Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə52/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

156
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
 
 
       
Əlavə 
7-4
 BYD kitabçasının doldurulması qaydaları 
 
1. BYD kitabçasının üz qabığının doldurulması 
1-ci səhifə 
Qrafalar 1-4 BYD kitabçasını verilmiş zəmanət birliyi tərəfindən doldurulur.
Qeyd:
Üz qabığının birinci səhifəsində dəyişikliklər yalnız BYD kitabçasını vermiş zəmanət birliyi tərəfindən 
edilir. Düzəlişlər zəmanət birliyinin möhürü ilə təsdiq olunmalıdır.
Qrafa « No ____ » 
BYD kitabçası verilərkən ona verilmiş nömrə çap edilir. 
Qrafa 1. «__ dək edibarlıdır»
BYD kitabçasını rəsmiləşdirmək üçün göndərən gömrük orqanınıa təqdim edilə biləcəyi son tarix 
göstərir.
Qeyd: 
Kitabça bu qrafada göstərən tarixədək göndərən gömrük orqanına təqdim edilmişsə, o malların 
daşınması başa çatanadək etibarlıdır. Əgər BYD kitabçası göstərilən tarixdən sonra göndərən gömrük 
orqanına təqdim edilirsə, o gömrük rəsmiləşdirilməsi üçün qəbul edilə bilməz. 
Qrafa 2. «Verilmişdir:»
 BYD kitabçasını vermiş zəmanət birliyin adı göstərilir.
Qrafa 3. «Sahib:»
BYD kitabçası verilmiş daşıyıcının adı, identifikasiya kodu, tam poçt ünvanı göstərilir.
Qeyd: 
BYD daşınması yalnız 3-cü qrafada göstərilən daşıyıcı tərəfindən həyata keçirilə bilər.
Qrafa 4. «BYD kitabçasını verən təşkilatın imzası»
Zəmanət birliyinin vəzifəli şəxsinin, həmin birliyin möhürü ilə təsdiq olunmuş imzası qoyulur.
Qrafa 5. «Beynəlxalq təşkilatın katibinin imzası»
Beynəlxalq avtomobil nəqliyyatı İttifaqının (BANİ) katibinin imzası qoyulur.
Qrafalar 6 – 12 BYD kitabçasının sahibi tərəfindən doldurulur.
Qrafa 6. «Göndərən ölkələr»
Malların BYD daşınmasının başladığı göndərən ölkə(lər) göstərilir
Qrafa 7. Bütün mallar və ya onların bir hissəsi üçün BYD daşınmanın başa çatdığı ölkə (lər) 
göstərilir (təyinat ölkəsi).
Qeyd: (6 - 7-ci qrafalar) 
BYD Konvensiyasının 18-ci maddəsinə uyğun olaraq BYD daşınması bir neçə göndərən və təyinat 
gömrük orqanları olduğu hallarda da həyata keçirilə bilər. Göndərən və təyinat gömrük orqanlarının 
ümumi sayı dörddən artıq ola bilməz.  
BYD kitabçası bütün göndərən gömrük orqanları tərəfindən rəsmiləşdirildikdən sonra təyinat gömrük 
orqanına təqdim oluna bilər.
Qrafa 8. «Nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi»
Malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı göstərilir.
Qrafa 9. «Nəqliyyat vasitələrinin BYD daşınmasına buraxılış şəhadətnaməsinin nömrəsi, onun 
hansı tarixədək etibarlı olduğu göstərilir».
Qrafa 10. «Konteynerin eyniləşdirmə nömrəsi»


157
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Mallar konteynerdə daşındığı halda doldurulur. Konteynerin (tanınma) eyniləşdirmə nömrəsi 
göstərilir.
Qrafa 11. «Qeydlər»
BYD kitabçası verilərkən zəmanət birliyinin zəruri hesab etdiyi bütün məlumatlar və ya gömrük 
orqanının təkidi ilə daxil edilmiş məlumatlar göstərilir.
Qrafa 12. «BYD kitabçasının sahibinin imzası»
BYD kitabçvsının verildiyi daşıyıcının müvəkkilinin imzası qoyulur.
Qeyd: 
Üz qabığının 2-ci səhifəsində mətbəə üsulu ilə fransız dilində «BYD kitabçasından istifadə qaydaları», 
üz qabığının 3-cü səhifəsində mətbəə üsulu ilə ingilis dilində «BYD kitabçalarının istifadə qaydaları» 
çap olunmalıdır.  
Üz qabığının 4-cü səhifəsində yuxarı sağ küncündə BYD kitabçasının gömrük orqanları tərəfindən 
götürülərkən götürülmə və tarixi barədə gömrük orqanlarının qeydiyyatı aparılaraq sahibinə qaytarılan 
BYD kitabçasının nömrəsi olan qoparılan talon yerləşdirilmişdir.Olunan qeyd gömrük orqanının 
əməkdaşının şəxsi nömrəli möhürü ilə təsdiqlənməlidir.  
BYD kitabçasının gömrük orqanları tərəfindən götürülməsi, kitabçanın etibarlılıq müddətinin başa 
çatdığı, kitabçanın onu sahibi tərəfindən təqdim olunmadığı, kitabçanın düzgün doldurulmadığı halda 
həyata keçirilir. Götürülmüş kitabçalar Zəmanət Birliyinə təqdim etmək üçün DGK-ya göndərilir. 
2. Qoparılmayan vərəq №- 1/ №-2 (sarı rəngli)
Qoparılmayan vərəq №- 1/ №-2 BYD kitabçasının sahibi tərəfindən doldurulur 
Qrafa 1. «BYD kitabçasının №…»
BYD kitabçasının üz qabığının birinci vərəqində mətbəə üsulu ilə əvvəlcədən çap olunmuş 
nömrəsi göstərilir.
Qrafa 2. «Göndərən gömrük orqanları»
Malların daşınmasının bağladığı gömrük orqan(lar)ının ad(lar)ı göstərilir.
Qrafa 3. «Verilmişdir» 
BYD kitabçasını vermiş beynəlxalq təşkilatın adı «Union İnternationale des Transports 
Routlers» (İRU) 1; 3 qrafaları əvvəlcədən mətbəə üsulu ilə çar edilir.
Nömrəsiz qrafa «Rəsmi istifadə üçün»
Mallar göndərilərkən göndərən gömrük orqanının zəruri hesab etdiyi məlumatlar göstərir.
Qrafa 4. «BYD kitabçasının sahibi»
BYD kitabçasının üz qabığının birinci vərəqinin 3-cü qrafasında göstərilən məlumatlar bura 
yaköçürülür.
Qrafa 5. «Göndərən ölkə(lər)»
Göndərən gömrük orqanının (orqanlarının) yerləşdiyi ölkənin adı göstərilir.
Qrafa 6. «Təyinat ölkəsi (lər)»
Təyinat gömrük orqanının (gömrük orqanlarının) yerləşdiyi ölkənin adı göstərilir.
Qrafa 7. «Yol nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi(lər)»
Üz qabığının birinci vərəqinin 8-ci qrafasında göstərilən məlumatlar buraya köçürülür.
Qrafa 8. «Əlavə olunan sənədlər»
BYD kitabçasına əlavə olunan sənədlər (fotoşəkillər spesifikasiyalar və s.) göstərilir. Bu halda 
göstərilən sənədlərin surətləri BYD kitabçasının hər bir vərəqinə bərkidilir.
Qrafa 9. Yük bölməsi (bölmələri) və ya konteyner(lər), yük yerlərinin və ya əşyaların tanınma 
nişanları (işarələri)


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə