Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə18/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

II BÖLMƏ
İXTİRALAR VƏ KƏŞFLƏR
49
İXTİRALAR VƏ KƏŞFLƏR
Dərs 
№ 
Məzmun standartları
Mövzu
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
11.
2.2.1., 2.2.3., 2.2.2.,
1.1.1., 3.1.3., 4.1.2.,
1.2.2.
Riyaziyyatçıların şahı
Say və onun mənaca
növləri
3
46-48
50-53
12.
2.1.1., 2.2.1., 2.2.3.,
3.1.1., 1.2.1., 4.1.2.
Rozetta daşının sirri
Miqdar saylarının növləri
3
49-52
54-56
13.
2.1.1., 2.2.1., 1.2.1.,
3.1.2., 4.1.2.
Әfsanəvi dəniz səyyahı
Numerativ sözlər
2
53-56
57-59
14.
2.2.1., 1.2.3., 4.1.2.,
4.1.4., 3.1.3.
Manuel Vasko da Qama
Sayın quruluşca növləri
2
57-58
60-61
15.
2.2.1., 1.1.2., 1.2.4.,
3.1.4., 3.1.2., 4.1.4.
Yusif Məmmədəliyev 
Sayların yazılışı
2
59-60
62-63
16.
2.2.1., 2.2.3., 2.1.2.,
3.1.1., 4.1.4., 3.1.3.
Qədim saatlar
Miqdar saylarında
şəkilçilərin yazılışı
2
61-63
64-66
17.
2.2.1., 2.1.1., 2.1.2.,
1.1.2., 4.1.4.
İlk dünya səyahəti
Sıra saylarının yazılışı
2
64-66
67-68
18.
2.2.1., 2.1.1., 1.2.1.,
1.1.1., 4.1.4.
Qaliley
Mürəkkəb sayların yazılışı
3
67-69
69-71
19.
2.1.1., 2.2.1., 2.2.2.,
2.2.3., 4.1.4. 
Orxon-Yenisey abidələri
Saylarla işlənən isimlərin
təkdə və cəmdə olması
2
70-73
72-73
20.
2.2.2., 2.2.3, 2.1.1.,
1.2.1., 1.1.1., 3.1.3,
4.1.2.
İşarələrin tarixi
Sayların isimləşməsi
3
74-76
74-77
21.
Ümumiləşdirici dərs
Kiçik summativ
qiymətləndirmə
1
77-78
78-79
Yekun
25
saat
  Çap üçün deyil


11-ci dərs. RİYAZİYYATÇILARIN ŞAHI (3 saat) 
Motivasiya
Müəllim tapşırıq verir: 1-dən 20-yə qədər olan ədədlərin cəmini tapın.
Şagirdlər öz bildikləri kimi toplamağa çalışırlar. 3 dəqiqədən sonra müəllim
bu fəaliyyəti dayandırıb bildirir ki, dərsin sonunda mətndən çıxış edərək bu
tapşırıq bir daha yerinə yetiriləcəkdir.
Oxu
(St. 2.2.1)
İstiqamətləndirilmiş oxu. Müəllim şagirdlərin oxu zamanı dü -
şün cələrini istiqamətləndirmək üçün əvvəlcədən tərtib edilmiş sualları löv hədə
yazır. Mətn səssiz oxunur. Sonda şagirdlər verilmiş sualları ca va b lan dırırlar.
Məzmunun dərk edildiyini yoxlamaq üçün belə bir sualla da sinfə mü raciət et -
mək olar:
Hansı atalar sözü balaca Karlı daha düzgün xarakterizə edir?
A) Tələsən təndirə düşər.
B) Ağıl yaşda deyil, başdadır.
Cavab verən şagirdlər seçimlərini izah edirlər.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki məlumatlardan istifadə et 
-
məklə sillogizm qurur və əldə etdiyi
yeni məlumatı vurğulayır.
2.2.3. Mətndəki fikir və mülahizələrə
mü nasibət bildirir.
Mətndən aldığı elmi məlumatı təcrü -
bədə tətbiq etməklə ona münasibət
bildirir.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
Mətnin tərkib hissələrini məzmuna
uyğun başlıqla adlandırır.
1.1.1. Danışanın məlumatlarına əsa -
sən onun məqsədini (məqsəd 
lərini)
şərh edir.
Dinlədiyi mətndəki əsas məlumatları
əvvəl aldığı biliklərlə müqayisə edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əlaqələndirir. 
Oxuduğu və dinlədiyi mətnlərdəki əsas
məlumatları müəyyən edərək onları ra -
bi təli mətn şəklində yazılı təqdim edir.
4.1.2. Sözün qrammatik mənasını kon -
teks tə uyğun izah edir.
Sayların məna növlərini müəyyən ləş -
di  rir.
1.2.2. Dinləyən şəxsin əsas fikri və an -
layışları başa düşməsinə kömək et mək
üçün mühüm məqamları vurğulayır.
Debat zamanı mövqeyini müdafiə et -
mək üçün arqumentlər və əks-ar 
qu -
mentlər gətirir.
50
II BÖLMƏ
  Çap üçün deyil


Dərslikdəki 1-ci tapşırıq üzərində işə başlamazdan əvvəl müəllim “sillo-
gizm” anlayışı haqqında şagirdlərə məlumat verir:
Sillogizm qurmaq verilmiş məlumatlardan istifadə etməklə nəticə çıxarmaq
ba carığıdır. Məsələn, siz bilmək istəyirsiniz ki, dərslərə vaxtında çat maq üçün
saat neçədə evdən çıxıb məktəbə yollanmalısınız. Bunun üçün sillogizm qu-
rursunuz:
I hökm: Məktəbdə dərslər saat 8-də başlayır.
II hökm: Məktəblə evimizin arası 10 dəqiqəlik yoldur.
Nəticə: Dərs başlanana qədər məktəbə çatmaq üçün mən 8-ə 10 dəqiqə
qalmış evdən çıxmalıyam.
Daha sonra müəllim bildirir ki, elmi-kütləvi mətnlərdə məlumat kifayət qədər
bol olsa da, yaxşı oxucu həmin məlumatlardan istifadə etməklə yeni məlu -
mat lar da əldə edə bilir. Bunun üçün mətni çox diqqətlə oxumaq, oradakı heç
bir fikri nəzərdən qaçırmamaq, mətndəki məlumatları məntiqi ardıcıllıqla düz -
mə yi bacarmaq lazımdır.
1-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər mətndən çıxış edərək aşa -
ğıdakı sillogizmi qurmalıdırlar:
I hökm: Karl Qauss 1777-ci ildə anadan olmuşdur (mətnin 1-ci cümləsi).
II hökm: Karl Qauss 78 il yaşamışdır (sonuncu abzas).
Nəticə: Karl Qauss 1855-ci ildə vəfat etmişdir.
(St. 2.2.3)
Müəllim motivasiya mərhələsində verdiyi tapşırığa qayıdaraq
həmin tapşırığı Karl Qaussun üsulu ilə yerinə yetirməyi təklif edir. Şagirdlər
misal qurmaqla tapşırığı yerinə yetirir və öz sözləri ilə üsulun mahiyyətini və
üstünlüklərini izah edirlər.
(St. 2.2.2)
Mətni tərkib hissələrinə bölmək və hər bir hissəni adlandırmaq
tapşırılır:
1. Giriş. Karl Qaussun uşaqlığı.
2. Әsas hissə. Karl Qaussun ilk kəşfi.
3. Sonluq. Karl Qaussun elmdə yeri.
Dinləmə
(St. 1.1.1)
Müəllim aşağıdakı mətni səsləndirməzdən əvvəl “mifologiya”,
“orbit” və “status” sözlərinin mənasını soruşur. Lüğətdən istifadə etməklə bu
sözlər izah olunur.
QӘLӘMİN UCU İLӘ ULDUZ KӘŞF EDӘN ALİM
XIX əsrin əvvəlində bir italyan astronomu Yer kürəsinə ən yaxın
olan kiçik planeti kəşf etdi və onu Qədim Roma 
mifologiyasında
əkinçilik ilahəsinin şərəfinə Serera adlandırdı. Lakin o, tezliklə planeti
gözdən itirdi. Müşahidə zamanı planet Günəşə yaxınlaşdı və onun
şüa ları içində görünməz oldu. Astro  nomların Sereranı yenidən görmək
cəhdləri heç bir nəticə vermədi. 
51
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə