Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

I BÖLMƏ 
22
Fəndaxili inteqrasiya
(St. 2.2.1 və st. 1.2.2)
5-ci tapşırığı yerinə yetirərkən
şagirdlər Günay müəllimin özü haqda yazdığı etiraflarına, müəllifin (əsas qəh -
rəmanın – Nigarın) onun haqqında fikirlərinə, eləcə də müəllimin hərə kətləri
ilə bağlı epizodlara istinad etməklə  tapşırıqda verilmiş tezisləri əsaslandırmalı
və ya inkar etməlidirlər. Bu, tezisə uyğun arqument seçmək və onu ifadə
etmək bacarığını inkişaf etdirir. Bunun üçün müəllim bir neçə standart ifadə
seçib onları yazı lövhəsində qeyd edə və şagirdlərə öz nitqində bu ifadələrdən
yerli-yerində istifadə etməyi tapşıra bilər:
– Bu fikri mətnin ... hissəsindəki cümlələrlə əsaslandıra bilərik...
– Mən bu fikirlə razılaşa bilmərəm, çünki...
– İndi isə gəlin ... hissəsindəki belə bir abzasa nəzər salaq...
– Bu fikir tamamilə doğrudur, çünki mətnin ... hissəsində deyilir ki,...
Nəzərə almaq lazımdır ki, tapşırıqdakı bəzi tezislər (5, 7) mübahisə yarada
və debat mövzusu ola bilər.
Mətnin ideyasını müəyyənləşdirmək üçün yönəldici suallar da verilə bilər:
– Niyə mətn belə adlanır? 
– Mətnin ideyasının adı ilə nə əlaqəsi vardır?
– Niyə məhz “əlvida”?
Söz ehtiyatı
(St. 2.1.1)
Şagirdlərin yeni tanış olduğu sözlər və ifadələr üzərində iş
aparılır. 6-cı tapşırıq şagirdlərin söz ehtiyatını zənginləşdirməyə xidmət edir.
7-ci tapşırıqda verilmiş sözlərin mənaları araşdırılarkən onların nitq etiketi
olduğu və ayrılma məqamında işlənildiyi diqqətə çatdırılır. (Şagirdlər əvvəlki
siniflərdə nitq etiketləri haqqında məlumat almışlar.) “Xudahafiz”, “sağ ol”
etiketlərindən fərqli olaraq, “əlvida” sözü ayrılanların bir daha görüşmə yəcək -
lərini vurğulayır.
(St. 2.1.2)
8-ci tapşırıq yerinə yetirilərkən şagirdlərə təklif etmək olar ki,
“qapının ağzında qoyub” ifadəsini bir sözlə əvəz etsinlər (unudub). Bu ifadənin
həmin kontekstdə məcazi mənada işləndiyi vurğulanır. 9-cu tapşırıq: frazeoloji
birləşmələrlə bağlı qaydalar təkrarlanır, bu birləşmələrdə sözlərdən biri və ya
hər ikisinin məcazi mənada işləndiyi şagirdlərin diqqətinə çatdırılır.
Yazı
(St. 3.1.3)
Şagirdlərə “Qərarlar ağacı”nın strukturuna uyğun olaraq “Zəif
cəhət lərimlə necə mübarizə aparmalıyam” mövzusunda esse yazmaq
tapşırılır. Sinif qruplara bölünür. Hər bir qrup üçün “Qərarlar ağacı”nın Qərar
qrafası konkretləşdirilir. Məsələn:
1. Dərslərə kifayət qədər vaxt ayırmağa özümü məcbur edə bilmirəm.
2. Müzakirə zamanı fikrimi deməyə çəkinirəm.
3. Çox zaman ovqatım ətrafdakılarla davranışıma təsir göstərir.
4. Haqsız olsam da, öz sözümü yeritməyə çalışıram, başqalarının fikrinə
qarşı dözümsüzəm.
  Çap üçün deyil


FƏRD VƏ CƏMİYYƏT
23
Hər qrup bir mövzunu – zəif cəhəti müzakirə edərək kollektiv esse yazır. 
Müəllim essenin həcmini cümlə sayı ilə müəyyənləşdirə bilər. Esselər
dinlənilir və müzakirə olunur. 
Dil qaydaları
(St. 4.1.2)
10-cu tapşırıq yeni mövzu üçün motivasiya xarakteri da şı yır.
Verilmiş cümlədə “ki”“əsl”“kimi” sözləri köməkçi nitq hissəsi ol du    ğundan heç
bir suala cavab vermir. Әsas və köməkçi nitq hissələrinə aid olan sözləri
müqayisə etməklə onların xüsusiyyətlərini müəyyənləş dir mək mümkündür.
Bunun üçün Venn diaqramından istifa də etmək olar. 
Müəllimin nəzərinə! Şagirdlər IV sinifdə köməkçi nitq hissələri haqqında
yalnız ümumi mə lumat almışlar. Onların yalnız qrammatik mənaya
malik olduğunu və cümlədə hansı funksiya daşıdığını bilirlər. Lakin
bu nitq hissələri haq 
qın da on 
ların məlumatı yoxdur. Odur ki bu
mərhələdə ədat, qoşma və s. kimi ter min ləri işlətmək məqsədəuyğun
deyil.
11-13-cü tapşırıqlar şagirdlərdə kontekstə uyğun olaraq sözlərin sualını,
leksik və qrammatik xüsusiyyətlərini müəyyənləşdirmək bacarığını inkişaf et-
dirir. 14-cü tapşırıqda şagirdlər leksik şəkilçilər vasitəsilə bir nitq hissəsindən
digər nitq hissəsinin necə yarandığını izləyirlər.
Şaquli fəndaxili inteqrasiya
(VI sinif – St. 4.1.4, V sinif – st. 4.1.4) 
15-ci tapşırıq şagirdlərin V sinifdə əldə etdikləri bilik və ba carıqlar əsasında
yerinə yetirilir. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
  Çap üçün deyil


2-ci dərs. İNŞA (3 saat)
Motivasiya
Müəllim “Dovşan və tısbağa” nağılının qısa məzmununu danışır:
Tısbağa Dovşanla mərc gəlir ki, qaçışda ona qalib gələr. Dovşan gülür.
Beləliklə, yarış başlanır. Dovşan özünə arxayın olub uzanıb yatır.
Düşünür ki, onsuz da tısbağa gec hərəkət edir. Finişə az qalmış qalxar
və bir anda qaçıb onu ötər. Tısbağa isə dayanmadan gedir. 
Axşam düşür. Dovşan yatıb qalır. Oyananda görür ki, Tısbağa düz finiş
xəttinin yanındadır. Nə qədər sürətlə qaçırsa, çata bilmir. Yarışda Tısbağa
qalib gəlir.
Suallar: Nə üçün Dovşan finişə çata bilmədi? (arxayın olduğu üçün)
Bəs Tısbağa niyə qalib gəldi? (çox çalışdığı üçün)
Dovşan bacarıqlı olsa da, tənbəl idi.        Nəticədə uduzdu.
Tısbağa ləng olsa da, çalışqan idi.           Nəticədə qalib gəldi.
Məqsədə çatmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır?
Oxu
(St. 2.2.3) 
Mətn hissələrə bölünür (mətndaxili suallar hekayəni 3 bitkin
hissəyə bölür) və Ziqzaq üsulu ilə oxunur. Şagirdlər “doğma” qrup lara qayı -
dan dan sonra müəllim hissələrlə bağlı sualları qruplara paylayır.
I hissəyə aid suallar:
– Vasif niyə yatmamışdı?
– Sizcə, nə üçün ata bu mövzunu vacib məsələ hesab etdi? 
– Vasif nə arzulayırdı?
– Nə üçün at ferması yaratmaq istəyirdi?
– Vasif sxemdə nəyi unutmuşdu?
– 1-ci mətndaxili sual.
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikir və mülahizələrə
mü na sibət bildirir.
Әsərdəki obrazın xarakterinə münasi -
bət bildirir.
1.2.2. Dinləyən şəxsin əsas fikri və an -
layışları başa düşməsinə kömək etmək
üçün mühüm məqamları vurğu layır. 
Debat zamanı fikrini əsaslandırmaq üçün
arqumentlər və əks-arqu ment lərlə çıxış
edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqlən dirir.
Mövzuya uyğun təsviri xarakterli yazı
yazır. 
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Düzəltmə isimlərin yazılışı ilə bağlı qay-
dalara əməl edir.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir. 
Kontekstə görə isim düzəldən leksik
şəkilçiləri (dayanacaq, səpin, gəlir) qram -
matik şəkilçilərdən fərqləndirir.
24
I BÖLMƏ 
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə