Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə33/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   29   30   31   32   33   34   35   36   ...   80

Dərs 29. XOŞBƏXTLİK NƏDİR (6 saat)
Motivasiya.
Uşaqlar dairəvi formada dayanırlar. Müəllim onları təlimatlandırır: 
– Mən “Xoşbəxtlik nədir?” – deyib əlimdəki topu birinizə atacağam. Topu alan şagird  sualı
bir cümlə ilə cavablandıracaq, sonra topu yanındakı yoldaşına ötürəcək. Bu qayda ilə hər bir
şagird verilən sualı cavablandıracaq.
Yaxud:
– Bəzən küçədə xüsusi qayğıya ehtiyacı olan insanlara rast gəlirik. Bu cür adamlara
münasibətiniz necə olur?
Fərziyyələr söylənilir. 
Tədqiqat sualı:
– Xüsusi qayğıya ehtiyacı olan adamlara necə kömək etmək olar?
Tədqiqatın aparılması.
Diskussiya aparılır. Sonda müəllim idman yarışlarında iştirak
edən əlillərin şəkillərini nümayiş etdirir.  
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsliklə iş. Mətnin birinci hissəsi oxunur,
təhlil olunur. Suallar verilir:
– Raminin gözlərində nə üçün kədər var idi? 
– Nə üçün anası Raminin pəncərə qabağında çox oturmasını istəmədi?
Oxunan hissəyə “Kədərli baxışlar” başlığı  verilməklə həmin hissənin planı tutulur:
1. Raminin keçirdiyi hislər
2. Ana qayğısı (ananın köməyi) 
Yazı. Mətndən ananın oğluna qayğısını göstərən hissə dəftərə köçürülür.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndəki bəzi ifadələrin yaxınmənalı və
əksmənalı qarşılığını müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu, ifa -
dəli oxu yur.
Mətnin qəhrəmanına öz münasibətini bildirə -
rək mətni şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar ver məklə
məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini adlandırır, məzmununa
uyğun plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun  nəql edir.
Tərtib etdiyi plan üzrə mətndəki hadisələri
ardıcıllıqla nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Ğ” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzün -
dən köçürür.
Oxuduğu mətnin bir hissəsini üzündən
köçürür.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq müəy -
yən edilən sadə  əməli yazılar (məktub,
açıqca, elan, ərizə) yazır.
Əsərin qəhrəmanına məktub yazaraq öz fikir
və arzularını bildirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri qruplaş -
dırır.
ЫЫЫ бюлмя
88
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Hekayənin  2-ci hissəsi oxunur.  Suallar verilir:
– Nə üçün Əli müəllim Raminin komandaya salınmasında israr edirdi?
– Direktor bu təklifə niyə tərəddüdlə yanaşırdı?
Oxunan hissəyə “Komandanın tərkibi” başlığı verilməklə plan tutulur. 
1. Bilik yarışmasına hazırlıq
2. Əli müəllimin təkidi
3. Tərəddüd edən direktor
4. Raminin sevinci
Hekayənin 3-cü hissəsi oxunur. Suallar verilir:
– Aparıcının verdiyi sonuncu sualın məzmunu necə idi?
– Nə üçün Ramin cavab düyməsini basmağa tərəddüd edirdi? 
– Raminin cavabı necə idi?
Oxunan hissəyə “Gərgin keçən yarış” başlığı verilməklə plan tutulur. 
1. Həlledici sual
2. Raminin tərəddüdü
3. Raminin cavabı
Tapşırıq 1. Cavab “A” variantıdır.  
Tapşırıq 2.
Ürək eləmirdi – A                                      
Ürəyi çırpınmaq – B 
3-cü tapşırıqda verilmiş sualla bağlı şagirdlərin cavabları dinlənilir. Şagirdlər fikirlərini belə
əsaslandıra bilərlər: “Qutuların rəngi topların rənginə uyğun olmadığına görə yarısı qırmızı,
yarısı göy rəngdə olan qutuda yalnız rəngli top ola bilər. Deməli, yaşıl rəngli qutuda qırmızı
top, qırmızı rəngli qutuda ilə göy top yerləşir”.
Hekayənin 4-cü hissəsi oxunur. 
Oxunan hissəyə “Qələbə sevinci” başlığı verilməklə plan tutulur. 
1.  Azarkeşlərin sevinci
2. “Mən çox xoşbəxtəm!
Tapşırıq 4. Raminin xarakterinə uyğun  sözlər seçilir: savadlı, sakit, istedadlı, utancaq.
Sual: – Bu sözlər necə sözlərdir?
Tapşırıq 5. Sual: – Raminin özünü xoşbəxt saymasına səbəb nə idi?  
Ən böyük səbəb odur ki, o, fiziki qüsurlu ola-ola komandasına qalibiyyət qazandırdı. Artıq
bu hadisədən sonra, bəlkə də, Ramin öz qətiyyətsizliyindən əl çəkər, inamlı olar. 
Tapşırıq 6. Komandanın tərkibinə Raminin adı salınmasa idi, o özünə daha çox qa-
panacaq, heç kəslə ünsiyyət qurmayacaq, özünü heç bir işə yaramayan hesab edəcəkdi. 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Mətnin məzmunu tutulmuş plan üzrə nəql
edilir. Müəllim mətnin adı ilə bağlı sual verir. Cavablar dinlənilir və ümumiləşdirilir.   
Hekayənin ideya məzmunu müəyyən olunur:
– İnsanın fiziki qüsuru onun xoşbəxt olması üçün maneə deyil.  
Nəticə:
Fiziki qüsurlu insanlara acımaq yox, yardım etmək lazımdır. Bunu elə etmək
lazımdır ki, onlar özlərini zəif hiss etməsinlər, sıxılmasınlar.
Xüsusi qayğıya ehtiyacı olan insan da xoşbəxt ola bilər. Həyatda qarşısına qoyduğu
məqsədə çatmaq üçün çalışan insan mütləq istədiyinə nail olur. Bu isə xoşbəxtliyin başlıca
amilidir.
СИНФИМИЗИН УШАГЛАРЫ
89
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Tətbiqetmə.
İş dəftərinin 48-ci səhifəsindəki tapşırıqlar yerinə yetirilməzdən əvvəl
müəllim hekayə xəritəsi haqqında məlumat verir.
Müəllimin nəzərinə: Hekayə xəritəsi tərtib etmək mətni hərtərəfli təhlil etmək bacarığını
inkişaf etdirən tapşırıqlardan biridir. Burada şagird mətnlə bağlı kim? nə? harada?
suallarına cavab verməli, xarakterlərin mənfi və müsbət keyfiyyətlərini açıqlamalıdır.
İş dəftərindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. Hekayənin qısa məzmunu elə yazılmalıdır
ki, hər hissədən götürülən cümlələr öz əksini tapsın (2-ci tapşırıq).
Dil qaydaları. 8-ci tapşırıq yerinə yetirilir.
Yazı. 
Hüsnxət. “Ğ” hərfi. İş dəftəri, səh. 49.
Ev tapşırığı.
Dərsliyin 66-cı səhifəsindəki 7-ci tapşırıq yerinə yetirilir. Raminə yazdığınız
məktubda öz arzu və istəklərinizi qeyd edin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 30. MÜƏLLİM (4 saat)
Motivasiya.
Müəllim yazı taxtasında dairə çəkir, içərisinə “Müəllim” sözünü yazır. Şa -
girdlər bu sözlə bağlı fikirlər səsləndirirlər, müəllim dairənin kənarlarından şaxələr çək məklə
həmin fikirləri qeyd edir.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Gündəlik həyatda əldə etdiyi məlumatları
nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Şeiri məzmununa uyğun intonasiya ilə oxu -
yur və şərh edir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Tərtib etdiyi plan üzrə mətndəki hadisələri
ardıcıllıqla nəql edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.4. Cəm şəkilçisinin düzgün yazılış və
tələffüz variantlarını fərqləndirir. 
-lar, -lər hissəciyinin müxtəlif sözlərdə fərqli
tələffüzünü müəyyən edir.
MÜƏLLİM
ЫЫЫ бюлмя
90
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə