Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

uyğun suallar tərtib edir və digər qruplara təqdim edir. Cavablar dinlənildikdən
və müzakirə edildikdən sonra “Düşün və cavab ver” hissəsindəki 2-3-cü
tapşırıqlar üzərində iş aparılır. 
Obrazlar xəritəsindən istifadə edərək Tanyanın, həkimin xarakterindəki
xüsusiyyətlər müəyyənləşdirilir və əsaslandırılır.   
Müəllimin nəzərinə!
Tanya
həkim
ağıllıdır, çünki ...  
xeyirxahdır, çünki ...
diqqətlidir, çünki ...
peşəkardır, çünki ...
məsuliyyətlidir, çünki ...
alicənabdır, çünki ...
qətiyyətlidir, çünki ...
mədənidir, çünki ...
məqsədyönlüdür, çünki ...
təmənnasızdır, çünki ...
Söz ehtiyatı
(St. 2.1.1) 
Tapşırıq 1: “Әczaçı” və “neyrocərrah” sözlərinin mənaları müəy -
yənləşdiril dik dən sonra şagirdlər bu sözləri cümlələrdə işlədirlər.
Yazı
(St. 3.1.1)
Müəllim “Möcüzənin qiyməti” mətninin nəqli xarakterli mətn ol -
duğunu şagirdlərin nəzərinə çatdırır və bu tipli mətnlərin əsas xüsusiy yət lərini
açıqlayır: 
Tapşırıq 4: “Möcüzənin qiyməti” hekayəsi I şəxsin – həkimin dilindən yazılır.
Bu zaman  mətndəki informasiyanı saxlamağın mühüm şərtlərdən biri olduğu -
nu şagirdlərin nəzərinə çatdırmaq lazımdır.
Әgər mətn həkimin dilindən yazılırsa, sözsüz ki, hekayədə hadisələr aptek -
dəki epizoddan başlamalıdır. Məsələn:
Mən aptekdə çalışan qardaşımla söhbət edirdim. Neçə ildir, gö -
rüşmədiyimizdən başımız söhbətə elə qarışdı ki, aptekə girən bala ca
qızı görmədik. Birdən kiminsə şüşəni döyəclədiyini eşitdik. İkimiz də
dönüb baxdıq. Balaca bir qız idi. Qız qardaşıma dedi:
– Bağışlayın, mənim qardaşımın adı Andreydir. Onun başında nə
isə pis bir şey böyüyür. Onu ancaq möcüzə xilas edə bilər. Sizdə
möcüzə varmı? Mən almaq istəyirəm.
NӘQLİ XARAKTERLİ MӘTN
M
ətn süjet xəttinə malik olmalıdır. Hadisələr müəyyən zaman ar dı -
cıl  lığı ilə müəllifin və ya I şəxsin – obrazlardan birinin dilindən nəql
olunmalıdır. 
Mətnin giriş hissəsində baş qəhrəman və ya hadisələrin baş verdiyi
zaman və məkan, sonluqda qəhrəmanın hadisələrdən sonrakı taleyi
haqqında ümumi məlumat verilir. Süjet xəttini təşkil edən hadisələr
mətnin əsas hissəsində öz əksini tapır.
28
I BÖLMƏ 
  Çap üçün deyil


Qızın sözləri məni təsirləndirdi. Onu yanıma çağırıb soruşdum:
– Sənin nə qədər pulun var ki?
– Otuz rubl otuz qəpik.
– Mən həkiməm. Klinikada işləyirəm. Məni valideynlərinin yanına
apar. Görək sizə necə möcüzə lazımdır.
Tanya məni ailəsinin yanına apardı. Orada öyrəndim ki, Andrey ağır
xəstədir. Valideynləri onun müalicəsinə pul çatdıra bilmirlər. Hətta ev -
lə rini satıb daha kiçik evə köçüblər. Lakin bu pul da kifayət etməyib. 
Mən Andreyi öz işlədiyim klinikaya apardım. Müayinə edəndən son -
ra əməliyyat etməyin vacib olduğunu gördüm. Yubanmadan uşağı
əmə liyyat etdim. 
Bir gün palataya daxil olarkən təsadüfən Andreyin valideynlərinin
söhbətini eşitdim: “Bu həkimin gəlişi lap möcüzə oldu. Görəsən,
əməliy yat neçəyə başa gələrdi?”
Qardaşının başının üstündə dayanmış Tanya məni görüb gülüm-
sündü. Bu möcüzənin qiymətini yalnız o bilirdi: otuz rubl otuz qəpik və
onun böyük inamı”.
Dil qaydaları
(St. 4.1.2)
Dərslikdə verilmiş 5-ci tapşırıq qaydaya keçid üçün motivasiya
xarakteri daşıyır. “Atamın” sözünün qarşısına “mənim”, “pulun” sözünün qarşı -
sına “sənin”, “inamı” sözünün qarşısına “onun” əvəzliklərini, yəni I, II, III şəxsin
təkini bil dirən şəxs əvəzliklərini artırmaq mümkündür. Buna imkan verən mən -
subiy yət şəkilçiləridir. 
Müəllimin nəzərinə! Şagirdlərin xarici dillər üzrə bilik səviyyəsi  imkan
verərsə, bu mövzunu  ke çəndə ingilis və ya rus dili ilə müqayisə
etmək olar. Belə ki, bu dillər də mənsubiyyət şəkilçilərinin ol ma ması
sözlərin qarşısında mütləq şəkildə əvəz li yin işlənməsini tələb edir.
Şagirdlərə “su” sözünü mənsubiyyətə görə dəyişdirmək tapşırılır. Qaydaya
görə, belə olmalıdır: Mənim sum. 
Sözsüz ki, şagirdlər bu variantın düzgün olmadığını üzə çıxaracaqlar.
Müəl lim bundan çıxış edərək bəzi alınma sözlərdə, eləcə də türk mən şəli olan
“su” və “nə” sözlərində mənsubiyyətə görə dəyişmənin fərqli oldu ğu   nu izah
edir. 
6-7-ci tapşırıqlar yerinə yetirilir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
29
FƏRD VƏ CƏMİYYƏT
  Çap üçün deyil


I BÖLMƏ 
30
4-cü dərs. İDMAN AYAQQABISI (3 saat)
Motivasiya
Müəllim yazı taxtasında cümlələr yazır:
1. Başqalarına yaxşılığı o halda edirəm ki, özümə ziyan dəyməsin.
2. Özümə ziyan dəysə də, başqalarına yaxşılıq edirəm.
Şagirdlər arasında səsvermə keçirilir. Çox güman ki, birinci fikrə hamı səs
verəcək. 2-ci fikrə səsvermə zamanı isə tərəddüd edənlər tapıla bilər. 
Oxu
(St. 2.2.1)
İstiqamətləndirilmiş oxu. Mətn bütün şagirdlər tərəfindən səssiz
oxunur. Oxuya başlamazdan əvvəl müəllim lövhəyə bir neçə sual yazır və
tapşırır ki, mətni oxuyarkən bu sualların cavablarını müəyyənləş dir sin lər:
1. Hadisə nə vaxt baş verir?
2. Əşrəf əmi kim idi və nə üçün oğlanı dükana çağırdı?
3. Oğlan niyə çəkinirdi?
4. Əşrəf əmi bu alverdən nə “qazandı”?
5. Hadisə necə bitdi?
Mətn oxunduqdan və məzmun üzrə müəllimin təklif etdiyi suallar ca vab  lan -
dırıldıqdan sonra sinif qruplara bölünür. Qruplara aşağı da kı tap şı rıq lar verilir.
I qrup: Mətnin təsviri xarakterli hissəsində nəyin və kimin təsviri verilir? Bu
hissəni müəyyənləşdirin və rəsmə çevirin. Əşrəf əminin xasiy yə tin dən xəbər
verən təsviri xarakterli mətn yazın. 
II qrup: Aşağıdakı suallara cavab verərək Əşrəf əmi obrazını təhlil edin: 
1. Əşrəf əmi nə üçün oğlana ayaqqabı satmaq istəyirdi? Xeyir qazanmaq,
yoxsa xeyirxahlıq etmək üçün?
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə  qamları
vurğulayır.
Mətnin əsas ideyasının açılmasına kö -
mək edən məqamları müəyyən edir. 
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir.
Kontekstə görə mənasını müəyyən ləş -
dirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkil -
də ümumiləşdirir.
Dinlədiyi mətndəki məlumatları ümumi -
ləş dirməklə əsas fikri müəyyən edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Oxuduğu mətnin ideyasından çıxış
edərək mühakimə xarakterli yazı yazır.
4.1.2. Sözün qrammatik mənasını kon -
teks tə uyğun izah edir.
Kon teks tə uyğun olaraq sözləri müəy -
yənlik və ya qeyri-müəyyənlik bildirən
yiyəlik halda işlədir.
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə