdə
tərtib oluna bilər.
1. Giriş. Aypara İslamın rəmzidir (qısa tarixçə). 
2. Әsas hissə:
– I fərziyyə;
– əsaslandırma;
– II fərziyyə;
– əsaslandırma.
3. Sonluq. Seçilmiş fərziyyənin üstünlükləri.
Şagirdlər müxtəlif fərziyyələr irəli sürə bilərlər:
– İslam dünyasında qəməri təqviminin tətbiq olunması.
– Aypara və ulduz bəşəriyyətin, kainatın rəmzidir.
– Bütöv ay günəşlə səhv salına bilərdi, onun şəkli çox bəsitdir.
– Aypara Şərq aləmində istifadə olunan qəməri qılınca işarə edir və s. 
Dil qaydaları
(St. 4.1.3)
3-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır.  O, bu əvəzliklərindən sonra vergülün qoyulması ilə bağlı qayda
mənimsənildikdən sonra 4-cü tapşırıq yerinə yetirilir.
Müəllimin nəzərinə! O, bu əvəzliklərindən sonra vergülün qoyulması
şagirdlərin ən çox çətinlik çəkdikləri məqamdır və bu məsələ Azər-
bay can dilçiliyində bu günə qədər də özünün birmənalı həllini
tapmayıb. Әlbəttə, mübahisəli məsələlərin dərsliyə gətirilməsi təqdir
olun mur. Lakin vergülün yazılı nitqdəki praktik əhəmiyyətini və sö -
zü gedən məsələ ilə bağlı kurikulumda ayrıca standartın olması bu -
nun la bağlı qaydanın dərsliyə salınmasını zəruri edir. Müxtəlif
dövr lərdə bu məsələ ilə bağlı dilçilər fərqli təkliflər irəli sürmüşlər. Ke -
çən əsrin 70-ci illərinin orta məktəb dərsliklərində göstərilirdi ki, o,
bu əvəzliklərindən sonra isim, sifət, say gələrsə, vergül qoyulmalıdır.
Sonrakı dövrlərdə belə bir fikir də irəli sürüldü ki, bu əvəzliklərdən
sonra feildən başqa istənilən əsas nitq hissəsi gələrsə, vergül qo yul -
malıdır və bu qaydada feili sifətin istisna olduğu bildirilirdi. Həmçinin
bu əvəzliklərdən sonra köməkçi nitq hissələri gələrsə, vergül
qoyulmamalıdır və bu qayda da modal sözlər istisna edilir. Etiraf et -
mək la zımdır ki, bu qaydalar kifayət qədər çətindir. Bundan əlavə,
şa girdin hələ feili sifət və modal sözlər haqqında anlayışı yoxdur.
Hazırda istifadədə olan XI sinif “Azərbaycan dili” dərsliyində isə
(müəlliflər: Tofiq Hacıyev və b. Bakı, 2012) vergülün qoyulması ilə
bağlı qaydada feil və əvəzlik istisna edilir. Müəlliflər indiyə kimi
94
III BÖLMƏ 
94
III BÖLMƏ 
94
III BÖLMƏ 
94
III BÖLMƏ 
94
III BÖLMƏ 
94
III BÖLMƏ 
94
III BÖLMƏ 
94
III BÖLMƏ 
  Çap üçün deyil


mövcud olan fikirlərdən sonuncunu əsas götürmüşlər. Onu da demək
lazımdır ki, vergülün əsas funk si ya sı oxu nu asan laşdır maqdır. O, bu
əvəzliklərindən sonra vergülün qo yul ması da həmin əvəzliklərin
cümlədə təyin, yoxsa mübtəda rolunda iş tirak etdiyini dərhal müəy -
yən etməkdir. Lakin əvəzlik heç bir halda başqa bir əvəzliyin təyini
kimi çıxış edə bilmir. Odur ki o, bu əvəz liklərindən sonra əvəzlik
gələrsə, vergülə ehtiyac qalmır. 
Әlavə tapşırıq:
O, bu əvəzliklərindən sonra vergül qoymaqla cümlənin mənasında yaranan
fərqi izah edin.
1. O mavigözlü oğlanı tanıdı.
2. O işləri həll etdi.
3. Bu bağçanın həyətidir.
4. Bu binanın pəncərəsindən baxırdı.
Müəllimin nəzərinə! Verilmiş cümlələrin hər birində və ya bu əvəz lik -
lərindən sonra vergül qoyula da bilər, qoyulmaya da. Lakin vergülün
qoyulması həmin əvəzliklərin cümlədə rolunu və mənasını dəyişir.
Belə ki, vergül qoyulduğu haldao, bu əvəzlikləri kim? və ya nə?
sual   larına cavab verərək mübtəda, qoyulmadıqda isə hansı? sualına
cavab verərək təyin rolunda çıxış edir. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
95
DƏYƏRLƏR
95
DƏYƏRLƏR
95
DƏYƏRLƏR
95
DƏYƏRLƏR
95
DƏYƏRLƏR
95
DƏYƏRLƏR
95
DƏYƏRLƏR
95
DƏYƏRLƏR
  Çap üçün deyil


26-cı dərs. BAYRAQ (2 saat)
  
Motivasiya
Suallar:
1. Xalq, dövlət üçün bayraq nədir? (Onların varlığının simvoludur.)
2. Döyüş və ya idman yarışları zamanı bayraqdar seçilən şəxs hansı key -
fiy yətlərə malik olmalıdır? (Vətəni layiqincə təmsil edə bilməlidir.)
Oxu
(St. 2.2.1 və st. 2.1.2)
Şagirdlərə nəsr və nəzm, onların fərqli xüsusiyyətləri
haqqında bildiklərini söyləmək tapşırılır. Müəllim bildirir ki, növündən asılı ol-
mayaraq, istənilən mətn müəyyən məlumatlar verir və biz bu məlumatı əldə
etməyi bacarmalıyıq.  
Müəllimin nəzərinə! Nəzm şəklində yazılmış mətndən informasiya əldə
etmək daha çətin olur, çünki burada sətiraltı mənalardan, bədii ifadə
və təsvir vasitələrindən geniş istifadə olunur. Cümlələrdə inver si ya -
nın olması, söz sırasının pozulması mətnin qavranılmasında çətin -
lik ya radır. Ona görə də bu dərsdə müəllim şagirdlərdə şeiri anlamaq
ba carığı formalaş dırmağa çalışmalıdır. 
Qruplarla iş. Sinif beş qrupa bölünür. Hər qrupa şeirin bir bəndi üzərində
iş aparmaq tapşırılır. Şeir üzərində iş Ziqzaq üsulu ilə aparılsa, daha səmərəli
olar. Ekspert qruplarında şagirdlər hər bənd üzrə öz mülahizələrini bölüşürlər.
Bundan əvvəl isə şagirdlərə tapşırıq verilir.
I bənd üzrə:
1. Bəndin ilk iki misrasının mənasını izah edin.
• “Torpağım üstünə kölgələr salan” nə deməkdir?
• “Varlığımın cilası” deyəndə nə nəzərdə tutulur? (Bu tapşırıq üçün şa gird lər
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə qamları
vurğulayır.
Nəzmlə yazılmış mətndə obrazlı ifa də -
lərlə verilmiş sətiraltı informa 
siyanı
müəy yən ləşdirir və izah edir.
2.1.2. Sözləri həqiqi və məcazi mə na -
da işlənməsinə görə fərqləndirir. 
Şeirdə rast gəldiyi obrazlı ifadələrin
mənasını izah edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh edir. 
Mənasını müəyyənləşdirdiyi sözləri
kon tekstə uyğun izah edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əla qələndirir. 
Әldə etdiyi məlumatları abzaslar üzrə
məntiqi ardıcıllıqla qruplaşdırır, məruzə
hazırlayır.
4.1.3. O, bu əvəzliklərindən sonra ver -
güldən düzgün istifadə edir.
O, bu əvəzliklərindən sonra 
ver gülün
qoyulması qaydalarına yazıda riayət
edir.
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Mətndəki orfoqrafik və qrammatik
səhvləri redaktə edir.
96
III BÖLMƏ 
96
III BÖLMƏ 
96
III BÖLMƏ 
96
III BÖLMƏ 
96
III BÖLMƏ 
96
III BÖLMƏ 
96
III BÖLMƏ 
96
III BÖLMƏ 
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə