Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə35/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

III hissə – “Salatının cəbhə reportajlarını bütün Azərbaycan oxuyurdu”
cümləsi daxil olmaqla.
IV hissə – mətnin sonuna qədər.
Şagirdlərə hər hissəyə başlıq vermək və həmin hissənin planını yazmaq
tap şırılır. Məsələn, I hissəyə “Salatının uşaqlığı” adını vermək olar.
Plan:
1. Salatının sənədindəki yanlışlıq
2. Onun bu hadisəyə münasibəti
3. Balaca Salatın
4. Salatının arzuları
Şagirdlərin diqqəti mətnin giriş hissəsinə, onun qeyri-adiliyinə yönəldilir.
Adətən, bu cür mətnlərin giriş hissəsində haqqında danışılan şəxsiyyət, dövr
və ya problem haqqında ümumi məlumat verilir. Bu mətnin girişində isə Sa -
la tının həyatından bir epizod verilmişdir. Müəllim bildirir ki, bu, oxucunun diq -
qətini mətnə cəlb etmək üçün istifadə olunan bir üsuldur. Әslində, bu epizodda
Salatının xarakterinin əsas cəhətlərindən biri – onun mərdliyi açılır. Bununla da
mətn müəllifi sanki oxucunu qeyri-adi bir şəxsiyyətlə tanışlığa hazırlayır, onda
bu şəxsiyyətə və mətnə maraq oyadır.
(St. 2.1.1)
3-cü tapşırıqda verilmiş sözlərin mənaları əvvəlcə kontekstə uy -
ğun izah edilir. Daha sonra bu izahlar lüğətdə verilmiş izahla müqayisə olu nur.
(St. 2.1.2) 
Mətndaxili suallar üzərində də iş aparılır. 2-ci mətndaxili sual
cavab landırılarkən müəllim əlavə şərhlər verə bilər: Mətndə hər hansı sözün
kinayə ilə və ya məcazi mənada işləndiyini bildirmək üçün çox zaman həmin
söz dır naq içində yazılır. Belə hallarda həmin sözü əksmənalı ifadə ilə əvəz
etmək lazımdır (“sülhsevər” – qaniçən, çapıb-talayan, qırğın törədən).
(St. 2.2.3) 
Şagirdlər mətni mənimsədikdən sonra “Son sözü mənə saxla”
üsu lu tətbiq olunur. Şagirdlərə tapşırılır ki, mətndən onları sevindirən, kədər -
lən  dirən, əsəbiləşdirən, təəccübləndirən, riqqətə gətirən hissələri seçib vərəqə
yaz  sınlar və vərəqin arxasında həmin hissəyə şərh yazsınlar. 
Daha sonra bir neçə şagird seçdiyi hissəni təqdim edir. Әvvəlcə sinfin hə -
min hissəyə verdiyi şərhlər dinlənilir. Sonda isə şagirdin öz seçdiyi hissəyə
şə r hi oxunur.  
Yazı
(St. 3.1.4)
Müəllim: Təsəvvür edin ki, Salatın Əsgərova işlədiyi qəzetin re -
dak torundan onu cəbhəyə göndərməyi xahiş edir. Redaktor isə onun qadın ol -
duğunu bildirərək etiraz edir. Lakin Salatın israr edir. Nəhayət, redaktor deyir
ki, qoy Salatın ona ərizə ilə müraciət etsin və ərizədə bildirsin ki, baş verəcək
ha  disələrlə bağlı məsuliyyəti öz üzərinə götürür. Siz bu ərizəni necə ya zar dınız?
100
III BÖLMƏ 
100
III BÖLMƏ 
100
III BÖLMƏ 
100
III BÖLMƏ 
100
III BÖLMƏ 
100
III BÖLMƏ 
100
III BÖLMƏ 
100
III BÖLMƏ 
  Çap üçün deyil


Dinləyib-anlama və danışma
(St. 1.2.1)
Şagirdlər “Qarabağ müharibəsində həlak olmuş jurnalistlərimiz”
mövzusunda konfransa hazırlaşırlar. Bunun üçün onlar iki qrupa bölünürlər.
Hər qrup araşdırma layihəsi üzrə tapşırıq alır.
I qrup: Milli Qəhrəman Çingiz Mustafayev haqqında araşdırma aparıb
məruzə hazırlayın.
II qrup: Yazıçı-jurnalist, Milli Qəhrəman Alı Mustafayev haqqında araşdırma
aparıb məruzə hazırlayın. 
Müəllim məruzə mətnlərində istifadə etmək üçün “Söz mücrüsü” də təklif
edə bilər:
Növbəti dərsdə təqdimatlar dinlənilir və müzakirə olunur. Məruzəni dinlə -
yən  lər mövzu üzrə suallar hazırlayır, ümumiləşdirmələr apararaq fikirlə rini
bildirirlər.
Dil qaydaları
(St. 4.1.2) 
6-cı tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Dil qaydaları ilə bağlı müəllim aşağıdakı məlumatı şagirdlərin nəzərinə
çatdıra bilər: Heç kim, heç nə, heç biri əvəzliklərinin məzmununda inkarlıq
vardır. İşlənmə məqamından asılı olaraq, kimsə əvəzliyi də (vurğu son he ca   -
ya düşdükdə) inkarlıq anlayışına malik ola və heç kim əvəzliyinin sinonimi
kimi çıxış edə bilir. Məsələn: Kimsə (heç kim) yaxın gəlməyə cürət etmədi.
Şagird lərə əvəzliyin məna növləri haqqında məlumat verildikdən sonra
7-13-cü tapşırıqlar yerinə yetirilir. 
Müəllimin nəzərinə! 7-ci tapşırıq üzrə müəllim aşağıdakı məlumatı şa -
gird lərin nəzərinə çatdıra bilər: Öz əvəzliyinin aid olduğu isim hə mi -
şə mənsubiyyət şəkilçisi tələb edir. Lakin bəzən öz əvəzliyi özü də
mən subiyyət şəkilçisi qəbul edərək isimləşir və ismin xüsusiy yət lərini
da şıyır. Məsələn: Bu işin hamı üçün xeyirli olacağını özün (kim?)
demişdin
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
peşə borcu, vətənə qələmi ilə xidmət etmək, peşəkarlıq, cəbhə
bölgəsi, oçerk, reportaj, məqalə, televiziya, qəzet, jurnalist, operator,
informasiya, ekstremal vəziyyət, erməni ekstremistləri və s.
101
DƏYƏRLƏR
101
DƏYƏRLƏR
101
DƏYƏRLƏR
101
DƏYƏRLƏR
101
DƏYƏRLƏR
101
DƏYƏRLƏR
101
DƏYƏRLƏR
101
DƏYƏRLƏR
  Çap üçün deyil


28-ci dərs. QIZ QALASI (2 saat)
Motivasiya
Qız qalasının tarixi, nə üçün belə adlanması ilə bağlı sual-cavab keçirilir.
Şagirdlər, yəqin ki, müxtəlif əfsanələr eşidiblər. Ola bilər ki, özləri nə isə bir
əf sanə uydursunlar. Bütün fərziyyələr dinlənildikdən sonra mətn oxunur.
Oxu
(St. 2.2.3)
Mətnin qavranılması üçün İstiqamətləndirilmiş oxu üsulu tət -
biq olunur. Şagirdlərə əvvəlcə mətnin məzmunu ilə bağlı suallar verilir:
1. Nə üçün Qız qalası hələ də “sirli abidə” hesab edilir?  
2. Qız qalasının ölçüləri (hündürlüyü, diametri və s.) haqqında nə deyə
bilərsiniz?
3. Qız qalasının daxili quruluşunu təsvir edin.
4. Qız qalasının yaşı haqqında hansı fikirlər var?
5. “Bak” sözünün mənası nədir?
6. Şəhərin kənarındakı qalanı “nəhəng bir şama” bənzədən nə idi?
7. Әfsanəyə görə qalanın üzərindəki od nəyin hesabına yanırdı?
8. Yadelli qəsbkarları Bakıya cəlb edən nə idi?
9. Әfsanədə Odlar qızı necə təsvir olunur?
10. Әfsanəyə görə “Qız qalası” adı necə yarandı?
Şagirdlərə bu suallar əvvəlcədən təqdim edilir. Şagirdlər mətni oxuyaraq
məzmunla bağlı suallara cavab verirlər. Daha sonra mətnin təhlili ilə bağlı sual -
lar təqdim edilir:
1. Qalanın başında odun yanması, “xilas yolu”nun alovdan gəlməsi nəyə
işarədir? (Atəşpərəstliyə)
2. Tapşırıq 6: Kahin nə üçün xalqa “Hörmüzün övladları” deyə müraciət
etdi? Hörmüz kimdir? (Atəşpərəstlərin sitayiş etdikləri müqəddəs varlıq)
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikir və mülahizələrə
mü nasibət bildirir.
Biliklərindən istifadə etməklə mətndəki
fikir və mülahizələri genişləndirir.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
Mətni hissələrə bölüb başlıq verir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta nış
olmadığı sözlərin mənasını şərh edir. 
Öyrəndiyi yeni sözləri nitqində məna -
sına uyğun istifadə edir (cümlələr qur ur).
2.1.2. Sözləri həqiqi və məcazi məna -
da işlənməsinə görə fərqləndirir.  
Kontekstə görə sözün məcazi mənada
işləndiyini müəyyənləşdirir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əlaqələndirir. 
Mətnin giriş, əsas hissə və sonluğunu
müəyyən edir. 
1.2.4. Problemlə bağlı mülahizələrini
söyləyir.
Diskussiya zamanı problemlə bağlı fi -
kir lərini bildirir.
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Әvəzliklərin quruluşca növlərinin yazı -
lı şı ilə bağlı qaydalara əməl edir.
102
III BÖLMƏ 
102
III BÖLMƏ 
102
III BÖLMƏ 
102
III BÖLMƏ 
102
III BÖLMƏ 
102
III BÖLMƏ 
102
III BÖLMƏ 
102
III BÖLMƏ 
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə