Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

Müəllimin nəzərinə! IV qrup üçün verilmiş tapşırıq bir qədər dərin araş dırma,
etimoloji lüğətlərlə iş tələb edir. “P.S.” işarəsi latınca “post scriptum”
(məktubdan sonra) ifadəsinin ixtisarıdır. Adətən, məktubun sonunda
yaddan çıxmış məlumat artırıldıqda cümlənin əvvəlində istifadə olunur.
“N.B.” də latın mənşəli (note bene – vacib qeyd) işarə dir. Müəyyən
əsəri oxuyan oxucu vacib saydığı məqamın yanında bu işarəni qoyur.
Dinləmə
(St. 1.1.1) 
Müəllim aşağıdakı mətni səsləndirir:
DURĞU İŞARӘLӘRİ
İnsan vergülü itirdi, mürəkkəb cümlələrdən qorxmağa, daha sadə, asan
cümlələr axtarmağa başladı. Çətin olmayan cümlələrin ardınca çətin olmayan
fikirlər gəldi. 
Sonra o, nida işarəsini itirdi və sakit, aramla, eyni intonasiya ilə danışmağa
başladı. Onu artıq heç nə sevindirmirdi və özündən çıxarmırdı, o hər şeyə
emo siyasız yanaşırdı.
Daha sonra o, sual işarəsini itirdi. Sual verməyi unutdu, harada – kos-
mosda, yerdə, hətta öz evində baş verməsindən asılı olmayaraq, heç bir
hadisə onda maraq oyatmırdı.
Bir qədər keçdi, iki nöqtəni də itirdi. O daha insanlara fikirlərini, hərəkətlərini
izah etməyə ehtiyac duymurdu.
Həyatının sonuna yaxın onda ancaq dırnaq işarələri qalmışdı. Onun bir
dənə də şəxsi fikri yox idi, həmişə kimdənsə sitat gətirirdi. Beləliklə, o,
düşünmək qabiliyyətini tamamilə itirdi.
Durğu işarələrini qoruyun!
Aleksandr Kanevski
Dinlənilmiş mətn dərslikdən oxunmuş mətnlə bir neçə parametrdə müqa -
yisə olunur:
1. Mövzu
2. Məzmun
3. Fikirlərin ifadə tərzi (üslub)
Müzakirə nəticəsində aşağıdakı qənaətlərə gəlinə bilər:
1. Mövzu baxımından mətnlər yaxındır. Hər ikisində yazıda istifadə olunan
işarələrdən və onların yazılı nitqdə əhəmiyyətindən danışılır.
2. Məzmun baxımından mətnlər fərqlidir, çünki “İşarələrin tarixi” mətnində
bəzi işarələrin yaranma tarixindən danışıldığı halda, “Durğu işarələri” mətnində
işarələr mənəvi keyfiyyətlərlə müqayisə olunur.
3. İfadə tərzi baxımından da mətnlər fərqlidir. Dərslikdəki mətn məlumatve -
ri cidir, elmi-kütləvi xarakter daşıyır. Dinləmə mətni isə bədii mətndir, məzmu -
nun  da əsas cəhət obrazlılıqdır. 
76
II BÖLMƏ
  Çap üçün deyil


Dinləmə mətninə qoyulan sual və tapşırıqlar da onun üslubuna uyğun
olmalıdır:
1. Durğu işarələri ilə münasibətiniz necədir?
2. Әn çox sevdiyiniz, ən çox işlətdiyiniz, ən çox sevmədiyiniz durğu işarəsi
hansıdır?
3. Durğu işarələrinin vacibliyi haqqında öz fikirlərinizi bildirin.
Bu suallar şagirdlərdə bədii təfəkkürü inkişaf etdirmək məqsədi daşıyır.
Yazı
(St. 3.1.3)
4-cü tapşırıq yerinə yetirilir. Verilmiş cümlənin daha asan qav -
ra nılması üçün şagirdlər onu bir neçə cümləyə bölürlər.
Nümunə:
Yazıda çox vaxt şifahi nitqin emosional xüsusiyyətlərini əks etdirmək lazım
gəlir. Bundan əlavə, mətni mənalı parçalara bölmək də vacib məsələlərdən
biridir. Bu məqsədlə yazıda durğu işarələrindən istifadə olunur. Bu ideya qə dim
zamanlarda yaranıb. Lakin onun tətbiqi uzun, mürəkkəb inkişaf yolu keçmişdir.
Dil qaydaları
(St. 4.1.2)
5-ci tapşırıq yerinə yetirilərkən sözün qrammatik mənasını
müəyyən etmək şagirdlərdə çətinlik yarada bilər. Ona görə də müəllim bəzi
məsələlərə aydınlıq gətirməlidir: 
Sifətlər kimi saylar da isimləşə və bu zaman ismin xüsusiyyətlərini qəbul
edə bilər: kim? nə? suallarına cavab verə, hal, mənsubiyyət, cəm şəkilçiləri
qəbul edə bilər. Lakin bununla belə, həmin sözlər nitq hissəsi olaraq say he -
sab edilir. Tapşırıqda verilmiş cümlələrdəki sayların qrammatik mənasını
müəyyən edərkən onun hansı suala cavab verdiyini, hansı şəkilçilər qəbul et-
diyini müəyyənləşdirmək lazımdır.
6-cı tapşırığı yerinə yetirməklə şagirdlər saydan düzəlmiş isimləri saydan
fərqləndirmək bacarığını nümayiş etdirirlər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
21-ci dərs.
ÜMUMİLӘŞDİRİCİ DӘRS. KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ (1
saat)
Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də
kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümu mi -
ləşdirici təkrar üçün material (dərslik, səh. 77-78), MMV-də kiçik summativ qiy -
mətləndirmə nü munəsi (MMV, səh. 78-79) təqdim olunmuşdur. 
77
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


II BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-5-ci suallar aşağıdakı mətnlə bağlıdır.
ZARAFATIN SONU
Amerikanın Klivlend şəhərində yerləşən “General Electric” şirkətində çox
geniş yayılmış bir zarafat var idi. Şirkətə gələn hər yeni işçiyə ağ işıq yayan
bir lampa düzəltməyi şərt qoyurdular. 
Әslində, şirkətin işçiləri belə bir
lampanı düzəltməyin mümkün olmadığına əmin idilər. 
Beləliklə, yeni gələn
işçilər apardıqları təcrübələrin bir nəticə vermədiyini görəndə, insan təbiətinə
uyğun olaraq, “Mən bacarmaram!” – deyir və təcrübələrinə son qoyurdular. 
Ancaq 
1928-ci
ildə bu işçilərdən biri
39 
yaşlı Marvin Pipkin “Mən bacar-
maram!”  yolu əvəzinə “Mən bacararam!” yolunu seçdi. O, 
gecəsini
gündüzünə qataraq 
5-6
günə məşhur fluoressent lampasını kəşf etdi. 
1. Mətnin məzmununa uyğun gələn atalar sözünü göstərin.
A) İş ilə zarafat olmaz.
B) Bacarmadığın bir işə “bacararam” demə.
C) Boyuna baxma, bacarığına bax.
D) Cəhd ilə siçan taxtanı dələr. 
2. Mətndən belə bir nəticə çıxarmaq olmaz.
A) İlk elektrik lampasını Marvin Pipkin kəşf edib.
B) Marvin Pipkin XIX-XX əsrlərdə yaşamışdır.
C) Fluoressent lampası ağ işıq yayır.
D) Marvin Pipkin 1889-cu ildə anadan olub.
3. “Onlar, sadəcə olaraq, yeni əməkdaşın ağ bayraq qaldırdığını görmək üçün
bu zarafatı edirdilər” cümləsi nömrələnmiş boşluqlardan hansının yerinə
uyğun gəlir?
A) 1
B) 2       C) 3       D) 4
4. “Yol” sözü hansı cümlədə mətndəki mənada işlənmişdir?
A) Yolumuz uzaq olsa da, səyahətimiz maraqlı keçdi.
B) Buzqıran gəminin açdığı yoldan qayıqlar keçdi.
C) Asta gedən yorulmaz, yüyürən yolda qalar.
D) Bilik əldə etmək üçün əsas yol gərgin əməkdir.
5. Göy rənglə verilmiş sözlər haqqındakı fikirlərdən hansı doğrudur?
A) Hər üçünü həm rəqəmlə, həm də sözlə yazmaq olar.
B) Hər üçünü Roma rəqəmləri ilə yazmaq olar.
C) Hər üçü sıra sayıdır.
D) Hər üçü miqdar sayıdır.
1
2
3
4
78
II BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə