GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ



Yüklə 0,8 Mb.
səhifə9/13
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1483
1   ...   5   6   7   8   9   10   11   12   13

Dini yalan hesab edəni gördünmü? Dini yalanlayanı gördünmü? O, elə adamdır ki, yetimi itələyib qovar və yoxsulu yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər; Onlar riyakarlıq edər və zəkat verməyi qadağan edərlər. (Maun surəsi, 1-7)
Bu xarakterin özünəməxsus, Qurandan tamamilə uzaq, batil bir din anlayışı vardır. Bu xarakterdəki insanlar dindar olduqlarını söyləsələr də, halal və haramlara ciddi yanaşmazlar. Allahdan lazımi kimi qorxmazlar. Bu səbəblə, dinin özlərinə görə asan olan hökmlərini tətbiq edir, özlərinə çətin gələn və ya mənfəətlərinə uyğun olmayan hökmlərini yerinə yetirmirlər. Məsələn, gündəlik namazın birini qılır, digərlərinin vaxtında isə qonaqlığa gedərsə və yaxud yuxusu gələrsə, yaxud da bazara getmək lazım gələrsə, asanlıqla yeni hökm çıxarıb: "Bir dəfə qılmaq bəsdir, hamısı lazım deyil", -deyə bilirlər. Əlbəttə, bu, son dərəcə azğın, Qurana da, sünnəyə də uyğun olmayan bir baxışdır. Ya da "mənim niyyətim vacibdir, nə etdiyim yox" kimi səhv qərar verə bilirlər. Halbuki, Allah Quranda bunun doğru olmadığını da bizlərə bildirmişdir.

Bu azğın baxış yönündə din yalnız müəyyən günlərdə, müəyyən kəslərin yanında və ya müəyyən hadisələr əsnasında gündəmə gəlir. Məsələn, cənazə mərasimləri və ya mövlud mərasimləri kokona xarakterli insanların dini gündəliyə gətirdikləri yer və hadisələrdir. Çünki belə vəziyyətlər onlar üçün saxta dindarlıqlarını göstərəcəkləri fürsətlərdir. Ölən birinin arxasından dua oxumaq və ya onun axirətilə əlaqəli mövzu açmaq insanlara dinə verdikləri əhəmiyyəti göstərmək baxımından əhəmiyyətlidir. Əlbəttə, bütün bunlar səmimi niyyətlə edilsə, gözəl davranışlardır. Lakin kokona xarakterli insanların fərqi budur ki, ölən şəxsin axirətilə əlaqədar danışarkən və ya arxasından dua edərkən Allahı unudur, ölümü və axirəti özlərindən uzaq görür və yalnız ətrafdakı insanlara göstəriş məqsədli ilə bunu edirlər.

Necə ki, kokona xarakterinin fəlsəfəsini yaşayanların bir çoxu belə vəziyyətlərdə başına nazik yaylıq taxır, qara rəngli qəşəng və bahalı paltarlar geyib cənazəyə gedirlər. Cənazə sahiblərinin gördüyü yerlərdə hüznlü və kədərli üz ifadəsilə başsağlığı verirlər. Ölən adamın əcəlindən, geridə qalanların sağ-salamat yaşamasından bəhs edirlər. Ancaq bütün bunları edərkən Allaha qarşı acizlik hiss etməzlər, ölümü özlərinə yaxın görməzlər və hesab verməkdən də qorxmazlar. Əksinə, o anda cənazə mərasimini şəkli və qaydaları fərqli olan bir yığıncaq kimi qəbul edirlər. Gözəllik yarışı, dedi-qodular burada da davam edir. “Kim gəldi”, “kim nə geyinmiş”, “kim necə çadra taxmış”, “kimin eynəyinin markası nə idi” kimi mövzuları danışarlar.

Kokona xarakterinin düşüncəsilə dinin insanlara verdiyi düşüncə bir-birinə tamamilə ziddir. Kokonalar Allahı tez-tez xatırlayan kimi görünürlər. Xüsusilə qəza, xəstəlik və ya özləri üçün mühüm gördükləri hadisələr anında. Ancaq çoxusu Allahın hər yeri əhatə etdiyini, özlərinə hər an hakim olduğunu, qədərə tabe olduqlarını, hesab verəcəklərini, dinin özlərinə məsuliyyət yüklədiyini, Allahın əzabını, ədalətini, gücünü heç düşünməzlər. Bəlkə də həyatları boyunca bu mövzuları dərindən heç düşünməmişdirlər. Ümumiyyətlə, Quranda əmr edilən əxlaqı bilməzlər, bilsələr də, heç tətbiq etməzlər.

Kokona xarakterinin bu azğın tərəfini ortaya çıxarmaq, əslində, çox asandır. Onlardan yalnız Allah rizası üçün fədakarlıq istənsə, bu yanlış düşüncələri tamamilə ortaya çıxır. Çünki kokonalar Allahı razı etmək üçün ən kiçik bir çətinliyə belə düşmək istəməzlər. Həyat tərzindən, rahatlıqlarından, ətraflarından imtina etməyi gözə almazlar. Məsələn, dinin bir hökmünü yerinə yetirərkən ətrafının buna reaksiya verəcəyini bilsələr, insanların razılığını Allahın razılığından üstün tutarlar. Xüsusilə din adına zənginliklərindən, əyləncə və gəzintilərindən, geyim tərzlərindən və ya vərdişlərindən heç vaxt əl çəkməzlər. Halbuki, bu vəziyyətləri özlərini dəyişdirib tövbə etmədikləri müddət boyu yalnız dünyada deyil, axirətdə də özlərinə böyük itki olaraq dönər. Allahın razılığını qazanmaq üçün dünya həyatında ikən ən kiçik bir əziyyətdən də qaçan bir insan axirətdə böyük peşmanlıq yaşayar.

Əsl din əxlaqı insanın bütün həyatına və əxlaqına təsir etməlidir. Allaha inanan bir insan bütün həyatını Allahın razılığına uyğun şəkildə, Onun dininə tabe olaraq və Quran əxlaqını tətbiq edərək yaşayar. Allahın dinini dünyəvi mənfəətlərinə uyğun olub-olmamasına görə əsla qiymətləndirməz. Qiymətləndirdiyində, o zaman bu, əsl dindarlıq olmaz. Bu səbəblə, kokona xarakterinin dinə azğın baxışı İslamın ruhundan və məntiqindən çox uzaqdır. Halbuki, Allah ayələrində dinin yalnız Allaha xalis edilməsinin lazım olduğunu belə buyurur:


Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə, sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! (Zumər surəsi, 2-3)
De: “Mən Allaha dinimi yalnız Ona məxsus edərək tapınıram! Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!” (Zumər surəsi, 14-15)
Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək ibadət edin! (Mömin surəsi, 14)
Ən çətin anlarda belə kokona xarakterini

tərk etməzlər

Kokona xarakterinin digər bir xüsusiyyəti bu xarakterin insanın bütün həyatına hakim olmasıdır. Bu hakimiyyət o qədər güclüdür ki, kokonalar ən çətin anlarda belə öz qanunlarından əl çəkməzlər. Yuxarıdakı hissədə izah edilən cənazə mövzusu buna bir nümunədir. Çünki bu insanlar ən yaxın yoldaşlarının ölümlərində, hətta öz yoldaşlarının və ya uşaqlarının ölümündə belə Quran əxlaqına tamamilə zidd olan xarakterlərini tərk etməyi düşünməzlər.

Bu çirkin xarakterə sahib olan insanlar düşünmə qabiliyyətlərindən heç istifadə etmədikləri üçün Allahın böyüklüyünü və qüdrətini tam mənası ilə dərk etməzlər, buna görə də Allahdan qorxmazlar. Dolayısilə, heç bir hadisə onlara dərindən təsir etməz və səmimi davranmağa və təvazöyə yönəltməz. Yaxın yoldaşının təhlükəli xəstəliyə tutulması, uşaqlarının şikəst olması, yoldaşlarının ölüm təhlükəsi keçirməsi və bunun kimi hadisələr ruhlarında dərin təsir meydana gətirməz. Bu insanların vəziyyətindən əsla ibrət götürməzlər. Özlərinin də bir gün belə bir hadisə ilə qarşılaşacaqlarını düşünüb əxlaqlarını gözəlləşdirməyə, səhvlərini düzəltməyə çalışmazlar.

Kokonaların dözə bilmədiyi və onları sıxıntıya salan yalnız bir hadisə vardır: öz ölümləri. Kokonaların həyatda ən çox qorxduqları şey ölməkdir. Ölümün özlərinə, həqiqətən, yaxınlaşdığını hiss etdiklərində ciddi qorxuya düşərlər. Bu çirkin xarakterlərini ancaq o zaman tərk edər və səmimi üzlərini ortaya çıxararlar. Məsələn, zəlzələdəki çaxnaşma kokona xarakterinin tərk edilməsinə səbəb ola bilər. Belə anda bu xarakteri yaşayan bir insanın üz ifadəsi, səs tonu, hərəkətləri və Allahı zikr etmə şəkli birdən-birə dəyişir. Acizliyini bilən, təvazölü, qorxan, səmimi bir şəkil alar. Ancaq zəlzələ sona çatdığı anda bu təsir birdən yox olar və kokona xarakteri eynilə geri dönər. Çünki burada xarakterin bir anlıq da olsa dəyişməsini təmin edən güc Allah qorxusu deyil, ölüm qorxusudur. Ölüm təhlükəsi keçdiyi anda bu xarakter də bütün çirkinliyi ilə yenidən ortaya çıxar.




Kokona xarakteri ağırlıq, bacarıqsızlıq və

cahillik meydana gətirir

Ümumiyyətlə, kokonalar heç bir işə uyğun olmayan, heç bir mövzuda bacarığı olmayan cahil insanlardır. Çünki bu xarakterin insana verdiyi dünya son dərəcə kiçikdir. Həyatın yalnız müəyyən sahələri ilə maraqlanar, bundan başqa heç bir mövzuda məlumatları olmaz.

Kokonaların maraq göstərdiyi sahələr paltarlar, makiyaj alətləri, ətir markaları, ətrafdakı insanların şəxsi həyatı, dekorasiya modelləri, səyahət proqramları, bərbər ünvanları kimi mövzulardır. Bunların xaricində onları dərindən maraqlandıran bir mövzu yoxdur. Məsələn, Şərqi Türkistanda müsəlmanlara edilən işgəncələr, Fələstində yaşanan zülm, İraqda hər gün qətl edilən məzlumlar, Afrikada aclıqdan ölən insanlar, dünyada dinsizliyin yayılması, Quran əxlaqının tərk edilməsi və ya gənclər arasındakı əxlaq pozuntusu kokonaların heç bir şəkildə maraqlanmadığı mövzulardır. Çünki onlar yalnız öz problemlərinə qarşı həssas olan insanlardır. Başqalarının problemləri ən yaxın yoldaşları olsa belə, onları heç maraqlandırmaz. Ancaq öz mənfəətlərinə toxunan tərəfi olarsa, mövzu ilə maraqlanarlar.

Məsələn, özləri və ya ailələrindən biri xəstələnmədiyi müddət boyu xəstə olan insanlara yaxınlıq göstərməzlər. Özləri kasıb olmadıqdan sonra kasıb insanların vəziyyətini əsla düşünməzlər. Özləri ac qalmadığı müddət boyu ac insanların halından anlamazlar. Kokonaların bir mövzuda mütəəssir olmaları üçün, əvvəlcə, o hadisəni özləri yaşamalıdırlar. Özlərinə toxunmayan və narahatlıq verməyən heç bir problem onlar üçün əhəmiyyətli deyil. Müəyyən bir problemə həll axtarmaları, bunu yaşayan insanların qurtuluşu üçün cəhd göstərmələri və imkanlarından bu problemin həlli üçün istifadə etmələri ancaq bu vəziyyətin onlara da zərər verməsinə bağlıdır. Necə ki, əgər müharibə və ya aclıq olan bir ölkədə yaşayırlarsa və bu vəziyyətdən özləri də təsirlənirlərsə, buradakı problem üçün həll axtararlar. Ancaq eyni xarakteri yaşamağa davam etdikləri müddət boyu ağıllı və məntiqli həll axtarmaları da mümkün deyil. Əgər bir az əvvəl bəhs etdiyimiz ölkələrdən uzaq yerdə lüks rahatlıq içində yaşayırlarsa, oralardakı insanların vəziyyəti onları maraqlandırmaz. Bu mənada kokona xarakteri son dərəcə mərhəmətsiz və zalım bir xarakterdir.

Ayrıca, kokona xarakterinin insana verdiyi mədəniyyət də yalnız göstərişə əsaslandığından bu insanlar son dərəcə cahil və savadsızdırlar. Heç kitab oxumağa, ağıl işlətməyə, düşünməyə vaxt ayırmazlar. Bütün vaxtlarını və zəkalarını insanlara qarşı göstərişə ayırarlar. Bu səbəblə, kokonaların ən diqqətə çarpan xüsusiyyətləri ağıl tələb edən mövzularda fikir bildirib ətraflarına fayda verə bilməmələri və yaşadığı mühitə gözəllik qazandırmamalarıdır.

Hətta kokonalar təcili anlarda ağlı başında olan insanlara mane olur və problem çıxarırlar. Təhlükəli vəziyyətlərdə tədbir görülməsi lazım gəldiyində heç bir faydaları olmadığı kimi, ağılsız və bacarıqsız olduqları üçün onların da qorunmasına vaxt ayırmaq lazımdır. Məsələn, bir qəza anında dərhal həkim çağırmağın və ya ətrafa toplanan insanlara müdaxilə etməyin yerinə ağlayaraq, qışqıraraq və ağılsız hərəkətlər edərək hadisəni daha da böyüdərlər. Bunun kimi, ani hadisələrdə ağıllı davranıb problemi həll edə bilməzlər. Yalnız orada olan insanlara çətinlik törədərlər. Buna görə, kokona xarakteri insanın özünə zərər verməsindən başqa çox vaxt onu ətrafına qarşı da zərərli birisi halına gətirər.

Kokonaların həyata dair bir hədəfi, idealı, gözəl bir məqsədi olmadığı üçün, eyni zamanda, həyatlarına ağırlıq da hakimdir. Ümumiyyətlə, əyləncəyə, bərbərə, idmana, alış-verişə və ya dost ziyarətinə getməkdən başqa heç bir təcili işləri olmaz. Yalnız özləri ilə əlaqəli mövzularda tələsərlər. Başqa insanların yaxşılığı, sağlamlığı, təhlükəsizliyi üçün tələsməzlər. Zaman onlar üçün qiymətli olmaz, vaxtdan rahat istifadə edərlər. Günləri, ayları, hətta illəri heç bir faydalı iş görmədən yalnız özləri və çevrələri ilə maraqlanmaqla keçirərlər. Bu səbəblə, son dərəcə ağır hərəkət edər, hər mövzunu uzun-uzadı danışar, ən kiçik bir mövzunu belə saatlarla həll edə bilməzlər. Məsələn, evlərindəki hər hansı bir dekorasiya dəyişikliyinə həftələrlə, hətta aylarla qərar verə bilməzlər. Hansı paltarı geyəcəklərinə, saçlarını hansı formada yığacaqlarına, hansı boyunbağını taxacaqlarına, hansı ayaqqabını alacaqlarına və bunun kimi mövzulara günlərini, aylarını ayırarlar.

Kokona xarakterinin həyata gətirdiyi bu ağırlıq bu insanların zehni fəaliyyətlərinə də eyni şəkildə əks olunur. Ağılları son dərəcə durğun olur. Doğru ilə yanlışı asan ayırd edə bilməz, hikmətli danışa bilməz və ağıllı davranıb heç kimin əxlaqına, şəxsiyyətinə və həyat şəklinə müsbət təsir göstərə bilməzlər.


Kokona xarakterinin bəsitliyi

Bu xarakterə sahib olan insanların ən böyük iddialarından biri zadəganlıqdır. Zadəganlığın görünüş, davranış və bəzi ədəb qaydalarını tətbiq etməkdən ibarət olduğunu düşünən bu insanlar özlərini ətrafdakı insanlara qarşı son dərəcə nəcib kəslər olaraq tanıdarlar. Zənginliyin insanlara təbii nəciblik qazandırdığını və heç olmasa yemək yeməklə, oturumaqla və ya geyinməklə əlaqədar bəzi beynəlxalq qaydaları öyrənərək bu nəcibliyi əldə edə biləcəklərini düşünərlər.

Halbuki, kokonaların nəzakətli görünüşlərinin altında son dərəcə zalım, sadə və nəciblikdən uzaq bir xarakter yatır. Mənfəətlərinə zidd düşən bir hadisə olduğu anlarda davranışları və ya dəyər vermədikləri insanlara qarşı hərəkətləri də bu vəziyyəti açıq şəkildə ortaya çıxarır. Məsələn, çevrəsi tərəfindən son dərəcə nəzakətli bilinən bir kokona mağazada çantasını itirdiyində son dərəcə bəsit rəftar göstərməyə başlayır. Satıcılara qışqırır, onları oğurluqda günahlandırır. Dərhal çantasının tapılmasını, yoxsa oradakı hamını məhkəməyə verəcəyini deyər. Son dərəcə bəsit danışıq şəkli və səs tonu ilə hadisə ilə əlaqəsi olmayan insanlara qışqırar. O anda nəciblik və ədəb tamamilə itib gedər. Mənfəətlərinə zərər gələcəyini düşündüyü üçün əsl siması ortaya çıxır.

Mərhəmət, nəciblik, ədəb kimi mövzuların kokona xarakterində yalnız təqlidə əsaslandığını anlamaq üçün çoxlu nümunə göstərmək olar. Məsələn, bir kokona özünə baş çəkməyə gələn yaxın bir yoldaşının uşağına qarşı son dərəcə sevgi göstərər. Onu qucağına alar, sevər, mərhəmət göstərər. Çox nəzakətlə uşağın yıxılmamasına və ya zərər görməməsinə diqqət edər. Ancaq evinə kasıb bir ailənin uşağı gəldiyində davranışı fərqli olar. Onun otaqdakı kreslolarda oturmasını, yaxşı qablarda yemək yeməsini, evin içində gəzməsini istəməz. Bu uşağa toxunmaq və ya onu sevmək istəməz. Mərhəmət göstərməz, hətta əksinə davranar.

Bu xarakterə sahib olan insanlar həyat tərzlərinin dəyişilməsinə təhəmmül etməzlər, buna görə də tez əsəbiləşərlər. Məsələn, çox gözəl geyinmiş və dəvət edildiyi qonaqlığa çatmağa çalışan bir kokona düşünək. Ətrafındakılarla çox nəzakətli danışan və mülayim davranan bu adam əgər dəvət edildiyi yerin avtoparkında yer tapa bilməzsə, birdən rəftarı dəyişər. Avtomobilini uzaqda saxlayacağını anlayınca avtopark vəzifəlisini günahlandırmağa başlayar. Bu adamı alçaldıb istədiyini əldə etməyə çalışar. İsrarı fayda veməzsə, tez kobudlaşar, səs tonu, danışığı dəyişər. Kiçik bir mənfəət üçün bu şeylərə tamah salar. Çünki kokona xarakterinin zadəganlığı yalnız görünüşə əsaslanır.

Həqiqi zadəganlıq imandan qaynaqlanır və ruhda yaşanır. Ancaq Allaha iman edən, hər şeyin qarşılığını Allahdan gözləyən, Quran əxlaqının əsası olan ruh gözəlliyini yaşayan bir insan əsl nəcibliyə və izzətə sahib ola bilər. Belə bir insan şərtlərə və şəxslərə görə dəyişməyən, maddiyat ardınca qaçmayan, təvazökar, şərəfli və nəzakətli davranışa sahib olur. Allah Quranda gerçək izzət və qürurun Allaha və Allahın tərəfdarlarına aid olduğunu bildirir:


Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən güclülər ən zəifləri, əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki, şərəf-şan da yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər bilməzlər! (Munafiqun surəsi, 8)
O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. Qüdrət və izzəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, qüdrət və izzət tamamilə Allaha məxsusdur! (Nisa surəsi, 139)


ADAMLIQ DİNİNDƏ

İŞ PSİXOLOGİYASI

Kitabın əvvəlində bir müsəlmanın ən mühüm xüsusiyyətinin müsəlmanlıq olduğunu və özünü başqa bir dünyəvi meyara görə təyin edə bilməyəcəyini söyləmişdik. "Müsəlman" Allahın iman edənlərə verdiyi addır (Həcc surəsi, 78) və bir insan üçün bu adı daşımaq böyük şərəfdir. Buna görə də müsəlmanlığının şüurunda olan insan başqa bəzi xüsusiyyətlərə əsaslanıb formalaşmağa çalışmaz. İnsanın soyu, tayfası, ictimai mövqeyi, dili, rəngi, çevrəsi və s. Allah qatında və iman edənlərin gözündə əhəmiyyət daşımaz. Bir ayədə bu mövzu belə açıqlanır:


Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)
Bunu dərk edən bir mömin yaşadığı bəzi dünyəvi şərtlərə görə davranış və xarakterini dəyişdirməz. Məsələn, böyük maddi qazanc əldə etdiyində lovğalanmaz və ya kasıb olduğunda yazıq görkəmi almaz. Quranda bununla əlaqədar nümunələr verilmişdir və hz. Süleymanın böyük maddi gücə çatmasına baxmayaraq, təvazösünü və Allaha olan təslimiyyətini qoruduğu izah edilmişdir. Buna qarşı, müsəlmanlardan fərqli olaraq bəsit və zəif xarakterə sahib olan şəxslər hər mühit və şərtə görə dəyişərlər.

Özünə mülk verildinə görə lovğalanan Qarun və ya ən kiçik bir ziyana görə çaxnaşmaya düşüb ümidsizliyə qapılan digər inkarçılar "İnsana bir nemət verdiyimiz zaman üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar! (İsra surəsi, 83)” ayəsində təsvir edilən mənfi davranışın nümunələridir.

İnkar edənlərin xarakterinə çevrilən bu şəxsiyyətsizlik adamlıq dinində bir şəxsiyyət qazanmaq səyi kimi ortaya çıxır. Çünki adamlıq dini "adam olmaq", yəni cəmiyyətdə mövqe əldə etmək dinidir. Adamlıq dininin mənsubları da müsəlmanlıq kimi gerçək, sabit və dəyişməz bir şəxsiyyətə sahib olmadıqları üçün özlərinə fərqli dünyəvi xüsusiyyətləri şəxsiyyət olaraq götürərlər.

Bu xüsusiyyətlərin ən diqqəti cəlb edənləri peşələrdir. Adamlıq dininin mənsubları sahib olduqları peşələrə uyğun xarakter formalaşdırırlar. Əlbəttə, müsəlmanların da müəyyən peşələri vardır, lakin Allaha səmimi şəkildə iman edən bu insanların xarakterlərini iş yerləri, mövqeləri kimi xüsuslar təyin etməz. Müsəlmanlar o peşənin gətirdiyi xüsusi əhvala girməzlər, həmişəki etidallı davranışlarını tərk etməzlər.

Adamlıq dinində hər kəs gördüyü iş, sahib olduğu peşə qədər qiymətlidir. Qazandığı pul qədər etibarlıdır. Bu səbəblə, bir adamla tanış olduqdan sonra on dəqiqə ərzində mövzu dəyişər, ya onun, ya da atasının işinə gələr. Çünki bunu öyrənmək qarşı tərəfin dəyərləndirilməsi baxımından çox əhəmiyyətlidir. Bir şəxsi adam yerinə qoyub-qoymamağın ölçüsü karyerası və ya işindəki qazancı, ya da mövqesidir. Müxtəlif peşəyə sahib olan insanlar bir yerə yığışdığında hər kəs öz peşəsini ən yaxşı, ən etibarlı peşə olaraq önə sürməyə, digərlərinin isə o qədər də əhəmiyyətli olmadığını göstərməyə çalışar.

Adamlıq dinində hər peşənin özünə məxsus fərqli psixologiyaları vardır. Əgər bu peşə yüksək təhsil tələb edirsə, bu peşəyə aid əhval və psixologiya həmin şəxsə universitetə girdiyindən etibarən, istər müəllimləri, istərsə də tələbələr tərəfindən təlqin edilməyə başlanır.

Məsələn, həkimlər tibb fakültəsinə daxil olduqlarından etibarən, hər kəsin həyatının və sağlamlığının özlərinə bağlı olduğu və etdiklərinin ən müqəddəs iş olduğu təlqinlərilə formalaşır və bu psixologiyanı ömürlərinin sonuna qədər daşıyırlar. Əlbəttə, bir həkimin xəstə bir insanı yaxşılaşdırmaq və ya həyati təhlükəsi olan bir şəxsi qurtarmaq üçün göstərdiyi səy gözəl və təqdir edilən davranışdır. Ancaq adamlıq dinini yaşayan insanlar yanlış şəkildə xəstəni özlərinin sağaltdıqlarını düşünürlər. Halbuki, şəfanı verən uca Allahdır. Həkim, dərman, müalicə isə yalnız bir vasitədir. Digər tərəfdən əczaçılar da buna bənzər psixologiyaya malikdir. Hüquq fakültəsini bitirənlər özlərini ədalətin əsas dirəkləri, insanların ən ağıllıları, ən ayıqları, mühakimə qabiliyyətləri ən güclü, hadisələri ən doğru qavrayıb həll edə bilən kəslər bilirlər. Mühəndislər isə gündəlik həyatda qarşılaşdığımız hər şeyin öz peşələrinin məhsulu, ya da əsəri olduğunun düşünüb öz yerlərinin çox əhəmiyyətli olduğu qənaətindədirlər.

Ticarət və sərbəst peşələrlə məşğul olanlar da özlərini ictimai və iqtisadi həyatın dirəyi olaraq görürlər. Bunlardan hər biri öz peşəsinin olmadığı təqdirdə, insanların gücsüz vəziyyətdə qalacağını, hətta həyatlarını belə davam etdirə bilməyəcəklərini və özlərinin əhəmiyyətli insanlar olduqlarını hər fürsətdə dilə gətirirlər.

Bu insanlar şəxsiyyət və xarakterlərini peşələrinin təlqin etdiyi sözdə müqəddəslik, müstəsnalıq, həmçinin fərqlilik duyğusunun gətirdiyi qürur, eqoizm, özündən razılıq kimi psixologiyalar üzərinə qururlar. Buna görə də adamlıq dininə mənsub olan insan öz peşəsi haqqında son dərəcə həssasdır. Peşəsinə qarşı deyilən hər sözü özünə qarşı deyilmiş kimi qəbul edir və peşəsini sanki namusu kimi müdafiə edir.

Yüksək təhsil tələb etməyən, daha çox fiziki xüsusiyyətlərə və ya təcrübəyə, yaxud da atadan qalma bilgi və bacarığa əsaslanan işlərin də adamlıq dinində özlərinə aid fərqli psixologiyaları vardır. Bu işlərə girməyin və sonrasının, bunlara aid atelye, dükan, mağaza, büro kimi iş yerlərinin hamısının adamlıq dini tərəfindən təyin olunmuş özlərinə xas fərqli psixologiyaları və dəyər mühakimələri vardır. Belə işlərdə işləyənlərin təkəbbür və qürurları digərlərinə görə daha çox tərslik, tündxasiyyətlilik, əsəbilik, çoxbilmişlik və bənzəri şəkillərdə özünü göstərir.

Adamlıq dininin iş əxlaqı hələ iş axtarışına başlayarkən özünü göstərir. İş axtararkən ən mühüm, hətta yeganə meyar o işin qazandıracağı puldur. Nəyə, hansı inanc və düşüncəyə və ya kimə xidmət edildiyi, görülən işin fayda və zərərləri düşünülməz.

Adamlıq dinində qadınların seçdiyi peşələrdən biri katibəlikdir. İş yerlərində müdirlər çox vaxt kişi olur və katibəliyə xüsusilə qadın işçi axtarırlar. Burada qadının çox mühüm rolu vardır. Namizəd iş bacarığı, məlumatı, təcrübəsi və ya zəkasından çox xarici görünüşü ilə qarşı tərəfə təsir etməyə çalışar.

Müdirlər iş yerində və ya şəxsi həyatında özünə həmişə şahid olan işçiləri çox diqqətlə seçirlər. Bu səbəblə, qadın və ya kişi olsa da, katibə müdirin görüb-eşitməz işçisidir, lazım olanda yalan danışmağı bacarmalı, amma müdirinə əsla yalan danışmamalı, çox sədaqətli olmalıdır. Normal həyatda müəyyən saxtakarlığa şahid olub susmaq və ya ona ortaq olmaq xoş qarşılanmaz. Ancaq eyni hadisə iş daxilində olduğunda, adamlıq dini bunu iş əxlaqının bir parçası görür. Katibəliyin bu yönü peşəsinin cahiliyyə cəmiyyətindəki əxlaqi gərəyidir. Heç kim mühakimə etməz.

Müdirin iş yoldaşları ilə, hətta bəzən ailəsinə qarşı olan gizli işlərini görməzlikdən gəlməsilə müdirin gözünə girib etibarını qazanır. Çöldəki bütün insanlara qarşı müdiri ilə ortaq davranış və mənfəətdə davranır. Katibələr çevrəsinə özünü müdirləri ilə göstərirələr. Müdirin iş səyahətinə getməsi, xarici görüşləri, qazandığı pulu onun üçün həmişə göstəriş ünsürü olur.

Marketinq, satış işi kimi işlər də katibəlik kimi görünüşə əsaslanan işlərdəndir. Müdirlər namizədləri yığıncaq otağında sorğuya çəkir. Yanlarında sadə zarafatlar edib reaksiyalarına nəzarət edirlər. Bu zarafatlardan və davranışlardan xoşlanmadığına dair reaksiya verməməsi o adam üçün müsbət haldır. Bunun kimi, bir çox müxtəlif şəxslərlə əlaqə qurulan işlərdə heç bir söz və davranış qarşısında reaksiya verməmək, təsirlənməmək, bu mövzuda diqqətli olmaq, hətta bundan xoşlandığını ifadə etmək axtarılan şərtlər arasındadır. İşi bitirən əsnaf xarakteri buna son dərəcə uyğundur. Bu da satış işinin əxlaqi gərəyidir. Laqeydlik, şəxsiyyətsizlik kimi xüsusiyyətlər adamlıq dininin iş əxlaqının bir parçasıdır. Möminlərdə isə bu əxlaqın əksinə, təmkin, izzət, şərəf, nəciblik kimi üstün əxlaq xüsusiyyətləri olur.

Adamlıq dinində iş yerində göstərilməsi gərəkən davranış tamah duyğusunu meydana gətirir. Pul qazanma həvəsi, lider olma və şöhrət həvəsi cəmiyyətdə təqdirlə qarşılanır. Bu səbəblə, iş yerlərində böyük ölçüdə materialist hava hakimdir. Bütün hərəkət və davranışlar, bütün danışıqlar pul və mövqe əldə etməyə yönəlir. İşləyənlərin vəzifələri, yerləri müəyyəndir. Hər kəs öz mövqesinin qəlibinə girir. Çox məşğulmuş kimi davranır. Əsəbi hərəkətlər, gərginlik ümumi davranış olaraq işləyənlərin bir çoxuna hakimdir.

Adamlıq dinində müdir iş yerinin sahibi, maaşları verən və ya yönləndirən adam olmağın verdiyi rahatlıqla istədiyi kimi danışar, qışqıra bilər, təhqir edə bilər, qarşısındakı insanı alçalda bilər. Necə də olsa, pulu ödəyən özüdür. Özünün idarəsindəki işçilərə başqalarına göstərdiyi hörməti göstərmək məcburiyyətində deyil. Buna baxmayaraq, özünə qarşı həddindən artıq bir hörmət gözləyir. Əmrindəkilər etdiyi hər şeyə dözmək məcburiyyətindədirlər. Müdir-işçi əlaqəsində bir növ kölə məntiqi vardır. Müdir maaşını ödədiyi hər kəsə qarşı istədiyi kimi davranacağını və xitab edə biləcəyini düşünür.

Ofisdəki adi danışıqlarda belə iş sözlərindən istifadə edilir. İngiliscə bilən öz peşəsilə əlaqədar olan termin və sözlərdən yerli-yersiz, qarşısındakı anlamasa belə, lovğalanmaq üçün tez-tez istifadə edir. Telefonu tutmaq tərzləri vardır. İşçilər bir-birini bəyənməzlər, digərinin işinə düzəliş verib çox bildiyini göstərərlər. Ofisdə çoxlu dedi-qodu edirlər. Köhnə işçilər bir-birlərinin hər cür saxtakarlığını bilirlər, amma öz etdiklərinin də ortaya çıxmasından qorxduqları üçün bunları aşkara çıxarmazlar.

Yeni gələnin hamı üstünə gedir, onunla naşı kimi davranıb davamlı səhvini tuturlar. On beş günlük olan, bir günlük olana hakimlik etməyə çalışır. Köhnə olanlar yeni gələnə tez-tez lazımlı-lazımsız mövzularda ağıl verib hər mövzuda üstünlük hiss etdirməyə çalışırlar. Bəzən iş yerinin müəssələri arasında çəkişmələr olur. "Bu işi həll etdim" havasına girib iş görən olduğunu göstərməyə çalışırlar.

Dükan, mağaza kimi iş yerlərində hakim olan psixologiya çox da fərqli deyil. Satıcılar heç biri özlərinə aid olmadığı halda, bütün malların, dükanın sahibi kimi hərəkət edirlər. Bu, hər kəsin alıcı, özünün isə satıcı olmasının verdiyi ruhi haldan qaynaqlanır. İşçi orada yalnız satıcı olduğu üçün sıxılır. Müştərinin maddi vəziyyətinin yaxşı olmadığını gördükdə laqeyd və soyuq davranır, davamlı əsəbi hərəkətlər edir. Birinci nəzakətli olmağa çalışır, amma müştərinin almayacağını, ya da ala bilməyəcəyini hiss etdikdə kobud davranmağa başlayır, üzünə baxmaz, üzünü yanındakı yoldaşlarına çevirər və ya çölə tamaşa edər. Tərs cavablar verər. Müştəriyə onun vaxtını alırmış kimi davranar. Ümumiyyətlə, belə iş yerlərində vaxt boş və mənasız söhbətlərlə, vitrin şüşələrindən çölə baxmaqla və güzgüdə özünə tamaşa etməklə keçir.

Rəsmi idarələrdə isə daha formalaşmış əhval-ruhiyyə vardır. Belə yerlərdəki əsəbi və gərgin mühit artıq hər kəs tərəfindən qəbul edilmişdir. İşçilərin böyük qismi özlərini qürurlu aparırlar. Sözləri təkcə işlədikləri sahədə keçir. Bu səbəblə, işi düşdüyü üçün oraya gələn insanlara qarşı sərt və hətta hakim bir üslubdan istifadə edirlər. Yanlarında tez-tez dolub-boşalan çay stəkanları, siqaret tüstüsü, işçilərin aralarında danışdıqları dolanışıq çətinliyi, ailəvi məsələlər, bazar söhbətlərilə görülən işlər belə yerlərin adi mənzərələrindəndir.

İşçilər səs tonları və əsəbi hərəkətlərilə bezdiklərini hiss etdirirlər. İşini gördürən işi görəni həmişə yola verməlidir. Tez-tez sual vermir ki, işi görən bundan sıxılmasın. Sual verəndə də işi görən buna cavab verməz və dönüb tərs-tərs baxar. Hətta acı söz də deyə bilər.

Ancaq rəsmi idarələrdəki bütün bu sərt və əsəbi məmur rolları həmin yerlərə gələn kasıb, cahil və ya sadə görünüşlü insanlara qarşı olur. Adamlıq dininə mənsub məmurlar zəngin, yaxşı geyimli, yüksək mövqe sahibi olduğu müəyyən olan kəslərə qarşı qətiyyən belə davranmazlar. Əksinə, bu insanlara qarşı son dərəcə hörmətlə davranırlar. Bu isə həqiqi hörmət deyil. Şəxsiyyətsizlik və bəsitlikdən qaynaqlanan sadə hörmətdir. Sözügedən zəngin insanlara hörmət göstərən məmur böyük ehtimalla onlardan mənfəət də əldə etməz. Amma mühüm dəyər mühakiməsi olduğuna görə, zənginə qarşı istər-istəməz hörmət edirlər. Bu hörmət, əslində, qısqanclıqla qarışıq bir növ heyranlıq kimi də müəyyən oluna bilər. Adamlıq dininin bəsit və mənfəətçi xarakteri burada açıq şəkildə ortaya çıxır.

Bütün bu hadisələr və davranışlar adamlıq dini mənsublarına normal və adi şeylər kimi görünür. Bu, balığın suyun fərqində olmadığına bənzəyir. Balıq suyun fərqində olmur, çünki bütün həyatı suyun içində keçir. Adamlıq dini mənsubları da içində olduqları ruhi halın, davranışların nə cür ağılsız və mənasız olduğunun fərqində deyillər. Özlərini Allahın yaratdığını, bu dünyada keçici müddətdə imtahanda olduqlarını və nəticədə Rəbbimizə dönüb hesab verəcəklərini düşünməzlər. Bunları düşünüb, Allaha şükür edib Onun razılığını axtarmağın əvəzinə, bütün günlərini və bütün həyatlarını mübahisə və mənfəət hesabları ilə keçirirlər. İllərlə kiçik bir ofisdə işləyir, maaşlarını artırmağa, yüksəlməyə çalışır, başqaları haqqında dedi-qodu edir, qısqanclıq sıxınıtıları ilə stress içində yaşayırlar. Ancaq Allahın razılığını nəzərə almadıqları və axirəti unutduqları üçün bütün bu etdikləri boş və mənasızdır. İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. (Ənbiya surəsi, 1) ayəsində bildirildiyi kimi, tam bir qəflət içindədirlər və Quranda bu kəslər O kəslər ki, yalana qurşanıb qəflət içində oynayarlar. (Tur surəsi, 12) şəklində keçir.

Adamlıq dinində işi düşəni, pulsuz olanı, çirkin olanı, aşağı mövqedə olanı əzmək ümumi prinsipdir. Müştəri ilə birbaşa ünsiyyət qurulan iş yerlərində müştərinin tip və paltarına görə hərəkət edirlər. Müştəri zəngin görünüşlü olarsa, onunla nəzakətli davranıb diqqət göstərirlər, əks halda, yuxarıdan baxıb laqeyd davranırlar və başdan edirlər. Dükan və mağazalarda da davranışlar buna görə nizamlanır.

Hər peşənin özünə görə ədəbi və qaydası vardır. Ancaq ortadakı malın bazar dəyərinə, müştərinin zənginliyinə və ya işin etibarlılığına görə, bu dəyərlərə bəzən fikir verməzlər və yaxud bunları dəyişdirərlər. Yaraşmayan bir geyimin yaraşdığını demək, keyfiyyəti aşağı olan məhsulu tərifləyib satmaq, bahalı bir şeyin ucuz olduğuna inandırmaq adamlıq dininin ifadəsilə professionallıq tələb edir. Onsuz da bu dinin mənsublarına görə iş əxlaqı deyilən şey budur. İş əxlaqı kimi adlandırılmasının səbəbi Quran əxlaqından fərqli olmasıdır. Bu əxlaq günahın gizli edilməsini təsdiqləyir. Adamlıq dininin yanlış ölçülərinə görə:

- Açıq şəkildə oğurluq etmək adamlıq dininə ziddir, lakin işi örtülü şəkildə qanuni görünüş altında haqsız mənfəət götürmək adamlıq dininin qaydasıdır.

- Açıq rüşvət almaq qadağandır, amma hədiyyə adı ilə rüşvət almaq olar.

- Adam öldürmək böyük cinayətdir, biri ölərkən başını bəlaya soxmamaq üçün səsini çıxarmamaq ağıllı hərəkətdir.

- Bir adamın üzünə qarşı təhqir etmək, söymək ayıbdır, arxasından dedi-qodu etmək normaldır.

- Dinsiz olmaq pisdir, amma çox dindar olmaq da məqbul deyil.

Ayrıca, adamlıq dini öz məntiqi içində batil bir İslam anlayışı da çıxarmışdır. Bu azğın anlayışa görə, bir kəsin Qurandan fərqli olaraq öz zamanına, mühitinə və maraqlarına uyğun gələn müəyyən ibadətləri yerinə yetirməsi məqbuldur. Lakin Allahın təsvir etdiyi həyatı tam yaşamaq, İslamın bütün qaydalarına tabe olmaq həddi aşmaq kimi görülür və doğru qəbul edilmir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə