Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə34/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

“cila” sözünün mənasını lüğətdən tapmalı, sonra isə kontekstdaxili mə nanı izah
etməlidirlər.)
2. Sonuncu iki misranın mənasını izah edin.
• Göytürklər kimdir və onların adı nə üçün çəkilir?
• “Qurdbaşlı bayraq” nəyə işarədir? Nə üçün şair bizim bayrağı onun bala sı
adlandırır?
II bənd üzrə:
1. Bəndin ilk iki misrasını izah edin. “Torpaq, əgər uğrunda ölən varsa, Və -
tən dir!” misrası ilə müqayisə edin. 
2. Bəndin 3-4-cü misralarını izah edin. Zəfər gülləri nə üçün bayraq işığın da
bitir?
3. Bəndin sonuncu misralarını izah edin (tapşırıq 3).
III bənd üzrə:
1. “Әcdadımın ayaq izi” deyəndə hara nəzərdə tutulur? (tapşırıq 4)
2. Nə üçün şair bu torpaqlarda bayrağımızın dikəlməyini arzulayır?
3. “Keçdiyi yerlər” deyəndə hara nəzərdə tutulur?
IV bənd üzrə:
1. Әvvəlki biliklərə əsaslanaraq bəndin ilk iki misrasını izah edin. Hilalın nə
üçün daha qədim tarixə malik olduğu haqqında fikir yürüdün.
2. Bu bənddə hilal haqqında hansı məlumat verilir? (tapşırıq 5)
V bənd üzrə:
1. Nə üçün şair bayrağı əsgər silahı ilə eyniləşdirir (“tən tutur”)?
2. Şair bayrağın yalnız şəhidlər önündə əyilməli olduğunu deyərkən nəyi
nə zərdə tutur? (tapşırıq 6)
Ekspertlər doğma qruplara qayıtdıqdan sonra şeir bütövlükdə təhlil olunur.
Sonra hər qrupdan bir nümayəndə öz bəndini suallar əsasında izah edir. Digər
qruplar müzakirəyə qoşulub fikirlərini bildirə bilərlər. Müəllim, lazım gələrsə,
mü  daxilə etməli və şagirdləri düzgün istiqamətləndirməlidir. Sonda müəllim
refleksiya üçün şagirdlərə ümumiləşdirici suallar verir:
1. Bizim bayraq qədim türklərin bayrağının balası hesab edilə bilərmi? 
2. Nə üçün zəbt olunmuş torpaqlara birinci olaraq bayraq sancılır? və s. 
Söz ehtiyatı
(St. 2.1.1)
1-ci tapşırıqda verilmiş “dövri-qədim” ifadəsi üzərində dayan -
ma ğa ehtiyac vardır. Şagirdlərə bu ifadənin mənası izah edilərkən (qədim
dövr) izafət birləşməsi haqqında qısa məlumat verilə bilər. Әrəb-fars dil lə rin -
dən dilimizə keçmiş bu forma geniş yayılmasa da, bəzi ifadələr daşlaşmış for-
mada dili miz də yaşamaqdadır. Məsələn, əhvali-ruhiyyə, nöqteyi-nəzər və s.
Әs lində, bu ifa dələr “ruhun əhvalı”, “nəzər nöqtəsi” mənasını verir. 
Yazı
(St. 3.1.3)
Şagirdlərin diqqəti bir daha “Göytürk”, “qurdbaşlı bayraq” ifadə -
lə rinə yönəldilir. Bildirilir ki, göytürklər haqqında kifayət qədər əfsanələr, tarixi
97
DƏYƏRLƏR
97
DƏYƏRLƏR
97
DƏYƏRLƏR
97
DƏYƏRLƏR
97
DƏYƏRLƏR
97
DƏYƏRLƏR
97
DƏYƏRLƏR
97
DƏYƏRLƏR
  Çap üçün deyil


faktlar vardır. Şagirdlərə tapşırılır ki, həm əfsanələrə, həm də real tarixi fakt-
lara əsaslanaraq “Qədim türk əfsanələrində Bozqurd obrazı” mövzusunda ya -
zılı məruzə hazırlasınlar. Bu zaman mətnin düzgün qurulması, fikirlərin ab  zas lar
üzrə qruplaşdırılması və ardıcıllıqla verilməsi əsas şərtdir. Şagirdlər qiymət -
lən dirilərkən bu məqamlara diqqət yetiriləcəkdir.
Dil qaydaları
(St. 4.1.3 və st. 4.1.4)
8-11-ci tapşırıqlarda şagirdlərin bu vaxta qədər
əvəzlik haqqında əldə etdikləri biliklər ümumiləşdirilir və yoxlanılır. Әlavə ola -
raq, şagirdlərə iş vərəqlərin də redaktə xarakterli belə bir mətn də vermək olar.
Әlavə tapşırıq:
Mətndəki orfoqrafik, qrammatik və nitq səhvlərini düzəldərək dəftərinizə
köçürün. Әvəzliklərin altından xətt çəkin.
ӘJDAHA KOMODO
Yer üzündə bir əjdaha yaşıyırdı. Əjdahanın adı Komodo idi. O ağ zın dan
alov püskürürdü, ona görə də ətraf kəntdə yaşıyannar əjda ha  dan qorxur-
dular. Əjdahanın yaxınnaşdığını görən kimi hamı qaçır, gizdənirdilər. 
Bir gün Komodo yolda balaca bir qıza – Syuziyə rast gəldi. Qız Ko-
mododan qorxmadı. Komodo təəccübləndi:
– Sən mənnən qorxmadın?
– Yox.
– Nə yaxşı?! Mən sevindim. Hamı mənnən qorxur, mən tək qalmı şam,
darıxıram.
Balaca qız dedi:
– Sən niyə alov püskürürsən? Hamı sənnən ona görə qorxurlar.
– Heç bilmirəm, niyə alov çıxardıram. Bir daha eləmərəm.
Bunu deyib əjdahaynan qız ayrıldılar. Qız evə gedirdi. Gördü ki, kü çə -
 ləri qaranlıqdır. Neyçünsə həmişə küçənin fənərrərini yandıran Çarli yox idi
və buna görə hər tərəf qarannığ idi. Balaca qız qorxdu, ağlamağa baş da -
dı. Elə bu vaxt uzaxdan işıq göründü. Bu alov püskürən əjdaha idi. Əj da -
hanın alovu ətrafı işıqlandırdı və qız evə getdi. Syuzi başa düşdü ki, əsas
məsələ görülən iş deyil, həmin işin məqsədidir.
Donald Bisset
Bu mətndə kifayət qədər orfoqrafik, qrammatik səhvlər, yersiz təkrarlar
vardır. Şagirdlər həm keçmiş biliklərini möhkəmlədəcək, həm də əvəzlikləri
yerində işlətməklə onların nitqdə funksiyasını bir daha müəyyənləşdirəcəklər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
98
III BÖLMƏ 
98
III BÖLMƏ 
98
III BÖLMƏ 
98
III BÖLMƏ 
98
III BÖLMƏ 
98
III BÖLMƏ 
98
III BÖLMƏ 
98
III BÖLMƏ 
  Çap üçün deyil


27-ci dərs. “MӘN GӘRӘK OĞUL DOĞULAYDIM...” (3 saat)
Motivasiya
Müəllim “Kim böyüyəndə jurnalist olmaq istəyir?” sualı ilə sinfə müraciət
edir. Әlavə suallar:
1. Jurnalist olsaydınız, nədən yazardınız?
2. Sizcə, bu peşənin hansı çətinlikləri var?
3. Qarabağ müharibəsində həlak olmuş hansı jurnalistlərimizi tanıyırsınız?
Şagirdlərin cavabları arasında Salatın Әsgərovanın adı çəkilərsə, BİBÖ
cədvəli çəkilir:
Oxu
(St. 2.2.2) 
Mətn səssiz oxu ilə oxunur. Şagirdlərə tapşırılır ki, mətni bir neçə
bitkin hissəyə ayırıb hissələrə başlıq versinlər və həmin hissənin planını qur-
sunlar. 
Mətni təqribən dörd bitkin hissəyə ayırmaq mümkündür: 
I hissə – ilk mətndaxili suala qədər.
II hissə – “Çoxları ... milli ruhdan xəbərsiz idi” cümləsi daxil olmaqla.
Standartlar
Təlim nəticələri
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
Mətnin hissələrini məzmuna uyğun
başlıqla adlandırır.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Kontekstə görə mənasını müəyyən ləş-
dirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
2.1.2. Sözləri həqiqi və məcazi mə na -
da işlənməsinə görə fərqləndirir. 
Məcazi mənalı söz və birləşmələri
həqiqi mənada işlənən ekvivalenti ilə
əvəz edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir.
Bədii mətndən seçilmiş hissələrin on -
da yaratdığı hiss və duyğuları şərh edir.
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tər -
cümeyi-hal) yazır. 
Verilmiş situasiyaya uyğun ərizə yazır.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin
təqdimetmə formasını müəyyənləşdirir.
Mövzu üzrə topladığı məlumatları
məruzə şəklində təqdim edir.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir. 
Әvəzliyin məna növlərini müəyyən
edir
.
Salatın Әsgərova haqqında
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
99
DƏYƏRLƏR
99
DƏYƏRLƏR
99
DƏYƏRLƏR
99
DƏYƏRLƏR
99
DƏYƏRLƏR
99
DƏYƏRLƏR
99
DƏYƏRLƏR
99
DƏYƏRLƏR
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə