Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə36/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

(St. 2.2.2)
Tapşırıq 7. Məlumatlara əsasən mətn hissələrə bölünür və
başlıq verilir. 
Tapşırıq 5: Mətn qarışıq tiplidir. Qalanın təsviri verilmiş hissə təsviri, qalanın
tikilmə hissəsi ilə bağlı verilən hissə mühakimə, əfsanənin verildiyi hissə isə
nəqli xarakterlidir.  
Söz ehtiyatı
(St. 2.1.1)
2-ci tapşırıq yerinə yetirilir. Lüğətdə verilən sözlər dildə işlən -
mə sinə görə çox da fəal olmadığı üçün şagirdlərə bu sözlərlə cümlə qurmaq
tapşırılır. Bununla da onlar sözlərin mənasını anladıqlarını nümayiş etdirirlər.
Tapşırıq 3. Mətnin sonuncu cümləsində “qərinə” sözü arxaik hesab edilir,
33 il məna sı nı ifadə edir.
(St. 2.1.2)
4-cü tapşırıq: “Daş sükut” ifadəsində “daş” sözünün məcazi mə -
na  sı açıqlanır. “Daş” ismi söz birləşməsi daxilində sifətləşmiş və məcazi məna
ifadə etmişdir. Sükutun pozulmadığına işarədir.
Yazı
(St. 3.1.3) 
Ev tapşırığı. Şagirdlərə hər hansı tarixi abidə haqqında eşit dik -
 ləri əfsanəni qələmə almaq tapşırılır. Әgər beləsini bilməyənlər varsa, onlar
yaxın ərazidə yerləşən bir abidə haqqında əfsanə uydurmalıdırlar. Şagirdlərlə
birlikdə yazının planı tutulur:
1. Giriş. Abidənin təsviri, yerləşdiyi ərazi.
2. Әsas hissə. Abidənin adı hansı hadisə ilə bağlıdır?
3. Sonluq. Abidənin bu günü.
Danışma
(St. 1.2.4) 
Diskussiya. Şagirdlərə tarix müəlliminin köməyi ilə müxtəlif
mənbələrdən məlumat toplayaraq “Bakı” adının mənasını və etimologiyasını
araşdırmaq tapşırılır. Növbəti dərsdə bu məsələ ilə bağlı diskussiya keçirilir.
Dil qaydaları
(St. 4.1.4) 
9-cu tapşırıq dil qaydalarına keçid üçün motivasiya kimi istifadə
olunur. Әvəzliyin quruluşca növləri üzərində iş aparılır. Orfoqrafiyası öyrənilir.
Mürəkkəb əvəzliklərin ayrı yazılması haqqında məlumat verilir. Şagirdlərin ən
çox səhv etdikləri heç kəs, heç kim, heç nə və s. bu kimi əvəzliklərin yazılışı
üzərində dayanılır.
10-cu tapşırığın cavabı: kimsə – heç kim, niyə – nə üçün (nəyə görə), hamı
– hər kəs, neçə – nə qədərbiri – kim isə.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
103
DƏYƏRLƏR
103
DƏYƏRLƏR
103
DƏYƏRLƏR
103
DƏYƏRLƏR
103
DƏYƏRLƏR
103
DƏYƏRLƏR
103
DƏYƏRLƏR
103
DƏYƏRLƏR
  Çap üçün deyil


29-cu dərs. AĞDAM ÇÖRӘK MUZEYİ (3 saat)
Motivasiya
Söz assosiasiyası. Müəllim “çörək” sözü səslənənə qədər bu sözlə as-
sosiasiya olunan sözləri sadalayır: müqəddəs, ruzi-bərəkət, təndir, buğda,
dəyirman və s.
Sual: Çörəyin müqəddəsliyini ifadə edən hansı adət-ənənələrimiz var?
Oxu
(St. 2.2.1)
Mətnin oxunması üçün Ziqzaq üsulu tətbiq olunur. Mətn beş
bitkin hissəyə ayrılır. Sinif beş qrupa bölünür. Hər qrup bir hissəni oxuyur. 
Mətnin təklif olunan bölgüsü:
I hissə – üç ulduz işarəsinə qədər.
II hissə – ilk mətndaxili suala qədər.
III hissə – “Daşa dönmüş bir ... həyat dərsi idi!” cümləsi daxil olmaqla.
IV hissə – 2-ci mətndaxili suala qədər.
V hissə – mətnin sonuna qədər.
Qruplardan verilmiş hissədəki məlumatları müəyyənləş dirmək, onları birin ci
və ikinci dərəcəli məlumatlara bölmək tələb olunur.
Məlumatlar ekspert qruplarında müəyyənləşdirilir. Məsələn:
I hissə (I qrup):
1. İsveçrənin Sürix şəhərində 6 min əvvəl bişirilmiş çörək saxlanılır.
2. Ölkəmizdə aparılan qazıntılar zamanı e.ə. VII-VI minilliyə aid buğda
dənəsi ta pıl mışdır.
3. “Duz-çörək” dostluq rəmzidir və bu günədək müqəddəs hesab edilir.
4. Xalqımızın çörəklə bağlı yazılmamış qaydaları vardır: çörəyə əl vurmaz-
dan əvvəl əlləri yumaq lazımdır. Bu, gigiyenik baxımdan vacib olmaqla yanaşı,
həm də çörəyə hörmət mənası daşıyır. 
5. Ayaq üstə çörək yemək, çörəyi tərs qoymaq, yaxud arxada tutmaq olmaz.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə qamları
vurğulayır.
Mətndəki elmi məlumatları ümumi ləş -
dirib lakonik tezislərlə ifadə edir.
2.1.2. Sözləri həqiqi və məcazi məna -
da işlənməsinə görə fərqləndirir.  
Frazeoloji birləşmənin mənasını müəy -
yən edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin
təqdimetmə formasını müəyyənləşdirir.
Qrafik informasiyanı (cədvəli, sxemi) ra -
bitəli mətnə çevirərək şifahi şəkildə
təqdim edir.
4.1.3. O, bu əvəzliklərindən sonra ver -
gül dən düzgün istifadə edir.
O, bu əvəzliklərindən sonra 
ver gülün
qoyulması qaydalarına yazıda riayət
edir.
104
III BÖLMƏ 
104
III BÖLMƏ 
104
III BÖLMƏ 
104
III BÖLMƏ 
104
III BÖLMƏ 
104
III BÖLMƏ 
104
III BÖLMƏ 
104
III BÖLMƏ 
  Çap üçün deyil


6. Әvvəllər dəyirmana ailənin “əli bərəkətli” üzvü gedərdi.
7. Bu ənənələri gələcək nəsillərə ötürmək üçün çörək muzeyləri yara -
dılmışdır. Bunlardan biri də Ağdam Çörək Muzeyi idi.
Çıxarılmış məlumatlar arasından əsas məlumatların müəyyənləşdirilməsi
doğma qruplarda baş verir. Bunun üçün şagirdlər doğma qruplara qayıdandan
sonra hər bir hissə üzrə əldə olunan məlumatlar bütün üzvlər arasında müza -
kirə olunur və hər bir hissədən iki-üç əsas məlumat saxlanılır. Məsələn: 
I hissə: 
1. Çörək ən qədim qida məhsullarından biridir.
2. Çörəyin müqəddəsliyini ifadə edən bir çox adət-ənənələr var.
3. Çörəyə ehtiram əlaməti olaraq muzeylər yaradılır.
Daha sonra bütün qruplar əsas məlumatları sinfə təqdim edirlər. Müzakirə
nəticəsində hər hissənin məzmununu ifadə edən bir tezis saxlanılır. Məsələn:
I hissə: Çörəyin müqəddəsliyinə ehtiram əlaməti olaraq dünyanın bir çox
ölkələrində çörək muzeyləri yaradılmışdır.
Dərslikdə verilmiş 1-ci mətndaxili tapşırıq sözlə təsvir edilmiş obyekti təsəv -
vü ründə canlandırmaq bacarığını inkişaf etdirir. 
5-7-ci tapşırıqlar üzərində iş aparılır.
5-ci tapşırıq. Çörəklə bağlı atalar sözləri:
– Abır harda, çörək (bərəkət) orda.
– Aclıqla toxluğun arası bir parça çörəkdir.
– Bir tikə çörək on il yadda qalır.
Çörəyi ver çörəkçiyə, birini üstəlik.
– Çörəyin birincisi həmişə küt gedər.
Atalar sözlərinin mənaları izah olunur. 7-ci tapşırıq: “Çörəyi dizinin üstün -
dədir” məsəli izah olunduqdan sonra (etibarsız, nankor adamlar haqqında
deyilir) bu məsəlin, eləcə də 6-cı tapşırıqda verilmiş “qonağı duz-çörəklə
qarşılamaq” ifadəsinin etimologiyası haqqında şagirdlərin versiyaları dinlənilir.
Söz ehtiyatı
(St. 2.1.2) 
Şagirdlər 2-ci mətndaxili sualı cavablandırarkən “şah əsər” ifa -
də sində məcazi mənada işlənmiş sözü (şah) tapırlar. 
Müəllimin nəzərinə! Mətndəki kontekstdə “şah əsər” ifadəsinin özü mə -
cazi mənada işlənmişdir, çünki bu ifadə çörəyə aid edilir, çörəyi isə
əsər adlandırmaq olmaz. Bu məqamı da şagirdlərin diqqətinə çat -
dırmaq məqsədəuyğun hesab edilir.
3-cü tapşırıq yerinə yetirilərkən şagirdlər burada verilmiş sözləri müxtəlif
kontekstlərdə işlətməklə mənasını anladığını nümayiş etdirirlər. “Sayğı” sözü
üzərində xüsusi dayanmağa dəyər. Bu sözün dilimizdə son zamanlar “hörmət”
sözü ilə yanaşı geniş işləndiyi və türk mənşəli olduğu vurğulanır. Sözün mor-
105
DƏYƏRLƏR
105
DƏYƏRLƏR
105
DƏYƏRLƏR
105
DƏYƏRLƏR
105
DƏYƏRLƏR
105
DƏYƏRLƏR
105
DƏYƏRLƏR
105
DƏYƏRLƏR
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə