Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə50/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   46   47   48   49   50   51   52   53   ...   62

150
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Malın gömrük rəsmiləşdirilməsi və ixracı
Əvvəldə qeyd edilən sənədlər (keyfiyyət sertifikatı, mənşə sertifikatı, müqavilə, ödəniş haqqında sənəd, 
ixrac olunacaq məhsulun hesab fakturası, yük gömrük deklarasiyası, tirkarnet və beynəlxalq invoys) əldə 
edildikdən və gömrük yük deklarasiyası doldurulduqdan sonra ixracatçı müvafiq gömrük idarəsinə 
ixraca icazə verilməsi ilə bağlı müraciət edir. Müraciətə müsbət cavab verildikdə ixracatçı gömrük 
rəsmiləşdirilməsi üçün müvafiq orqana (burada Bakı Baş Gömrük İdarəsi götürülür) gedir. Bundan 
sonra aşağıdakı əməliyyatlara həyata keçirilir. 
Sənədlər  “vahid pəncərə” prinsipi ilə gömrük orqanın statistika şöbəsinə verilir. Statistika şöbəsi 
sənədlərə baxıb uyğun olduqda 7 saylı qrafaya “sorğu nömrəsin” yazır. Sonra statistika şöbəsi sənədləri 
Maliyyə Şöbəsinə göndərir. Burada Maliyyə şöbəsi sənədlər əsasında rəsmiləşdirməyə görə yığım və 
ƏDV-nin ödənilməsi üçün qaimə verir. İxracatçı qaimə əsasında kassaya ödəmə edərək (nağd ödəmə 
olduqda), nəticəni yenə Maliyyə şöbəsinə təqdim edir. Sonra Maliyyə şöbəsi sənədləri Əmlak və ya Yük 
şöbəsinin rəis müavininə təqdim edir və o, D Qrafasına möhür vurur. Daha sonra sənədlər gəlir ilkin 
qəbul edən inspektora və o da son olaraq D qrafasına ştamp vurur. Bununla gömrük rəsmiləşdirilməsi 
tamamlanmış olur və gömrük nəzarəti başlayır.
Gömrük nəzarəti inspektoru bəyannaməçi ilə birlikdə malın yüklənmə yerinə gəlir. İnspektorun 
nəzarəti altında deklarasiyada göstərilmiş yer və çəki miqdarında məhsulları standartlara cavab verən 
yük maşının yüklənir. Sonra maşın qapıları örtülərək blomlanır. Yenidən inspektor və ixracatçı gömrük 
orqanına gələrək ştrix kod  hazırlayırlar. Ştrix kod 2 hissədən ibarət olur: biri dartıcı üçün, ikincisi qoşqu 
üçün. Ştrix kodun hazırlanması üçün ixracatçı aşağıdakı sənədləri təqdim edir: 
 
✓ Sürücünün sürücülük vəsiqəsi 
 
✓ Dartıcı və qoşqunun texniki pasportu 
 
✓ Maşın öz adına olmadıqda sürücüyə etibarnamə
Bu sənədlər əsasında sürücüyə ştrix kod verilir və müşayiət sənədlərinə əlavə edilir. Artıq sürücü 
bu sənədlər əsasında malı gömrük sərhədindən keçirə bilər. Ümumiyyətlə sürücü özü ilə aşağıdakı 
sənədləri götürür:
1.  Deklarasiyanın 4-cü səhifəsindən iki nüsxə 
2.  Tir karnet və beynəlxalq invoysun (CMR) səhifələri 
3.  Malın invoysu- 2 nüsxə
4.  Mənşə sertifikatı və 2 nüsxəsi 
5.  Keyfiyyət sertifikatı – 2 nüsxəsi 
6.  İSO sertifikatının nüsxəsi (olduqda)
Sürücü yüklənmiş və plomblanmış nəqliyyat vasitəsilə gömrük sərhədinə gəlir və sənədləri təqdim edir. 
Burada deklarasiyanın 4-cü səhifəsinin əslin, beynəlxalq invoysun axırıncı səhifəsin, BYD kitabçasının 
2-ci qoparıla bilən vərəqin, invoysun, mənşə və keyfiyyət sertifikatlarının nüsxələrin gömrük əməkdaşları 
götürür. Sonra yük maşını gömrük nəzarətindən keçirilir, hər hansı nöqsan aşkarlanmadıqda maşının 
sərhəddən keçməsinə icazə veririlir. Bununla da ixrac prosesi tamamlanmış olur.


151
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Əlavə 7-1
 İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı 
əsasında aparılan malların siyahısı
Malların adı
XİF ƏN kodu
Silah və hərbi texnika, onların istehsalı üçün 
zəruri olan ehtiyat hissələri
8710, 8802 (8802 11 100, 8802 12 100, 8802 20 100, 
8802 30 100, 8802 40 100 istisna olaraq); 8803 (8803 
10 100, 8803 20 100, 8803 30 100, 8803 90 910 istisna 
olaraq); 8906 00 100, 9301, 9302, 9305 (ancaq döyüş 
silahlarına aiddir); 9306 (9306 10 000, 9306 29 100, 
9306 30 910, 9306 30 930 istisna olaraq); 9013, 9013 
10 100, 9013 20 000, 9013 80 000, 9014 (ancaq hərbi 
təyinatlı olanlara); 8526 (ancaq hərbi təyinatlı olanlara)
Barıt, partlayıcı maddələr, partlayış və piro-
texnika vasitələri
3601 (ovçuluq barıtı istisna olmaqla); 3602 — 3604
Nüvə materialları, texnologiyaları, avadan-
lıqları və qurğuları, xüsusi qeyri-nüvə mate-
rialları, radioaktiv şüalanma mənbələri, radio-
aktiv tullantılar da daxil olmaqla
Azərbaycan Respublikasının ərazisində döv-
riy yəsi məhdudlaşdırılan narkotik vasitələr və 
psixotrop maddələr, habelə kimyəvi zəhərlər
Silahlanma və hərbi texnikanın yaradılması 
üçün istifadə olunan elmi-texniki məlumatın 
və texnologiyaların, material və avadanlıqların 
ayrı-ayrı növləri
Qan, qan komponentləri və onlardan hazırla-
nan preparatlar
Emal edilməmiş almazın ixracı


152
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Əlavə 7-2
İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların 
(xidmətlərin və əqli mülkiyyətin) 
siyahısı
Malların adı
Malın XİF 
ƏN kodu
Rəyi tələb olunan dövlət orqanları
İxrac
Çöl heyvanları, yabanı bitkilər 
və qazıntılarda tapılmış heyvan 
sümükləri
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Vəhşi heyvanlardan və yabanı 
bitkilərdən dərman istehsalı üçün 
xammal; ilan, böyə və əqrəb zəhərləri
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə 
Nazirliyi
Azərbaycan Respublikası ərazisində 
quruda və dəniz iqtisadi zonası 
hüdudlarında yerləşən istilik enerji və 
mineral xammal yataqları haqqında 
və rayonlar üzrə məlumat
Azərbaycan Respublikası Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə 
Komitəsi
İxtiralar, «Nou Hau» və elmi 
tədqiqat işlərinin nəticələri (ixrac 
nəzarətinə düşənlər istisna olmaqla)
Azərbaycan Respublikası Elmlər Akademiyası, 
Standartlaşdırma, Metrologiya və Patent üzrə 
Dövlət Komitəsi
İncəsənət əsərləri, kolleksiya əşyaları 
və əntiq mallar
9701 — 
9706
Azərbaycan Respublikası Mədəniyyət və Turizm 
Nazirliyi
Azərbaycan Respublikasının 
ərazisində dövriyyəsinə nəzarət 
edilən psixotrop maddələr
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
İdxal
Bitkilərin mühafizəsi üçün istifadə 
edilən kimyəvi vasitələr
3803
Azərbaycan Respublikası Kənd Təsərrüfatı 
Nazirliyi
Baytarlıq təbabətində tətbiq edilən 
dərman, bioloji preparatlar və 
baytarlıq ləvazimatları
Dövlət Baytarlıq Komitəsi
Dərman vasitələri, o cümlədən 
Azərbaycan Respublikasının 
ərazisində dövriyyəsinə nəzarət 
edilən psixotrop maddələr və tibbi 
ləvazimatlar
30 qrup 
9018 — 
9022
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə