Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

Oxu 
(St. 2.2.1) 
Mətn üzərində iş Cütlükdə oxu – cütlükdə ümumiləşdirmə
üsulu ilə aparılır. Mətndə 10 abzas vardır. (Hər səhifənin sonuncu iki abzası
birləş dirilə bilər.) Sinifdə şagirdlərin sayı çox olsa, iki cütlüyə bir abzas tapşırıla
bilər. Cütlər abzasda verilmiş fikri ümumiləşdirməli və məntiqi sual hazır la -
malıdırlar. Məsələn:
I abzas: “XV əsrə qədər Avropada Amerika qitəsi haqqında heç kimin xə -
bə ri yox idi. Bu qitəni Xristofor Kolumb kəşf etdi”.
Sual: Amerika qitəsi nə vaxt və kim tərəfindən kəşf edilib?
Şagirdlərə izah edilməlidir ki, ümumiləşdirmə zamanı abzasdakı əsas de-
tallara fikir verilməlidir. Suallar elə tərtib edilməlidir ki, cavabları məlumatlardan
nəticə çıxarmaq bacarığı tələb etsin.
Ümumiləşdirmə aparılandan sonra cütlər suallarını səsləndirirlər və digər
şagirdlər suallara cavab verirlər. Cavablar düzgün olmadıqda cütlük özü sualı
cavablandıra bilər. 
Mətn üzərində iş bitəndən sonra bütövlükdə ümumiləşdirmə aparılır.
Mətndən əldə edilmiş əsas məlumatlar qeyd edilir:
1. Amerika XV əsrdə kəşf olunub.
2. Xristofor Kolumb tərəfindən təsadüfən kəşf edilib.
3. Xristofor Kolumb Hindistana getmək istəyirdi.
4. Hindistana gedən quru yol Osmanlı imperiyası tərəfindən tutulmuşdu
və s.
Şagirdlər 1-ci mətndaxili suala cavab verməyə çalışırlar. Bu misrada qum
saatından söhbət gedir. Müəllim bildirir ki, qədimdə insanlar günəş və qum
saat ından istifadə edirdilər. Bu haqda şagirdlər bir neçə dərsdən sonra məlu -
mat alacaqlar.
Sonra mətnin axırında verilmiş tapşırıqlar yerinə yetirilir. Bu tapşırıqları
yerinə yetirmək üçün şagirdlərdən mətni yaxşı qavramaları tələb olunur.
3-cü tapşırıqda şagirdlər Kolumbun ekspedisiya üçün niyə əvvəlcə tacirlərə
müraciət etdiyini mətndən çıxardıqları nəticə əsasında cavablandırmalıdırlar.
Mətni diqqətlə oxuyan şagird müəyyənləşdirir ki, Şərqdə, xüsusilə Hindis-
tanda qızıl, ədviyyat, xalça və bəzək əşyalarının olması varlanmaq arzusunda
olan av 
ro palıların diqqətini cəlb edirdi. Aydın məsələdir ki, bu ən əvvəl
bazarda alver edən tacirlərin marağında idi.
4-cü tapşırıqdakı sualların cavabı:
1. Mətndə göstərilir ki, Kolumb İtaliyanın Genuya şəhərindəndir və 1485-ci
ildə İspaniyaya köçmüşdür. 
2. Kolumbun güclü inandırma qabiliyyətinin olmasını kraliçanı razı sala
bilməsi ilə əsaslandırmaq olar. Daha sonra səyahət zamanı geri qayıtmaq is   -
tə  yən matrosları sakitləşdirməsi, dilə tutmasını da misal göstərmək olar.
5-ci tapşırıqdakı “Doğru, yoxsa yanlış” çalışma modeli mətndəki mə lu mat -
ları tam olaraq qavratmaq məqsədi güdür. Burada şagird verilmiş məlu mat -
58
II BÖLMƏ
  Çap üçün deyil


lar dan nəticə çıxarmaq bacarığını nümayiş etdirməlidir. 1-ci və 3-cü sualları
cavab lan dırarkən müəllim sillogizm qurmağı tapşıra bilər:
1. Kolumb 1451-ci ildə anadan olmuşdur.
I hökm: Kolumb 1485-ci ildə İspaniyaya köçmüşdür.
II hökm: Bu zaman Kolumbun 34 yaşı var idi.
Nəticə: 1-ci bənddə verilmiş fikir doğrudur.
3. Kolumbun ilk ekspedisiyası Amerikaya dekabr ayının orta larında çatdı.
I hökm: Kolumbun ekspedisiyası avqust ayının 3-də səfərə çıxdı.
II hökm: Ekspedisiya 70 gündən sonra Amerikaya çatdı.
Nəticə: Ekspedisiya təqribən oktyabr ayının ortalarında Amerikaya çata
bilərdi. Deməli, 3-cü bənddə verilmiş fikir yanlışdır.
Danışma
(St. 1.2.1)
Fənlərarası inteqrasiya 
(Coğrafiya, st. 2.1.3)
6-cı tapşırıq
coğrafiya fənninin “2.1.3. Yerin hava qatını şərh edir” alt-standartı ilə inteqra si -
ya yaradır. Araşdırma ev tapşırığı kimi verilməlidir. Növbəti dərsdə şa gird lər -
dən biri məruzə edir, digərləri məruzəni əlavə məlumatlarla zən   ginləşdirirlər.
Yazı
(St. 3.1.2)
7-ci tapşırıq yerinə yetirilir. Şagirdlər əvvəlcə mətndə Kolumbun
təsviri ilə bağlı məqamları seçirlər. Sonra onun hərəkətlərindən çıxış edərək
bu məlumatları zənginləşdirməklə təsviri xarakterli yazı yazırlar.
Dil qaydaları
(St. 4.1.2)
8-ci tapşırıq motivasiya xarakteri daşıyır. Numerativ sözlər haq -
qında nəzəri material mənimsədildikdən sonra 9-13-cü tapşırıqlar yerinə ye-
tirilir.
Әlavə tapşırıqlar:
1. Səhv işlənmiş numerativ sözləri göstərin və düzü ilə əvəz edin.
1. Onların ailəsi yeddi baş adamdan ibarətdir.
2. Anamı təbrik etmək üçün bir dəst gül almaq qərarına gəldim.
3. Uzaqdan gördüyüm üç dənə adam diqqətimi cəlb etdi.
2. Hansı sözləri numerativ söz kimi işlətmək olar? Cümlələr qurun. 
qaşıq, çanta, stol, stəkan, qurtum, maşın, həyət, nəlbəki
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
59
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


14-cü dərs. MANUEL VASKO DA QAMA (2 saat) 
Motivasiya
Müəllim motivasiya üçün qlobusdan istifadə edir. Әvvəlcə qlobusda İs-
paniya və Portuqaliya tapılır. Daha sonra Kolumbun marşrutu göstərilir və
Hindistana dəniz yolu tapmaq cəhdləri izah olunur. Xatırladılır ki, Aralıq dənizi
və Hindistana gedən quru yolu o zaman Osmanlı imperiyasının nəzarəti
altında idi.
Sual: Bəs siz Avropanın qərbindən Hindistana hansı yolla gedərdiniz?
Müxtəlif cavab variantları ola bilər. Portuqallar və ispanların dənizçilik təc -
rü bəsini nəzərə alaraq ən optimal yol Afrikanın cənubuna qədər sahillə üzüb
oradan Hind okeanına çıxmaqdır. 
Oxu
(St. 2.2.1)
Mətn üzərində iş İstiqamətləndirilmiş oxu üsulu ilə aparılır.
Şa gird lər qruplara bölünürlər. Mətn oxunmazdan əvvəl şagirdlərə tapşırıq veri -
lir. Onlar mətni oxuyarkən aşağıdakı suallara cavab axtarmalıdırlar:
1. Portuqallar nə məqsədlə yeni torpaqlar axtarışına çıxmışdılar?
2. Vasko da Qamaya nə tapşırmışdılar?
3. Nə üçün bu ekspedisiya məhz ona tapşırıldı?
4. Vasko da Qamanın dəniz yolunu qlobusda göstərin.
5. Nə üçün ərəb tacirləri avropalıların gətirdiyi malları pisləyirdilər?
6. Vasko da Qamanın ekspedisiyası necə nəticələndi?
7. Sizcə, nə üçün avropalılar daha çox ədviyyat alırdılar?
8. Vasko da Qamanın ikinci ekspedisiyası nə ilə nəticələndi?
9. Mətndən çıxış edərək Vasko da Qamanın xarakterinə xas olan xüsu -
siyyətləri müəyyənləşdirin.
Mətndaxili sual üzərində iş debat şəklində aparıla bilər. 
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır. 
Qoyulmuş suallara cavab tapmaq üçün
mətndən müvafiq məqamları seçir.
1.2.3. Nitqində intonasiya və ritmdən
düzgün istifadə edir.
Dinləyiciləri inandırmaq üçün nitqindəki
vacib məqamları xüsusi intonasiya ilə
vurğulayır.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
Sayın quruluşca növlərini müəyyən
edir. 
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Sayların yazılışı ilə bağlı qaydalara
əməl edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əlaqələndirir.
Müəyyən mövzu ilə bağlı verilmiş açar
sözlərdən istifadə etməklə rabitəli mətn
yazır.
60
II BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə