Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə48/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   44   45   46   47   48   49   50   51   ...   80

Dərs 55. TƏZƏ İL (4 saat)
Motivasiya.
Müəllim: – 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günüdür.
Bu tarix başqa nə ilə əlamətdardır? 
“Təqvimin, ilin  son günü” cavabını alandan sonra müəllim şagirdlərə aşağıdakı suallarla
müraciət edir:
– 1 Yanvar Yeni ilin, təzə ilin ilk günüdür. Bu bayram hansı fəslə təsadüf edir?
– Qışın əlamətlərini söyləyin.
– Yeni il bayramı nə ilə yadda qalır? (Şaxta baba, Qar qız, yolka, hədiyyə və s.)
– Bayramlarda hamı bir-birinə təbriklərini deyir. Yeni ildə də bir-birinizə arzularınızı
deyirsiniz. Dairəvi şəkildə dayanın və bir-birinizə Yeni il arzularınızı söyləyin. 
Şagirdlər müəllimin dediyi kimi dairəvi şəkildə dayanır və bir-birinə bayram təbriklərini
söyləyirlər. Bu zaman yaxşı olar ki, şagirdlər arzu etiketlərindən istifadə etsinlər. Sonda müəllim
də bütün şagirdlərə öz təbrikini deyə bilər: “Arzum budur ki, gələn Yeni ili işğaldan azad olun -
muş torpaqlarımızda qeyd edək”.
Dərslikdən şeirin hər bəndi bir qrup tərəfindən oxunur və başlıq verilir. Qruplara 2-ci tapşırıq
da verilir. Şagirdlər oxuduqları bəndə uyğun cümləni tapırlar. Tapdıqları cümləyə görə öz
əlavələrini etməklə kiçik mətn qururlar. Şeirin hər bəndinə aşağıdakı kimi  başlıq verilə bilər:
1. Bəyaz don geymiş təbiət
2. Laçına, Kəlbəcərə gedə bilməyən Şaxta baba və Qar qız
3. Hədiyyə ilə dolu heybə
4.Yenə qartopu oynıyırıq
5. Arzum Qarabağa getməkdir
6. Gələn il Şuşada bayram edək
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma 
-
hiyyətini aydınlaşdırır.
Sual verməklə dinlədiyi mətndəki əsas məlu -
matları mənimsədiyini nümayiş etdirir.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq
etiketlərin dən istifadə edir. 
Bayram münasibətilə təbrik nitqində arzu
etiketlərindən istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını
başa düşür və onları yaxınmənalı söz və
ifadələrlə əvəz edir.
2.2.3. Mətnin hissələrinə başlıqlar ver məklə
məzmununa aid sadə plan  tutur.
Şeirin bəndlərinə başlıqlar verir və mətnin 
planını tutmaqla məzmun ardıcıllığını
müəyyən edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm nümu -
nə sini əzbərdən yazır.
Şeirdən seçdiyi hər hansı bəndi əzbərləyib
yazır.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq müəy -
yən edilən sadə  əməli yazılar (mək 
tub,
açıq ca, elan, ərizə) yazır.
Mövzuya uyğun açıqca tərtib edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Lüğətdən istifadə edərək sözləri əlifba sırası
ilə düzür.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri müəyyənləşdirir, onların
nəyə aid olduqlarını bilir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
129
Çap üçün deyil


Şeirin məzmununa görə ardıcıllıq müəyyən edilir: D, B, A, E, Ç, C.  
Suallar: – Şeirdə işğal olunmuş hansı torpaqlarımızın adı çəkilir? 
– Daha hansı torpaqlarımız işğal altındadır?
1-ci tapşırıq yerinə yetirilir: ağ – bəyaz, dolanır – gəzir, heybə - torba, arzu – istək, təzə – yeni.
3-cü tapşırıq yerinə yetirilir. İşğal altında olan torpaqlarımızın adları şagirdlər tərəfindən bir
daha səsləndirilir və əlifba sırası ilə düzülür: Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi,
Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan.
4-cü tapşırıq yerinə yetirilir. Şeirdə işlənən qara bulud”, “boz külək” ifadələri ermənilərin
torpaqlarımızı işğal etməsini bildirərək “üstümüzü böyük təhlükə alması” mənasında işlənib. 
İş dəftərinin 80-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dinləmə mətni:
İŞĞAL OLUNMUŞ TORPAQLARIMIZ
Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ Azərbaycanı n
dilbər guşəsi, dünyanın ən gözəl yerlərindən biridir. Hər bitkisi min dərdə dərman,
hər bulağının suyu bir möcüzədir. Onun gözəlliyi hamını heyran edir. Dünyanın
heç bir yerində olmayan bitkilər burada yetişir. Xarıbülbül kimi nadir çiçək yalnız
Qarabağ torpağında boy ataraq bu torpağın nə qədər möcüzəli və qeyri-adi
olduğunu sübut edir. 
Xalqımızın bir çox məşhur sənətkarlarını, müğənnilərini, bəstəkarlarını və
xanəndələrini bu torpaq yetişdirmişdir. Onlar xalqımızın musiqisini, mədəniyyətini
bütün dünyaya tanıtmışlar. Belə sənətkarların yetişməsinin səbəbi Qarabağın
möcüzəli havası, suyu və torpağıdır. İndi bu möcüzəli və bərəkətli torpaq mənfur
ermənilərin tapdağı altındadır. 1992-1993-cü illərdə erməni cəlladları torpaq la -
rımızın iyirmi faizini işğal etdilər. Azərbaycanın Dağlıq Qarabağda və onun
ətrafında  yerləşən torpaqları – Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı,
Laçın, Şuşa, Xocalı, Zəngilan düşmən tapdağı altındadır. Bu torpaqlar bizim
yolumuzu, düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözləyir. Biz
inanırıq ki, həmin gün uzaqda deyil. 
Mətni dinlədikdən sonra hər qrup digər qrupa mətndəki fikrin mahiyyətini aydınlaşdırmaq
məqsədilə suallarla müraciət edir:
– Qarabağ haqqında nə deyə bilərsiniz?
– Nə üçün Qarabağ  qeyri-adi torpaq hesab olunur?
– Qarabağdan məşhur sənətkarlar çıxmasının səbəbi nə idi?
– Hansı torpaqlarımız düşmən tapdağı altındadır?
Yazı. Sual: – “Təzə il” şeiri kimin dilindən yazılıb? (uşağın) 
Tapşırıq: – Onun arzularını ümumiləşdirib açıqca şəklində  yazın. 
5-ci tapşırıq yerinə yetirilir: ağappaq, bəyaz, ağ (qar); qara (bulud); boz (külək); təzə (il)
İş dəftərinin 80-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı: 
– Şeiri əzbərləyin, seçdiyiniz hər hansı iki bəndi əzbərdən yazın. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Arzu edirəm ki, gələn il Şaxta baba hər dağa qar yağdırsın. 
Bizi Qarabağa qonaq çağırsın. 
Gələn ilədək üstümüzdən qara bulud, boz külək çəkilsin. 
Təzə ili gələn il Şuşada bayram edək. 
Dərslərin planlaşdırılması
V bölmə
130
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə