Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

I BÖLMƏ 
46
Müəllimin nəzərinə! Müasir dövrdə tərcümeyi-hal bəzən latın abreviaturu
olan CV (curriculum vitae) də adlandırılır ki, bu da latın dilindən tər -
cü  mədə “həyat axarı” deməkdir. Lazım gələrsə, müəllim bu haqda
şa gird lərə məlumat verə bilər.
Dil qaydaları
(St. 4.1.2) 
Dərslikdə verilmiş 7-ci tapşırıq düzəlmə sifətlər haqqında qay -
da nın mənimsədilməsi üçün motivasiya rolunu oynayır. Qayda mənim sədil -
dikdən sonra 8-9-cu tapşırıqlar yerinə yetirilir. 
Әlavə olaraq aşağıdakı tapşırığı da vermək olar.
Dördündən biri fərqlidir:
1) satıcı, sürücü, soyuducu, yorucu
2) daraq, parlaq, sınaq, qınaq
3) uçuq, qoruq, sınıq, çürük
İsim və sifət bəhsinə yekun olaraq müəllim aşağıdakı məlumatı verir:
Elə isimlər var ki, başqa bir ismə aid olub onun necəliyini bildirir: gümüş
(hansı?) bilərzik, daş (hansı) hasar. Buna baxmayaraq, onları sifət ad lan -
dırmaq olmaz. Bu cür isimlərə sifətləşmiş isim deyilir.
Bəzən isə sifət cümlədə əşyanın adını bildirərək ismin suallarına cavab
verir: Qəhrəmanlar (kim?) unudulmur. Belə sifətlər isimləşmiş sifət adlanır.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
10-cu dərs.
ÜMUMİLӘŞDİRİCİ DӘRS. KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ (1
saat)
Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də
kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümumi -
ləşdirici təkrar üçün material (dərslik, səh. 44), MMV-də kiçik summativ qiy -
mətləndirmə nü munəsi (MMV, səh. 47-48) təqdim olunmuşdur.
  Çap üçün deyil


FƏRD VƏ CƏMİYYƏT
47
I BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.
5 MANATLIQ HӘQİQӘT 
İyun ayı idi. Bir gilassatandan gilas alırdım. Bu vaxt yanımıza yaşlı bir qoca
gəldi. Әynində köhnə bir paltar var idi. Qoca yarısına qədər dolu torbanı gi-
lassatana uzatdı və: “Oğlum, dünən axşam bu gilasları səndən aldım. Gö zü -
mün qarşısında yaxşılarını qoymuşdun, ancaq evə aparanda yarısı çürük
çıxdı”, – dedi. 
Gilassatan əvvəlcə qocaya tərs-tərs baxdı, sonra isə: “Sən o gilasları
mənnən
almamısan. Get, kimdən almısansa, ona da qaytar”, – dedi. 
Ağsaqqal kişi yenə də halını pozmadan: “Oğlum, dünənki 
hesabınnan
əskiyin
çıxmadı ki?” – deyə soruşdu. 
Gilassatan qaşlarını çatdı və: “5 manat əskik
idi. Bundan sənə nə?” – dedi. 
Qoca 
cibinnən
əzik bir 5 manatlıq çıxardı
və gilassatana uzadaraq: “Al, oğlum! Dünən axşam mənə verdiyin gilasların
içinnən
çıxdı...” – dedi və ağır
addımlarnan
oradan uzaqlaşdı.
1. Hansı kəlam mətnin məzmununa daha çox uyğun gəlir?
A) Vicdanı ilə alver edən varlanmaz.
B) Hər dediyin doğru olsun, amma hər doğru hər yerdə deyilməz.
C) Düz söz insanın üzünü ağardar.
D) Әn gözəl biclik düzlükdür.
2. “Bu sözlərdən qocanın dən düşmüş saqqalı titrədi” cümləsi nömrələnmiş
boşluqlardan hansının yerinə uyğun gəlir?
A) B) C) D) 
3. Qırmızı hərflərlə verilmiş sözlərin hamısı üçün xas olan cəhət:
A) Hamısı isimdir.
B) Hamısı mənsubiyyət şəkilçisi qəbul edib.
C) Hamısının yazılışında səhvə yol verilib.
D) Hamısı çıxışlıq hal şəkilçisi qəbul edib.
4. Mətndə işlənmiş düzəltmə sifətləri seçin.
1) yaşlı   2) köhnə   3) dolu    4) çürük     5) əskik    6) əzik     7) ağır
A) 1, 3, 4, 6
B) 2, 4, 5, 7
C) 1, 2, 4, 6
D) 3, 5, 6, 7
2
1
3
4
1
2
3
4
  Çap üçün deyil


I BÖLMƏ 
48
5. Düzgün fikri müəyyənləşdirin.
A) Köməkçi nitq hissələri leksik mənaya malik olur.
B) Bütün nitq hissələri şəkilçi qəbul edib dəyişir.
C) Әsas nitq hissələri cümlə üzvü olur. 
D) Әsas nitq hissələrinin yalnız qrammatik mənası olur.
6. “Dil” sözü hansı cümlədə təsirlik hal şəkilçisi qəbul edib?
A) Dili də var, dilçəyi də.
B) Şirin dili ilə ilanı yuvasından çıxardar.
C) Nağıl dili yüyrək olar.
D) Ünsiyyət üçün dili bilmək vacibdir.
7. Hansı cümlədə yönlük halda olan ismin tələffüzü fərqlənir?
A) Ayıdan qorxan meşəyə girməz. 
B) Dərziyə köç dedilər – iynəsini yaxasına sancdı.
C) Eşşəyə gücü çatmır, palanı döyür. 
D) Elçiyə zaval olmaz.
8. Fərqləndirilmiş sözlərin hansına hal şəkilçisi əlavə edildiyinə görə ikinci sait
düşüb?
A) Yalanın ömrü az olar.
B) Hər eybi üzə vurmazlar.
C) Hər çiçəyin öz ətri var.
D) Yaman olmasa, yaxşının qədri bilinməz.
9. Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan isimlərdən hansını müəyyənlik
bildirən yiyəlik hala çevirmək olur?
A) alma ağacı 
B) Kəpəz dağı
C) Qız qalası
D) qartal yuvası
10. Cümlələrdən hansında [nan
2
] şəkilçisi ismin çıxışlıq hal şəkilçisidir?
A) Böyük adamın böyüklüyü kiçik [adamlarnan] rəftarında aşkara çıxır. 
B) İnsan dili ilə deyil, etdiyi [işdərnən] öyünməlidir. 
C) [Ölümnən] qorxmayan millətə ölüm yoxdur. 
D) Nifrətə [nifrətnən] deyil, yalnız [məhəbbətnən] son qoymaq olar. 
11. Söz birləşmələrindən hansında -lı
4
şəkilçisinin tələffüzü dəyişmir?
A) vəfalı dost
B) qarlı dağlar
C) nişanlı oğlan
D) buludlu hava
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə