Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə37/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   33   34   35   36   37   38   39   40   ...   80

СИНФИМИЗИН УШАГЛАРЫ
97
Дярслярин планлашдырылмасы
Mətnin üçüncü hissəsi oxunduqdan sonra şagirdlərin əvvəl söylədikləri  fikirlərlə mətnin
sonluğu müqayisə olunur. 
Müəllim: – Sizcə, Toğrulun anası kompüteri danışan görsəydi, kimə haqq qazandırardı?
(Toğrulun anası kompüteri danışan görsəydi, kompüterə haqq qazandırardı. Çünki bilirdi ki,
oğlu kompüter oyununa çox vaxt ayırırdı. Bu da onun sağlamlığına ziddir.)
– Kompüterdən düzgün istifadə qaydalarından hansılarını deyə bilərsiniz? 
Şagirdlər  informatika  fənnindən əldə etdikləri biliklərə əsasən kompüterdən düzgün isti -
fadə qaydalarını sadalayırlar. 
1-ci tapşırıq yerinə yetirilir:
əl çəkmirdi – rahat buraxmırdı
gözləri böyüdü – təəccübləndi
ayağını sürüyə-sürüyə – həvəssiz
2-ci tapşırıq yerinə yetirilir:
1. Toğrul dərs oxumaq istəmirdi, çünki kompüter oyunlarından əl çəkə bilmirdi.
2. Toğrul qorxdu, çünki kompüter insan kimi danışmağa başladı.
3. Toğrulun anası bu hadisəni görmədi, çünki hər şey Toğrulun gözünə görünürdü. 
Mətnin hissələrinə başlıqlar verilməklə plan tutulur:
I. Məktəbdən qayıdan Toğrul
1. Kompüterdən əl çəkməyən Toğrul
2. Acıqlı səs
II. Kompüterin şikayəti
3. Toğrulun qorxması
4. Kompüterin Toğrula acıqlanması
III.  Ananın sevinci
5. Toğrulun anasına kompüteri göstərməyi
6. Ekranı sönmüş kompüter
7. Dərslərini oxumağa gedən Toğrul
Şagirdlər mətnin məzmununu tərtib etdikləri plana görə nəql edirlər. 
Tətbiqetmə. 
İş dəftərinin 54-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
Motivasiya.
Dərsliyin 75-ci səhifəsindəki  4-cü tapşırıq yerinə yetirilir.
Müəllim: – Aşağıdakı cümlələrdə təkrar olunan sözləri tapın və yazılışına diqqət edin.
1) Anam Nərgiz xala ilə rəfiqədir.
Rəfiqəmin ad gününə bir dəstə nərgiz aldım.
2) Mənim ən çox sevdiyim bayram Novruzdur. 
Bu gün Bayram riyaziyyatdan “5” aldı.
Tədqiqat sualı:
– Nə üçün eyni sözlər cümlələrdə bəzən kiçik, bəzən də böyük hərflə
yazılır? Sözü nə zaman böyük hərflə yazırıq?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. 1. Verilmiş adlar arasında elələrini tapın ki, onları cümlələrdə başqa mənada kiçik
hərflə yazmaq mümkün olsun. (Müəllim özü bu adlar siyahısını verə bilər.)
2. Heyvanlara adlar verin. Onlar niyə böyük hərflə yazılır?
İnək –
At –
İt –
Pişik – 
Çap üçün deyil


II qrup. 1. Elə gül adları seçin ki, onlar həm də adam adı olsun.
2. Şəklə əsasən uşaqlara ad verməklə hekayə qurub yazın. (Şəkli müəllim seçə
bilər.)
III qrup. 1. Verilmiş adları aşağıdakı kimi qruplaşdırın. (Sözlər müəllim tərəfindən verilir) 
2. Səhvləri düzəltməklə köçürün.
Bizim ana vətənimiz azərbaycandır. Azərbaycanın paytaxtı bakı şəhəridir.
Azərbaycanın gəncə, Sumqayıt, mingəçevir və başqa bu kimi gözəl şəhərləri də
var. azərbaycanın mavi gözlü xəzəri, göygölü ona yaraşıq verir. babadağ, şahdağ
kimi zirvələri buludlara dəyir.
IV qrup. 1. Arif, Kamal, Mətin, Zaman, Qorxmaz adlarının mənalarını araşdırın və cüm -
lədə kiçik hərflə işlənən söz kimi yazın. 
2. Hansı sözlər böyük hərflə yazılmalıdır, hansı kiçiklə? Nə üçün?
şəhər, salyan, xəzər, çay, araz, kür, oğlan, maralgöl, tərtər, rayon, əyriçay, bulaq,
kənd, balakən, ölkə, türkiyə, iran, respublika, gürcüstan, şəki, bozdar, it, inək,
məstan, yelqanad, at.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 75-ci səhifəsindəki nəzəri hissə oxunur, izah olunur.  5-8-ci
tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Cümlənin əvvəlində gələn sözlər, insan adları, soyadlar, yer (şəhər, dağ, dəniz və s.)
adları, eləcə də heyvanlara verilən adlar böyük hərflə yazılır. Nəticə yazı taxtasında sxem
şəklində göstərilir:  
Tətbiqetmə.
İş dəftərinin 54-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Yazı. İfadə mətni:
Ev tapşırığı.
Turalın xarakterini təsvir edən kiçik esse yazın. Yerindən asılı olaraq həm
böyük, həm də kiçik hərflə yazılan 5 sözü hər iki halda cümlədə işlədin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Şəhər
Dəniz
Çay
Dağ
Adam
Söz cümlənin
əvvəlində işlənəndə
Heyvanlara 
verilən adlar
Çay, dəniz, göl
adı bildirən sözlər
Böyük hərf
Yer, ölkə adı
bildirən sözlər
İnsanın adı,
soyadı
Evimizin yanında
Təzə bir ev tikilir,
Dövrəsində xeyli gül,
Xeyli ağac əkilir...
Bir bayram axşamında
Köçdü ora adamlar.
İndi bizim nə qədər
Təzə dostlarımız var... 
B. Adil
ЫЫЫ бюлмя
98
Дярслярин планлашдырылмасы
TƏZƏ EV
Çap üçün deyil


Dərs 34. ELAN (2 saat)
Motivasiya.
Lövhədən üç plakat asılır: açıqca, məktub, elan.
Sual: – Bunlardan hansı sizə tanışdır?
Uşaqlar məktub və açıqca ilə tanış olduqları üçün bu əməli yazı növlərini təyin edirlər.
Müəllim həmin əməli yazı növləri ilə bağlı suallar verir:
– Açıqca nə üçün yazılır? (kimi isə təbrik etmək üçün)
– Məktubun məzmunu nədən ibarət olur? (hər hansı bir şəxsə  məlumat, arzu, istək çat -
dır maq üçün)
Daha sonra uşaqlar elanın mətni ilə tanış olurlar. Müəllim bu yazı növünün elan adlan -
dırıldığını bildirir və suallar verir:
– İndi deyə bilərsinizmi, elan nə üçün yazılır?
Tədqiqat sualı:
– Elanın məzmunu nədən ibarət olur?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Dərsliyin 76-cı səhifəsindəki mətn oxunur. Elanın
düzgün yazılış forması müəyyən olunur.
Lövhədən iki elan asılır:  
Sual– Elan mətnlərinin tərtibində hansı səhvlərə yol verilib? (1-cidə dəqiq vaxt və məkan
haqqında məlumat yoxdur, 2-cidə tədbirin adı göstərilməyib). 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. Bilik yarışması haqqında elan yazın.
II qrup. Bayram tədbiri haqqında elan yazın.
III qrupKukla teatrında tamaşaya dair elan yazın. 
IV qrup. Musiqi müsabiqəsində iştirak üçün elan yazın.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur.
Nəticə:
Elanlar nəzərdə tutulan tədbir haqqında məlumat vermək məqsədilə yazılır.
Elanın məqsədi insanları tədbirdə iştiraka cəlb etməkdir. Elanda tədbirin adı, vaxtı, yeri,
təşkilatçılar mütləq qeyd olunmalıdır. Bundan başqa, tədbir haqqında əlavə məlumat və ya
bu məlumatı almaq üçün əlaqələndirici şəxsin telefonu da göstərilə bilər.
Tətbiqetmə.
Təqdimatlardan sonra iş dəftərindəki (səh. 55) tapşırıqları yerinə yetirilir.
Şagirdlər 1-ci tapşırığı yerinə yetirərkən elanda aşağıda verilmiş mərhələləri diqqət mər -
kəzində saxlamağı unutmamalıdırlar:
1. Məlumatın adı
2. Məlumatın vaxtı
3. Əlavə məlumat
4. Təşkilatçının adı
Məzmun standartı 
Təlim məqsədi
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq
müəyyən edilən sadə  əməli yazılar
(məktub, açıqca, elan, ərizə) yazır.
Müəyyən olunmuş mövzuya uyğun olaraq
elan yazır. 
ELAN
Martın 15-də “Yurdumuza bahar gəlir”
mövzusunda təd bir keçiriləcək.
Hamı dəvət olunur.
Təşkilatçı: 2
b
sinfi 
ELAN
Dekabrın 20-si saat 12:00-da mək  tə -
bin akt zalında tədbir keçi rilə cək.
Maraqlananlar dəvət olunur.
Təşkilatçı: 2
b
sinfi 
СИНФИМИЗИН УШАГЛАРЫ
99
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə