Girish son Layout 1


-ci dərs. DÜLGӘR OĞLU (2 saat)



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

I BÖLMƏ 
40
7-ci dərs. DÜLGӘR OĞLU (2 saat)
Motivasiya
Müəllim “Valideynlərinizlə problemlərinizi, fikirlərinizi bölüşürsü nüz mü?
Valideynləriniz sizin problemlərinizi başa düşürmü?” sualları ilə şa gird lərə
müraciət edir və onları səmimi ol ma ğa dəvət edir. Şagirdlərin fikirləri dinlənilir
və müzakirə olunur.
Oxu
(St. 2.2.1) 
Proqnozlaşdırma. Mətn 1-ci mətndaxili suala qədər səssiz oxu -
nur. Sual cavablandırılır və yazı lövhəsində obrazlar xəritəsi çəkilir. 
Әlavə suallar: Bu hissədə nədən danışılır? (Әsas obrazların xarakteris -
tikası verilir.) (Şagirdlər fikirlərini əsaslandırmalıdırlar.) Sizcə, əsas hissədə
nədən danışılacaq? Burada əsas hissəyə keçid varmı?
Şagirdlərin müxtəlif fikirləri ola bilər. Məsələn:
– Ata iş zamanı xəsarət alacaq, Elxan onu əvəz edəcək.
– Elxan böyüyüb yaxşı mütəxəssis olacaq və atasına kömək edəcək və s.
Proqnozlaşdırma məqsədi ilə müəllim şagirdlərin diqqətini mətnə çəkilmiş
illüstrasiyaya yönəldir. Burada hər bir detala (xüsusilə divardakı elektrik
lövhəsinə) diqqət yetirməyi tapşırır. Müəllim A.Çexovun sözlərini də xatırlada
bil ər: “Әgər teatr tamaşası zamanı səhnədəki divardan tüfəng asılıbsa, o nə
vaxtsa atəş açmalıdır”. 
Mətn 2-ci mətndaxili suala qədər oxunur. Şagirdlər Elxanın hərəkəti ilə
bağlı fikirlərini deyir, hadisələrin davamını proqnozlaşdırırlar. 
Mətn sona qədər oxunur və şagirdlər oxuduqları hissəni öz proqnozları ilə
müqayisə edir, hansının daha maraqlı, daha təsirli olduğu barədə fikirlərini
söyləyir və əsaslandırırlar. Lövhədəki obrazlar xəritəsi tamamlanır.
Nazim Elxan
məsuliyyətlidir, çünki ...
ağıllıdır, çünki ...
qayğıkeşdir, çünki ...
məsuliyyətlidir, çünki ...
ailəcanlıdır, çünki ...
atasını çox istəyir, çünki ...
yaxşı atadır, çünki ...   
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki hadisələrin davamını proq -
noz laşdırarkən müvafiq hissədəki mü -
hüm məqamlardan çıxış edir.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
Mətnin giriş, əsas və sonluq hissəsinə
aid olan xüsusiyyətləri müəyyən edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Yazdığı mətndə təsviri, nəqli, müha -
kimə xarakterli hissələri fərqləndirir.
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir.
İsmin yönlük və çıxışlıq hallarında olan
sözlərin yazılışı və tələffüzü ilə bağlı
qaydalara riayət edir.
  Çap üçün deyil


FƏRD VƏ CƏMİYYƏT
41
(St. 2.2.2)
Dərslikdəki 3-cü tapşırıq yerinə yetirilir. Bu tapşırıq şagirdlərdə
əsərin düyün nöqtəsini müəyyən etmək bacarığını inkişaf etdirir. 
Müəllim bildirir ki, mətnlərdə müəyyən yazı tipi – mühakimə, nəql və ya
təs vir üstünlük təşkil etsə də, bir çox mətnlər qarışıq tipli olur, yəni hər üç yazı
tipinin elementlərinə rast gəlmək olur. “Dülgər oğlu” mətnindən təsviri, nəqli
və mühakimə xarakterli hissələr seçilir. 
Müəllimin nəzərinə! Mətnin əvvəli təsviri xarakter daşıyır. Burada usta
Nazimin emalat xa na sı haq qında, onun iş şəraiti, arzuları haqqında
məlumat verilir, Nazimin və oğ lunun xarakteri açılır. 
Mətnin əsas hissəsində mühakimə xarakterli parçalar olsa da (Naz-
imin elek trik şəbəkəsi haqqında düşündükləri, valideynlərin Elxan
haqqında söh bə ti), bütövlükdə nəqli xarakterlidir: hadisə başlanır,
inkişaf edir və sonda tamamlanır. 
Yazı
(St. 3.1.1)
Dərslikdən 4-cü tapşırıq yerinə yetirilir, hər bir şagird son bir həf -
tə ərzində həyatında baş vermiş ən mühüm hadisə haqqında yazır. Müəllim
bildirir ki, bu yazıda nəqli, təsviri və mühakimə xarakterli hissələr olmalıdır.
Yəni şagirdlər hadisəni nəql etməli, hadisə zamanı qarşılaşdıqları varlıqları
(insanları, əşyaları) təsvir etməli, onlara və hadisənin özünə münasibət bil -
dirməlidirlər (mühakimə yürütməlidirlər).
Dil qaydaları
(St. 4.1.4) 
5 və 7-ci tapşırıqlar motivasiya xarakterlidir. Yönlük və çıxışlıq
halda olan isimlərin düzgün tələffüz və yazılış qaydalarının mənimsənilməsinə
xidmət edir. 
8-9-cu tapşırıqlar üzərində iş gedərkən müəllim bəzi şərhlər verməlidir.
8-ci tapşırıqla bağlı müəllim bildirməlidir ki, -dan
2
şəkilçisi bəzi sözlərə
qoşularaq necə? nə vaxt? suallarına cavab verir. Məsələn: ucadan, birdən,
hərdən və s. Bu zaman -dan
2
zərf düzəldən şəkilçi rolunda olur. Bu şəkilçi o
zaman çıxışlıq hal şəkilçisi hesab olunur ki, qoşulduğu söz kimdən? nədən?
haradan? suallarına cavab versin. “Qəsdən” sözünün morfoloji tərkibini araş -
dırmaq və burada -dən deyil, -ən şəkilçisinin olduğunu da bildirmək vacibdir.
9-cu tapşırıq yerinə yetirilərkən müəllim nəzərə almalıdır ki, şagirdlərin ilə
qoşması, onun ixtisar forması olan -la
2
haqqında məlumatları yoxdur. Lakin
müəllim qeyd etməlidir ki-dan
2
hal şəkilçisi vurğu qəbul edir. Tapşırığın yerinə
yetirilməsi zamanı bu məqama diqqət yetirmək lazımdır.  
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
  Çap üçün deyil


8-ci dərs. “O MӘNİM BACIMDIR...” (2 saat)
Motivasiya
Müəllim:  Şəklə baxıb Qızıl Aypara Cəmiyyətinin
funksiyası haqqında nə deyə bilərsiniz? (Rənginin tə cili
yardım (ambulans) maşınlarının rəngi ilə uyğun ol ması
sizə nədən xəbər verir?)
Daha sonra V sinifdə keçilmiş “Təcili qan axtarılır”
mətni xatırlanır. “Donor” sözünün izahı verilir. 
Oxu
(St. 2.2.1) 
Mətn oxunur (səssiz oxu). Şagirdlərə tapşırılır ki, mətnin əsas
ideyasını əks etdirən məqamları qeyd etsinlər və açar sözləri çıxarsınlar (mə -
sələn: müharibə, yaralılar, əməliyyat, vacib qərar, münasibət, altruizm, fə da -
karlıq və s.)
Әsas fikirlər qeyd olunduqdan sonra müəllim mətndəki fikirlərə münasibəti
öyrənmək üçün müzakirə təşkil edir. Müzakirə üçün verilən sualların nü -
munəsi:
1. Həkimin qərarına münasibətinizi bildirin.
2. Nərminənin hərəkətinə münasibətinizi bildirin.
Söz ehtiyatı
(St. 2.1.1) 
Şagirdlər 1-ci tapşırıqda verilmiş sözlərin mənasını lüğətdən
tapır və yeni sözlərlə cümlə qururlar. “Altruizm”, “altruist” sözlərinin antonimini
tapmaq tapşırılır.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki açar sözlərdən istifadə et -
məklə mühüm məqamları vurğulayır.
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış
olmadığı sözlərin mənasını şərh edir.
Öyrəndiyi yeni sözləri nitqində məna -
sına uyğun istifadə edir (cümlələr qu -
rur).
1.2.2. Dinləyən şəxsin əsas fikri və an -
la yışları başa düşməsinə kömək et mək
üçün mühüm məqamları vurğulayır.
Debat zamanı mövqeyini müdafiə et -
mək üçün arqumentlər və əks-arqu 
-
mentlər gətirir.
1.1.1. Danışanın məlumatlarına əsa sən
onun məqsədini (məqsədlərini) şərh
edir.
Danışanın nitqindəki əsas məqamları
qeyd edərək ona münasibət bildirir.
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı
qaydalara əməl edir.
Xəbərlik şəkilçisi qəbul etmiş sözləri
müəyyən edir.
I BÖLMƏ 
42
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə