Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

III qrup – 68-ci səhifədə birinci üç abzas.
IV qrup – 68-ci səhifədə sonuncu üç abzas.
Bu zaman həm sual verən, həm də sualları cavablandıran qrupların
fəaliyyəti qiymətləndirilir. III qrup 2-ci mətndaxili sualdan da istifadə edə bilər.
Qruplarla iş bitdikdən sonra 4-5-ci tapşırıqlar yerinə yetirilir. Әvvəlki dərs -
lərdə sillogizmlər qurmuş şagirdlər 4-cü tapşırıqda verilmiş sillogizmi asanlıqla
tamamlaya bilərlər. 5-ci tapşırığı yerinə yetirmək üçün isə onlar mətni çox
diqqətlə oxuduqlarını sübut etməlidirlər. Yalnız bundan sonra onlar aşağıdakı
sillogizmləri qura bilərlər.
Qalileyin yaşadığı illər:
I hökm: 1633-cü ildə Qalileyin məhkəməsi oldu.
II hökm: Bu zaman Qalileyin 69 yaşı vardı.
III hökm: Qaliley məhkəmədən 9 il sonra vəfat etdi.
Nəticə: Qaliley 1564-1642-ci illərdə yaşamışdır.
Qalileyin milliyyəti:
I hökm: Qaliley Cordano Brunonun həmvətəni olmuşdur (sondan II abzas).
II hökm: Cordano Bruno italyan alimi olmuşdur (mətnin II abzası).
Nəticə: Qaliley milliyyətcə italyan olmuşdur.
Söz ehtiyatı
(St. 2.1.1)
Şagirdlər 3-cü tapşırıqda verilmiş sözlərin mənalarını lüğətin kö -
mə yi ilə araşdırır, sonra onları cümlədə işlədirlər. 
Oxu
(St. 2.2.1) 
Müəllim şagirdlərə vərəqlərdə aşağıdakı mətni paylayır:
Daha sonra müəllim yazı taxtasında aşağıdakı sözləri yazır:
A) Təcrübə
B) Səhv qərarlar  
C) Doğru qərarlar
Tapşırıq: Mətndə nömrələnmiş boşluqların yerinə bu ifadələrdən uyğun
gələnləri yazın.
Bu cür tapşırıqlar şagirdlərdə məntiqli oxu (verbal məntiq) bacarığını inkişaf
etdirir. Şagirdlər sözləri uyğun boşluqlara yazıb vərəqləri müəllimə təqdim
edirlər. Şagirdlər öz məntiqlərini izah edirlər. Doğru cavab müəyyən edilir:
1. Doğru qərarlar.
2. Təcrübə.
3. Səhv qərarlar.
Bir ustadan uğurlarının səbəbini soruşurlar. O, qısaca cavab verir:
– __________________ (1)
Buna necə nail olduğunu soruşurlar. Yenə də cavab qısa olur:
– __________________ (2)
“Bəs bunu necə əldə etmək olar?”, – deyə öyrənmək istəyirlər. 
– __________________ (3), – deyə usta cavab verir.
70
II BÖLMƏ
  Çap üçün deyil


Dil qaydaları
(St. 4.1.4)
6-cı tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. 7-ci tapşırığı yerinə yetirməklə şagirdlər alınmış mürəkkəb sözlərin
yazılış qaydalarına əməl edirlər.
Müəllimin nəzərinə! V sinifdə mürəkkəb sözlərin iki cür yazıldığı haqqında
(bitişik və defislə) məlumat verilmişdi. Kurikulumun sadədən mürək -
kəbə doğru prinsipinə əsasən, ayrı yazılan mürəkkəb sözlər haq qın -
da VI sinifdə məlu mat vermək məqsədəuyğun hesab edilmişdir. Ayrı
yazılan mü 
rəkkəb sözlərdən bəhs edərkən dərs 
liyi linqvistik
terminlərlə yükləməmək məqsədi ilə “tərkibi sözlər” ifadəsindən is -
tifadə olunmamışdır.
8-ci tapşırıq riyaziyyat fənni ilə inteqrasiya yaradır. Burada hər bir sırada
verilmiş sadə saylar müxtəlif kombinasiyalarda birləşərək mürəkkəb saylar
yarada bilər. Məsələn:
1)  1-ci variant: Qırx min beş yüz yeddi
2-ci variant: Qırx min yeddi yüz beş
3-cü variant: Yeddi min beş yüz qırx
4-cü variant: Beş min yeddi yüz qırx və s.
Bunu nəzərə alaraq müəllim bu tapşırıq yerinə yetirilərkən Auksion üsu-
lunu tətbiq edə bilər (sonuncu mümkün variantı deyən şagird qalib sayılır).
Fəndaxili inteqrasiya
(St. 1.2.1)
9-cu tapşırıq araşdırma xarakterli olduğundan ev tapşırığı kimi
verilir. Şagirdlər iki qrupda işləyərək verilmiş mövzularda araşdırma aparır və
məruzə hazırlayırlar. Bu mövzular üzrə kifayət qədər ədəbiyyat və inter net
materialları vardır. Müəllim məruzələrin həcmini (söz və ya cümlə sayı ilə) əv -
vəlcədən müəyyən edib şagirdlərə bildirə bilər.
Məruzələr bir (məruzəçi) və ya iki (həmməruzəçilər) şagird tərəfindən təq -
dim edilə bilər. Məruzə zamanı əyani vəsaitlərdən, qrafik informasiyadan is -
ti fadə təqdir edilməlidir.
(St. 1.1.1)
Digər qrupun məruzəsini dinləyən hər bir qrup qaranlıq mə qam -
ları aydınlaşdırmaq, daha geniş informasiya almaq məqsədi ilə 4-5 sual ha -
zırlamalıdır.
(St. 4.1.4)
Müəllim yazılı məruzələri qiymətləndirərkən mətnlərdə işlənmiş
sayların yazılışını da nəzərə alır və şagirdlərlə birgə müzakirə edir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
71
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


19-cu dərs. ORXON-YENİSEY ABİDӘLӘRİ (2 saat) 
Motivasiya
Verilmiş suallar əsasında BİBÖ cədvəlinin I sütunu doldurulur:
1. Azərbaycan dili hansı dillər qrupuna daxildir?
2. Türk dilləri qrupuna başqa hansı dillər daxildir?
3. Tarix boyu xalqımız hansı əlifbalardan istifadə etmişdir?
4. Qədim türklər haqqında nə bilirik?
II sütunu doldurmaq üçün şagirdlər bilmək istədikləri məlumatları qeyd
edirlər. Yaxşı olar ki, müəllimin yönəldici sualları ilə burada “Qədimdə türklərin
öz əlifbası olmuşdurmu?” sualı da öz əksini tapsın.
Söz ehtiyatı
(St. 2.1.1) 
Şagirdlər 1-ci və 4-cü tapşırıqlarda verilmiş söz və ifadələrin
mə na larını lüğətin köməyi ilə araşdırırlar. Mətni qavramaq üçün bu sözlərin
mə nalarını bilmək vacibdir. Müəllim tapşırır ki, mətn oxunan zaman həmin
sözlər rast gəldikcə onların izahının kontekstə nə dərəcədə uyğun olduğunu
bir daha müəyyənləşdirsinlər.
Oxu
(St. 2.2.1)
Mətn 12 abzasdan ibarətdir. Bu, Cütlükdə oxuma – cütlükdə
ümumiləşdirmə üsulunu tətbiq etməyə imkan verir. 
Standartlar
Təlim nəticələri
2.1.1. Lüğətlərdən istifadə etməklə ta  nış
olmadığı sözlərin mənasını şərh edir.
Mənasını müəyyənləşdirdiyi sözləri
kon tekstə uyğun izah edir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki elmi məlumatları ümumi ləş -
dirib lakonik tezislərlə ifadə edir.
Mətndəki əsas məlumatları qra fik infor -
 masiya (cədvəl, sxem) şəklində təqdim
edir.
2.2.2. Mətni tərkib hissələrinə ayırır. 
Mətnin hissələrini məzmuna uyğun
baş lıqla adlandırır.
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir.
Mətndəki əsas məqamlarla bağlı sual -
ları cavablandırır.
Mətndən seçilmiş hissənin onda ya rat -
dığı hiss və duyğuları şərh edir.
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Saylarla işlənən isimlərin yazılışı ilə
bağ lı qaydalara əməl edir.
Qədim türklərin əlifbası haqqında
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
72
II BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə