Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə44/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   40   41   42   43   44   45   46   47   ...   80

Dərs 45. SİÇANLA QURBAĞANIN DOSTLUĞU (2 saat)
Motivasiya.
Müəllim yazı taxtasında aşağıdakı sözləri yazır. Şagirdlər hər şaxəyə müvafiq
sözlər – heyvan adları deyirlər.
Suallar: – Bu heyvanlardan hansıları bir-biri ilə dostluq edə bilər?
– Sizcə, yaşayış tərzi fərqli olan heyvanlar bir-biri ilə dostluq etsələr, bu dostluq axıra
qədər davam edə bilər?
Tədqiqat sualı:
– Sizcə, bir-birinə yaxın olmayan heyvanlar ünsiyyət qura bilərmi?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Mətn ifadəli oxunur. Suallar verilir:
– Əsərin belə sonluqla bitməsində hansı heyvanı günahkar sayırsınız? Nə üçün?
– Dost seçəndə nəyə diqqət yetirmək lazımdır?
– “Sən dostunu necə seçmisən?” – sualına cavab  verməklə şagirdlər mülahizələrini
bildirirlər. 
Mətnin məzmununa plan tutulur: 
1. Siçanın qurbağadan xahişi
2. Qurbağanın razılaşması
3. İki gündən sonra 
4. Siçanı ovlayan qaraquş
5. Sərçənin təəccübü
6. Qurbağanın cavabı
Mətnin məzmunu plan üzrə nəql olunur.
1-ci tapşırıq. Mətnin məzmununa “B” variantındakı atalar sözü uyğun gəlir.
İdeya baxımından bir-birinə uyğun olan digər bir mətn “Sincab və balıq” (iş dəftəri, səh. 67)
oxunur və təhlil olunur. Şagirdlər bu mətnlərin oxşar və fərqli cəhətlərini qeyd edirlər.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Oxuduğu mətnin süjet xəttini dəyişdirib nəql
edir.  
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Düzgün səs tonu seçməklə mətni ifadəli
 oxu yur. Əsas fikri ifadə edərək mətni şüurlu
oxu duğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə
məzmununa aid sadə plan  tutur.
Mətnin məzmununa aid plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun  nəql edir.
Mətnin məzmununu plana uyğun nəql edir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri seçir və onların
hansı zamana aid olduğunu müəyyən edir. 
Gəmiricilər
Suda-quruda
yaşayanlar 
Quşlar
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
117
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


118
ЫВ бюлмя
Qruplarla iş “Nağılı dəyiş” 
Hər qrup əsərin adına uyğun mətn fikirləşib təqdim edir. 
I qrup. Təsəvvür edin ki, əsər “Tısbağa ilə dovşanın dostluğu” adlanır.  
II qrup. Təsəvvür edin ki, əsər “Qurbağa ilə köstəbəyin dostluğu” adlanır.
III qrup. Təsəvvür edin ki, əsər “Siçan ilə pişiyin dostluğu” adlanır. 
IV qrup. Təsəvvür edin ki, əsər “Pinqvin ilə dəvəquşunun dostluğu” adlanır.  
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Nəticə:
Hər bir canlı ilk növbədə öz həmcinsləri ilə ünsiyyət qurur, çünki onların yaşayış
tərzi eynidir.
Tətbiqetmə.
İş dəftərinin 69-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. Qaraquşun siçanı tutub havaya qaldırdığı hissəni ifadə edən abzasdakı
hərəkət bildirən sözləri seçin, hərəkətin hansı zamanda baş verdiyini araşdırın. Həmin sözləri
dəyişməklə digər zamanlarda işlədin və dəftərinizə yazın.
Ev tapşırığı:
– Heyvanlar haqqında mətn qurub danışın. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 46. QURBAĞALAR (2 saat)
Motivasiya.
Müəllim: – Canlılar hansı mühitdə yaşayır? (Quruda, suda, səmada, səhrada,
meşədə, çöldə və s.).
– Hansı canlılar həm quruda, həm də suda yaşaya bilir?
Dərsliklə iş. Qurbağa haqqında məlumat dərslikdən oxunub təhlil edilir. Dərsliyin 98-ci
səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. 
1-ci tapşırıq. Birinci cümlə sonuncu abzasa, ikinci cümlə birinci abzasa, üçüncü cümlə
 ikin ci abzasa, dördüncü cümlə isə üçüncü abzasa uyğundur. 
Əlavə tapşırıq. – Qurbağa haqqında öyrəndiklərinizə əsasən krossvordu həll edin.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma hiy -
yətini aydınlaşdırır.
Dinlədiyi elmi-kütləvi mətndəki əsas
məlumatlara aydınlıq gətirmək üçün suallar
verir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə  ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Əsas fikri ifadə edərək mətni şüurlu oxudu -
ğunu nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“J” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri fərqləndirir və
onların hansı zamana aid olduğunu bilir. 
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


119
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
2-ci tapşırıq. Mətnin ikinci abzası “Heyvanlar necə qorunurlar” mətninin məzmununa
uyğundur.
İş dəftərinin 70-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. Mətndən hərəkətin indi baş verdiyini bildirən sözləri seçin, onlara sual verin.
Həmin sözləri gələcək zamana çevirib cümlələrdə işlədin və dəftərə yazın.
Dinləmə
QAPLAN
Qaplan bizdə daha çox bəbir adı ilə tanınır. Şirdən, pələngdən kiçik olsa da,
qaplan heç də onlardan az qorxulu deyil. O, balaca bir kolun da dalında gizlənə
bilir. Güclü eşitmə qabiliyyəti olan qaplan çox cəlddir, bir göz qırpımında ağaca
dırmanır, enli çayları asanlıqla üzüb keçir. O, saatda 120 kilometr sürətlə qaça
bilir. Ov dalınca qaçanda hər addımı 12 metrə çatır. Bu yırtıcı pişik çox
təhlükəlidir. Lakin buna baxmayaraq, insanlar bu vəhşi pişikləri qoruyur, onların
nəslinin kəsilməsinə yol vermirlər.
Dinlədiyi mətndəki əsas məlumatları necə mənimsədiyini yoxlamaq məqsədi ilə şagirdlərə
aşağıdakı tapşırıqlar verilir:
1.Qaçma bacarığına görə qaplan aşağıdakılardan hansına yaxındır?
A) ayıya
B) tülküyə
C) dəvəquşuya
2. Hansı daha kiçikdir?
A) qaplan
B) pələng
C) dovşan
3. Qaplanın cəldliyini bildirən cümləni seç.
A) Enli çayları asanlıqla üzüb keçir.
B) Balaca kolun dalında gizlənə bilir.
C) Bir göz qırpımında ağaca dırmanır.
İş dəftərinin 70-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Hüsnxət. “J” hərfi. İş dəftəri, səh. 71.
Ev tapşırığı: 
– Qurbağaların özünümüdafiə üsulu haqqında hissəni mətndən tapın və
dəftərinizə köçürün.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
q
u
r
u
t
u
l
l
a
n m a
q
h
ə
ş
ə
r
a
t
b
a
t
a
q
l
ı
q
s
a
h
i
l
t
ı
s
b
a
ğ
a
m a
y
e
1. “Yaş” sözünə əksmənalı söz. 
2. Qurbağanın irəliyə hərəkəti. 
3. Qurbağanın qidası. 
4. Qurbağanın yaşadığı məkan. 
5. Çayın, dənizin kənarı. 
6. Suda-quruda yaşayan başqa
bir canlı. 
7. Düşməndən qorunmaq üçün
qurbağa nə ifraz edir?
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə