Girish son Layout 1


-ci dərs. İLK DÜNYA SӘYAHӘTİ (2 saat)



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

17-ci dərs. İLK DÜNYA SӘYAHӘTİ (2 saat) 
Motivasiya
Bu dərsdə də müəllim motivasiya üçün qlobusdan istifadə edir:
– Kolumb Hindistana səyahət etmək üçün qərbə yollandı. Lakin özü də
bilmədən Amerikanı kəşf etdi. Əgər o, qərbə doğru üzməkdə davam etsəydi,
haraya gəlib çıxa bilərdi? 
Şagirdlər qlobus üzərində işləyərək öz ehtimallarını söyləyirlər. 
Müəllim: Orta əsrlərdə Yerin kürə formasında olması artıq elmə məlum idi.
Lakin bunu əyani şəkildə sübut etmək üçün Yerin ətrafına bir dəfə dolanmaq
lazım idi. Gəlin görək bunu ilk dəfə kim etdi?
Oxu
(St. 2.2.1)
Mətn şagirdlər tərəfindən İstiqamətləndirilmiş oxu üsulu ilə
oxu nur.  Müəllim hazırladığı sualları şagirdlərə təqdim edir:
1. Kolumbun kəşfindən sonra coğrafi kəşflər sahəsində nələr baş vermişdi?
2. Fernando Magellan milliyyətcə kim idi?
3. Hindistana yeni yol tapmaqla bağlı onun ideyası nədən ibarət idi?
4. İdeyasını reallaşdırmaq üçün Magellan kimə müraciət etdi?
5. Ekspedisiya heyətini təsvir edin.
6. Ekspedisiya neçə aya Amerika sahillərinə çatdı?
7. Sakit okean nə üçün belə adlanır?
8. Sakit okeanla üzən ekspedisiya ilk olaraq hansı adaya çatdı?
9. Magellanın aqibəti necə oldu?
10. Ekspedisiyadan vətənə neçə gəmi qayıda bildi?
11. Ekspedisiya heyətindən neçə adam sağ qaldı?
12. Mətndə ekspedisiyaya daxil olan hansı gəmilərin adları çəkilir?
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə qam ları
vurğulayır. 
Qoyulmuş suallara cavab tapmaq üçün
mətndən müvafiq məqamları seçir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir.
Kontekstə görə mənasını müəyyən 
-
ləşdirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
2.1.2. Sözləri həqiqi və məcazi məna -
da işlənməsinə görə fərqləndirir.  
Mətndə məcazi mənada işlənmiş sözü
həqiqi mənalı ekvivalenti ilə əvəz edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şə -
kildə ümumiləşdirir.
Dinlədiyi məlumatın mahiyyətini müəy -
yən edir.
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Sıra saylarının yazılışı ilə bağlı  qay-
dalara əməl edir.
67
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


13. Magellanın səyahəti nəticəsində hansı elmi fikir sübut olundu?
Mətn oxunduqdan sonra 1-ci mətndaxili sual cavablandırılır. Bunun üçün
şagirdlər “Manuel Vasko da Qama” mətnini xatırlamalıdırlar. Bu mətndən alı -
nan mə lumatlara görə, portuqallar artıq Hindistana dəniz yolu tapmışdılar.
Baş qa bir yolun olması onlar üçün maraqlı deyildi. İspaniya ilə Portuqaliya
ara sında dəniz yolları üzərində rəqabət getdiyindən alternativ (şagirdlərə bu
söz izah edilməlidir) yolun tapılması İspaniyanın marağında idi.
5-ci tapşırıq təkrar xarakteri daşıyır. Bu məsələ ilə bağlı “Manuel Vasko da
Qama” dərsində debat keçirilib. Şagirdlər yeni torpaqları kəşf etməkdə Avropa
dövlətlərinin əsas məqsədinin müstəmləkəçilik siyasəti olduğunu bildirirlər.
Söz ehtiyatı
(St. 2.1.1) 
2 və 3-cü tapşırıqlar: Şagirdlər “flaqman” və “boğaz” sözlərini
kontekstdən çıxış edərək izah etməyə çalışır və bu izahı lüğətdə verilmiş
izahla müqayisə edirlər. “Boğaz” sözünün omonim, yoxsa çoxmənalı söz ol -
ması ilə bağlı “Manuel Vasko da Qama” mətnindəki “burun” sözü xatırlanır.
Şa   girdlər bilirlər ki, ümumişlək sözün termin kimi işlənməsi onun omonimlik
xüsusiyyətidir. 
(St. 2.1.2)
4-cü tapşırıq: Şagirdlər “çiçəklənən şəhər” ifadəsindəki “çiçək -
lə nən” sözünü həqiqi mənalı qarşılığı ilə (inkişaf edən) əvəz edirlər.
Dinləmə
(St. 1.1.2) 
6-cı tapşırığa əsasən şagirdlər mətndə adı çəkilən Ameriqo
Vespuççi haqqında məlumat toplayıb məruzə hazırlayırlar. Məruzəni dinləyən
şagirdlər özlərində qeydlər aparır, sual verir və əlavələr edirlər.
Dil qaydaları
(St. 4.1.4)
7-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. 8-9-cu tapşırıqlar vasitəsilə şagirdlər sıra saylarının yazılışı ilə bağlı
qaydaları tətbiq edirlər.
10-cu tapşırıq təlim nəticələri yüksək olan şagirdlər üçün nəzərdə tutul -
muşdur.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
68
II BÖLMƏ
  Çap üçün deyil


18-ci dərs. QALİLEY (3 saat) 
Motivasiya
Motivasiya üçün “Qaliley” mətninə epiqraf kimi verilmiş şeir parçasından
və ona qoyulmuş sualdan istifadə edilir. Beyin həmləsi yolu ilə suallara ve -
ril miş cavablar qeyd olunur. Daha sonra müəllim şagirdlərin diqqətini şeirin
yanında verilmiş portretə yönəldir: 
– Təsvirə əsasən bu şəxs haqqında nə deyə bilərsiniz?
Şeir parçası və illüstrasiyadan şagirdlər aşağıdakı məlumatları əldə edə
bilərlər:
– Qaliley astronomiya ilə məşğul olmuşdur.
– Onun fikirləri kilsə xadimlərinin xoşuna gəlməmişdir.
– Buna görə də onu zindana salmışdılar.
– Zindandan çıxandan sonra onu edam etmək istəyiblər.
– Ölüm ayağında olanda da alim öz fikrindən dönməyib.
Qaliley əmin idi ki, Yer fırlanır.
Oxu
(St. 2.2.1) 
Mətn Öyrənirəm – öyrədirəm üsulu ilə oxudulur. Әvvəlcə şa -
gird lər mətni bütövlükdə səssiz oxuyurlar. Sonra qruplara ayrılırlar və hər qrup
mətnin bir hissəsini ətraflı müzakirə edir və orada əks olunan fikir və faktları
əhatə edən suallar tərtib edir. 
Qruplarla iş. Mətn qruplar arasında aşağıdakı hissələrə bölünə bilər:
I qrup – 67-ci səhifədə mətndaxili sualdan sonra birinci iki abzas.
II qrup – 67-ci səhifədə sonuncu iki abzas.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır. 
Mətndəki əsas fikirləri müəyyənləş dir -
mək məqsədi ilə suallar tərtib edir.
Mətndəki məlumatlardan istifadə et 
-
mək lə sillogizm qurur və əldə etdiyi
yeni məlumatı vurğulayır. 
2.1.1. Lüğətlərdən istifadə etməklə ta nış
olmadığı sözlərin mənasını şərh edir.
Öyrəndiyi yeni sözləri nitqində məna -
sına uyğun istifadə edir (cümlələr qurur).
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Mürəkkəb sayların yazılışı ilə bağlı
qaydalara əməl edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin
təqdimetmə formasını müəyyənləşdirir.
Dinləyicilərinə məlumatları çatdırarkən
öz nitqini əyani vəsaitlər və qrafik in-
formasiya ilə müşayiət edir.
1.1.1. Danışanın məlumatlarına əsasən
onun məqsədini (məqsədlərini) şərh edir. 
Dinlədiyi mətndəki qaranlıq məqamları
aydınlaşdırmaq üçün suallar hazırlayır.
69
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə