Göz yaşları içindən baxan təbəssüm



Yüklə 23,73 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix15.10.2018
ölçüsü23,73 Mb.
#74404
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

15

N 12(21) 3.04.2015

Əliağa Kürçaylının

tərcüməsi

Yarım tümən üçün bir manat verən 

Dəllaldan yanaşıb soruşdum belə.

Gözəl Lalə üçün necə deyim mən 

“Sevirəm” sözünü fars lisaniylə?

 

Van suları kimi səssizcə bu gün 

Mən həmin dəllaldan soruşdum yenə: 

O gözəl Laləyə söyləmək üçün 

“Öpüş” kəlməsini sən öyrət mənə.

 

Gizlədib qorxunu qəlbimdə dərin 

Dəllaldan yenə də soruşdum ki, mən: 

Axı necə deyim gözəl Laləyə, 

Axı necə deyim ki, “sən mənimsən?”

 

Dəllal cavab verdi mənə müxtəsər: 

Sözlə olunmayıb məhəbbət izhar. 

Məhəbbət yolunda köks ötürərlər, 

Gözlər də yaqutt ək alışıb yanar.

 

Öpüşün olmamış adı əzəldən, 

Öpüş yazı deyil tabutda gerçək. 

Görürsən, gül ətri gəlir öpüşdən, 

O, dodaqlardadır gül yarpağıtək.

 

Əvəz istəməzlər sevgidən heç vaxt, 

Onunla bilirlər sevinci-dərdi.

Çəkib açan zaman qara çadranı 

“Mənimsən” sözünü əllər deyərdi.

Səyavuş Məmmədzadənin 

tərcüməsi

Sərrafa bəllidir arzum-diləyim,

Manata dəyişir yarım tüməni. 

Soruşdum: Laləyə necə söyləyim 

Farsların diliylə “sevirəm səni”?

 

Sərraf dillənmədi, bilmədim niyə. 

Səsim – Van gölünü oxşayan nəsim:

– De, neçə söyləyim gözəl Laləyə

“Öpüş” kəlməsini, necə, əzizim?

 

Nəһayət, bir cavab eşidim deyə,

Sərrafın səbrini yenə sınadım:

– De, necə söyləyim gözəl Laləyə

“Mənimsən” sözünü, necə anladım?

 

Sərrafın cavabı müxtəsər oldu:

– Eşq nədi, söz nədi... Sevən lal yanar,

İçini yandırar məһəbbət odu,

Qoşa gözlərində qoşa ləl yanar.

 

Öpüşə ad verdin-vermədin – nə fərq... 

Öpüş yazı deyil qara, dağ üstə. 

Opüş bir qönçədir, bir zərif şəfəq, 

Qızarar, əriyər gül dodaq üstə.

 

Aşiqin sözünü eşidən һanı... 

Məşuqə “qal” deyər, ya da “öl” deyər 

“Mənimsən” sözünü qara çadranı

Gözəlin üzündən üzən əl deyər.

İsaxan İsaxanlının

tərcüməsi

Hər yarım tümənə bir manat verən

Qoca bir sərrafdan soruşdum bu gün:

O gözəl Laləyə necə deyim mən       

Fars dilində zərif  “sevirəm” sözün?

Van suları kimi, sakitcə həmən       

O qoca sərrafdan soruşdum bu gün:

Bəs gözəl Laləyə necə deyim mən

İncə “busə” sözün, necə söyləyim?

Qorxunu-hürkünü atıb içimdən 

Yenə o sərrafdan sordum, görəsən,

O gözəl Laləyə necə deyim mən,

Necə deyim ona, ki, “sən mənimsən?”     

                                                              

Sərraf cavab verdi mənə sadəcə:

Məhəbbəti sözlə söyləmək olmaz.

Məhəbbət yandırıb-yaxar gizlicə,

Gözlərinsə yanar sanki bir almaz.

Busənin tərifi n kimsə bilmir ki,

Busə yazı deyil baş daşlarında.

Busə bir qızıl gül ləçəyidir ki,

İlişib qalıbdır dodaqlarında.

Məhəbbətdən əvəz istəmək olmaz,

Sevincinə, kədərinə dözərlər.

“Sən mənimsən” deyər yalnız və yalnız

O qara çarşabı götürən əllər.

Firuz Mustafanın

tərcüməsi

Bir sərraf adamdan soruşdum ki mən,

Yarım tümən pulla de, nə eyləyim,

O gözəl Laləyə farsca görəsən

“Sevirəm” sözünü necə söyləyim?

 

Sərrafdan onu da soruşdum ki, mən

Van küləyi kimi sakit, xəfi fcə

Mən gözəl Laləyə indi görəsən

Bəs “öpüş” sözünü söyləyim necə?

 

Bunu da soruşdum sərrafdan hələ

Atıb qorxaqlığı bir tərəfə mən,

De, necə söyləyim gözəl Laləyə,

Mən necə deyim ki, ona “mənimsən?”

 

O sərraf sözünü söylədi necə:

Sevəndə ucadan deyilmir sözlər,

Sevən korun-korun yanır gizlicə,

Sevəndə yaqutt ək od saçır gözlər.

 

Yoxdur bu dünyada adı öpüşün,

O, qəbirüstü yazı deyildir, axı.

Onu qızılgüllər yelpiklər, düşün:

Əridər dodaqda bir gül yarpağı.

 

Sevgidən zəmanət tələb edilməz,

O, qəmin, sevincin canıdır, canı.

“Mənimsən” – söyləyə bilər ki, o kəs

Əliylə parçalar qara çadranı.

>

Sergey Yeseninin “İran nəğmələri”



silsiləsindən bir şeirin Azərbaycan dilinə dörd tərcüməsi

Ñåðãåè Åñåíèí



Персидские 

мотивы

Я спросил сегодня у менялы,

Что дает за полтумана по рублю,

Как сказать мне для прекрасной Лалы

По-персидски нежное “люблю”?

Я спросил сегодня у менялы

Легче ветра, тише Ванских струй,

Как назвать мне для прекрасной Лалы

Слово ласковое “поцелуй”?

И еще спросил я у менялы,

В сердце робость глубже притая,

Как сказать мне для прекрасной Лалы,

Как сказать ей, что она “моя”?

И ответил мне меняла кратко:

О любви в словах не говорят,

О любви вздыхают лишь украдкой,

Да глаза, как яхонты, горят.

Поцелуй названья не имеет,

Поцелуй не надпись на гробах.

Красной розой поцелуи веют,

Лепестками тая на губах.

От любви не требуют поруки,

С нею знают радость и беду.

“Ты - моя” сказать лишь могут руки,

Что срывали черную чадру.


Yüklə 23,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə