GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ


Adam olmaq! "Sən birinci adam ol!"



Yüklə 0,8 Mb.
səhifə2/13
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1483
1   2   3   4   5   6   7   8   9   ...   13

Adam olmaq!
"Sən birinci adam ol!"

"Adam olsaydın, bunlar başımıza gəlməzdi!"
Bu sözləri həyatımız boyu dəfələrlə eşitmişik. Xüsusilə də gənclik illərində böyüklərimizin istəmədikləri, bəyənmədikləri bir şeyi söylədiyimizdə və ya etdiyimizdə...
Bu sözü istifadə edən insan üçün "adam olmaq" hər şeydən önəmlidir. "Adam olmaq" cəmiyyət tərəfindən qəbul olunmuş bir anlayışa, mədəniyyətə, davranışa sahib olmaq, müəyyən sifətləri üzərində daşımaqdır. Bu dəyərlər sistemi forma və qaydaları ilə cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilir və tətbiq olunur. Bu qaydaların haradan meydana gəldiyi, nə dərəcədə doğru olduğu isə müzakirə edilmir və yanlışları mühakimə olunmur. Çünki cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən bu sistemi sorğulamaq və ona zidd olmaq geniş bir kütlənin hədəfi olmaq təhlükəsi deməkdir.
Doğru olduğuna qəti şəkildə inanılan bu sistem yalnız müəyyən cəmiyyətlərə xas bir xüsusiyyət olaraq qiymətləndirilməməlidir. Bu sistem istər şərqdə, istərsə də qərbdə hər növ mədəniyyətin olduğu mühitdə özünəxas bir inanc sistemi olaraq varlığını davam etdirir. Qadağa və tövsiyələri ilə sanki öz başına, müstəqil bir din -adam olmağın dini- halında tətbiq olunur: "Adamlıq dini".
"Adam olmaq" müsəlman olmaqdan, Allaha inanmaqdan, gözəl əxlaqlı olmaqdan, hətta insan olmaqdan ayrı bir anlayışdır. Allahın Quranda bildirdiyi davranış və əxlaqın bu dində qətiyyən yeri yoxdur. Onsuz da adamlıq dini Quran əxlaqının əsl mənada yaşanmadığı mühitlərdə meydana gəlir və inkişaf edir. Cəmiyyətdə, xüsusilə diqqət mərkəzində olan kəslər adamlıq dinini çox yaxşı öyrənən və yaşayan kəslərdir.
Burada Quranda tövsiyə edilən əsas əxlaq prinsiplərini və adamlıq dininin bunlara tamamilə zidd olan səhv məntiqini vurğulamaqda fayda vardır. Quranda bütün insanların Allaha qarşı məsul olduğu bildirilir. Buna görə, insan yalnız Allahı razı etməklə məsuldur və başqa insanların təqdiri, ya da razılığı üçün çalışmamalıdır. Quran əxlaqını yaşayan mömin “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar. (Zumər surəsi, 36)” və yol göstərici və yardımçı olaraq “Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər! (Furqan surəsi, 31)” ayələrinə görə düşünür və yaşayır. Bütün həyatı Rəbbimizi razı etmək məqsədinə yönəlmişdir. Dinin əsası da budur. Quranda hz. İbrahimdən bu günə qədər gələn haqq dinin xüsusiyyətinin bütün həyatın Allaha həsr edilməsi olduğu xəbər verilir. Bir ayədə belə buyurulur:

De: “Şübhəsiz, Rəbbim məni doğru yola, həqiqi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!” De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 161-162)
İnsanın həyatdakı əsas məqsədinin Allahın razılığı olması, digər insanlarla olan əlaqələrini də, şübhəsiz, kökündən dəyişdirir. Biraz əvvəl ifadə etdiyimiz kimi, insanın digər insanlara qarşı müstəqil bir məsuliyyəti yoxdur. Amma Allah digər insanlara qarşı necə münasibət göstərməyin lazım olduğunu Quranda bildirmişdir. Allaha qarşı duyulan məsuliyyət digər insanlara qarşı da ən şəfqətli, ən mərhəmətli, ən ədalətli, ən dürüst davranışı təmin edir. Ayələrdə möminlərin bu dünyagörüşü belə təsvir edilir:
Onlar elə kimsələrdirlər ki, verdikləri sözü yerinə yetirər və dəhşətli gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!” (İnsan surəsi, 7-10)
Ayələrdən də aydın olduğu kimi, möminlərin digər insanlardan qarşılıq gözləmək kimi bir davranışları yoxdur. Bu, möminə çox güclü və möhkəm bir xarakter qazandırır. Mömin hər mühitdə doğru olanı, yəni Allahın əmrlərini yerinə yetirir. Nə kimsədən təqdir gözləyir, nə də kimsədən çəkinir. Yalnız Allahın razılığını istəyir. Necə ki, Allah Quranda möminləri “qınayıcının qınamasından qorxmayanlar. (Maidə surəsi, 54)” olaraq adlandırır. Bu səbəblə, möminin hadisələr və insanlar qarşısında xarakteri və davranışı heç bir şəkildə dəyişmir. Nə özünə verilən vəzifəyə görə öyünür, nə də çətinliyə görə ümidsizliyə qapılır. Quranda möminlərin bu sabit xarakterinə tez-tez diqqət çəkilir, mal-mülkə sahib olduqları zamankı davranışları ilə çətinlik və yoxsulluq içindəki davranışlarının eyni olduğu ayələrdə bildirilir. Çünki mömin özünə verilən hər cür nemət (mülk, iqtidar, vəzifə və s.) və ya çətinliyin (insanlar tərəfindən qınanmaq, zülmə uğramaq, yoxsul qalmaq, həbs edilmək və s.) Allahdan gəldiyinin və bütün bunların sınanmaq üçün yaradılmış imtahan olduğunun şüurundadır.
Buna qarşılıq adamlıq dini Allahı lazımi kimi təqdir etməyən, Allahın razılığı yerinə insanların razılığını qazanmağa çalışan, axirət həyatı yerinə dünyadan mədət uman insanların dinidir. Bu şeytani dində insanlar bir-birlərinə qarşı məsul olduqlarını düşünürlər. Digər insanları razı salmaq, digər insanların razılığını qazanmaq, cəmiyyətdə müəyyən mövqe qazanmaq həyatlarının ən vacib məqsədidir.
Buna görə də möminlərin əksinə, adamlıq dininin mənsubları hadisələr və insanlara görə dəyişən xarakterə malik olurlar. Başqa ifadə ilə desək, adamlıq dini "uyğunlaşma" dinidir. Yerinə, zamanına, adamına görə davranış, baxış və səs formalarını tələb edir. Səmimiyyət və təbiilik bu batil dində yeri olmayan anlayışlardır. Bu batil inanca görə, insanlar cinsinə, yaşına, hadisələrə, malik olduqları “mövqe”yə görə davranmalıdırlar.
Qadınlar cəmiyyətin özləri üçün qoyduğu qaydalarla yaşamalı, kişilər və uşaqlar da özlərinə verilən rolları oynamalıdırlar. Əgər şagirddirsə, adamlıq dini qaydaları şagirdin özünü necə aparmasını tələb edirsə, elə də davranmalıdır. Məmur, həkim, müəllim və işçi üçün də eyni qaydalar tətbiq edilir. Adamlıq dininin mənsubları yaşadıqları cəmiyyətdə sahib olduqları mövqeyi özlərində şəxsiyyət kimi formalaşdırır və bu şəxsiyyətin tələb etdiyi kimi davranırlar. Halbuki, möminin şəxsiyyətini inancı şəkilləndirir, əvvəldə də ifadə etdiyimiz kimi, cəmiyyətin özünə olan münasibəti, olduğu mövqe bu şəxsə heç bir təsir göstərmir.
Adamlıq dininin yaşandığı cəmiyyətdə yaşayan insana bu əxlaq və şəxsiyyət avtomatik olaraq yerləşir və bu batil dinin qaydaları dərhal tətbiq olunmağa başlayır. Cəmiyyətdə etibarlı şəxs olmağın, üstün olmağın yolları bu davranışlardan keçir.
Növbəti səhifələrdə adamlıq dininin mühitə, yaşa, ictimai və mədəni vəziyyətinə, cinsinə görə insanlara öyrədilən davranış və danışıq formalarını, psixologiyalarını araşdıracağıq. Bu həyat tərzinin Quran əxlaqına zidd olduğunu ayələri oxuduqca görəcəyik. Bu şəkildə, şeytanın batil dinlərindən biri olan "adamlıq dini"nin İslamdan uzaq bir insana həyatının hər dövründə necə hökm etdiyi ortaya cıxacaq.

Adamliq dininə görə adam olmaq

(Cənab Adnan Oktarın “Kanal 35”-dəki (İzmir) canlı reportajı, 2009-cu il 18 yanvar)
Adnan Oktar: Adamlıq dini insanlar arasında vardır. Məsələn: “O, adam kimi adamdır”, -deyirlər; baxırsınız ki, hərəkətləri son dərəcə sünidir, danışıqları, mimikaları aktyor kimidir. İnsanı utandıracaq qədər sünidir, danışıqları sünidir, üslubu sünidir, yəni səmimi deyildir. Bunlarla əlaqədar yüzlərlə mimika, yüzlərlə üslub vardır. Məsələn, biri gəlir: "Neçə vaxtdı sizi gözləyirdik, haralarda idiniz?" -deyərək, çox süni üslubdan istifadə edir. Halbuki, insana səmimi olaraq çox darıxdığını, çox sevdiyini söyləyə bilər, yəni çox açıq şəkildə söyləyər. Oradakı süniliyə nə ehtiyac var? Bu, adamlıq dinidir, mən bunu izah edirəm.
Sünilik insanı yorur. Təbiilik çox gözəldir, səmimiyyət çox gözəldir, səmimi sevmək çox gözəldir, səmimi ifadələr çox gözəldir. Onun üçün Allah: "Səmimi olan qullarım xilas olar", -deyir, şeytandan Allaha sığınıram. Səmimiyyətin zövqü ilə süniliyin arasında müsəlman seçim etsə, Quranda bir hökm olmasa belə, insan dərhal təbii olanı seçər. Çünki təbii insan çox gözəldir, təbii bir qadın hara, süni bir qadın hara, elə deyilmi?
Adamlıq dinindəki ortaq psixologiya

və davranış formaları
Adamlıq dininin həyat fəlsəfəsi və qaydaları Quran əxlaqınına tamamilə zidd olan batil bir inancdan qaynaqlanır. Bu şeytani inanc insanın bütün həyatına hakim olan, cəmiyyətdə də təbii görünən bir düşüncə tərzidir. Quranın bir çox yerində pis əxlaq modeli olaraq təsvir edilən davranış və hərəkətlər adamlıq dinini yaşayan kəslər tərəfindən çox vaxt üstünlük olaraq qəbul edilir.
Bu batil din qaydaların hakim olduğu bir həyat tərzidir. Cəmiyyət böyük qismi atalarından miras qalmış bəzi qaydalara sahibdir. Bu qaydalar isə: ““Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!” – dedilər. (Zuxruf surəsi, 23)” -deyən inkarçı cəmiyyətlərə bənzər şəkildə, sanki ilahi bir hökm kimi qorunur.
Bu qaydalardan kənara çıxmaq elə də asan olmur. Yemək mədəniyyətindən, yatmaq vaxtlarına, sevgi və hörmət göstərmək tərzindən, dost seçiminə, qonaq qəbul etmə qaydasına qədər, həmişə daha əvvəldən təyin olunmuş qaydalara görə yaşayırlar. Bu batil dini seçən hər adam cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən ortaq bir üslubu və davranışı mənimsəmək məcburiyyətindədir. Hətta bu davranışları ustalıqla icra etmələri bir üstünlük olaraq qəbul edilir. Seçimlər Allahın razılığına görə deyil, adamlıq dininin qoyduğu haqq olmayan ölçülərə görə edilir. Bu düzgün olmayan yanlış anlayış adamlıq dininə tabe olanlarda xarakter və davranış pozuntularına səbəb olur. Aşağıda bunların ən çox nəzərə çarpanlarını əsas başlıqlarla araşdıracağıq.

1- Süni münasibət və davranışlar

İslam dinindəki təbiilik və səmimiyyət əvəzinə adamlıq dinində səmimiyyətdən tamamilə uzaq, hər biri xüsusi olaraq seçilən və zamanla xarakterin bir hissəsinə çevrilən süni münasibət və davranışlar vardır.


Adamlıq dininə mənsub olan insan səhv düşüncənin nəticəsi olan bu süni hərəkət və mimikaları, səmimiyyətsiz üslubu ilə ilk baxışda özünü biruzə verir. Bu süni hərəkət və davranışların hər biri diqqəti cəlb etmək, özünü göstərmək, mənfəət güdmək və s. kimi müəyyən məqsədlər üçün istifadə edilir.
Eyham vurmaq

Adamlıq dinində hisslərin çox vaxt danışıq yolu ilə deyil, baxış və davranışlarla ifadə edilməsi əsasdır. Bunun səbəbi, insanın keçirdiyi bir çox duyğunu açıq şəkildə bildirməyi qüruruna sığışdırmamasıdır. Buna görə, duyğularını eyhamlı hərəkət və davranışlarla bildirir. Bu davranış pozuntuları adamlıq dini mənsublarının əsas şəxsiyyət tərzini təşkil edir. Əsəbiləşmək, qısqanmaq, etinasızlıq, heyranlıq kimi hisslər bəzən belə hərəkətlərlə ətrafa bildirilir.


Əsəbiləşdikdə qapıları çırparaq bağlamaq, əsəbiləşdiyini biruzə verəcək baxışlarla baxmaq, cavab vermədən yoluna davam etmək, əsəbiləşdiyini bildirmək üçün səs tonunu mümkün olduğu qədər azaltmaq adamlıq dini insanının ətrafındakılara göstərdiyi davranışların bəziləridir. Ümumiyyətlə, açıq və səmimi bir üslub yerinə eyhamlı bildirişlər seçilir.
İslam dinindəki əsilzadəliyin yerinə adamlıq dinində davranışlarda bəsitlik hakimdir. Dostlar arasındakı mübahisədə əsəbiləşib üzünü çevirmək, susub danışmamaq, qapını çırparaq çıxmaq, birdən-birə arxasını çevirib insanlardan uzaqlaşmaq, üzünü turşutmaq və bunu müəyyən bir müddət davam etdirmək kimi səssiz etirazlar, gülünəcək şeylərə qəsdən gülməmək, soruşulan suallara eşitdiyi halda cavab verməmək və ya səhv cavablar verib qarşı tərəfi bezdirmək kimi bəsit və bayağı hərəkətlər bunlardan bir neçəsidir.
Üstünlük etmək və alçaltmaq

Adamlıq dininin mənsubları gün ərzində davamlı olaraq bir-birlərinə qarşı üstünlük etməyə, dayanmadan qarşı tərəfi alçaltmağa çalışırlar. Çünki ancaq qarşı tərəfi əzdikləri təqdirdə yüksələcəklərini düşünürlər.


Əsəbi görünmək, çox məşğul və özünü kiminsə hərəkətinə dözə bilmirmiş kimi göstərmək iş yerinin sahibi və ya yuxarı vəzifədəki şəxslər tərəfindən öz işçilərinə, əmrində işləyənlərə qarşı edilir. Qarşı tərəfi adam yerinə qoymadığını bildirən hərəkətlər etmək də adamlıq dinində məqbul sayılır. Bir neçə nəfərin yanında danışarkən yalnız müəyyən şəxslərə xitab edərək, onlara baxaraq danışmaq, müəyyən kəsləri sanki o mühitdə yox saymaq adamlıq dininin alçaldıcı davranışlarındandır. Qarşısındakının maraqlandığını bildiyi bir mövzunu ona baxmadan yanındakılara izah etmək də tez-tez təkrar olunan hərəkətlərdəndir.
Qarşısındakı bir mövzu haqqında danışarkən üzünə baxmadan əlindəki işlə məşğul olmağa davam edib, mümkün olduğu qədər maraqlanmırmış kimi davranmaq, soruşduğu suala eşitdiyi halda cavab verməmək adamlıq dinində mənlik əlaməti olaraq görülür və üstün olmağın yollarından biri olaraq qəbul edilir. Maraqlanmırmış kimi davranmaq bir alçaltma üsulu olaraq həyatın hər mərhələsində böyük bir etina ilə tətbiq olunur. Məsələn, salam verilən şəxs olmaq üçün adam olmaq çox mühümdür. İlk salam verənin qarşı tərəf olmasına diqqət göstərilir. Salamı eşitməzlikdən gəlmək də qarşı tərəfi hörmətdən salmaq metodu olaraq istifadə edilir. Halbuki, Quranda bildirilən əxlaq çox fərqlidir:
Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır. (Nisa surəsi, 86)
Bəzi süni hərəkət və davranışlarla digər insanlardan üstün olmaq, öz qüsurlarını örtməyə çalışmaq, ancaq Allah və axirət inancına tam olaraq sahib olmayan kəslərdə görünən yanlış düşüncə pozuntusudur. Allahı lazımi kimi təqdir etməyən adamlıq dininin mənsubları yalnız Allaha güvənib Allahdan başqa heç bir şeydən qorxmayan möminlərin əksinə, daima qorxu, etibarsızlıq, narahatlıq içərisindədirlər. Digər insanlardan aşağı səviyyəyə düşmək, əzilmək, nəzərə alınmamaq kimi narahatlıqlar bu insanların gündəlik həyatında mühüm bir problemdir. Buna görə də daxilən buna qarşı öz ağıllarına görə müdafiə sistemi qururlar. Bu, onların ən zəif nöqtələrindən biridir. Bu zəifliklərini örtmək məqsədilə "ən yaxşı müdafiə hücumdur" kimi yanlış bir məntiqlə hərəkət edirlər.
Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: təkəbbür

(Cənab Adnan Oktarın “Kanal 35”-dəki (İzmir) canlı reportajı, 2009-cu il, 1 fevral)
Adnan Oktar: İnsanlarda təkəbbür vardır, fironlarda, Nəmrudda da vardır. “Mənəmlik” deyilən bir şeydir təkəbbür. O, bütün vücudu bürüdüyündə insan havalanır. Şüuru qapanır, şeytanlaşır. Bu, dəccalların, fironların və Nəmrudların xüsusiyyətidir. Bəzən insanlarda da olur bu. Yəni o bədən artıq idarəsini itirir, adam qürurdan və özünü bəyənmişlikdən havalanır. Onu idarə edə bilməzsən, ondan sonra şüuru sanki tamamilə qapanır. "Sırf ənaniyyət hakim olur", -deyir Səid Nursi, yəni bütün vücud ənaniyyətə qapılır özünü bəyənməkdən. Təkəbbürdən havalanır, hər şeydə özünü bəyənir, hər fikrinin doğru olduğunu düşünür. Vardır belə tiplər, bilmirəm, heç rast gəldinizmi? Yəni çox biliklidir, hər şeyi ən yaxşı o bilir, ən ağıllı odur, ən gözəl danışan odur, hər hadisənin ən doğru diaqnozunu o qoyur, özündən üstün varlıq tanımaz. Halbuki, Allah deyir, şeytandan Allaha sığınıram: "Hər biləndən daha üstün bir bilən vardır". Amma ona görə, ən yaxşı bilən odur.
Diqqəti özünə cəlb etmək

İctimai mühitdə insanların diqqətini çəkmək, varlığını onlara hiss etdirmək, özünü sübut etmək məqsədilə müraciət edilən süni hərəkət və davranışların ən nəzərə çarpanlarını belə sadalaya bilərik:


Olduğu mühitə zidd davranışlarla fərqli görünməyə, özünə xüsusi bir önəm verməyə çalışmaq, şən, səmimi bir mühitdə ciddi və ağır davranmaq, az danışmaq, ya da ciddi, sərt olmalı mühitdə lazımsız hərəkətlər etmək... Hadisələrə normadan çox reaksiyalar verərək və ya həddindən artıq laqeyd qalaraq diqqəti cəlb etməyə çalışmaq. Daxilən narahat olduğu halda, bir hadisəni son dərəcə normal qarşılamış kimi davranmaq. Davranışlarda anidən dəyişikliklər göstərmək, gülərkən birdən mənasız bir şəkildə ciddiləşmək və ya sakit ikən birdən şənlənmək, qəhqəhə çəkmək. Normal danışarkən bir anda səs tonunu yüksəltmək və ya həddindən artıq sakit bir səslə danışmağa başlamaq. Bu zaman üz mimikalarında və əl-qol hərəkətlərində də eyni tərzdə davranmağa başlamaq. Fərqli dayanmaq və ya oturmaq. Bununla da diqqəti üzərində saxlamağa çalışmaq. Birindən diqqət görənə qədər yaxınlıq göstərməmək, daha sonra maraqlanmaq, özünə səmimi davranan, yaxınlıq göstərənlərə qarşı laqeyd davranmaq, özünə üz verməyənə, aşağı baxana, diqqət göstərməyənlərə yaltaqlanmağa, diqqətini çəkməyə çalışmaq...
İctimai mühitdə diqqəti cəlb etmək üçün müraciət edilən üsullardan bəzilərini də belə sıralaya bilərik:
Özünü məşğulmuş kimi göstərmək, xəstə, narahat, ya da çətin bir vəziyyətdəymiş kimi görünmək, qəsdən səhv etmək, problem çıxarmaq, görmədiyi bir şeyi görmüş kimi izah etmək... Ona maraq göstərilməyən mühitdə diqqət çəkmək üçün və ya hər kəsdən daha fərqli və özəl bir diqqət görmək məqsədilə xüsusi hərəkətlər etmək də bu üsullarından biridir. Bu davranışların hamısında da bəhs olunan adam aktyorluq edərək buna nail olmağa çalışır. Bəzi nümunələr verməli olsaq:
Elə olmadığı halda, təəccüblənmiş, əsəbiləşmiş, sevinmiş, bəyənmiş kimi davranmaq, bunları bildirən mimika və hərəkətlər etmək. Qaşlarını çatmaq, qaşqabağını tökmək, eyhamlı baxmaq, dodaqlarını büzmək, gözlərini süzmək və s... Etiraz edirmiş kimi hərəkətlər etmək, məsələn, birinin özü ilə eyni fikirdə olduğu halda, bir mövzuda qəsdən müxalif çıxmaq kimi...
Hamının bildiyi bəzi xüsusiyyətlərə sahib olduğu halda, bunlardan bəhs etməyib başqalarının bu haqda danışmasını gözləmək, bu xüsusiyyətlərindən bəhs edilincə də təvazökarlıq edirmiş kimi görünmək, bununla da bəhs edilməyən nə qədər üstünlükləri var, amma “təvazökarlıqdan söyləmir” təəssüratı yaratmaq.

Mənfəət axtarmaq

Əslində, səmimiyyətsiz hərəkətlərin əsas səbəblərindən biri insanlardan gözlənilən müxtəlif mənfəətlərdir. Sevmədiyi, lakin mənfəət umduğu birinə onu bəyənirmiş kimi görünməyə çalışmaq, ona yaltaqlıq etmək, hər fürsətdə özünü bəyəndirməyə cəhd etmək, müdirinə qarşı saxta sədaqət və hörmət göstərmək, şərtlər dəyişdikdə isə gözünü qırpmadan vəfasızlıq etmək adamlıq dini mənsublarına görə adi davranışlardır.



Lovğalanmaq

Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Yuxarıdakı ayədə adamlıq dininin mühüm bir xüsusiyyəti olan öyünmə və lovğalanmanın insanlar arasında nə qədər geniş yayıldığını göstərir. İslam dinində həyatın ən böyük məqsədi Allahın razılığını, adamlıq dinində isə insanların razılığını qazanmaqdır. Bu səbəblə, adamlıq dinində öyünmək həyati əhəmiyyət daşıyır. Ətrafdakılar tərəfindən bəyənilən, təqdir edilən və ya qibtə edilən insan olmaq hər şeydən daha əhəmiyyətlidir. Bu batil dində insanlar ətrafındakılar üçün geyinir, danışır, evini dizayn edir, peşə seçir və ya kitab oxuyurlar. Etdikləri hər işdə ən böyük hədəfləri insanların razılığını qazanmaqdır. Məsələn, kitabxanaya gedib bir kitab seçərkən ən maraqlandıqları mövzuya deyil, ən çox satılan kitaba baxırlar. Hansı kitabı oxuduqlarında daha "üstün" və dəbə daha uyğun olacağını düşünürlər. Çünki burada kitab oxumağın məqsədi ədəb, məlumat və ya özünü təkmilləşdirmək deyil, ətrafındakılara danışacaq bir mövzu tapa bilməkdir.
İnsanların çoxu uşağını tərbiyə edərkən onun səbirli, imanlı, mərhəmətli və ya comərd bir insan olması üçün deyil, səhv olsa belə, ətrafındakı insanlar tərəfindən xoş qarşılanan xüsusiyyətlərə sahib olması üçün cəhd edirlər. Məsələn, ən prestijli məktəbə qoymağa çalışır, qabiliyyəti olmadığı halda, piano dərsinə göndərir, qürurlu bir uşaq yetişdirməyin xoş görünəcəyinə inanırlar. Çünki adamlıq dinində uşaq çox əhəmiyyətli göstəriş səbəbidir. Uşağın yaxşı kollecdə oxuması, bir neçə xarici dil bilməsi, gözəl olması, yaxşı geyinməsi, yoldaşlarının arasında məşhur olması və ya qabiliyyətli olması ata və ananın etibarı baxımından çox əhəmiyyətlidir. Belə ki, adamlıq dini söhbətlərində ata-analar uşaqlarının nə qədər təvazökar, nə qədər şəfqətli və ya nə qədər həlim olduqlarını deyil, insanların qibtə edəcəkləri bu tip xüsusiyyətlərini söyləməyi seçirlər. Bu səbəblə də uşaqlarının əxlaqıyla deyil, görünüşü ilə maraqlanırlar.
Lovğalanmaq səbəblərindən bir başqası "dəbdəbəli ev" sahibi olmaqdır. İnsanlar ev seçərkən öz rahatlıqlarından çox ətrafdakı insanların dünyagörüşünə əhəmiyyət verirlər. Hansı mühitdə və neçə mərtəbəli olmasının, mənzərənin görüntüsünün, neçə kvadrat metr olmasının da etibarlarını artıracağını düşünürlər. Evin içini də tamamilə ətrafın dünyagörüşünə görə dizayn edirlər. Başqa rəngi xoşlasalar belə, dəbdə olan rəngi seçir, kreslolar narahat olmasına baxmayaraq, sırf bahalı və dəbdəbəli olsun deyə alır, heç bəyənmədikləri döşəməyə yalnız məşhur bir memarın işlədiyini deyə bilmək üçün dözmək məcburiyyətində qalırlar. Vaxtlarının çoxu bu evin içində keçdiyi halda, sırf bu qədər pul verdikləri qonaq otağı köhnəlməsin deyə qonaq gəlmədikdə bu otağa addımlarını belə atmırlar. Hətta bəzi insanlar mebellərin üzərini örtüb, özləri içəridə kiçik bir otaqda otururlar. Yəni evin yarısını özünü göstərməyə, yarısını da yaşamağa ayırırlar.
Öyünmək insanlar üçün elə böyük həvəsdir ki, ən yaxın gördükləri insanlara belə mütləq "özlərini göstərmək" istəyirlər. Bunun üçün ən yaxşı üsullardan biri də evə dəvət etməkdir. Gələn insanları görmək istədikləri üçün deyil, yalnız lovğalanmaq üçün dəvət edirlər. Qonaqlığın hər incəliyi bu məqsədə uyğun olaraq hazırlanır. Yeməklər belə ləzzətlərinə görə deyil, varlı görünmək xüsusiyyətlərinə görə seçilir. Burada məqsəd qonaqların bu yeməkdən ləzzət alması deyil, bu yeməyə xərclənən pula qibtə etməsidir. Belə bir məclisdə hər kəs bir-birinin paltarına, ayaqqabısına, çantasının markasına, mebellərə, taxılan ləl-cəvahiratlara və ya istifadə etdiyi ətirlərə baxır.
Məclisə gələnlərin bütün danışıqları "özünü nümayiş etdirmə yarışı"nı xatırladır. Danışıqlarında hər kəs bir mövzuda özünü göstərmək niyyətindədir. Qadınlar xarici ölkələrə etdikləri səyahətlərdən, getdikləri ölkənin gözəlliyindən, xidmətçi tapmağın çətinliklərindən, dərzilərindən, aldıqları paltarların markalarından, saç ustalarından, zərgərlərə sifariş verdikləri ləl-cəvahiratlardan bəhs edərək özlərini göstərməyə və digər qadınları alçaltmağa çalışırlar. Kişilər iş sahəsində qazandıqları müvəffəqiyyətlərlə, çevrələrinin geniş olmasıyla, iqtisadi və siyasi mövzulardakı söhbətlərilə ön plana çıxmağa çalışırlar. Dolayısilə, bu tip adamlıq dini söhbətlərində səmimiyyət və dostluğun olması qeyri-mümkündür. Belə ki, bu tip qonaqlar məclisdən ayrıldıqdan sonra mütləq geridə qalanların qeybətini edirlər. Məclisdəkilərin səmimiyyətsizliyindən, özlərini göstərməyə çalışdıqlarından, nə qədər sıxıldıqlarından, ev sahiblərinin mədəniyyətsizliyindən, evin dekorasiyasının pis olmasından, yeməklərin dadsız olmasından bəhs edirlər. Beləliklə, adamlıq dininin hakim olduğu bu tip məclisləri son dərəcə bezmiş və narahat şəkildə tərk edərlər.

Çoxbilmişlik

Adamlıq dinini yaşayan insan Quranda bildirilən ağıl və anlayışdan olduqca uzaqdır. Buna baxmayaraq, bu insanlar öz ağıllarını çox bəyənir və özlərini digər insanlardan çox ağıllı zənn edirlər. Adamlıq dini mənsubu hər kəsə hər mövzuda fikir verəcək bir ağıla sahib olduğunu düşünür. Başına gələnlərdən öz fikrinə görə çıxardığı nəticələrlə bir həyat təcrübəsi qazandığını sanır. Hər kəsə fürsət düşən kimi bu təcrübəni sübut etməyə çalışır. Burada ağıl, zəka, əxlaq və mədəniyyət kimi xüsusiyyətlər ikinci dərəcədə qalır. Əsas yeri yaş amili tutur. Bu sözdə üstünlük "sən indi gedən yolları mən çoxdan qayıtmışam" kimi ifadələrlə vurğulanır.


Fikrini bildirdiyi bir mövzuda haqsız olduğu aydın olsa belə, haqsızlığını qəbul etdiyi çox nadir rast gəlinən bir haldır. Yanılmaq, səhv etmək, haqsızlığının ortaya çıxması adamlıq dininə mənsub olan insanının meyarlarına uyğun deyil. Çünki əhəmiyyətli olan nəticə əldə etmək, həqiqəti ortaya çıxarmaq deyil, əsasən, öz komplekslərinin təmin edilməsidir.
Bu cür mühitdə böyüyən uşaqlarda da daha kiçik yaşlardan bu xüsusiyyətlər meydana gəlməyə başlayır. Məsələn, mədəni, intellektual, varlı, lakin islam əxlaqından uzaq bir ailənin uşağı, ümumiyyətlə, çoxbilmiş, insanlara yuxarıdan aşağı baxan, özünü hər mövzuda haqlı sanan şəxsiyyət kimi formalaşır. Uşaqlıqdan bu cür böyüyən uşaqlar İslam əxlaqı ilə tərbiyə olunmadıqları təqdirdə bu batil xarakteri həyatlarının hər dövründə yaşamağa davam edirlər.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə