Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   2   3   4   5   6   7   8   9   ...   49

etdirən  müəllif  sonradan  göstərir  ki,  «biz,  daha  geniş 
yayılmış  və  instrumental  musiqinin  xüsusi  bir  növü  olan 
proqramlı  musiqinin  müəyyənləşdirilməsinin  tərəfdarıyıq. 
Onun  musiqi  tərəfi,  məzmunun  tərkibini,  insanın  fikri  və 
emosiyasını  təşkil  edirsə,  qeyri  musiqi  tərəfi  süjeti,  ideyanı, 
şəkli  mənzərəni,  hadisəni,  konkret  portreti  göstərir»  (121, 
s,34-35).  Həqiqətən  də  musiqi  sənəti  insan  həyatında, 
məişətində  çox  mühüm  yer  tutan  və  onun  gündəlik  həyat 
tərzini  işıqlandıran  və  onu  əyani  şəkildə  təcəssüm  etdirən 
qeyri  maddi,  mənəvi  varlığıdır.  Bu  mənada  insan  fəaliy­
yətinin  elə  bir  sahəsi  yoxdur  ki,  musiqi  özünün  geniş 
tətbiqini orada  tapmamış olsun. Bu haqda V.Belyayev yazır 
ki,  «bəşəriyyətin  ümumi  tarixi  ilə  bilavasitə  sıx  bağlı  olub 
məzmununda  cəmiyyətin təfəkkürünün inkişafını təcəssüm 
etdirən  və  onun  inkişaf  səviyyəsinə  aktiv  təsir  göstərən 
musiqi-insanm yaradıcı fəaliyyətinin bir növüdür...  Musiqi 
sənətinin yaranma  tarixini biz müəyyən edə bilmərik,  lakin 
onun  ilkin  inkişaf  dövrü  olan  musiqi  folklorunu  Yer 
kürəsinin  ayrı-ayrı  xalqlarının,  tayfalarının  mövcudluğu­
nun  ilkin  mərhələsini,  «musiqi  tarixi»nin  geniş  komplek­
sini, biz tarixi mərhələ kimi hesab etməliyik»  (108, s. 219).
Azərbaycanın  musiqi  folkloru  da  xalqımızın  qədim 
və  keçdiyi  ilkin  inkişaf  mərhələnin  tarixi  gerçəkliyini 
öyrənən  mənəvi  varlıq  sistemi  kimi  xüsusi  əhəmiyyət kəsb 
edir.  Xalqımızın  musiqi  folklorunun,  onun  ayrı-ayrı  qolla­
rının,  regional  xüsusiyyətlərinin  həm  musiqişünaslıq,  həm 
də  folklorşünaslıq  baxımından  öyrənilməsinin  çox  böyük 
əhəmiyyəti var ki,  o da özünü mənəvi irsin inkişaf və  tarixi


mərhələlərinin  araşdırılmasında  xüsusi  olaraq  göstərir. 
Musiqi  folklorunun  rəngarəng  janrları  arasında  hər  bir 
nəğmənin,  rəqsin  və  s.  öz  musiqi  dili,  ritmik  və  forma 
səciyyəsi  və  bunlardan  irəli  gələn  məzmun,  melosemantik 
xüsusiyyətləri vardır.
«Azərbaycanın  folklor  mühiti  də  estetik  sistem  kimi 
xalqın  tarixi-mədəni  yolunun  öyrənilməsində  kompleks 
şəkildə ayrı-ayrı elmi sahələri əhatə edən biliklər sisteminin 
məcmusundan  ibarətdir.  Azərbaycan  ədəbi-mədəni  mühiti 
Şərq və  Qərb  mühitlərinin  mərkəzində  yerləşib,  qeyri-türk, 
Şərq  kültür  çevrələri  ilə  də  təmasda  olub.  Çeşidli  ədəbi 
yaradıcılıq  istiqamətləri  ilə  zəngin  olan  Azərbaycan 
ədəbiyyatı,  xüsusilə,  Azərbaycanın  Qərb  ədəbi  mühitində 
daha  çox  şifahi  ənənə  üzərində  inkişaf  etdiyindən  əski 
ədəbi  dəyərləri  mühafizəkar  şəkildə  saxlaya  bilmişdir»(54, 
s.321). Deyilən fikrə bunu da xüsusi olaraq əlavə edə bilərik 
ki,  Azərbaycanın  Qərb  bölgələrinin  musiqi  folklorunun  da 
çox  zəngin  çeşidli  janrları,  forma  və  üslub  xüsusiyyətləri, 
səciyyəvi  melodik  dil  üslubları  vardır.  Qərb  mühitinin 
musiqi  folklorunun  öyrənilməsi  xalq  yaradıcılığının  rənga­
rəng  çeşidlərini  üzə  çıxarmaqla  yanaşı  çoxəsrli  təcrübə  əsa­
sında  formalaşmış  şifahi  ənənəvi  janrların  formalaşmasını 
açmaqla  etnik  mədəniyyətin  fenomenini  yaratmış  olur. 
Folklor  prosesinin  sistemli  şəkildə  öyrənilməsi  araşdırılan 
mühitin  etnik  mədəniyyətinin  bir  neçə  aspektdən  incələn- 
məsinə  geniş imkan açmış olur.  Burada tarixi proses, etnoq­
rafiya,  filoligiya,  musiqi  folkloru,  ümumi  musiqişünaslıq 
aspektləri,  kulturologiyanm  əsas  cəhətləri  öyrənildiyi  üçün


bu  sistemli  olaraq  xalqın  sosial-mədəni  mühitini,  bədii 
təfəkkürünün  inkişaf  arealını,  etik  və  estetik  faktorların, 
eləcə  də  folklor  düşüncə  tərzinin  üzə  çıxarılmasına  geniş 
zəmin  yaradır.  Elmi  mahiyyətin  dərinləşməsi  üçün  müasir 
metodologiyalardan  istifadə  edilməklə  janrların  janrdaxili 
və jarlararası  atribusiyasmın,  musiqi-semantik  təhlilin,  xalq 
yaradıcılığının  ümumi,  xüsusi  və  fərdi  xarakteristikalarının 
müəyyənləşdirilməsində  komparativ  prinsipin  yaradılması 
və təsnif olunması xüsusi rol oynayır.
İ.İ.Zemsovskiy  folklorda  baş  vermiş  yeni  para- 
diqmanı  (folklorun  folklorşünaslıq  ilə  əvəzlənməsi  -   G.M.) 
sintetik  adlandırır.  Bu  konsepsiyadan  irəli  gələn  nəzəriy­
yəni  o,  şifahi  ənənəvi  musiqini  musiqi-antropologiya  nəzə­
riyyəsi  adlandırır  və  onun  mahiyyətini  musiqi  mətninə 
mədəni-antropoloji  baxışda  görür.  O  qeyd  edir  ki,  «sintetik 
paradiqma  ayrı-ayrı  elmi  məktəblərin  (filologiya,  musiqi­
şünaslıq,  strukturaloji  və  sosioloji,  fiziki-akustik,  kibernetik 
və  tipoloji və s.)  müxtəlif ideyalarının tədqiqat təfəkkürünü 
genişləndirir»  (117,  s.28-32).  O,  musiqi  icraçısı  olan  ifaçını 
ön  plana  çıxarır  və  mətnlərin  oxunuşunda  bir  növ  mətn 
mədəniyyətində  mövcud  qanunauyğunluqların  yaratdığı 
səbəbiyyətdən doğan musiqi təfəkkürünü irəli çəkir.
Musiqişünas  K.Kvitkanm  fikrinə  görə  «yerli  ənənə­
lərin  xalq  yaradıcılığının  tarixi  gerçəkliyinin  formalaş­
masının  öyrənilməsi  musiqi  folkloru  janrlarının  inkişaf 
prosesində  əmələ  gəlmə  və  inkişaf  səbəblərini  üzə  çıxara 
bilər».  O,  hələ  bizim  dövrdə  də,  xalq  yaradıcılığında  öz 
həllini  tapmamış  yerli  elementlərin  xəritələrinin  tərtibinin


vacibliyi məsələsini irəli çəkir.  Musiqi folklorunun elm kimi 
müstəqil  vəzifələrindən birinin  yerli  mahnı  ənənəsinin baş­
qalarından  fərqli  üslub  xüsusiyyətlərinin  üzə  çıxarıl­
masında  görən  K.Kvitka  yazır  ki,  «Məhz  musiqişiinas-folk- 
loristlər  mahnıların,  nəğmələrin  tipinin  və  elementlərinin 
«yayılma  arealını»  müəyyən  edə  bilərlər»(119,  s.91).  Daha 
sonra  o,  yazır  ki,  «musiqişünas-folkloristlər  özlərinə 
məxsus  musiqi  abidələrini,  yəni  nəğmələrin  not yazılarının 
coğrafi  yayılma  əhatəsini  xüsusi  diqqətlə  üzə  çıxarmalı  və 
onları sistemləşdirməlidirlər»  (119, s.98).
Musiqişünasların  qarşısında  duran  əsas  vəsifələri 
müəyyənləşdirən  alim  xalq  mahnılarının  nota  köçürülməsi 
ilə  əsas  vəzifənin  bitməməsini  ön  plana  çəkir.  O,  bir  daha 
göstərir  ki,  «bu  nəğmələrin  mövcud  formasının,  musiqi- 
etnoqrafik  dərəcələrinin  qeydə  alınması,  onların  ifa  üslu­
bunun  xüsusiyyətlərinin,  həmçinin  xalq  məişətində  bu 
havaların  yeri  və  əhəmiyyətinin  üzə  çıxarılması  əsas 
şərtlərdən biridir»(119,s.37).
Azərbaycanın  folklor  mühitində  musiqi  folkloru 
janrları  xalq  məişətində  geniş,  rəngarəng  formalarda  təmsil 
olunmuşdur.  Xalqın  məişət  və  mərasim  folklorunda  elə  bir 
sahə  yoxdur  ki,  xüsusən  də  yerli  kənd,  şəhər  folklorunda 
musiqi  janrları  özünü  qabarıq  şəkildə  göstərməmiş  olsun. 
Azərbaycanın  musiqi  folklorundan  yazan  D.Məmməd- 
bəyov  göstərir  ki,  «Azərbaycanm  musiqi  folkloru  xalqın 
həyatının  əsas  cəhətlərini  özündə  əks  etdirir.  Buradan  da 
janrların  zənginliyi  və  bədii  rəngarəngliyin  ifadəliliyi 
yaranır.  Mahnı  yaradıcılığında  başqa  xalqlara  məxsus


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə