Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

FƏRD VƏ CƏMİYYƏT
31
2. Oğlanla bu cür alver aparmaq Əşrəf əminin hansı xasiyyətindən xəbər
verir? (Müəllim şagirdlərin diqqətini mətndə verilmiş “satışdan gəliri cüzi
olduğuna” cümləsinə yönəldir.) 
3. “Onu da sağ ayağı olmayan adama satacağam” cümləsi ilə Əşrəf əmi nə
demək istəyirdi? Əşrəf əminin uşağın ayaqqabısını almaqda məqsədi nə idi?
Oğlanın xarakterinə xas olan xüsusiyyətləri göstərin.  
III qrup: Hekayənin ideyasını saxlamaqla sonluğunu dəyişin. 
“...Bunu deyib Əşrəf əmi cibindən 5 manat çıxartdı və uşağa uzatdı. Balaca
oğlan başını bulayıb...”
IV qrup: Əşrəf əminin hərəkətlərinin lehinə və əleyhinə yazılı şəkildə
arqumentlər hazırlayın.  
Təqdimat edilir. Ümumiləşdirmə aparılır. 
Fənlərarası inteqrasiya. Siniflə birlikdə 1-ci mətndaxili sual (riyaziyyatla
inteqrasiya) cavablandırılır: Ayaqqabının satış qiyməti 25 manat idi. 20% gü -
zəşt edildikdən sonra 20 manat qalır. Onun yarısı isə 10 manat edir.
Söz ehtiyatı
(St. 2.1.1) 
2-ci tapşırıq üzərində iş aparılır. Şagirdlər “əqidə” sözünün
mənasını əvvəlcə kontekstdən çıxış edərək izah etməyə çalışırlar (bunu beyin
həmləsi ilə də həyata keçirmək olar). Daha sonra həmin sözün mənası izahlı
lüğətdən tapılır və şagirdlərin izahı ilə müqayisə olunur.
Mətndə altından xətt çəkilmiş cümlə siniflə birgə müzakirə edilir. Şagirdlərin
fikirləri dinlənilir. 4-cü tapşırığı yerinə yetirməklə şagirdlər “əqidə” sözünü
cümlələrdə işlədirlər və bu sözü anladıqlarını nümayiş etdirirlər. 
Dinləmə
(St. 1.1.2) 
Müəllim aşağıdakı mətni oxuyur:
AXSAQ KÜÇÜK
Zoomağazada “Küçük satılır” yazılmış lövhənin qarşısında balaca bir
oğlan dayanmışdı. 
– Küçükləri neçəyə satırsınız? – deyə o, satıcıdan soruşdu. 
–  Bu küçüklər çox bahadır. Sənin pulun çatmaz, – deyə satıcı
dilləndi. 
Oğlan əlini cibinə saldı. Cibindəki xırda pulları çıxarıb satıcıya dedi: 
– Olan pulum bu qədərdir. Küçüklərə baxa bilərəm?
Satıcı gülümsədi. Elə bu vaxt ana it yan otaqdan çıxıb onlara doğru
gəldi. Onun arxasında beş balaca küçük vardı. Küçüklər dən biri axsadığı
üçün hamıdan geri qalmışdı. Bu, balaca oğlanın diqqətindən yayınmadı. 
– O küçüyə nə olub elə? – deyə o, satıcıdan soruşdu.
Satıcı küçüyə diqqətlə baxıb dedi:
– Həkimin dediyinə görə, ayağındakı sümüklərdən biri çatmır. Yəqin
ki, həmişəlik belə axsaq qalacaq. 
  Çap üçün deyil


I BÖLMƏ 
32
Oğlan küçüyü almaq fikrində olduğunu bildirdi. Satıcı təəc cüblə dedi: 
– Onu sənə pulsuz verə bilərəm. Onsuz da bu iti alan olmaz.
Satıcının bu sözləri oğlanın xoşuna gəlmədi. İncik bir səslə dedi: 
– Mən onu pulsuz almaq istəmirəm. Bu küçük də ən azı o birilər qədər
qiymətlidir. Qiyməti nədirsə, verməyə hazıram. Hələlik bu pulları götürün,
qalanını da hər ay ödəyəcəyəm. 
Satıcı maraqlandı: 
– O axsaq iti nə edəcəksən? Axı o, heç vaxt başqa itlər kimi qaça, oy-
naya bilməyəcək. 
Oğlan şalvarının ətəyini qaldırdı və dəmir taxılmış ayağını göstərdi: 
– Mən də siz deyən qaça bilmirəm. Bu küçüyün də onu başa düşən
bir dosta ehtiyacı var, – deyə cavab verdi.
Müəllimin tapşırığı ilə şagirdlər “Axsaq küçük” mətnindəki satıcı obrazını
“İdman ayaqqabısı” mətnindəki satıcı obrazı ilə müqayisə edirlər. Müəllim bu
məqsədlə fərqləndirilmiş şriftlə verilmiş cümlələri bir daha oxuyur. 3-cü tapşırıq
yerinə yetirilir. 
Yazı
(St. 3.1.1) 
Şagirdlərə 
“Özünə ziyan vurmaq hesabına başqasına xeyirxahlıq
etməyə dəyərmi?” mövzusunda mühakimə xarakterli yazı yazmaq tapşırılır.
Bunun üçün onlara mühakimə xarakterli yazının təlimatı və belə bir mətnin
nümunəsi paylanılır. 
Mühakimə xarakterli mətnə nümunə:
NİTQ BACARIQLARINA NECӘ YİYӘLӘNMӘLİ
Nitq bacarıqlarına yüksək səviyyədə yiyələnmək heç də yalnız
qram matik qaydaları öyrənməkdən ibarət deyil.  (tezis – sübut olunmalı
fikir)
Yüksək nitq bacarığı ilk növbədə zəngin söz ehtiyatı tələb edir. Bu,
MÜHAKİMӘ XARAKTERLİ MӘTN
Mühakimə müxtəlif əşya və anlayışların xüsusiyyətlərini, onlar ara -
sın da olan əlaqəni tədqiq edərkən yaranır. Mühakimə xarakterli yazı
üçün əsas xüsusiyyətlər:
1. Təsdiq və ya inkar ediləcək fərziyyə formalaşdırılmalıdır.
2. Tələbə uyğun olan arqumentlər, nümunələr gətirilməli və əsas -
landırılmalıdır.
3. Sonda (sonluqda) nəticə çıxarılmalıdır.
Bu zaman nəzərə almaq lazımdır ki, fərziyyə aydın, gətirilən ar qu -
mentlər inandırıcı və məqsədə çatmaq üçün kifayət qədər olmalıdır.
İrəli sürülmüş məsələ ilə arqumentlər arasında məntiqi əlaqə açıq-ay -
dın görünməlidir. 
  Çap üçün deyil


FƏRD VƏ CƏMİYYƏT
33
sözlərin məna çalarlarını fərqləndirməyə, mətnlərdə sətiraltı infor ma -
siyanı oxumağa kömək edir. Söz ehtiyatı istənilən mətnin qavranılması
və nitqdə sözlərin yerli-yerində işlədilməsi üçün vacib şərtdir. Bədii
əsər ləri oxuyarkən sözlərin işlənmə məqamına, bədii ifadələrə diqqət
ye tirmək lazımdır. Bu, mətni qavramağa, onun əsas ideyasını anla -
mağa kömək edir. (Arqument 1)
Oxuyarkən və dinləyərkən biz məlumat alırıq, başqalarını anlayırıq,
onların keçirdiyi hisləri yaşayırıq. Bu zaman çox diqqətli olmaq,
dinlədiklərini və oxuduqlarını beynində canlandırmaq lazımdır. Alınan
məlumatları təhlil etmək, onlarda məntiq axtarmaq və bu məlumatlara
tənqidi yanaşmaq yaxşı oxucunu və dinləyicini səciyyələndirən əsas
cəhətlərdir. (Arqument 2)
Danışarkən və yazarkən nitqə nədən başlamağı və onu necə bitir -
məyi əvvəlcədən bilmək lazımdır. Çatdırılacaq məlumatları nitqin əsas
hissəsində məntiqi ardıcıllıqla sadalamaq da vacibdir. (Arqument 3)
Bir sözlə, nitq bacarıqları ətrafdakılarla ünsiyyət qurmaq – məlumat
almaq və özünü ifadə etmək üçün əsas vasitədir. Bunun üçün böyük
söz ehtiyatına malik olmaq, dinləmə, danışma, oxu, yazı bacarıqlarını
inki şaf etdirmək lazımdır. Dil qaydaları isə nitqimizi ədəbi dilin nor -
malarına uyğun qurmağa kömək edir. (Nəticə)
Dil qaydaları   
(St. 4.1.2) 
Şagirdlər V sinifdə ismin halları ilə tanış olublar. “Qeyri-
müəyyənlik bildirən yiyəlik hal” mövzusuna keçid məqsədi ilə verilmiş 5-ci
tapşırıq ismin yiyəlik halı və mənsubiyyət şəkilçili isimlər haqda bilikləri
xatırlatmaq məqsədi güdür.
Qeyri-müəyyənlik bildirən yiyəlik halın söz birləşməsində yaratdığı məna
dəyişikliyi mütləq vurğulanmalıdır. Müqayisə üçün iki cümlə verilə bilər:
1. Dəniz suyunda olan minerallar çox faydalıdır.
2. Dənizin suyu soyuq idi.
Hər iki cümlədə müəyyənlik bildirən yiyəlik halı qeyri-müəyyənlik bildirən
yiyəlik hala və ya əksinə çevirəndə hansı məna fərqinin ya ran dığı şagirdin
diq qətinə çatdırılmalıdır. 
Dərslikdə verilmiş 6-11-ci tapşırıqlar bu məqsədə xidmət edir. Bu mövzu
praktik əhəmiyyət daşıyır. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə