Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə40/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   36   37   38   39   40   41   42   43   ...   80

Müəllim lövhədə cədvəl çəkir. Tapşırıq: –  Təmsildə təsvir olunan heyvanlara uyğun gələn
ad, əlamət və hərəkət bildirən sözləri tapmaqla cədvəli tamamlayın.
Ev tapşırığı: 
– Şeirin ilk altı misrasını dəftərinizə köçürün.
Qiymətləndirmə. 
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 39. HEYVANLAR NECƏ QORUNURLAR (4 saat)
Motivasiya.
Müəllim: – Canlılar dedikdə nə nəzərdə tutulur? Cansızları canlılardan
ayıran nə kimi xüsusiyyətlər var? Yaşamaq üçün canlılara nə lazımdır? (hava, su, qida, isti-
lik, düşməndən qorunmaq)
Tədqiqat sualı:
– Canlılar ətraf mühitə necə uyğunlaşırlar?
Köməkçi sual: – Sizcə, canlılar necə qorunurlar?
Ad bildirən sözlər
Əlamət bildirən sözlər
Hərəkət bildirən sözlər
şir
qorxulu, hirsli
yatır, nərildəyir, qaçır
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
Mətndən öyrəndiyi yeni sözlərin mənasını
izah edərək onları bir məna qrupuna aid edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını izah
edir, onların yaxınmənalı qarşılığını müəy 
-
yənləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsədiyini nümayiş etdirir. 
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və öz
münasibətini bildirir.
3.1.1. Yazısında sadə hüsnxət normalarına
riayət edir.
“I” hərfini hüsnxət normalarına uyğun yazır və
digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müşahidələri əsasında topladığı məlumatları
ümumiləşdirib yazır.  
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri müəyyən edir.
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
105
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. Qruplara müxtəlif şəkillər verilir, yaxud adlar paylanır. Hər bir qrup
həmin canlıların yaşadığı mühit (su, meşə, səhra) haqqında danışır, özünü qorumaq üçün
onların nə etdiklərini açıqlayır.
I qrup: balıqlar
II qrup: quşlar 
III qrup: həşəratlar 
IV qrup: bitkilər
V qrup: heyvanlar 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 85-ci səhifəsindən mətn hər şagird tərəfindən səssiz oxunur.
Müəllim təyin olunmuş vaxt müd dətində şagirdlərin oxu sürətini müşahidə edir. Mətnlə bağlı su-
allar verilir, mətn təhlil  olu nur. 
1-ci tapşırıq.
Pişik, it, keçi – ev heyvanları
Kirpi, pələng, tülkü vəhşi heyvanlar
İlan, buqələmun, kərtənkələ – sürünənlər
2-ci tapşırıq. Artıq söz “arı”dır, çünki o, həşərat, digərləri isə heyvandır.
3-cü tapşırığın yerinə yetirilməsi şüurlu oxunu yoxlamaq məqsədi daşıyır.
Tətbiqetmə._İş_dəftərinin'>Nəticə:
Hər bir canlı yaşamaq üçün mübarizə aparmalıdır.
Tətbiqetmə. 
İş dəftərinin 63-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
Motivasiya.
Dərsliyin 86-cı səhifəsindən 4-cü tapşırıq yerinə yetirilir. Mətndə göy rənglə
verilmiş “Şimal tülküsünün tükləri qışda ağ və qalın, yayda isə seyrək və qəhvəyi rəngdə
olur” cümləsində əlamət bildirən sözlər seçilir. (ağ, qalın, seyrək, qəhvəyi)
Müəllim şagirdlərə bir-birinə bənzər iki şəkil (rəng, ölçü, forma fərqləri olan) göstərir.
Köməkçi sual: – Bu şəkillər bir-birindən nə ilə fərqlənir? (Şagirdlər fərqləri sadalayırlar.)
Tədqiqat sualı:
– Varlıqlar bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Verilən əşyaların əlamətlərini yazın və onlardan 3-nü  cümlədə işlədin.
II qrup. Verilən rəngdə olan mümkün qədər çox əşya adı yazaraq onları fərqləndirin.
Sarı – limon, günəş, cücə, ...  (bu, nümunədir)
Ağ –  … , …
Qırmızı –  … , …
III qrup. Şəkillərin əlamətlərini yazın. Günəş, limon, qarpız, qar şəkilləri. Onlardan birinin
şəklini çəkin və fərqləndirin.
IV qrup. Verilmiş mətndə əlamət bildirən sözlərin altından xətt çəkin və həmin sözlərə
sual verin (mətn müəllim tərəfindən verilir). Onları forma, rəng, ölçü, dad  və s.
bildirməsinə görə fərqləndirin.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən nəzəri hissə oxunur. 5-6-cı tapşırıqlar yerinə yetirilir.
ЫВ бюлмя
106
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Müəllim: – Heyvanların qorunma vasitələri müxtəlifdir. Öyrəndiyin məlumatları cədvəl
forma sında dəftərində yaz. Daha hansı əlavələr edə bilərsən?
Nəticə:
Əlamət bildirən sözlər əşyaların rəngini, ölçüsünü, qoxusunu, dadını, formasını
bildirir. Bu sözlər necə? nə cür? hansı? suallarına cavab verir. Ad bildirən sözlərlə bağlı olur,
onların necəliyini bildirir. 
Tətbiqetmə.
İş dəftərinin 64-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Yazı. Hüsnxət. “I” hərfi. İş dəftəri, səh. 60.
Ev tapşırığı:
– Dərsliyin 86-cı səhifəsindəki 7-ci tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 40. ŞİR VƏ SİÇAN (2 saat)
Motivasiya.
– “Yaxşılıq elə, yerdə qalmaz” atalar sözünü necə başa düşürsünüz?
Tədqiqat sualı:
– Təmənnasız yaxşılıq nə deməkdir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərində qeyd edirlər. 87-ci səhifədəki 2-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər A, B,
C, Ç, D qruplarına bölünürlər. Müəllim onların hər birinə mətnin müvafiq hissəsini verir və bu
hissənin hansı şəklə aid olduğunu müəyyənləşdirməyi tapşırır.
Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni düzgün, şüurlu oxuyaraq məlumatları
araşdırır.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Seçilmiş mətni üzündən köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri fərqləndirir.
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
107
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə