Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə38/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   34   35   36   37   38   39   40   41   ...   80

Ev tapşırığı.
Dərsliyin 76-cı səhifəsindəki 1-ci tapşırığı yerinə yetirərək elan yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 35. SEHRLİ SÖZ (6 saat)
Motivasiya. 
Topla oyun. Mən beş nəzakətli söz bilirəm” (oyun “Söz assosiasiyaları”
üsulu ilə aparılır). Uşaqlar topu bir-birinə ötürərək “sehrli sözlər” (nitq etiketləri) söyləyirlər:
– Zəhmət olmasa...
– İcazənizlə...
– Çox sağ ol...
– Təşəkkür edirəm...
– Xahiş edirəm...
Müəllim: Kim 5-dən çox nəzakətli söz deyə bilər?” söyləməklə uşaqların fəallığını daha
da artırır və onlar əlavə nitq etiketləri söyləyirlər:
– Məmnuniyyətlə...
– Üzr istəyirəm...
– Bağışlayın...
Bu ifadələri əlaqələndirməklə fikir, yaxud ideya formalaşdıraq. 
Belə bir fikir formalaşdırmaq olar: “Bu ifadələrdən istifadə edən adamla ünsiyyət qurmaq
xoş olar”. 
Mətnin 1-ci hissəsi “Mən sehrbazam” cümləsinə qədər oxunur və müəllim soruşur: “Sizcə,
qoca düz deyirdi?”
Şagirdlərin “Xeyr” cavabından sonra “Bəs Pərvizə nə olduğunu qoca haradan bildi?” sualı
verilir. Cavablar dinlənilir. Bundan sonra mətnin davamı “Qoca uzun saqqalını tumarlayıb
fikrə getdi” cümləsinə qədər oxunur.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq
etiketlərin dən istifadə edir. 
Nitq etiketlərini məqamına uyğun işlədir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Öyrəndiyi yeni sözləri cümlələrdə mənasına
uyğun işlədir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmununa uyğun gəlməyən
cümlələri seçir və mətnin qəhrəmanına öz
münasibətini bil dirərək mətni şüurlu
oxuduğunu nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“X” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
fərqləndirərək onları qruplaşdırır.
ЫЫЫ бюлмя
100
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Suallar: – Sizcə, evdə nə üçün Pərvizə belə bir münasibət bəsləyirlər?
– Görəsən, qoca nə üçün fikrə getdi? 
– Sizcə, qoca kişi Pərvizə nə məsləhət verəcək?
Şagirdlərin cavab versiyaları dinlənilir, sonra mətnin davamı I hissənin sonunadək oxunur
və şagirdlərin versiyaları ilə müqayisə olunur.   
Müəllim– Sizcə, Pərvizin qulağına qoca nə pıçıldadı?
– Pərviz haqqında nə deyə bilərsiniz?
– Mətndə hansı ifadələr onun kobud olduğunu göstərir? 
Şagirdlərin cavabları dinlənilir. 
Qruplarla iş. Şagirdlər 4 qrupa bölünür və hər qrup hekayənin davamı ilə bağlı öz
variantını hazırlayıb təqdim edir (2-ci tapşırıq).
1-ci tapşırıq yerinə yetirilir. 3-cü və 5-ci cümlələrin mətnin məzmununa uyğun olmadığı
müəyyən edilir. 
3-cü tapşırıq yerinə yetirilir. Lüğətdən istifadə etməklə səhv yazılan sözlər düzgün yazılır:
flomaster, qayıq, saqqal.
Mətnin 2-ci və 3-cü  hissələri müəllim tərəfindən 4 yerə bölünür və 4 qrup arasında
paylanır. Qruplar hissələri oxuyur və səhnələşdirməklə təqdim edirlər. 1-ci qrup Pərviz və
Leyla; 2-ci  qrup Pərviz və nənə; 3-cü qrup Pərviz və qardaşı arasındakı dialoqu; 4-cü qrup-
dan 2 nəfər (onlardan biri Pərviz obrazında, digəri isə aparıcı rolunda oynayır) mətnin so-
nuncu 2 abzasını səhnələşdirir (5-ci tapşırıq).
Mətni davam etdir
I qrup. Pərvizin Leyla ilə dialoqunu daha bir neçə cümlə ilə davam etdirin (nitq
etiketlərindən istifadə etməklə).
II qrup. Pərvizin nənə ilə dialoqunu daha bir neçə cümlə ilə davam etdirin (nitq
etiketlərindən istifadə etməklə).
III qrup. Pərvizin qardaşı ilə dialoqunu daha bir neçə cümlə ilə davam etdirin (nitq
etiketlərindən istifadə etməklə).
IV qrup. Təsəvvür edin ki, Pərviz qocaya minnətdarlığını bildirmək üçün onun yanına
gəlir və qocanı orada görür. 
Tapşırıq 4. Cavab “C” variantıdır.
Suallar:
– “Nəzakətli olun” ifadəsini necə başa düşürsünüz? 
– Kim özünü nəzakətli sayır? Nəyə əsasən belə düşünürsünüz?
Tapşırıq. “Salam”, “sağ ol” sözlərinə yaxınmənalı sözlər deyin (burada da “söz assosia -
siyası”ndan istifadə oluna bilər). 
– Xoş gördük.
– Sabahınız xeyir.
– Axşamınız xeyir.
– Sağlıqla qalın.
– Xoş gəldiniz.
– Gecəniz xeyrə qalsın.
– Görüşənədək və s. 
Müəllim– Bu sözlərdən istifadə etməklə səhnəcik hazırlayın. “Bir oğlan yoldan keçən
qızdan saatı soruşmaq istəyir. Bunu nəzakətli şəkildə necə etsin?”
İki şagirdin iştirakı ilə səhnəcik qurulur:
– Sabahınız xeyir, deyə bilərsinizmi, saat neçədir?
СИНФИМИЗИН УШАГЛАРЫ
101
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə