Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə36/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   32   33   34   35   36   37   38   39   ...   80

95
СИНФИМИЗИН УШАГЛАРЫ
Sinifdə hər iki variantı seçən uşaqlar ola bilər. Bununla bağlı debat keçirmək, şagirdləri
arqumentlər gətirməyə həvəsləndirmək məqsədəuyğun olardı.
Dərsliklə iş. Şeir üç şagird tərəfindən (iki oğlan və aparıcı) müvafiq jest və mimikalardan
istifadə edilməklə oxunur. 
Tapşırıq 1. Cavab “B” variantıdır. 
Qeyd. Müəllim məlumat verir ki, şeirin misraları qafiyələndiyi və misralardakı hecaların
sayı çox vaxt eyni olduğu üçün bəzi sözlər tələffüzə uyğun yazılır (məs.: bilmirəm – neylirəm,
o birsi – dərsi).
Suallar:  – Əsər qəhrəmanları haqqında nə deyə bilərsiniz? Hansı oğlan daha çox
xoşunuza gəldi?
2-ci tapşırıq yerinə yetirilir. Göy rəngli misralar şeirdəki əsas fikri ifadə edir və “Bu günün
işini sabaha qoyma” atalar sözünə uyğun gəlir. 
Dinləmə mətni.
Müəllim yazı taxtasında yazılan iki cümlədən birini seçməyi tapşırır: 
1. Evdə dərslərinizə hazırlaşırsınız, çünki müəllim sizdən sabah dərs soruşa bilər.
2. Müəllimin sizdən sabah dərs soruşub-soruşmayacağından asılı olmayaraq evdə hər
gün dərslərinizə hazırlaşırsınız.
BƏXTİ GƏTİRMƏYƏNLƏR
Tolya və Kolya bir sinifdə oxumasalar da, dostluq edirlər. Çox zaman onlar
dərsə birlikdə gedirlər. Bu gün Tolya çox narahatdır:  
– Çox güman ki, müəllim məni dərs danışmağa çağıracaq. Gərək bir də təkrar
edim…
– Mən isə dərslərimi heç hazırlamamışam! – deyə  Kolya lovğalanır. – Məndən
müəllim onsuz da soruşmayacaq!
– Niyə?
– İki gün əvvəl cavab vermişəm!
Məktəbdən sonra uşaqlar yenə birlikdə evə qayıdırlar.  Hər ikisinin qanı
qaradır. Tolya şikayət edir:
– Bütün dərsi əlimi qaldırdım, amma müəllim heç məndən dərs soruşmadı…
Bəs səndən?
– Mənim də bəxtim gətirmədi, – deyə Kolya ah çəkdi.
– Niyə?
– Müəllim lövhəyə çağırdı...
B.Krekotin
Mətndə işlənilən “bəxti gətirmək”, “ah çəkmək” ifadələri izah olunur:
bəxti gətirmək – şanslı olmaq, çətinə düşmədən uğur qazanmaq
ah çəkmək – kədərlənmək, inləmək.
Sual: – Dərslikdəki mətn ilə dinlədiyiniz mətnin ifadə forması bir-birindən nə ilə fərqlənir?
(I mətn – şeir, II mətn – hekayədir)
Şagirdlər üç qrupa ayrılırlar. Hər qrupa aşağıdakı iş vərəqləri paylanır:
I qrup. Təsəvvür edin ki, məktəbdən qayıdan dostların hər ikisinin kefi kök idi. Bu halda
Tolya və Kolya nə deyərdilər?
II qrup. Təsəvvür edin ki, məktəbdən qayıdan Tolyanın qanı qara, Kolyanın kefi kök idi.
Bu halda onlar  nə deyərdilər?
III qrup. Təsəvvür edin ki, məktəbdən qayıdan Tolyanın kefi kök, Kolyanın qanı qara idi.
Bu halda onlar nə deyərdilər? 
Təqdimatdan sonra müzakirə və ümumiləşdirmə aparılır. Nəticə çıxarılır: İnsan işlərini
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


tez və vaxtında yerinə yetirmək üçün düzgün tərtib olunmuş gün rejimindən istifadə etməlidir.
Hər bir işi vaxtında görmək lazımdır.
Yazı. Hüsnxət. “H” hərfi. İş dəftəri, səh. 53.
Ev tapşırığı.
Şeirin məzmununu öz sözlərinizlə yazın.
Qiymətləndirmə.
Muəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 33. KOMPÜTER OYUNU (4 saat)
Motivasiya
Müəllim şagirdlərdən hansı oyunları tanıdıqlarını  və oynadıqlarını soruşur. Ehtimal ki,
uşaqların əksəriyyəti  kompüter oyunlarını çox sevdiklərini bildirəcəklər. Müəllim suallar
verməklə kompüter oyununun müsbət və mənfi cəhətlətini araşdırır: 
– Kompüterdə oyun oynamaq üçün nə qədər vaxt ayırmaq lazımdır? Nə üçün? 
Oxu 
(Proqnozlaşdırma)
Şagirdlərin yaradıcılığını inkişaf etdirmək məqsədi ilə proqnozlaşdırmanın “Əşyaların
canlandırılması” üsulundan istifadə oluna bilər. İş bütün siniflə aparılır. Şagirdlərə təklif olunur
ki, sinifdə olan əşyaları “canlandıraraq” onlar haqqında əhvalat fikirləşsinlər. 
Bir neçə əşya haqqında əhvalat dinlənildikdən sonra mətnin birinci hissəsi oxunur. 
Müəllim:
– Sizcə, hadisələr necə davam edəcək?
Şagirdlər öz versiyalarını söyləyirlər. Mətnin ikinci hissəsi oxunur. Şagirdlərin versiyaları
ilə müqayisə olunur.
Şagirdlər yenə də mətnin davamı ilə bağlı öz təxminlərini söyləyirlər. 
Məzmun standartları 
Təlim məqsədləri
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını
izah edir, onları yaxınmənalı sözlərlə əvəz
edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu, ifa -
də li oxu yur.
Mətndəki hadisələrin ardıcıllığını müəyyən
edir. 
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir, he -
kayə, təmsil, nağıl) fərqləndirir.
Nəzm və nəsr əsərlərini bir-birindən fərqlən -
dirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar ver məklə
məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini adlandırır, məzmununa
uyğun plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun nəql edir.
Tərtib etdiyi plan üzrə mətndəki hadisələri
ardıcıllıqla nəql edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Əsərin qəhrəmanına münasibətini bildirərək
kiçikhəcmli inşa yazır.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin qısa
məzmununu yazır.
Əzbər bildiyi nəzm nümunəsini nəsrə çevirə -
rək yazır.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qay daları məqamına uyğun istifadə edir. 
Sözlərin böyük hərflə yazılışına dair qay da -
ları yazıda tətbiq edir. 
ЫЫЫ бюлмя
96
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə