Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə53/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

158
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Yük bölmələrinin və ya konteynerlərin nömrələri, yük yerlərinin ayrıca hər bir yük bölməsi və ya 
konteyner üzrə markalanması göstərilir.
Qrafa 10. «Yük yerlərinin sayı və görünüşü, malların təsviri»
Yük yerlərinin sayı, qablaşdırılmış növu, ayrıca hər bir yük yeri və ya konteyner üzrə malların 
təsviri verir.
Qrafa 11. «Brutto çəkisi»
Hər bir yük bölməsi və ya konteyner üzrə malların brutto çəkisi (qablaşdırma, tara ilə) göstərilir.
Qeyd: 
Əgər BYD kitabçası nəqliyyat vasitələri qatarına, yaxud bir neçə konteynerə verilmişsə, hər bir nəqliyyat 
vasitəsinin və ya konteynerin içərisindəkilər 9-11 qrafalarda ayrıca göstərilir.  
Daşınma marşrutu bir neçə göndərən və təyinat gömrük orqanlarından keçirsə, mallara dair 
məlumatlar hər bir gömrük orqanı üzrə ayrıca daxil edilir.
Qrafa 12. «Manifestdə bəyan edilən yük yerlərinin ümumi sayı»
Nəqliyyat vasitəsində daşınan və BYD kitabçasının yük manifestində göstərilən yük yerlərinin 
ümumi sayı göstərilir. 12-ci qrafanın (1,2,3)-cü qrafalarında təyinat gömrük orqanlarının adları 
göstərilməklə hər biri üzə ayrıca yük yerlərinin sayı yazılır.
Qrafa 13, 14, 15. « Yer, tarix, BYD kitabçasının sahibinin imzası»
BYD kitabçasının doldurulma yeri , tarixi göstərilir və BYD kitabçasının sahibinin səlahiyyəti 
nümayəndəsinin imzası qoyulur.
Qoparılmayan № 1/ № 2 vərəqində digər qrafalar doldurulmur.
3. Qoparılan vərəq № 1
Qrafalar 1-15 BYD kitabçasının sahibi tərəfindən doldurulur, bu qrafalarda göstərilən məlumatlar 
qoparılmayan № 1/ №-2 vərəqdə bəyan edilmiş məlumatlara uyğun olmalıdır. BYD kitabçasının 
sahibi BYD daşınmasında istifadə ediləcək bütün qoparılan vərəqləri doldurulur.
16 - 23-cü qrafalar və qoparılan № 1 vərəqin (ağ rəngli) kötüyü tranzit və təyinat dövlətlərinin 
göndərən və ya giriş gömrük orqanı tərəfindən doldurulur.
Qrafa 16. «Qoyulmuş plomblar və ya tanınma nişanları (sayı, təsviri)»
Hər bir yük yeri və ya konteyner üzrə qoyulmuş gömrük təminatlarına dair məlumat göstərilir.
Qrafa 17. «Göndərən gömrük orqanı, tarix, göndərən gömrük orqanının vəzifəli şəxsinin imzası, 
şəxsi nömrəli möhürü»
Gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü, BYD kitabçasının qoparılan 
vərəqinin doldurulma tarixi.
Qeyd:  
Göndərən gömrük orqanı tərəfindən BYD kitabçasının bütün qoparılan vərəqlərinin 16-cı və 17-ci 
qrafaları doldurulur.
Qrafa 18. «Yükün gömrük rəsmiləşdirilməsi üçün qəbul edilməsinin təsdiqi» (göndərən (aralıq) 
gömrük orqanı)
Göndərən gömrük orqanının və ya gətirilən zaman aralıq gömrük orqanının adı göstərilir.
Qrafa 19. «Zədələnməmiş hesab edilən vurulmuş möhürlər, qoyulmuş plomblar və ya tanınma 
nişanları»
Bu qrafadakı kvadratın üstündən xətt çəkilir. Qoparılan vərəq göndərən gömrük orqanı tərəfindən 
rəsmiləşdirilərkən 19 nömrəli qrafa doldurulmur.
Qrafa 20. «Tranzit daşınmasının müddəti»
Tranzit zamanı malların çıxış gömrük orqanına və ya təyinat ölkəsində təyinat gömrük orqanına 


159
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
çatdırılma müddəti göstərilir.
Qrafa 21. « ___ nömrəsi altında gömrük orqanı tərəfindən qeydiyyata alınmışdır».
Gömrük orqanının adı və BYD kitabçası istifadə edilməklə daşınmanın 7 saylı əlavədə göstərilən 
jurnalda qeydiyyata alındığı nömrə göstərilir.
Qrafa 22. «Sair məlumatlar». (Malların çatdırılma yeri, malların təqdim edilməli olduğu gömrük 
orqanı)
Malların çatdırılmalı olduğu gömrük orqanının adı göstərilir. Zəruri olduqda hərəkət marşrutu 
göstərilir.
Qrafa 23. «Gömrük orqanını vəzifəli şəxsinin imzası və möhürü»
Tarix, gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü qoyulu 
4. 1 №-li kötük.
 1 №-li kötük göndərən gömrük orqanı tərəfindən doldurulur.
Qrafa 1. «Gəlib-çatma gömrük orqanı tərəfindən təsdiq edilmişdir»
Göndərən gömrük orqanının adı göstərilir.
Qrafa 2. «…nömrəli»
21-ci qrafadakı məlumatlar buraya köçürülür.
Qrafa 3. «qoyulmuş plomblar və ya tanınma nişanları»
Gömrük təminatlarına dair qeydlər daxil edilir.
Qrafa 4. «Eyniləşdirmə vasitələri zədələnməmişdir»
Gömrük təminatlarının pozulmadığına dair kvadratda işarə qoyulur.
Qrafa 5. «Sair məlumatlar» müəyyən olunmuş marşrut, yükün təqdim ediləcəyi gömrük orqanı 
və s. 
Malların çatdırılmalı olduğu gömrük orqanının adı göstərilir. Zərurət olduqda hərəkət marşrutu 
təyin edilir.
Qrafa 6. «Gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi möhürü»
Göndərən gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi möhürü, tarix qoyulur.
5. Qoparılan vərəq № 2
Qrafalar 1-15 BYD kitabçasının sahibi tərəfindən, qrafalar 16-23 göndərən gömrük orqanı 
tərəfindən, qrafalar 24-28 çıxış və ya təyinat gömrük orqanı tərəfindən doldurulur.
Qrafa 24. «Malların təqdiminə dair qeyd» 
Çıxış və ya təyinat gömrük orqanının adı,qeydiyyat jurnalında BYD kitabçası istifadə edilməklə 
daşımanın qeydiyyata alındığı qeydiyyat nömrəsi göstərilir.(8-ci əlavəyə uyğun olaraq)
Qrafa 25. «Eyniləşdirmə vasitələri pozulmamışdır»
Gömrük təminatlarının pozulmadığına dair kvadratda işarə qoyulur.
Qrafa 26. «Rəsmiləşdirilmiş yük yerlərinin sayı»
Yük yerlərinin və gömrük orqanının nəzarəti altında boşaldılmış malların miqdarı göstərilir.
Boşaldılma olmamışsa,qrafa doldurulmur.
Qrafa 27. «Rəsmiləşdirmə zamanı qeyd-şərtlər»
Malların daşınmasında aşkar edilmiş qayda pozuntuları haqqında məlumat Qaydaların 3.7 
bəndinə uyğun olaraq daxil edilir.
Qrafa 28. «Gömrük orqanlarının vəzifəli şəxslərinin imzası və möhürü»
Gömrük orqanının vəzifəli şəxsinin möhürü, imzası, tarix qoyulur.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə