Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

16-cı dərs. QӘDİM SAATLAR (2 saat) 
  
Motivasiya
Mətnin ilk iki abzasında qoyulmuş suallar motivasiya kimi istifadə oluna
bilər. 
Oxu
(St. 2.2.1) 
Әvvəlcə şagirdlərlə birlikdə “perpendikulyar” və “siferblat” söz -
lə rinin mənaları araşdırılır.
Fəndaxili şaquli inteqrasiya
(V sinif – st. 2.2.1. Tələffüz qaydalarını
göz ləməklə mətni düzgün oxuyur.)
Mətn abzaslarla müxtəlif şagirdlər tərəfindən ucadan oxunur. Müəllim V
sinif MMV-də verilmiş “Oxu texnikasının monitorinqi” cədvəlindən istifadə
etməklə şagirdlərin tələffüzü ilə bağlı qeydlər aparır. Әsasən, aşağıdakı
məqamlara diqqət yetirilir:
1. “L” samiti ilə başlanan şəkilçilərin tələffüzü: insanlar, etibarlı, misirlilər, onlar
və s.
2. Tələffüzü çətin olan alınma sözlərin tələffüzü: perpendikulyar, siferblat,
Budapeşt və s.
3. Çıxışlıq halda olan sözlərin tələffüzü: çıxandan, dayanmağından, növlə -
rindən və s.
3-cü tapşırıq şagirdlərdən verilən informasiyadan düzgün istifadə etmək
bacarığı tələb edir. Mətndən belə məlum olur ki, misirlilər kölgənin itməsi
(azalması) ilə günorta vaxtının yetişdiyini bilirdilər. 
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqam ları
vurğulayır. 
Qoyulmuş suallara cavab tapmaq üçün
mətndən müvafiq məqamları seçir.
Mətndəki elmi məlumatları ümumi ləş -
dirib lakonik tezislərlə ifadə edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə
mü nasibət bildirir.
Mətndəki faktları müqayisə edərək mü -
hakimə yürüdür.
2.1.2. Sözləri həqiqi və məcazi mənada
işlənməsinə görə fərqləndirir.
Kontekstə görə sözün məcazi mə nada
işləndiyini müəyyənləşdirir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqlən dirir.
Oxuduğu mətnin ideyasından çıxış
edərək mühakimə xarakterli yazı yazır.
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Rəqəmlə yazılan miqdar saylarının ya -
zılış qaydalarına əməl edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əla qələndirir. 
Həyatda gördüklərini təsvir etməklə ra -
bitəli mətn qurur.
64
II BÖLMƏ
  Çap üçün deyil


4-cü tapşırıqda sözlə verilmiş təsvirə görə əşyanı təsəvvürdə canlandırmaq
tələb olunur. Bu tapşırıq şagirdlərə təsviri xarakterli mətni daha yaxşı öyrən -
mə   yə kömək edir. Onlar anlayırlar ki, əşyanın təsviri elə olmalıdır ki, onu rəs -
mə çevirmək və ya ən azı təsəvvür etmək mümkün olsun.
5-ci tapşırıqda da verilmiş informasiyadan düzgün nəticə çıxarmaq baca rı ğı
tələb olunur. Mətndə göstərilir ki, misirlilər sutkanı 12-yə bölüb hər bölgünü
indiki bir saat kimi qəbul edirdilər. Günorta vaxtı keçdikdən sonra gü nəş
saatında perpendikulyar taxta artıq cizgilər çəkilmiş taxtanın üzərinə deyil,
əks tərəfə kölgə salmağa başlayır. Məhz buna görə də “günorta tamam olan da
qurğunun yönünü dəyişib qərbə tərəf çevirirdilər”. Beləliklə, taxtanın üzə rin də -
ki 6 cizgi gün ərzində öz funksiyasını iki dəfə yerinə yetirib 12 saatı göstərirdi.
Müəllim bu prosesi əyani şəkildə göstərmək üçün stolüstü lampa, xət keş və
kitabdan istifadə edə bilər.
6-cı tapşırıq şagirdlərdən məntiqi təfəkkür və müqayisəetmə bacarığı tələb
edir. Günəş saatlarında taxtanın saldığı kölgə, sözsüz ki, müasir saatlardakı
əqrəb rolunu, cizgilər isə saat üzərindəki rəqəm rolunu oynayırdı. 
Mətn elmi biliklər ehtiva edən təsvirlər və faktlarla zəngindir. Müəllim əmin
olmalıdır ki, şagirdlər bu faktları tam olaraq mənimsəyiblər. Ona görə də “Kim
tez cavab verər?” üsulu ilə sual-cavab aparılır:
1. Misirlilər hansı saatdan istifadə edirdilər?
2. Sizcə, nə üçün insanlar günəşi ən etibarlı saat hesab edirdilər?
3. Günəş saatları daha hansı ölkələrdə istifadə olunurdu?
4. Belə saatlarda kölgənin funksiyası nə idi?
5. Su saatının yaranmasına səbəb nə oldu?
6. Qum saatları nə məqsədlə yaranmışdı?
7. Әn böyük qum saatı harada yerləşir?
8. Müasir saatların rahatlığı nədədir?
Cütlərlə iş. Müəllim şagirdlərə “tezis” sözünü başa salır: Müəyyən elmi
məlumatların ümumiləşdirilmiş formada lakonik ifadəsi. Daha sonra şagirdlərə
mətndəki məlumatları qruplaşdırmaqla tezislər şəklində ifadə etmək tapşırılır.
Tezislər aşağıdakı şəkildə ifadə oluna bilər:  
1. Vaxtı bilmək və ölçmək insanlar üçün həmişə vacib olmuşdur.
2. Müxtəlif dövrlərdə insanlar vaxtı ölçmək üçün müxtəlif qurğulardan –
günəş, qum, su saatlarından istifadə etmişlər.
3. Müasir saatlarla müqayisədə qədimdə istifadə olunan saatların bir çox
çatışmazlıqları olmuşdur.
Daha sonra şagirdlərə mətnin tipini müəyyən etmək tapşırılır.
Müəllimin nəzərinə! “Qədim saatlar” mətni mühakimə xarakterlidir. Çünki
əvvəldə təsdiq olunmalı olan fərziyyə (Saat – vaxtı ölçmək insan
üçün həmişə vacib olmuşdur) verilir və müx təlif arqumentlər gətirilir.
Sadəcə olaraq, bu fərziyyə sual şək lin də qo yulmuşdur. İnsanların
hələ qədim zamanlardan vaxtı müxtəlif üsul  larla ölçməsinə dair xeyli
65
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


arqument gətirilir. Lakin mətnin içində təsviri xarakterli hissələr də
var (günəş saatının ətraflı təsviri). 
(St. 2.2.3)
8-ci tapşırıq şagirdlərdən mühakiməyürütmə və müqayisəetmə
bacarığı tələb edir. Bunun üçün isə onlar mətndəki informasiyanı tam olaraq
qavramalıdırlar. 
(St. 2.1.2)
9-cu tapşırıq isə sözün məcazi mənasını müəyyənləşdirməyə
xidmət edir. “Qurmaq” sözü müasir mexaniki saatlara aid edilir. Qum saatın da -
kı qabları tərsinə çevirməklə onu yenidən işlətməyə yalnız məcazi mə nada
“qurmaq” demək olar. 
Yazı
(St. 3.1.1)
Cəld yazı üsulundan istifadə edərək şagirdlərə tapşırılır ki, 7-8
dəqiqə müddətində günəş, qum, su və müasir saatları müqayisəli şəkildə təs -
vir edən kiçik bir yazı yazsınlar. Yazı təsviri və mühakimə xarakterli olmalıdır.  
Dil qaydaları
(St. 4.1.4)
10-cu tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Bu mövzu praktik əhəmiyyətə malikdir. Belə ki, yazıda tez-tez müxtəlif
qrammatik şəkilçilərlə işlənmiş miqdar saylarının rəqəmlə ifadə olunmasına
ehtiyac duyulur və bəzi şagirdlər belə məqamlarda səhvə yol verirlər.  Şa gird -
lərə izah edilməlidir ki, sayları rəqəmlə ifadə edərkən şəkilçi də əlavə olun -
ma lıdır. Məsələn, beşi – 5-i, dörddə – 4-də və s. Әgər sözdə bir neçə qram matik
şə kilçi varsa, mənsubiyyət şəkilçisi yazılmır, lakin tələffüz zamanı bütün şə -
kilçilər oxunur. Məsələn, ayın 5-də (yazıda) – ayın beşində (tələffü zü).
11-13-cü tapşırıqlar yerinə yetirilir.
Fəndaxili inteqrasiya 
(St. 4.1.4 və st. 3.1.3)
. 14-cü tapşırıq: Şagirdlər
miqdar saylarının müxtəlif yazılış formalarından istifadə edərək son bir həftədə
baş vermiş ən mühüm hadisələri nəql edirlər. Sözsüz ki, bu zaman onlar “ayın
12-si”, “saat 9-da” kimi ifadələr işlədəcəklər. Yazılar qiymətləndirilərkən məz -
mun la yanaşı, bu kimi sayların düzgün yazılışına da diqqət yetirmək vacibdir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
66
II BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə