Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə47/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   43   44   45   46   47   48   49   50   ...   80

II  qrup
Haçadır qulaqlarım,
Nazikdir ayaqlarım.
Qaçanda hoppanaram,
Kələmlə kökdür aram.
III qrup
Kolları gəzər pusa-pusa, 
Qıçları uzun, qolu qısa.
Təqdimatlar zamanı yeni məlumatlar lövhəyə yazılır.
Yazı. Tapmacalardan biri əzbərdən dəftərə yazılır. Əlamət bildirən sözlərin altından xətt
çəkilir.
Müəllim: Bəs görəsən, dovşan düşmənlərindən necə qorunur?
Suala verilən cavablardan sonra  iş dəftərinin 76-cı səhifəsindəki  “Kələkbaz, yoxsa
qorxaq” mətni oxunur. Suallar verilir:
– Dovşanın izinə düşmək nə üçün çətin olur?
– Dovşanın başqa hansı xüsusiyyətləri var?
– Sizcə, dovşan kələkbazdır, yoxsa qorxaq?
– Nə üçün dovşanın izinə düşənlər çaşbaş qalır?
Cümlələri tamamlayın:
Dovşan eşitdiyi hər bir səsdən qorxduğu üçün ...
Gəzdiyi yerdə çoxlu qarışıq izlər saldığı üçün ...
İş dəftərinin 76-cı səhifəsindəki tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– Dovşanla bağlı əldə etdiyiniz məlumatlar əsasında məruzə (təqdimat)
hazırlayın. 
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 52. KƏRTƏNKƏLƏ (2 saat)
Motivasiya.
Müəllim uşaqlara suallarla müraciət edir:
– Nələr uçur?
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Topladığı məlumatlar əsasında danışır.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir. 
Mətndən öyrəndiyi yeni ifadələrin mənasını
başa düşür, onları yaxınmənalı ifadələrlə
əvəz edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri müəyyənləşdirərək
nitqində istifadə edir.
ЫВ бюлмя
126
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


– Nələr üzür?
– Nələr sürünür? (ilan, timsah, tısbağa, kərtənkələ)
– Bu sürünənlərdən hansı quyruğunu qoyub qaça bilər?
Müəllim uşaqlardan “kərtənkələ” cavabını aldıqdan sonra növbəti sualını verir:  
– Kərtənkələ haqqında nə bilirik?
Yazı taxtasında BİBÖ cədvəli çəkilir. Şagirdlərin kərtənkələ haqqında bildikləri cədvəlin
1-ci sütununda yazılır. 
– Kərtənkələ haqqında daha nələri bilmək istəyirsiniz?
Şagirdlərin kərtənkələ haqqında bilmək istədikləri cədvəlin 2-ci sütununda qeyd olunur.
Tədqiqat sualı:
– Kərtənkələ hansı məqsədlə quyruğunu atır?
Tədqiqatın aparılması.
Dərsliyin 107-ci səhifəsindəki mətn oxunur. Mətnə ad verilir
(“Kərtənkələ”) (2-ci tapşırıq). Mətnin təhlili aparılır.  
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Şagirdlərin kərtənkələ haqqında öyrən -
dikləri cədvəlin 3-cü sütununda yazılır. Əgər hər hansı bilmək istədikləri haqqında məlumatı
tapa bilməsələr, müəllim ev tapşırığı kimi verir.
1-ci tapşırıq yerinə yetirilir: 1 – C, 2 – A, 3 – Ç, 4 – B. 
Tapşırıq 3.
İt hürür.
Balıq üzür.
Kərtənkələ sürünür.
Canavar ulayır. 
Nəticə:
Kərtənkələ özünü qorumaq, diqqətdən yayınmaq məqsədilə quyruğunu atır.
Tətbiqetmə. 
İş dəftərinin 77-ci səhifəsindəki tapşırıq yerinə yetirilir.
Dil qaydaları. İmla mətni:
Ev tapşırığı: 
– Kərtənkələlər haqqında əlavə məlumat toplayın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 53. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 108
Dərs 54. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 78-79
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
NƏRGİZ (35 söz)
Nərgiz  bir boşqab sıyığı yedi.  Ancaq doymadı.  Anası  ona yenə  bir boş qab sıyıq
verdi. Nərgiz bunu da yedi. Atası gələndə anası ona dedi ki, qızımız iki qab sıyıq
yeyib. Beləcə, Nərgiz ikiyə qədər saymağı öyrəndi.
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
127
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


V bölmə
YAXŞI NƏDİR, PİS NƏDİR
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş 
dəftəri
səh.
MMV
səh.
55.
Təzə il 
1.1.1, 1.2.2, 2.1.4, 2.2.3,
3.1.3, 3.1.6, 4.1.3, 4.1.5
4
110-111
78
129
56.
Rəhmli küçük
Mürəkkəb sözlər
1.2.1, 2.1.2, 2.1.3, 2.2.1,
2.2.3, 2.2.4, 3.1.1, 3.1.2,
4.1.3, 4.1.5
4
112-114
79
131
57.
Kim islandı yağışda
1.2.1, 2.2.3, 1.2.2, 2.2.4,
3.1.4, 4.1.5
4
115-116
81
133
58.
Yalançı tülkü
1.2.3, 2.1.2, 2.1.4, 2.2.1,
2.2.3. 2.2.5, 4.1.3, 4.1.5
2
117-118
135
59.
Şəhidlər xiyabanı
1.1.1, 1.1.2, 1.2.1, 2.2.1,
3.1.3. 3.1.4, 4.1.2, 4.1.3
2
119
82
136
60.
Zarafat
1.1.1, 1.2.4, 2.2.1, 2.2.3,
2.2.4, 2.2.5, 3.1.1, 3.1.2,
4.1.3
6
120-122
84
139
61.
Xocalı faciəsi
1.1.1, 1.2.1. 2.1.1. 2.1.2,
2.2.1, 3.1.2
2
123
85
142
62.
Meşə kralı
2.2.1, 2.2.3, 2.2.5, 3.1.1,
3.1.2, 4.1.5
2
124-125
86
144
63.
İki gonbul və dovşan
1.2.3, 2.1.1, 2.1.3, 2.2.1,
2.2.4, 3.1.2, 4.1.3
2
126-127
88
146
64.
Nicat və Dəcəl
1.2.1, 2.2.1, 2.2.3, 2.2.4,
2.2.5, 3.1.1, 3.1.4, 4.1.3
4
128-130
90
147
65
Kəpənək və qaranquş
2.2.1, 2.1.4, 2.2.4, 3.1.2,
3.1.4, 4.1.5
2
131
149
66
Kobud
1.1.2, 1.2.1, 2.2.1, 2.2.4,
3.1.6
2
132
89
150
67
Lovğa
1.2.1, 2.1.3, 2.1.4, 2.2.1,
3.1.5, 4.1.5
2
133
89
152
68
Dostlar səfərdə
2.2.1, 2.2.3, 2.2.4, 2.2.5,
3.1.4, 4.1.5
2
134-135 92-93
153
69.
Ümumiləşdirici təkrar
1
136
94-95
154
70.
Bölmə üzrə
qiymətləndirmə
1
154
Yekun
42
saat
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə