Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə31/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

Şagirdlər mətnin tərkib hissələri ilə mühakimə xarakterli mətnin tələblərini
uyğunlaşdırırlar. Öz yazılarını verilmiş sxemlər əsasında yazır və hər hissədə
neçə abzasın olduğunu müəyyənləşdirirlər.
Dil qaydaları 
(St. 4.1.2)
6-cı tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Şəxs əvəzlikləri ilə bağlı dil qaydaları mənimsədildikdən sonra 7-9-cu
tapşırıqlar yerinə yetirilir. 
7-ci tapşırıq: Şagirdlər şəxs əvəzliklərinin ismi əvəz etdiyini, bu nitq his sə -
sinin xüsusiyyətlərini, o cümlədən hal şəkilçilərini qəbul etdiyini, “mən” və “biz”
əvəzliklərinin yiyəlik hal şəkilçisinin fərqli olduğunu öyrənirlər.
8-ci tapşırıq: Şəxs əvəzliklərinin qəbul etdiyi hal və xəbərlik şə kil çi lərini
fərqləndirirlər.
9-cu tapşırıq: Feilin şəxsə görə dəyişməsini əsas götürərək mübtəda rolun -
da olan şəxs əvəzliyini təyin edirlər. 
Әlavə tapşırıq:
Şəxs əvəzliyinin nitqdə rolunu müəyyənləşdirmək üçün şagirdlərə tapşırıq
verilir:
Mətndə verilmiş şəxs əvəzliklərini əvəz etdikləri söz və ifadələrlə əvəz edin.
ӘQRӘB VӘ TISBAĞA
Əqrəblə Tısbağa dost olurlar. Bir gün Əqrəb xahiş edir ki, Tısbağa onu
boynuna mindirib bir az suda gəzdirsin. Tısbağa razılaşır. 
Suda üzərkən Əqrəb onu sancır. Tısbağa deyir:
– Sən nə edirsən?
– Bağışla, səhv elədim.
Bir az da üzürlər. O, yenə Tısbağanı sancır. Tısbağa yenə soruşur:
– Sən nə edirsən?
– Bağışla, qardaş, səhv elədim.
Bir az da keçir. Əqrəb yenə Tısbağanı sancır. Tısbağa bir də soruşanda
Əqrəb deyir:
– Neyləyim, bu mənim adətimdir. 
Tısbağa acıqlanır:
– O sənin adətindir, bu da mənim, – deyib suyun altına girir. 
Beləcə, Əqrəb boğulur.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
88
III BÖLMƏ 
88
III BÖLMƏ 
88
III BÖLMƏ 
88
III BÖLMƏ 
88
III BÖLMƏ 
88
III BÖLMƏ 
88
III BÖLMƏ 
88
III BÖLMƏ 
  Çap üçün deyil


24-cü dərs. ӘLİF HACIYEV (3 saat) 
Motivasiya
Müəllimin nəzərinə! Bu dərsdən əvvəl müəllim Qarabağ müharibəsində
həlak olmuş qəhrəmanlarımız haqqında məlumat toplamağı tapşırır.
Әvvəlcə Beyin həmləsi (və ya Auksion) tətbiq edilir: Qarabağ mühari bə -
sində həlak olmuş hansı şəhid qəhrəmanlarımızı tanıyırıq?
Şagirdlərin cavabları arasında Әlif Hacıyevin adı olarsa, BİBÖ cədvəli
çəkilir:
Söz ehtiyatı
(St. 2.1.1)
Tapşırıq 1: “Ekstremist”, “terrorçu”, “dispetçer” sözlərinin məna -
ları lüğətin köməyi ilə izah edilir. Şagirdlər bu sözləri cümlələrdə işlətməklə
mənasını anladıqlarını nümayiş etdirirlər. Sonradan mətndə həmin sözlərə
rast gəldikcə şagirdlər bir daha bu sözləri kontekstə uyğun izah edirlər.
Standartlar
Təlim nəticələri
2.1.1. Lüğətlərdən istifadə etməklə ta nış
olmadığı sözlərin mənasını şərh edir. 
Mənasını müəyyənləşdirdiyi sözləri
kon  tekstə uyğun izah edir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki əsas fikirləri müəyyənləş 
-
dirmək məqsədi ilə suallar tərtib edir. 
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir.
Mətndəki məlumatları ümumiləşdirərək
mühakimə yürüdür. 
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tər -
cümeyi-hal) yazır.
Şəxs haqqında məlumatları müəy yən -
 ləşdirərək tərcümeyi-hal for 
ma sını
tərtib edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əlaqələndirir. 
Әldə etdiyi məlumatları abzaslar üzrə
məntiqi ardıcıllıqla qruplaşdırır.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
İşarə əvəzliklərini kontekstə uyğun
işlədir.
4.1.3. O, bu əvəzliklərindən sonra ver -
gül dən düzgün istifadə edir.
Kontekstə görə “o” sözünün işarə, yox -
sa şəxs əvəzliyi kimi işləndiyini müəy -
yən edir.
Әlif Hacıyev haqqında
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
89
DƏYƏRLƏR
89
DƏYƏRLƏR
89
DƏYƏRLƏR
89
DƏYƏRLƏR
89
DƏYƏRLƏR
89
DƏYƏRLƏR
89
DƏYƏRLƏR
89
DƏYƏRLƏR
  Çap üçün deyil


Oxu
(St. 2.2.1)
Mətnin qavranılması üçün Sual müsabiqəsi üsulundan istifadə
edilir. Şagirdlər qruplara bölünürlər. Mətn səssiz oxunur. Sonra şagirdlər mətn
əsasında suallar hazırlayırlar. Qruplar bir-birinə suallar təqdim edirlər. Cavab
tam və dolğun olmadıqda həmin qrup özü suallara cavab verməlidir. Həm
verilən suallar, həm də cavablar qiymətləndirilir. 
Şagirdlər təqribən belə suallar yaza bilərlər:
1. Әlif Hacıyevin həyatı haqqında hansı məlumatları əldə etdiniz?
2. Әlif Hacıyev harada çalışmışdır?
3. Nə üçün Әlif həbs olundu? 
4. Daha sonralar ermənilər niyə Әlifin başına mükafat təyin etdilər?
5. Әlif hansı döyüşdə həlak oldu?
Şagirdlərə izah etmək lazımdır ki, sual müsabiqəsinin əsas məqsədi mətn -
də ki əsas məlumatların hamı tərəfindən tam mənimsə nilməsidir. Odur ki sual -
ları tərtib edərkən diqqətli olmaq lazımdır. Mətndəki ikinci dərəcəli məlumatları
ehtiva edən nəqli cümlələri, sadəcə olaraq, sual cümləsinə çevir məklə buna
nail olmaq mümkün deyil. Çalışmaq lazımdır ki, suallar əsas məqamları əhatə
etsin. Ümumiləşdirmək, nəticə çıxarmaq, mühakimə yürütmək bacarıqları
tələb edən suallar daha yüksək qiymətləndirilir. 
Sonda BİBÖ cədvəlinin “Öyrəndim” qrafası doldurulur.
(St. 2.2.3)
2-3-cü tapşırıqları yerinə yetirməklə şagirdlər mətndəki müəy -
yən məqamlarla bağlı mühakimələr yürüdür, fikirlərə münasibətlərini bildirirlər.
Tapşırıq 2:  “Şəhidsiz torpaq, itkisiz qələbə, qansız istiqlal olmur” cümlə si -
nin mənasını izah etmək tapşırılır. Şagirdlərə şərait yaradılmalıdır ki, fikirlərini
sər  bəst şəkildə ifadə etsinlər.
Tapşırıq 3: Şagirdlər mətndə verilmiş müvafiq məlumatları seçir və ümu -
mi ləşdirərək fikir yürüdürlər.
Yazı
Şagirdlər üç qrupa bölünürlər. Hər qrupa mətnin mövzusu ilə bağlı yazı
tap şırığı verilir. Tapşırıqlardan bəziləri araşdırma xarakterli olduğundan ev
tapşırığı kimi verilir.
(St. 3.1.4)
Şagirdlər Әlif Hacıyev haqqında əlavə məlumatlar toplamaqla
onun tərcümeyi-halını yazırlar. Bunun üçün tərcümeyi-hal forması tərtib edilir.
(St. 3.1.3)
4-cü tapşırıq. Mətndə Xocalı faciəsi haqqında məlumat verilmiş -
dir. Şagirdlər mətndən bu informasiyanı çıxarmalı və əlavə məlumatlarla zən -
gin ləş dirib yazılı təqdimat hazırlamalıdırlar. Bununla bağlı şagirdlərə
qiy   mət  lən  dir mə meyarları elan edilməlidir:
– oxunmuş mətndən və əlavə mənbələrdən mövzuya uyğun məlumatların
seçilməsi və məqsədəuyğun şəkildə ümumi ləşdirilməsi; 
– yazı mətnində verilən məlumatların hissələr və abzaslar üzrə düzgün
qruplaşdırılması;
90
III BÖLMƏ 
90
III BÖLMƏ 
90
III BÖLMƏ 
90
III BÖLMƏ 
90
III BÖLMƏ 
90
III BÖLMƏ 
90
III BÖLMƏ 
90
III BÖLMƏ 
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə