Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

bir hissəsi tapşırılır. Mətn elmi məlumatlarla zəngindir. Bu üsul şagirdlərə bü -
tün məlumatlara diqqət yetirib yadda saxlamağa və beləliklə də, mətni ta ma -
milə qavramağa kömək edəcəkdir.
Mətnin təklif olunan bölgüsü belədir:
I hissə – üç ulduz işarəsinə qədər.
II hissə – “Lakin bu da öz nəticəsini vermədi” cümləsi daxil olmaqla.
III hissə – “Ola bilər ki, qədim Misir yazılarında da sait bildirən hərflərdən
istifadə olunmurdu” cümləsi daxil olmaqla.
IV hissə – mətnin sonuna qədər.
Şagirdlərin hazırladığı suallar təqribən bu şəkildə ola bilər. I hissə üçün
nümunələri təqdim edirik:
1. Hadisələr harada, nə vaxt cərəyan edir?
2. Nə üçün fransız ordusunun əsgərləri xəndək qazırdılar?
3. Fransız əsgəri nə tapdı?
4. Mətndə daş necə təsvir olunur?
5. Nə üçün bu daşa “Rozetta daşı” adı verildi?
6. Necə oldu ki, Rozetta daşı ingilislərin əlinə keçdi? və s.
Hər qrup hazırladığı sualları digər qrupa təqdim edir. Suallara cavab verilir.
Verilmədikdə həmin qrup öz suallarını özü cavablandırmalı və şərh etməlidir. 
“Düşün və cavab ver” başlığı altında verilmiş 2-ci tapşırıq mətndə “giz lən -
miş” (sətiraltı) informasiyanı aşkarlamaq məqsədi güdür. Bunu qrup larla iş
şəklində yerinə yetirmək olar. Hər qrup tapşırıqdakı bir suala cavab vermək
üçün mətndəki məlumatlardan istifadə etməklə sillogizm qurmalıdır:
Təqdimatlar aşağıdakı şəkildə ola bilər:
I qrup: 
I hökm: 1822-ci ildə Şampolyon Rozetta daşının sirrini açmağa 
çalışırdı. 
II hökm: Bu zaman Şampolyonun 32 yaşı var idi.
Nəticə: Şampolyon 1790-cı ildə anadan olmuşdur.
II qrup: 
I hökm: 1822-ci ildə Şampolyonun 32 yaşı var idi. 
Nəticə: Şampolyon 1790-cı ildə anadan olmuşdur.
II hökm: Rozetta daşı 1799-cu ildə tapılmışdır.
Nəticə: Rozetta daşı tapılanda Şampolyonun 9 yaşı var idi.
III qrup: 
I hökm: 1822-ci ildə Şampolyonun 32 yaşı var idi. 
Nəticə: Şampolyon 1790-cı ildə anadan olmuşdur.
II hökm: Şampolyon 19 yaşında professor adını almışdı.
Nəticə: Şampolyon 1809-cu ildə professor adını almışdı.
Müəllimin nəzərinə! Göründüyü kimi, sillogizmlər müxtəlif cür qurula bilər:
1) 2-3 hökm və nəticə; 2) bir neçə informasiyanı ehtiva edən 1 hökm
və nəticə; 3) hökm – nəticə – hökm – son nəticə və s.
(St. 2.2.3)
3-4-cü tapşırıqlar mətnə istinad etməklə yerinə yetirilir. Bu za man
şagirdlər mühakiməyürütmə bacarıqlarını nümayiş etdirirlər.  
55
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


Yazı
(St. 3.1.1)
5-ci tapşırıq yerinə yetirilir. Şagirdlərə mühakimə xarakterli ya -
zı nın xüsusiyyətləri xatırladılır.
Danışma
(St. 1.2.1)
Mətndə Şampolyonla yanaşı, Napoleon Bonapartın, Misir fironu
Ptolemeyin və Kleopatranın adı çəkilir. Şagirdlər dörd qrupa bölünür, hər qru -
pa bir tarixi şəxsiyyətlə bağlı araşdırma aparmaq tapşırılır (tapşırıq 6). 
Müəllimin nəzərinə! Şagirdləri xəbərdar etmək lazımdır ki, Ptolemey və
Kleopatra ilə bağlı araşdırma apararkən Rozetta daşı haqqında da -
ha geniş məlumat toplasınlar. Məsələ burasındadır ki, Misir tarixində
bir neçə Ptolemey və Kleopatra olmuşdur. Kleopatraların ən məşhuru
Misirin son fironu və Yuli Sezarın arvadı olmuş Kleo pat ra dır. Lakin
Rozetta daşı üzərindəki mətn, alim lə rin fikrincə, Miladdan öncə 196-cı
ildə yazılmışdır. Ona görə də şagirdlər məhz həmin dövr də ya şa mış
Ptolemey və Kleopatranın həyatını araşdır ma lıdırlar. Onlar haq qında
kitablarda və internetdə kifayət qədər məlumat vardır. 
Dil qaydaları
(St. 4.1.2)
7-8-ci tapşırıqlar motivasiya xarakteri daşıyır. Nəzəri material
mənimsənildikdən sonra 9-10-cu tapşırıqlar yerinə yetirilir.
10-cu tapşırığın cavabı:
1) ikidə bir – 0,5; sıfır tam onda beş; 2) dörd tam beşdə iki – 4,4; dörd tam
onda dörd; 3) dörddə bir – 0,25; sıfır tam yüzdə iyirmi beş; 4) dörddə üç – 0,75;
sıfır tam yüzdə yetmiş beş; 5) bir tam iyirmidə bir – 1,05; bir tam yüzdə beş.
Әlavə tapşırıq: Cümlələrdəki qeyri-müəyyən miqdar sayları arasındakı
məna fərqini müəy yən ləşdirin. 
1.  Az adam tapılar ki, bu məsələdən xəbəri olmasın.  
Bir-iki adam tapılar ki, bu məsələdən xəbəri olmasın.
2.  Bir az su içib yanğımı söndürdüm. 
İki-üç stəkan su içib yanğımı sön dürdüm.
3. İclasın 
gündəliyinə 
bir neçə məsələ salınmışdı. 
İclasın gündəliyinə  üç-dörd məsələ salınmışdı.
4. Məclisdə 
xeyli adam var idi. 
Məclisdə iyirmi-iyirmi beş adam var idi. 
5. Mən 
bir qədər pul götürüb evdən çıxdım. 
Mən yüz-yüz əlli manat pul götürüb evdən çıxdım. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
56
II BÖLMƏ
  Çap üçün deyil


13-cü dərs. ӘFSANӘVİ DӘNİZ SӘYYAHI (2 saat) 
Motivasiya
Müəllimin nəzərinə! Bu dərs coğrafiya fənn kurikulumunda təsbit olunmuş
“1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən
dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir” standartı ilə in-
teqrasiya üzərində qurulur. 
Müəllim: Bir çox mənbələrdə Avrasiya və Afrika materikləri “köhnə dünya”,
Amerika isə “yeni dünya” adlandırılır. Sizcə, bunun səbəbi nədir?
Ola bilər ki, şagirdlər coğrafiyadan Amerikanın kəşfi haqqında məlumat al -
mışlar. Bu halda onlar suala asanlıqla cavab verə bilərlər. Belə olduqda müəl -
lim BİBÖ üsulunu tətbiq edə bilər:
Әgər şagirdlərin Amerikanın kəşfi haqqında anlayışları yoxdursa, müəllim
belə bir sualla da müraciət edə bilər: Bəzən danışıq zamanı belə bir ifadə
işlədilir: “Amerika açma!” Bu məsəli hansı hallarda işlədirlər? Sizcə, bu məsəl
necə yaranıb?
Şagirdlərin variantları dinlənilir və müzakirə olunur.
Söz ehtiyatı
(St. 2.1.1) 
Şagirdlərə lüğətdən istifadə edərək 2-ci tapşırıqda verilmiş
sözlərin mənasını müəyyənləşdirmək tapşırılır. Çünki bu sözləri bilmədən
mətn dəki bəzi məqamları anlamaq şagirdlərdə çətinlik yarada bilər. 
Standartlar
Təlim nəticələri
2.1.1. Lüğətlərdən istifadə etməklə ta nış
olmadığı sözlərin mənasını şərh edir.
Mənasını müəyyənləşdirdiyi sözləri
kon tekstə uyğun izah edir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə qam ları
vurğulayır. 
Mətndəki əsas fikirləri müəyyənləş dir -
mək məqsədi ilə suallar tərtib edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin
təqdimetmə formasını müəyyənləş dirir.
Mövzu üzrə topladığı məlumatları mə -
ru zə şəklində təqdim edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və
ha disələrlə zənginləşdirir.
Mətndəki faktlardan çıxış edərək baş
qəhrəmanın daha təfərrüatlı portretini
əks etdirən yazı yazır.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
Kontekstə uyğun olaraq numerativ söz -
ləri düzgün işlədir.
Amerikanın kəşfi haqqında
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
57
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə