Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə34/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   30   31   32   33   34   35   36   37   ...   80

Sonra müəllimlə bağlı başqa şeir və kəlamlar səsləndirilir. 
Dərslikdən şeir düzgün və ifadəli oxunur. Oxu zamanı müəllim yazılışı və deyilişi fərqli olan
sözlərin düzgün tələffüz edilməsinə fikir verir. (Müəllim, qulaq asmaq.) 
Müəllim– Qəlbimizdə həmişə yanan nurdu o insan” cümləsini öz sözlərinizlə izah edin.
“Qəlbimizdə həmişə yanan nurdu o insan”  cümləsi ilə şair demək istəyir ki, müəllim elə
bir insandır ki, onun məktəbdə öyrətdikləri həmişə gərəyimiz olur, məhz onun öyrətdiklərinin
sayəsində biz həyatda nələrəsə nail oluruq. Müəllim elə bir nurdur ki, həmişə bizim
ürəyimizdədir, həmişə  yanır, alovlanır. Ona görə də müəllim həmişə qəlbimizdə yanan nura
bənzədilir. Şeirin hər bəndini şagirdlər öz sözləri ilə danışırlar.
Sual– Şeirin hansı misralarındakı cümlələr ad və hərəkət bildirən sözlərdən ibarətdir?
Tapşırıq 1. Mətnin məzmununa görə çatışmayan cümlələr əlavə edilir:
2. Müəllim bizə yerin, göyün sirrini öyrədir.
3. Müəllim bizə nəyin düz, nəyin əyri olduğunu öyrədir.
4. Müəllim bizə ləyaqətlə yaşamağı öyrədir.
Hər cümlə şeirin məzmununa uyğun tərtib olunmuş plan kimi qəbul edilərək nəql olunur.
Müəllim: – Şeirin məzmunundan çıxış edərək əsas fikri müəyyənləşdirin.
Şeirdə əsas fikir aşağıdakı kimi ifadə oluna bilər: “Həyatda  insanlara oxumağı, yazmağı
öyrədən varlıq müəllimdir. Müəllim o şəxsdir ki, həyatda onsuz heç nəyə nail ola bilmərik. O,
həyat yolumuza işıq saçan mayakdır”. 
Sual: – “Kitab” və “Müəllim” şeirlərini birləşdirən ümumi cəhət hansıdır?
Hər iki şeirin ideyası elmə, biliyə, onu öyrədənə ehtiram və sevgi ilə bağlıdır. Uşaq
məktəbə gedir, kitab oxuyur, müəllim ona oxumağı, yazmağı öyrədir. Kitab da, müəllim də
eyni məqsədə – elm öyrətməyə, təhsil verməyə xidmət edir.  
Cütlərlə iş. Hər cütlük “Müəllimindən nələri öyrənmisən?” – sualına cavab verir. 
İş dəftərinin 50-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
Motivasiya.
Dərsliyin 68-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır.
Şəkillər verilir. Solda 1 gül, sağda 1 nar. İkinci şəkildə solda 5 gül, sağda 5 nar. 
Sual: – Şəkillərdə nə çəkilib?
Soldakı şəkildə: gül, nar; sağdakı şəkildə güllər, narlar şəkilləri verilib.
Köməkçi sual: – Nə üçün şəkillərdəki təsvirlər eyni varlıqlar olsa da, soldakına gül, nar,
sağdakına güllər, narlar dediniz? Bu sözləri fərqləndirən hissəni tapın.
Tədqiqat sualı:
– Varlıqların tək, yoxsa cəm halda olduğunu necə müəyyənləşdirilir?
Niyə cəmdə olan sözlərdə -lar, -lər hissəciyi fərqli tələffüz olunur?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərinə qeyd edirlər.
I qrup. 1. Təkdə verilmiş sözləri cəm halda işlədin. Onları sxem üzrə qruplaşdırın.
Sözlər: ağac, böcək, quş, körpə, göbələk, vərəq, armud, şagird, kitab, dəftər,
meşə, ayı, gül.
2. Aşağıda cəmdə olan sözlərin deyilişi verilib. Onların düzgün yazılışını müəyyən
edin.
kəntdər, şəhərrər, qızdar, atdar, odunnar, narrar, oğlannar, dişdər, otdar,  
-lar
-lər
СИНФИМИЗИН УШАГЛАРЫ
91
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


günnər, şarrar, oyunnar, zərrər, tarrar
II qrup. 1. Verilən mətndən cəmdə işlənən sözləri seçib onları təkdə işlədin.
2. Mətndəki cəmdə işlənən sözlərin deyiliş formasını müəyyən edin.
III qrup. 1. Verilmiş sözlərdən cəmdə olanları təkdə, təkdə olanları isə cəmdə işlədib
yazın.
kəndlər, quşlar, uşaq, şəhərlər, kitablar, alma, vərəq, boşqablar, səkillər, nağıl.
2. Sözlərin yazılışı və deyilişini 2 müxtəlif sütunda yazın.
şəhərrər, odunnar, oğlanlar, dənnər, konfetlər, şəhərlər, oğlannar, vaqonnar,
odunlar, dənlər, konfetdər, vaqonlar
IV qrup1. Sözlərdən hansı cəmdə, hansı təkdədir? Qruplaşdırıb cədvəldə yazın.
Sözlər: 5 şagird, şəkil, vərəqlər, 3 gilas, əhali, uşaq, paltar, camaat, söz, heyvan,
xalq, şir, evlər, qələm.
2. Mətndəki səhvləri düzəldin. Səhvin nədən ibarət olduğunu izah edin. (-lar, -lər
şəkilçisinin səhv yazıldığı mətnlər verilir.)
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 68-ci səhifəsindəki nəzəri hissə oxunur və izah olunur. 3-4-cü
tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Ad bildirən sözlərin sonundakı -lar, -lər hissəciyi həmin varlıqların çox olduğunu
bildirir. Sözlərdə işlənən -lar, -lər hissəciyi cəmlik bildirir. Bu hissəcik bir sıra sözlərə qoşul -
duqda sözün son samitdən asılı olaraq fərqli tələffüz edilir.
Tətbiqetmə. 
Dil qaydaları. İmla mətni:
Ev tapşırığı. 
Siz müəlliminizi nəyə görə sevirsiniz?” mövzusunda təqdimat hazırlayın.
Cəm halda 10 söz yazın. Bu sözlərin yazılışı və tələffüzü arasındakı fərqin olub-olmadığını
müəyyənləşdirin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında və
təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
GÜNƏŞ VƏ BULUD (32 söz)
Bir dəfə buludlar günəşin qabağını kəsmək istədi. Səhər günəş doğdu. Elə
mehriban gülümsündü ki, bütün buludlar əriyib yox oldu. Otlar, çiçəklər, ağaclar
sevinclə günəşə boylandı. Çaylar, dənizlər, meşələr əvvəlki kimi nəğmə oxudu.
ЫЫЫ бюлмя
92
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə