Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə46/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

139
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
mallar bir qayda olaraq aralıq gömrük orqanlarında gömrük yoxlamasından azad olunurlar. Müstəsna 
hallarda, pozuntuya şübhə olduğu təqdirdə gömrük orqanları tərəfindən yüklər üzərində gömrük 
yoxlaması keçirilə bilər. 
Tir karnet (BYD kitabçası) 4 səhifəli üz qabığından; qoparılmayan №-1/№ 2 vərəqdən və №-1/№-2 kötükdən 
(sarı rəngli); qoparılan №-1 vərəqlərdən və № 1 kötüklərdən (ağ rəngli); qoparılan №2 vərəqlərdən 
və №2 kötüklərdən (yaşıl rəngli) və yol nəqliyyat hadisəsinə dair protokoldan (sarı rəngli) ibarətdir. 
Qoparılan vərəqlərin və onların kötüklərinin (№1 və №2) birləşməsi (komplekti) bir qayda olaraq hər 
bir ölkədə №1 qoparılan vərəq və №1 kötük göndərən və giriş gömrük orqanlarında; №2 qoparılan vərəq 
və №2 kötük isə çıxış və təyinat gömrük orqanlarında istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. BYD 
kitabçaları 20-yə qədər vərəqdən (yəni 10 komplektdən) ibarətdir və müvafiq olaraq 10-a qədər dövlətin 
ərazisindən keçməklə daşınma üçün nəzərdə tutulmuşdur. Tir karnet  yük daşıyıcısına 1975-ci il BYD 
Konvensiyasının iştirakçı dövlətlərinin zəmanət birlikləri tərəfindən verilir. Göründüyü kimi tirkarnet 
yalnız Konvensiyanın üzvü olan ölkələr üçün tələb olunur (Əlavə 7-3). Bu cür kitabçalar ingilis və rus 
dillərində çap olunan birinci qoparılmayan sarı vərəqi çıxmaq şərti ilə, fransız dilində çap olunur. Tir 
karnet hər nəqliyyat vasitəsi üçün ayrılıqda doldurulur.  Tir karnetin doldurulması qaydaları, gömrük 
rəsmiləşdirilməsi və digər proseduraları haqqında Dövlət Gömrük Komitəsinin “BYD daşınmalarında 
(BYD Konvensiyası 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi qaydaları”na dair 
2005-ci il 45 saylı əmrdə geniş məlumat verilmişdir (Əlavə 7-4). 
Beynəlxalq qayimə (CMR)
 Bu avtomobil nəqliyyatı yolu ilə malların beynəlxalq daşınması 
detallarını əks etdirən və Avtomobil yolu ilə Malların daşınmasına dair 1956-cı il konvensiyasının 
(CMR Konvensiyası) tələbindən irəli gələn sənəddir. Bu sənəd ixracatçı və malı daşıyan tərəfindən 
4 nüsxə olmaqla imzalanır, birinci nüsxəsi ixracatçıda, ikinci nüsxəsi daşıyanda qalır, 3-cü nüsxəsi 
isə malı müşayiət edən sənədlərin içərisinə qoyulur. 4-cü nüsxəsi isə idxalçı tərəfindən imzalanıb 
möhürləndikdən sonra ixracatçıya qaytarılır. CMR tir karnetdən fərqli olaraq Azərbaycan və digər 
dillərdə ola bilər. CMR hər nəqliyyat vasitəsi üçün verilir. CMR-in forması bu təlimata əlavə olunub.
1.  Malın alqı –satqı dəyərini təsdiq edən hesab faktura 
Bu faktura satıcı tərəfindən malın alqı-satqı 
müqaviləsində göstərilmiş məbləği, malın miqdarı, çəkisi və s. haqqında məlumat əks etdirən 
sənəddir. 
2.  Gömrük yük bəyannaməsinin doldurulması
 Bu haqda irəlidə şərh verəcəyik. 
Yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi ilə yanaşı ixraca hazırlıq mərhələsində ixracatçı malların 
aparılmasını birbaşa özü tərəfindən və ya gömrük brokeri vasitəsilə ixrac edəcəyini dəqiqləşdirməlidir. 
Yeri gəlmişkən gömrük brokeri haqqında da qısa məlumat verək. 
Gömrük brokerinin fəaliyyəti, onun təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından 
malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi əməliyyatlarının həyata keçirilməsindən 
və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarətdir. Gömrük 
brokerləri aşağıdakı fəaliyyətlərlə məşğul olurlar: 
 
✓ mal və nəqliyyat vasitələrinin bəyan edilməsi 
 
✓ Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün 
zəruri olan əlavə məlumatların təqdim edilməsi
 
✓ bəyan edilən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi 
 
✓ gömrük ödənişlərinin və bəyan edilən mallar və nəqliyyat vasitələrinə aid digər ödənişlərin 
ödənilməsinin təmin edilməsi
 
✓ Malın gömrük sərhədindən keçirilməsi, daşınması və çatıdırlması 
 
✓ bəyan edilən mallar və nəqliyyat vasitələri barəsində səlahiyyətlərə malik olan şəxs qismində 
gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan digər işlərin yerinə yetirilməsi


140
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Göründüyü kimi gömrük brokeri ixracatçı adından malların gömrük rəsmiləşdirilməsin apara, gömrük 
ödənişlərin edə, malları gömrük məntəqələrindən keçirə və daşıya bilər. Gömrük brokerlərinin fəaliyyəti 
ilə bağlı müddəalar Gömrük Məcəlləsinin 155-161-ci maddələrində, eləcədə Nazirlər Kabinetinin 
1998-ci il 101 saylı “Gömrük brokeri haqqında Əsasnamə” adlı qərarında öz əksini tapmışdır. 
Gömrük yük bəyannaməsi və onun doldurulması qaydaları
Malın gömrük rəsmiləşdirilməsi məqsədilə istifadə olunan və 4 əsas vərəqdən, bir neçə adda məhsulun 
bəyan edilməsi halında isə əlavələrdən ibarət olan rəsmi sənəddir
2
. Deklarasiyanın 4 əsas vərəqi aşağıdakı 
kimi bölüşdürülür: 
 
✓ birinci vərəq-gömrük orqanında və xüsusi arxivdə saxlanılır
 
✓ ikinci vərəq (statistik) - gömrük statistikası şöbəsində (bölməsində) qalır
 
✓ üçüncü vərəq - bəyannaməçiyə qaytarılır
 
✓ dördüncü vərəq- bəyənnaməçiyə qaytarılır və ixrac zamanı mal müşayiət sənədlərinə əlavə olunur
Yük gömrük bəyənnaməsinin (YGB) əsas vərəqəsi eyni bir gömrük rejimi tətbiq olunan eyni adlı mallar 
(XİF MN üzrə mal mövqeyi 9-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları 
göstərmək üçün istifadə olunur. Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nin 
ayrılmaz hissəsi olan əlavə vərəqlərdən istifadə olunur. Əlavə vərəqlərin hər biri üç adda malı bəyan 
etməyə imkan verir. Bir YGB-də 100-ə qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəqə, 
33-dən artıq əlavə vərəq əlavə oluna bilməz) məlumat bəyan oluna bilər. Əlavə vərəqlərin doldurma 
qaydaları, əlavə vərəqdə bəyannaməçi tərəfindən doldurulmayan A qrafası istisna olunmaqla, YGB-nin 
əsas vərəqələrinin uyğun qrafalarının doldurulması qaydaları kimidir.
Yük gömrük bəyənnaməsi 54 rəqəm qrafasından, 4 hərif qrafasından (A,B,S,D) ibarətdir. Rəqəm 
qrafalarından 7-ci qrafa, hərif qrafalarından S, D qrafalar gömrük orqanları tərəfindən, qalan qrafalar isə 
bəyənnaməçi tərəfindən doldurulur. 7 saylı qrafaya gömrük orqanları tərəfindən “sorğu nömrəsi” qeyd 
edilir. Sorğu nömrəsi 99999/9/99/9999 kimi 4 elementdən ibarət olur. Bu elementlər aşağıdakılar 
göstərir: 
 
✓ 1-saylı element, gömrük orqanları və onların struktur bölmələrinin milli Təsnifatına uyğun olaraq, 
gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının kodunu 
 
✓ 2-saylı element, YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu ilin son rəqəmini 
 
✓ 3-saylı element, cari ayın sıra nömrəsini 
 
✓ 4-saylı element isə müvafiq gömrük orqanı tərəfindən rəsmiləşdirilmiş YGB-nin sıra nömrəsini 
bildirirlər
Qrafa D 
- Qrafaya gömrük orqanının ştamp və möhürü vurulur. Lazım olan hallarda isə gömrük nəzarəti 
nəticələrini əks etdirən başqa qeydlər olunur. YGB-nin arxa tərəfində əlavə məlumatlar yazılarkən 
məsuliyyətli şəxs tərəfindən ştamp və ya möhür vurulması zəruridir.
Qrafa S 
- YGB-nin bu qrafası gömrük orqanı tərəfindən texnoloji qeydlər üçün istifadə oluna bilər. 
Göm rük yük bəyannaməsinin doldurulması qaydaları Dövlət Gömrük Komitəsinin 1998-ci il 27 saylı 
Əmrində öz əksini tapmışdır. Bu bölmədə ixracatçılar üçün gömrük yük bəyannaməsinin doldurulması 
qaydalarını sadələşdirmək və daha asan başa düşülən etmək üçün aşağıdakı formada cədvəl tərtib 
edilmişdir. Bu cədvəl əsasında istənilən ixracatçı gömrük yük bəyannaməsini sərbəst şəkildə doldura 
bilər. 
2
 Gömrük yük bəyənnaməsi rəsmi sənəd olduğundan onu yalnız Dövlət Gömrük Komitəsindən ödəniş əsasında əldə etmək 
olar. Bəzən ixracatçılar bu sənədi əldə etmək əvəzinə bu sənədi brokerlərə bəyənnamənin doldurulması xidməti üçün ödəniş 
edirlər ki, bu ödəniş blankın əldə edilməsindən daha baha başa gəlir.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə