Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə41/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   37   38   39   40   41   42   43   44   ...   80

Müəllim sual verir: 
– Kimin oxuduğu hissə 1-ci şəklə aiddir? Kiminki 2-yə? və s.
Bundan sonra qruplar şəkillərin üzərindəki hərflərə görə  düzülür. Qrupların mətnə görə
düzülmə ardıcıllğı  belə olur: 2, 4, 1, 3, 5. Birincidən başlayaraq mətni ardıcıllıqla oxuyurlar.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. 
1-ci tapşırıq smayliklərlə yerinə yetirilir.
Əlavə tapşırıq: – Mətnin 1-ci cümləsində əlamət bildirən sözü tapın. Bu sözə yaxınmənalı
və əksmənalı sözlər deyin.
– Şir və siçanı əlamət bildirən sözlərdən istifadə edərək müqayisəli təsvir edin (məsələn:
böyük, kiçik, güclü, zəif və s.).
Nəticə:_Ən_zəif_varlıq_da_yaxşılıq_edə_bilər._Tətbiqetmə._İmla_mətni:__Ev_tapşırığı'>Nəticə:
Ən zəif varlıq da yaxşılıq edə bilər.
Tətbiqetmə.
İmla mətni:
 
Ev tapşırığı:
– Yaxşılıq və pislik haqqında atalar sözləri tapıb yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Bir gün şir tələyə düşdü. Nə
qədər çalışdısa, torun iplərini qıra
bilmədi. Acıqlanmış şir var gücü
ilə nərildədi.
Şir oyanıb siçanı tutdu. Si çan
yalvarmağa başladı. O, şirə dedi:
– Əgər məni buraxsan, sə nə
yaxşılığım dəyər.
Şir siçanın sözlərinə güldü. An -
caq ona dəyməyib azadlığa bu -
rax dı.
Günlərin bir günü qoca şir
ağacın altında yatmışdı. Bir siçan
onun üstünə çıxıb oyana-buyana
qaçmağa başladı.
Nəhayət, şir canını tordan
qurtarıb siçana dedi:
– O vaxt mən sənin sözlə rinə
güldüm. Ancaq sən de mə, siça -
nın da şirə yaxşılığı də yərmiş.
Şirin nəriltisini eşidən siçan
özünü ona yetirdi. Torun iplərini
gəmirməyə başladı.
1
2
3
4
5
KİRPİ (35 söz)
Bir dəfə kirpi kaktusa rast gəldi. Onların tikanları bir-birinə çox oxşayırdı. Kirpi
fikirləşdi ki, yəqin, kaktusla qohumdur. Onu qucaq layıb öpmək istədi. Amma kaktu -
sun tikanları burnuna batdı. Kirpi indi başa düşdü ki, nə üçün dostu yoxdur.
ЫВ бюлмя
108
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Dərs 41. DƏVƏLƏR (4 saat)
Motivasiya.
Müəllim tapmaca deyir:
Uzun ayaqlı,
Yekə dodaqlı,
Belində var dağ,
Ayağında yağ.
Ona “səhra gəmisi” də deyirlər. Bu heyvanın adı nədir?
Tədqiqat sualı:
– Dəvə haqqında nə bilirik?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Dəvənin görünüşü haqqında bildiklərinizi yazın.
II qrup. İnsanlara faydası barədə bildiklərinizi yazın.
III qrup. Venn diaqramı verilir.
At olan yerdə dəvəyə ehtiyac varmı? Atla dəvənin oxşar və fərqli xüsusiyyətlərini
yazın.
IV qrup. Dəvə necə qidalanır?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş.
Dərslikdən hər iki mətn oxunur. Şagirdlərə suallarla müraciət olunur:
– Birinci mətnə əsasən dəvənin xarici görünüşünü təsvir edin.
– Günlərlə ac qalan dəvənin dözümlülüyünə səbəb nədir?
– Yadınıza salın, dəvə düşmənlərindən necə qorunur?
– Dəvənin ayaqlarının qumda batmamasının səbəbi nədir?
– Dəvənin xeyri nədir?
Nəticə:
Dəvə çox güclü, dözümlü ev heyvanıdır.
Tətbiqetmə. 
İş dəftərinin 65-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müəllimin nəzərinə: Dərsliyin 89-cu səhifəsindəki  “Yadda saxla!” rubrikası şagirdlərə izah
olunarkən müəllim əlavə olaraq qeyd etməlidir ki, hekayə kiçikhəcmli nəsr əsəridir.
Hekayədə hər yeni fikir yeni abzasdan verilir.
Növbəti mərhələdə şeirlə nəsr arasındakı fərq araşdırılır. 
Sual: – Dəvələrə həsr olunmuş bu iki mətnin ifadə formasında hansı fərqlər var?
Müəllim iki yazı nümayiş etdirir.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Qazandığı bilikləri əvvəl bildikləri ilə müqa yi -
sə edərək araşdırdığı məlumatları nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Eyni mövzu ilə bağlı iki mətndə verilmiş
məlumatları müqayisə edir. Məzmuna
uyğun fikri ifadə edərək mətni şüurlu
oxuduğunu nümayiş etdirir.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeir və nəsri bir-birindən fərqləndirir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbər bildiyi şeirin məzmununu yazır.
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
109
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


1. Budur, yenə qış necə ki var, gəlir,
Şaxta gəlir, soyuq gəlir, qar gəlir.
Səpir qarı ağaclara, kollara,
Dərələrə, təpələrə, yollara.
2. Budur, artıq qış gəlib. Hər tərəf ağappaq don geyinib. Şaxta, soyuq adamın iliyinə işləyir.
Suallar: – Bu mətnlər bir-birindən nə ilə fərqlənir?
– Şeirlə yazılmış mətnin hansı xüsusiyyətləri var?
Dərslikdə verilmiş “Dəvələr” şeiri və elmi-kütləvi mətni əsasında şeirlə nəsr əsəri
arasındakı fərqli cəhətlər araşdırılır. 89-cu səhifədəki nəzəri hissə oxunur, şeir və  hekayə
arasındakı fərqlər müəyyənləşdirilir. 2-7 və 9-cu tapşırıqlar yerinə yetirilir. 
Tapşırıq 4. Şeirdə on misra, hər misrada yeddi heca var. Yəhər – fənər, gəzərlər –
dözərlər, uzunayaq – yekədodaq sözləri qafiyələnir. 
Tapşırıq 9. Dəvə – nəvə, ayıq – qayıq,  yovşan – dovşan, kol – qol (yol), çöl – göl.
Yazı. Dəvələr haqqında yazılmış şeir nəsrə çevrilib yazılır.
Nəticə:
Şeir misra-misra yazılır, misraların sonluqları qafiyələnir. Nəsr nağıl, hekayə və
bu kimi başqa əsərlərin ümumi adıdır. Nəsr əsərləri abzaslara bölünür.
Ev tapşırığı:
– 1. Dəvə haqqında əlavə məlumat toplayıb dəftərinizə yazın. 
2. Dər s  li yin 89-cu səhifəsindəki 8-ci tapşırığı yazılı şəkildə yerinə yetirin. 
3. Bir şeir öyrənin, həmin şeirdə bənd və misraların, hər misrada hecaların sayını, eləcə
də qafiyələnən sözləri müəyyən ləşdirin.
Qiymətləndirmə. 
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 42. QUŞLAR (4 saat)
Motivasiya.
Maqnitofonda quşların nəğmələri səsləndirilir.
Müəllim: – Bu səslər sizə tanışdırmı?
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Öyrəndiyi, araşdırdığı məlumatları nəql edir.
Qazandığı bilikləri əvvəl bildikləri ilə
müqayisə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi sözləri yaxınmənalı
sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki məlumatları araşdıraraq mətni
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndə ifadə olunan əsas fikri müəyyən edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“İ” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müəyyən olunmuş mövzu ətrafında topladığı
məlumatlar əsasında kiçik esse yazır. 
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri fərqləndirir.
ЫВ бюлмя
110
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə