Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə46/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   42   43   44   45   46   47   48   49   ...   80

Nəticə:
İtlər insanların ən yaxın və sədaqətli dostudur.
Dil qaydaları
1. Mətnin sonuncu iki abzasındakı hərəkət bildirən sözləri seçin, onları cümlələrdə indiki
zamanda işlətməklə dəftərə yazın.
2. İmla mətni:
Ev tapşırığı:
– İtlərin növləri və növlərinə görə onlardan istifadəyə aid esse yazın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 50. PAPAQÇI VƏ MEYMUNLAR (4 saat)
Motivasiya.
“Mauqli” cizgi filmindən Mauqlinin meymunlar tərəfindən oğurlanması
səhnəsi göstərilir. Müəllim bu filmdən Balunun Mauqliyə dediyi sözləri xatırladır.
ARI VƏ CIRCIRAMA (37 söz)
Bal arısı astadan dızıldayıb uçurdu. Cırcırama cırıldayıb dedi ki, qorxma, sən də
mənim kimi bərkdən oxu! Amma arı cırcırama kimi avara deyildi. Anası, qohumları
pətəkdə onun işdən qayıtmağını gözləyirdilər. Onun peşəsi dızıldamaq yox,
güllərdən şirə çəkmək idi.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və
mimikalardan istifadə edir.
Yalnız
jest və mimika vasitəsilə fikirlərini
ifadə edir. 
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını
başa düşür, onları yaxınmənalı sözlərlə
əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsədiyini nümayiş etdirir. Mətndə rast
gəldiyi yeni məlumatları qeyd edir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini adlandırır, məzmununa
uyğun plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun  nəql edir.
Tərtib etdiyi plan üzrə mətndəki hadisələri
ardıcıllıqla nəql edir. 
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“K” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
fərqləndirir.
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
123
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Dinləmə mətni:
Qulaq as mənə, insan balası! Bu məxluqlar cəngəllikdəki başqa heyvanlar
kimi deyillər. Onlar qanun-qayda nədir, bilmirlər, əllərinə nə düşdü yeyirlər, onun-
bunun hərəkətini yamsılayırlar. Özləri də oğrudur, murdar və həyasız tayfadır.
Cəngəllikdə heç bir tayfa onlarla yaxınlıq etmir. Onlardan hər şey gözləmək olar. 
– Sizcə, Balu Mauqliyə hansı heyvan haqqında danışırdı?
Sual: – Meymunlar haqqında daha nə bilirsiniz? (Əqli hücum, diskussiya)
Müəllim: – İndi isə gəlin meymunlar haqqında başqa bir mətni dinləyək.
Dinləmə
(məlumatverici mətn):
Meymunların çox növü var: oranqutan, şimpanze, qorilla, makaka və s. Makaka
meymunları, əsasən, Hindistan cəngəlliklərində yayılmışdır. Bədən lərinin uzunluğu
40-60 sm, çəkisi 4 kq-dan 18 kq-dək olur. Bu meymunlar yerdə və ağacda yaşayır.
Meyvə, kök, yarpaq, həmçinin həşərat və onların sürfələri ilə qidalanır. 
– Meymunlar haqqında eşitdiyiniz  məlumatları sadalayın.
Müəllim uşaqları cüt-cüt düzür. Hər cütlükdə uşaqlardan biri əl hərəkətləri ilə nə isə (pan-
tomim) göstərir, o biri onun hərəkətini təkrar edir. 
Suallar: – Bu hərəkətlərin təkrarı necə adlanır? (yamsılama, təqlid, parodiya və s.)
– Əgər kimsə sizin hərəkətlərinizi təkrarlasa, bu sizə necə təsir edər? 
– Hansı heyvanlar, quşlar təqlid etməyi bacarır? (tutuquşu, meymun)
Mətn hissə-hissə oxunur, təhlil edilir.  
Tapşırıq 3. Plan tutulur:
1. Dincəlmək üçün uzanıb yuxuya gedən papaqçı
2. Papaqları götürüb ağaca dırmaşan meymunlar
3. Papaqçının qəzəbi
4. Meymunların papaqçının hərəkətini təqlid etmələri
5. Papaqçının papağını yerə çırpması 
6. Yerə atılan papaqlar
Mətnin məzmunu plan üzrə nəql olunur. 
“Kim daha çox” oyunu
Şagirdlər bu oyunda papağın mümkün qədər çox xüsusiyyətini qeyd etməlidirlər.  Bu
tapşırığı həm şifahi, həm də yazılı yerinə yetirmək olar. Daha çox xüsusiyyət qeyd edən qalib
gəlir. (Xüsusiyyətlər müxtəlif ola bilər: baş örtüyü, yağışdan qorunmaq vasitəsi, içərisinə
nəsə qoyula bilər, yuva kimi istifadə edilə bilər, top kimi atmaq, haranı isə silmək üçün və s.)
Dərsliyin 104-cü səhifəsindəki 1-5-ci tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq yerinə yetirilir: 1 – Ç, 2 – A, 3 – B, 4 – C. 
Tapşırıq 5. Cavab “A” variantıdır (əcaib).
İş dəftərinin 74-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Hüsnxət. “K” hərfi. İş dəftəri, səh. 75.
Ev tapşırığı:
– Meymunlar və onların növləri haqqında məlumat toplayıb təqdimat hazırlayın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
ЫВ бюлмя
124
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Dərs 51. DOVŞANIN ADI (2 saat)
Motivasiya.
Müəllim: – Adınızın mənasını bilirsinizmi?
Hər kəs adının kim tərəfindən, kimin şərəfinə qoyulduğunu söyləyir.
– Adınızı tam deyəndə xoşunuz gəlir, yoxsa qısaldılanda?
– İstərdinizmi adınız  başqa olsun?
– Hansınızın ləqəbi var?
– Ləqəb hansı xüsusiyyətə görə verilir?
Dərslikdən mətn rollarla oxunur. Oxu zamanı müvafiq jest və mimikalardan istifadə
olunmasına diqqət yetirilir. Oxudan sonra mətn səhnələşdirilir (1-ci tapşırıq).
– Mətndə hansı heyvanların adı çəkilir?
– Onlar hansı suala cavab verirlər? 
– Hansı heyvan adlarını tələffüz etdikdə yazılışı və deyilişi arasında fərq yaranır? (dovşan,
çaqqal)
2-ci tapşırıq yerinə yetirilir. Cavab “C” variantıdır. 
4-cü tapşırıq. Yekəqulaq və qorxaq.
5-ci tapşırıq yerinə yetirilir. Lüğətin köməyi ilə “kök” sözünün mənası araşdırılır. İkinci tap-
macada bu söz “yaxşı” mənasında işlədilib.
6-cı tapşırıq. Mətnin sonuna “C” variantı uyğun gəlir.
Qruplarla iş. Hər qrupa bir tapmaca verilir (3-cü tapşırıq). Tapmacada dovşan haqqında
əks olunan yeni məlumatın altından xətt çəkilir, bu məlumat təqdim olunur.  
I qrup
Gözləri açıq yatar,
Güllətək qaçmağı var.
Qulaqları yekədir,
Hər şeydən qorxmağı var.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Qazandığı bilikləri əvvəl bildikləri ilə
ümumiləşdirərək gəldiyi nəticələr haqqında
danışır.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və
mimikalardan istifadə edir.
Rollu oyun zamanı obrazlara uyğun olaraq
jest və mimikalardan istifadə edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnə uyğun gələn sonluğu
müəyyənləşdirməklə şüurlu oxuduğunu
nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətnlər arasındakı ideya yaxınlığını müəyyən
edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Tapmacanı əzbərdən yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri fərqləndirir.
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
125
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə