Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə35/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   31   32   33   34   35   36   37   38   ...   80

Dərs 31. İKİ GÜZGÜ (4 saat)
Motivasiya.
Sual: – Adam bəzən gözəl görünür, bəzən də yox. Görəsən, niyə?
Kömək. Müxtəlif mimikalı eyni adam şəkilləri nümayiş olunur. 
– Hər bir mimikanı doğuran hadisəni təxmin edin.
Tədqiqat sualı:
– İnsan nə zaman ətrafdakılara xoş təsir bağışlayır?
Fərziyyələr söylənilir.
Tədqiqatın aparılması.
Dərsliklə iş. I hissə müvafiq jest və mimikalarla oxunub təhlil
 olu nur. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər. 
Qrup larla iş. Şagirdlər verilmiş şəkillər əsasında sözləri iş vərəqlərində qeyd edirlər.
– Üzdəki mimikalara görə sözləri təyin edin.
I qrup.  Təəccüb 
II qrup.  Qəmli
III qrup.  Acıqlı
IV qrup. Gülərüz  
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 70-ci səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. 
Rollu oyun. Sinifdə “ailə” oyunu oynanılır. Uşaqlar öz təxəyyüllərinə görə ailədə baş
vermiş bir hadisəni səhnələşdirir və hərə ailə üzvlərindən birinin (ata, ana, nənə, baba və b.)
rolunu oynayır. 
– Əhvalının pisliyi ətrafdakılara təsir edirmi?
Dərslikdən II hissə oxunur və təhlil olunur. 
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsliklə iş. Dərsliyin 71-ci səhifəsindəki
3-4-cü tapşırıqlar yerinə yetirilir. 
Nəticə:
İnsanın ətrafdadakılara münasibəti çox zaman onun əhvalından asılı olur. Onun
ovqatı isə ətrafdakıların ona münasibətinə təsir edir. Xoş əhval, xoş münasibət, təbəssüm in-
sanlara xoş təsir bağışlayır. Çalışmaq lazımdır ki, pis ovqatını ətrafdakılara hiss etdirməyəsən.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.4. Nitq situasiyalarından asılı olaraq da -
nı şıq prosesində müvafiq jest və mimi kalar-
dan istifadə edir.
Rollu oyunda situasiyadan asılı olaraq jest və
mimikalardan istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi müəyyən sözləri yaxın -
mənalı sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş tə -
ləb lərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli
oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini bil -
dirir.
Mətndəki obrazların xarakterini açmaqla əsas
fikrə münasibət bildirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzün dən
köçürür.
Mətndən müəyyən olunmuş hissəni üzündən
köçürür.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq müəy -
yən edilən sadə  əməli yazılar (məktub, açıq -
ca, elan, ərizə) yazır.
Əsər qəhrəma 
nına məktub yazaraq onun
hərəkətlərinə münasibətini bildirir.
СИНФИМИЗИН УШАГЛАРЫ
93
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


94
ЫЫЫ бюлмя
Tətbiqetmə. 
İş dəftərinin 51-ci səhifəsindəki “Bulud” mətni oxunur, mövzu ilə bağlı
tapşırıqlar yerinə yetirilir. 
Sual və tapşırıqlar:
– Nə üçün eyni buluda baxan uşaqlar onu müxtəlif cür görürdülər? Buradan hansı
nəticəyə gələ bilərsiniz?
– “Sevinci yerə-göyə sığmırdı” ifadəsini necə başa düşürsən? Bu cümlədəki fikri daha
necə ifadə etmək olar?   
– Çoxlu qara buludların olduğu səma haqqında “aydın, mavi” demək olarmı?  Bəs belə
səmanı necə adlandırmaq olar? Göy üzünü qara buludların alması hansı təbiət hadisəsindən
xəbər verir?
“Bulud” və “İki güzgü” mətnləri müqayisə olunur. Fərziyyələr dinlənilir.
Sual– “İki güzgü” və “Bulud” hekayələrinin məzmununda hansı oxşarlıq var? (Hər iki
hekayədə dərsdən aşağı qiymət alması əsərin qəhrəmanının kefini pozur.)
Yazı. Şagirdlərə mətndən Leylanın özündənrazı olduğunu göstərən hissəni tapıb yazmaq
tapşırılır.
İş dəftərinin 52-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı.
– “İki güzgü” əsərinin qəhrəmanına məktub yazın, münasibətinizi bildirin
(dərslik, səh. 71, 5-ci tapşırıq).
Qiymətləndirmə. 
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır. 
Dərs 32. İKİ UŞAQ (2 saat)
Motivasiya.
Ötən dərsdə keçilmiş “İki güzgü” mətni xatırladılır: – Leylanın “3” almağının
səbəbi nə idi? 
“Dərsini yaxşı öyrənməməyi” cavabını aldıqdan sonra müəllim növbəti sualı verir:
– Hansı variantı seçərdiniz?
A) əvvəlcə həyətdə oynamaq, sonra dərsləri öyrənmək lazımdır.
B) əvvəlcə dərsləri öyrənmək, sonra həyətdə oynamaq lazımdır.
Məzmun standartları 
Təlim məqsədləri
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi ifadələrin yaxınmənalı və
əksmənalı qarşılığını müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Şeiri məzmununa uyğun intonasiya ilə oxu -
yur və şərh edir.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi mətn üzrə sualları cavablandırır.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeirin xüsusiyyətlərini izah edir və nəsrdən
fərqləndirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki fikrə öz münasibətini bildirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“H” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbər bildiyi şeirin məzmununu öz sözləri ilə
yazır.
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə