Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

FƏRD VƏ CƏMİYYƏT
43
Müəllimin nəzərinə!
Altruizm – fədakarlıq, öz xeyrini güdmədən başqasına kömək etmək
de məkdir. “Xudbinlik”, “eqoizm” sözlərinin antonimi hesab edilə bilər.
Dinləyib-anlama və danışma
(St. 1.2.2)
Debat. Həkim Nərminədən qan almaqda haqlı idimi?
Şagirdlər debat zamanı 2 qrupa bölünüb öz fikirlərini ifadə etməli və əsas -
landırmalıdırlar. Bu zaman əsas məqsəd qısa zamanda fikirlərini aydın, səlis
ifadə etməkdir. 
(St. 1.1.1)
Konfrans. Şagirdlərə Qızıl Aypara Cəmiyyətinin tarixi ilə bağlı
konfrans keçirmək tapşırılır. “Konfrans” sözünün mənası sadə şəkildə açıq -
la nır: “Müəyyən mövzuya, problemə həsr olunmuş yığıncaq, tədbir. Konfrans -
da məruzələr dinlənilir və müzakirə olunur”.
Yaxşı olar ki, sinifdə şagirdlər iki qrupa bölünsünlər və hər qrupa mövzu
üzrə 1 məruzə hazırlamaq tapşırılsın. Məsələn:
1. Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi.
2. Müasir dövrdə Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti və rolu.
Qruplara daxil olan şagirdlər məruzəni bir yerdə hazırlamalı və qrupdan
məruzəçi seçməlidirlər. Konfransı idarə etmək üçün sinifdən bir və ya iki apa -
rıcı (moderator) seçilir. Aparıcılar əvvəlcədən hər iki məruzənin mətni ilə tanış
ol malı, müzakirə zamanı ortaya suallar qoymalı, iştirakçılara söz verməli və
onların çıxışlarını ümumiləşdirməyi bacarmalıdırlar.
Dil qaydaları
(St. 4.1.4) 
Dərslikdə verilmiş 3-cü tapşırıq xəbərlik şəkilçilərini mənim -
sətmək üçün motivasiya xarakteri daşıyır. Şagirdlərə motivasiya xarakterli
belə bir tapşırıq da vermək olar:
Nöqtələrin yerinə uyğun gələn şəxs əvəzliyini yazın.
1. ... torpağam, məni atəş yandırmaz. (Rəsul Rza)
2. ... bu gün çox gözəlsən. 
3. ... gələcəyin qurucularıyıq.
4. ... o gündən bəri qəmlisiniz.
5. ... deyilənlərlə razıdırlar.
Sual: Şəxs əvəzliklərini müəyyənləşdirməyə nə kömək etdi?
Nəzəri material mənimsədildikdən sonra 4-cü tapşırıq yerinə yetirilir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
  Çap üçün deyil


BÖLMƏ I
BÖLMƏ I
BÖLMƏ I
I BÖLMƏ 
I BÖLMƏ 
44
9-cu dərs. “ELEKTRON ÜNVANIM OLSAYDI...” (4 saat) 
Motivasiya
Müəllim şagirdləri həyatda uğur qazanmağın alqoritmini qurmağa dəvət
edir: “İlk addımımız nə olmalıdır?” Buna bənzər yönəldici suallarla şagirdlərlə
birlikdə həyatda uğurun alqoritmi qurulur:
1) Məqsədi müəyyənləşdirmək.
2) Məqsədə çatmaq üçün görüləcək işləri müəyyənləşdirmək.
3) Görüləcək işlərin vaxt qrafikini planlaşdırmaq və bu qrafikə əməl etmək.
4) Məqsədyönlü şəkildə çalışmaq.
Bundan sonra müəllim Beyin həmləsi üsulunu tətbiq etməklə “Uğur qa -
zan maq üçün insanda hansı keyfiyyətlər olmalıdır?” sualına alınmış ca vab -
ları yazı lövhəsində qeyd edə bilər.
Oxu
(St. 2.2.1) 
Bu mətn də Proqnozlaşdırma üsulu ilə oxunur. Cədvəl çəkilir.
Mətni hissələrə ayırmaq üçün təklif olunan bölgü:
I hissə – “...Odur ki elektron ünvanı açmamışam" cümləsinə qədər;
II hissə – “Kiçik biznesə başlamaq üçün pis yer deyil...” cümləsinə qədər;
Sizin fikrinizcə, nə
baş verəcək?
Nə üçün belə
düşünürsünüz?
Әslində, nə baş
verdi?
Başlığı oxuyandan
sonra
I hissə
II hissə
Bütün hekayə
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətnin davamı ilə bağlı proq noz larını
obrazın xarakterindəki əsas cəhətlərlə
əsaslandırır.
1.1.1. Danışanın məlumatlarına əsa sən
onun məqsədini (məqsədlərini) şərh edir. 
Söylənilən fikirdə əsas məqamları müəy   -
 yənləşdirir və münasibət  bildirir.
1.2.3. Nitqində intonasiya və ritmdən
düzgün istifadə edir.
Nitqindəki emosional məqamları vur ğu -
lamaq məqsədi ilə intonasiyadan düz -
gün istifadə edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqlən dirir.
Nəqli mətni təxəyyülünə uyğun dəyiş -
dirərək yenidən yazır.
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcü -
meyi-hal) yazır. 
Verilmiş situasiyaya uyğun ərizə yazır.
Verilmiş formaya uyğun tərcümeyi-hal
yazır. 
4.1.2. Sözün qrammatik mənasını
kontekstə uyğun izah edir.  
Düzəltmə sifətləri eyni şəkilçili düzəlt -
mə isimlərdən fərqləndirir.
  Çap üçün deyil


III hissə – mətnin sonuna qədər.
Dərslikdə verilmiş 2-ci tapşırığa uyğun olaraq Coninin obraz xəritəsi tərtib
edilir. Onun xarakterik cəhətləri dərsin motivasiya mərhələsində lövhədə
yazılmış keyfiyyətlərlə müqayisə olunur.
Dinləmə
(St. 1.1.1)
Dərslikdəki 3-cü tapşırıq debat şəklində yerinə yetirilir (Həyatda
uğur qazanmaq üçün ali təhsil almaq vacibdirmi?). Әlbəttə, müəllim çalış ma -
lı dır ki, şagirdlər ali təhsilin insan həyatı üçün üstünlüklərini anlasınlar və qəbul
etsinlər. Rus marşalı Suvorovun kəlamını da xatırlatmaq yerinə dü şər di: “Ge -
ne  ral olmaq istəməyən əsgər pis əsgərdir”. Lakin bununla yanaşı, bil dirmək
la zımdır ki, bütün insanların intellekt, bilik səviyyəsi və təhsilə həvəsi eyni cür
olmur. Ali təhsil həyatda uğur üçün vacib olsa da, yeganə şərt deyil. Bir çoxları
müəy yən sənətə, peşəyə yiyələnməklə də uğurlar qazanırlar. İradə, məq səd -
yönlülük, zəhmətkeşlik, çevik ağıl, məsu liyyət hissi uğurlu insanı xarakterizə
edən əsas keyfiyyətlərdir.
Daha sonra mətndə Coninin son sözləri müzakirə olunur: “Elektron ünva -
nım olsaydı, indi “Microsoft”da süpürgəçi işləyirdim!!!” Şagirdlər mətndən bu
fikri təkzib edən arqumentlər axtarırlar.
Danışma
(St. 1.2.3)
Araşdırma layihəsi. Dərslikdəki 4-cü tapşırığı yerinə yetirmək
üçün mini-konfrans təşkil olunur. Bill Qeyts şəxsiyyəti bütün dünyada bir çox
gənclər üçün uğurlu insan simvoludur. Şagirdlər bu şəxs və onun yaratdığı
“Microsoft” şirkəti haqqında müxtəlif mənbələrdən məlumat toplamaqla mə -
ru zə hazırlayır və təqdimat edirlər. Şagirdlər bu şirkətin yaratdığı bir çox proq -
ram məhsulları ilə tanışdırlar. Onlar konfrans zamanı bu sahədə öz biliklərini
nümayiş etdirə bilərlər.
Yazı
(St. 3.1.1)
Mətni öz təxəyyülünə uyğun dəyişdirmək bacarığı şagirdlərdə
ibtidai siniflərdən formalaşdırılmışdır. Bu mətni “Coni başını aşağı salıb küçə
ilə gedirdi” cümləsindən sonra dəyişmək təklif edilir. Şagirdlərin təqdimatları
dinlənilir və müzakirə olunur.
(St. 3.1.4)
Şagirdlər V sinifdə bəzi əməli yazı nümunələri ilə tanış olmuşlar.
Kurikuluma əsasən, onlar VI sinifdə ərizə və tərcümeyi-hal yazmağı öyrən -
mə lidirlər.
Әrizənin sadə forması 5-ci tapşırıqda şagirdlərə təqdim edilir. Müəllim
ərizə nin yazılış və məzmun formasını, onun hansı məqamlarda yazıldığını
şagird lərə izah edir. 
Dərslikdə tərcümeyi-hal forması da  6-cı tapşırıqda əyani şəkildə şagirdlərə
göstərilmişdir. Onlara sxemə uyğun öz tərcümeyi-halını yazmaq tapşırılır.
FƏRD VƏ CƏMİYYƏT
45
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə