Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə19/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

Astronomlar Karl Qaussa müraciət etdilər. Alim onların müşahidə -
lərinin nəticələrindən istifadə edərək bu kiçik planetin 
orbitini
hesabladı
və onun yerini dəqiqliklə göstərdi. Alimlər öz teleskop la rını deyilən yerə
yönəldib axtardıqlarını tapanda çox təəc 
cüb ləndilər. Beləliklə,
riyaziyyatçı Karl Qauss “qələminin ucu ilə” sonralar cırtdan planet 
sta-
tusu
alan Sereranı aşkar etdi.
O vaxtdan bir çox planetlər məhz Qaussun metodu ilə kəşf olunub.
Dinləmədən sonra mətnin qavranılması ilə bağlı bir neçə faktoloji sual veri -
lir. Daha sonra dinləmə mətnindəki məlumatlar “Riyaziyyatçıların şahı” mət -
nindəki məlumatlarla müqayisə edilir. 
Yazı
(St. 3.1.3)
Müəllim bildirir ki, “Riyaziyyatçıların şahı” mətni qarışıq tipli mətn -
dir. Şagirdlərə mətndən nəqli, təsviri və mühakimə tipli parçaları tapmaq
tapşırılır. Məsələn, mətnin 1-ci abzası təsviri, son iki abzası mühakimə, qalan
hissələri daha çox nəqli xarakterlidir.
Tapşırıq 2: Şagirdlərə oxuduqları və dinlədikləri mətnlərdə əsas saydıqları
üç məlumatı müəyyənləş 
dirib kiçik mətn yazmaq tapşırılır. Bunun üçün
şagirdlər beyin həmləsi yolu ilə mətndəki məlumatları sadalayırlar:
Karl kasıb alman ailəsində doğulmuşdur.
Kiçik yaşlarından oxumağı, yazmağı öyrənmişdir.
Riyazi təfəkkürü güclü idi. 
Şagird ikən riyazi kəşf etmişdir.
Karl Qauss dövrünün ən böyük riyaziyyatçısı olmuşdur.
Riyaziyyatla yanaşı, fizika və astronomiyanı da yaxşı bilirdi. 
Hesablama yolu ilə Serera planetinin yerini müəyyən etmişdir.
Hesablamaları, adətən, beynində aparırdı.
Karl Fridrix Qaussun yaşadığı illər: 1777-1855.
Müəllim bildirir ki, şagirdlərin yazdıqları mətn 10-12 cümlədən ibarət olma -
lıdır. Hər məlumata 2-5 cümlə ayırmaq olar. Vacib şərtlərdən biri mə lu mat lar
arasında məntiqi əlaqənin olması, bir məlumatdan digərinə ke çərkən cümlələr
və abzaslar arasında əlaqənin, məntiqi ardıcıllığın itməməsidir. Beləliklə,
şagirdlər üç hissədən ibarət rabitəli mətn qurub yazırlar.
Dil qaydaları
(St. 4.1.2)
Motivasiya xarakterli 3-cü tapşırıq yerinə yetirildikdən sonra
sayın məna növləri haqqında nəzəri material mənimsədilir. 4-6-cı tapşırıqlar
yerinə yetirilir. 
Danışma
(St. 1.2.2)
Sinfin səviyyəsi imkan verirsə, aşağıda verilmiş mövzuda debat
keçirmək tövsiyə edilir. 
52
II BÖLMƏ
  Çap üçün deyil


Debat. Şagirdlər “ilk” sözünün sifət, yoxsa say olduğunu müəyyənləş dirmək
üçün debat keçirirlər.
Müəllimin nəzərinə! “İlk” sözü dilçilikdə sifət kimi qəbul edilsə də, bu fikrin
əksinə olan arqumentlər də mövcuddur. 
Müəllim şagirdlərə bildirir ki, bu cür elmi debatlarda arqument ha zır -
layar kən məntiqi sillogizmlərdən istifadə olunur. Şagirdlər artıq sillo-
gizmin nə ol du ğunu bilirlər. Müəllim arqument-sillogizm qurmaq üçün
hər iki qrupa isti qa mətverici suallarla kömək edə bilər. Nəticədə qrup -
lar aşağıdakı arqu mentləri hazırlaya bilərlər:
I qrup:   I hökm: “İlk” sözü “birinci” sözü ilə sinonimdir.
II hökm: Sinonimlər eyni nitq hissəsinə aid olur (balaca-kiçik,
aslan-şir, qaçmaq-yüyürmək və s.).
III hökm: “Birinci” sözü saydır.
Nəticə: “İlk” sözü də saydır.
II qrup:   I hökm: Sıra sayları miqdar saylarına -ıncı
4
şəkilçisi artırmaqla 
düzəlir.
II hökm: “İlk” sözündə şəkilçi yoxdur.
Nəticə: “İlk” sözü sıra sayı ola bilməz.
Qruplar belə bir nəticəyə gələ bilərlər: İki qaydadan birində istisna qəbul
etmək lazımdır: 1) Sinonimlər eyni nitq hissəsinə aid olurlar, lakin “ilk”–”birinci“
sinonim cütlüyü istisnadır; 2)  Sıra sayları miqdar saylarına -ıncı
4
şəkilçisi
artırmaqla düzəlir, lakin “ilk” sözü istisnadır.
Məntiq
7-ci tapşırıqda şagirdlərdən yalnız məntiqi yanaşma tələb olunur. Sözlərdəki
hərflərlə qarşısında verilmiş rəqəmlər arasında əlaqəni müəyyən edən qanu -
na uyğunluq var. Hər hərf bir rəqəmə uyğun gəlir: M–3, A–1, R–5, Q–2, D–4, İ–6.
Bunu müəyyənləşdirəndən sonra MİQDAR sözünün qarşısında yazılmalı
ədədin 362415 olduğu aşkar edilir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
53
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


12-ci dərs. ROZETTA DAŞININ SİRRİ (3 saat) 
Motivasiya
Şagirdlər qədim dünya tarixindən qədim Misir dövləti haqqında məlumat
almışlar. Onlar aşağıdakı Söz assosiasiyası vasitəsilə sxemdəki sualın ca -
vabını tapır və sual işarəsinin yerinə “Qədim Misir” sözlərini yazırlar.
Müəllim Misirin indiki əhalisi, onun dili ilə qədim Misir xalqı və qədim Misir
dili arasındakı fərqi soruşur. “Ölü dillər” haqqında məlumat verilir: Tarixdə elə
xalq lar olmuşdur ki, onların dilləri tədricən unudulmuşdur (məsələn, latın dili)
və bu gün həmin dillər ünsiyyət vasitəsi kimi istifadə olunmur. Bu dilləri alim -
lər  dən başqa heç kim bilmir. Belə dillərdən biri də qədim Misir dilidir. Latın di -
li  nin varisi italyan dili olduğu kimi, qədim Misir dilinin varisi kopt dilidir.
Söz ehtiyatı
(St. 2.1.1)
Şagirdlərə lüğətdən istifadə edərək 1-ci tapşırıqda verilmiş söz -
lə rin mənasını müəyyənləşdirmək tapşırılır. Çünki bu sözləri bilmədən mətni
anlamaq şagirdlərdə çətinlik yarada bilər. 
Oxu
(St. 2.2.1)
Bu mətn üzərində iş Öyrənirəm – öyrədirəm üsulu ilə aparılır. 
Mətn səssiz oxunur. Sonra şagirdlər qruplara bölünürlər. Hər qrupa mətnin
Standartlar
Təlim nəticələri
2.1.1. Lüğətlərdən istifadə etməklə ta nış
olmadığı sözlərin mənasını şərh edir.
Mənasını müəyyənləşdirdiyi sözləri
kon  tekstə uyğun izah edir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır. 
Mətndəki əsas fikirləri müəyyənləş dir -
mək məqsədi ilə suallar tərtib edir.
Verilmiş məlumatlardan istifadə et mək -
lə sillogizm qurur.
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir. 
Qazandığı biliklərdən istifadə etməklə
mətndəki fikirləri şərh edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqlən dirir.
Verilmiş mövzuda mühakimə xarakterli
yazı (esse) yazır.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin
təqdimetmə formasını müəyyənləşdirir.
Mövzu üzrə topladığı məlumatları mə -
ruzə şəklində təqdim edir.
4.1.2. Sözün qrammatik mənasını
kontekstə uyğun izah edir.
Miqdar saylarının məna növlərini müəy -
 yənləşdi rir.
heroqlif
firon
ehram
Nil çayı
?
54
II BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə