GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ



Yüklə 0,8 Mb.
səhifə11/13
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1483
1   ...   5   6   7   8   9   10   11   12   13

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz! (Tövbə surəsi, 24)
Ayədə adamlıq dininin ucaltdığı bəzi əsas dəyər mühakimələri sayılır və bu dəyər mühakimələrini islami dəyərlərdən üstün tutmağın fasiq (yoldan çıxmış, Allaha üsyan etmiş) bir camaatın xüsusiyyəti olduğu izah edilir. Bu fasiqlər birliyinin sahib olduğu səhv sevgi anlayışı bu dəyər mühakimələri arasında yer alır. Adamlıq dinində cəmiyyət və insan sevgisi çox vaxt Allah sevgisindən öndə gəlir. İnsanların razılığı Allahın razılığından üstün tutulur. Bu vəziyyət Quranda şirk, yəni Allahdan başqasını ilah qəbul etmək kimi açıqlanır:
İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)
Ancaq bu insanlar şirkin yalnız taxtadan, gipsdən bütlərə tapınmaqdan ibarət olduğunu düşündükləri üçün özlərini bundan tamamilə uzaq görürlər. İçində olduqları sistemin şirk sistemi olduğu özlərinə deyildiyində isə qəzəblənirlər. Ancaq şirk (ortaq) qoşanlar hər nə qədər özlərini təmizə çıxartmağa çalışsalar da, Allahın hökmü qətidir, Quranda “Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa, olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, çox azmışdır. (Nisa surəsi, 116)” ayəsilə müşriklərin mövqeləri bildirilmişdir.

Adamlıq dininin batil kitabı isə atalardan gələn mədəniyyətin və cəmiyyətin o günkü şərtlərinin meydana gətirdiyi qaydaların hamısıdır. Bu səbəblə, ağılsızlıq edib Quranı yol göstərici olaraq qəbul etməzlər. Buna görə də çox vaxt Quran oxumazlar. Quran oxumaq üçün yalnız cənazə kimi müəyyən hadisələr olmalıdır. Halbuki, bu, hiyləgər bir şeytani üsulla Quranın insan həyatından uzaqlaşdırılması deməkdir. Allah Quranda bu insanların vəziyyəti ilə əlaqədar belə bildirir:


Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək. (Furqan surəsi, 30)
Bundan başqa, cəmiyyətin batil prinsiplərini, qəribə qaydalarını, səhv yetişdirmə formalarını, qulaqlardan eşidilən məlumatları qəbul edirlər və uca Allahın bildirdiyi dinə görə deyil, başqa batil ölçülərə görə yaşayırlar. Halbuki, Allah Qurandan kənar sistemi özlərinə rəhbər edənlərə və buna baxmayaraq, özlərini hələ müsəlman hesab edənlərə belə xitab edir:
Sizə nə olub, necə mühakimə yürüdürsünüz? Yoxsa bir kitabınız vardır ki, orada oxuyursunuz?! Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?! Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?! (Qələm surəsi, 36-39)
Adamlıq dininin mənsubları Allahın seçdiyi dinin yerinə öz istək və arzularının, atalarından gələn mədəniyyəti və ya yaşadıqları cəmiyyətin batil qaydalarını yol göstərici olaraq qəbul etmiş və azmışlar. Bu şəkildə özlərinə Allahın rəhməti olaraq göndərilən ən mükəmməl və yeganə qurtuluş ümidi olan haqq dini az və çox qısa müddətə dünya mənfəəti qarşılığında satırlar. Bunun necə pis alış-veriş olduğu Quranda belə ifadə edilir:
Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar. (Bəqərə surəsi, 86)
Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar. (Bəqərə surəsi, 16)
Batil dindən qopub ayrılmaq

Allahın dinini (İslamı) seçən bir insanın əsas xüsusiyyəti yalnız Allahı Rəbb qəbul etməsidir. Allahı Rəbb etdiyinə görə, Ondan başqa heç bir varlığı yol göstərici olaraq qəbul etməz. Bütün həyatını Allahın göstərdiyi şəkildə, yəni Onun "...müttəqilərə doğru yol göstərən... (Bəqərə surəsi, 2)” kitabına, Qurana görə təşkil edər. Bu vəziyyətdə, başqa bir əxlaq sistemini mənimsəməsindən söhbət gedə bilməz. Dolayısilə, iman edən bir insan Quran əxlaqının tam əksi olan əxlaqi sistemə bağlı olmaz. Həm müsəlman olub, həm də atalarından gələn dinsiz ənənələrini təqib etməz. Özbaşına bir həyat fəlsəfəsi də çıxarmaz. O, yalnız müsəlmandır, başqa adı olmaz. Ona bu adı Allah vermişdir. Quranda bu mövzu belə bildirilir:


Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O, nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (Həcc surəsi, 78)
Quranın fərqli surələrində yaşadıqları cəmiyyətin batil dinindən tamamilə qopub ayrılan və tamamilə Allahın dininə yönələn möminlərdən danışılır. Yaşadıqları cəmiyyətin batil dinini qəbul etmədikləri üçün ölüm təhlükəsilə qarşılaşan və təhlükəsizlik üçün mağaraya sığınan əshabi-kəhf (mağara əhli) bunlardan biridir. Quranda kəhf əhlinin vəziyyəti belə bildirilir:
Yoxsa əshabi-kəhfin və Rəqimin ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? (Kəhf surəsi, 9)
Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini artırmışdıq. Onlar durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, danışmaqda həddi aşmış olarıq!” – dedikləri zaman onların ürəklərinə qüvvət vermişdik. Bizim bu camaat Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım kim ola bilər?! “Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın”. (Kəhf surəsi, 13-16)
Ayələrdən aydın olduğu kimi, Allahın dininə təslim olan bir mömin batil dinə mənsub olan insanlardan fikirlə tam mənası ilə uzaqlaşmalı, ayrılmalıdır. Bu, mütləq fiziki ayrılıq mənasını verməz. Əshabi-kəhf qarşı tərəfdən gələn hücum səbəbilə fiziki olaraq ayrılıb mağaraya girmişdir. Möminlər xüsusilə zehni yöndən batil dinə mənsub kəslərdən qopmalıdır. Hz. Yusif buna nümunədir. Misirdə özünə atılan bir böhtan üzündən zindana düşdüyü dövrdə zehni olaraq inkarçılardan tamamilə qopub ayrılmışdı. Zindanda özünə sual verənlərə belə demişdi:
(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim! Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu, Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükür etməz! "Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?! (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O, sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların çoxu bilməz! (Yusif surəsi, 37-40)
Bir başqa ayədə isə hz. İbrahim və onunla birlikdə iman edən möminlərin batil dinə mənsub olan cəmiyyətdən qopub ayrıldıqları nümunə göstərilir:
İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan qurtara bilmərəm!” – deməsi istisnadır. “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır. (Mumtəhinə surəsi, 4)
“Kafirun” surəsi isə möminlərlə batil din mənsubları arasındakı ayrılığın bir başqa ifadəsidir:
De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz! Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! Sizin öz dininiz var, mənim də öz dinim!” (Kafirun surəsi, 1-6)
Mömin batil din mənsubları ilə özü arasındakı ayrılığı qəti olaraq son dərəcə xüsusi şəkildə etməlidir. İnkar edənlərin dininin heç bir istiqaməti, məsələn, dəyər mühakimələri, əxlaq qaydaları, davranış formaları, dialoq şəkilləri və s. möminlər tərəfindən mənimsənib tətbiq olunmamalıdır. Mömin batil dindəki rəftarları deyil, Quranda təsvir edilən rəftarları göstərməklə məsuliyyət daşıyır. Çünki Quranda möminlərin zadəganlığına, nəcibliyinə əxlaqına və inancına ən yaraşan yeriş şəkli və hətta səs tonu da təsvir edilir. Allah ayələrdə belə buyurur:
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə və səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir! (Loğman surəsi, 18-19)
Ancaq burada bir xüsusa diqqət yetirmək lazımdır: batil dinlər fərqlidirlər və çoxu marksizmdə olduğu kimi, Allahı inkar etdiyini açıq şəkildə söyləyir. Buna qarşı, Qurandan öyrəndiyimiz kimi, batil dinlərin mənsublarının mühüm bir hissəsi Allaha inandıqlarını, Ona itaət etdiklərini söyləyirlər. Ancaq bu səmimi olmayan bir iddiadır və həqiqətlə heç bir əlaqəsi yoxdur. Yaşadıqları həyat və mənimsədikləri əxlaq anlayışı bu iddialarına ziddir. Bir ayədə batil din mənsublarının sözügedən iddialarına belə nümunə verilir:
Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! (Zumər surəsi, 3)
Başqa ayələrdə isə batil din mənsublarından soruşduqda Allahın varlığını və qüdrətini qəbul etdikləri, ancaq dillərilə qəbul etdikləri bu həqiqətin mənasını qavraya bilmədikləri və Ondan qorxmadıqları xəbər verilir:
De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə necə döndərilirsiniz?” (Allahın itaətindən çıxmış) fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü belə gerçək oldu. (Yunus surəsi, 31-33)
Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar niyə döndərilirlər? (Ənkəbut surəsi, 61)
Bu səbəblə, batil dinləri təşxis edərkən diqqətli olmaq lazımdır. Batil dinlərin mənsubları Quranın yalnız mənfəətlərinə zidd olmayan qismini qəbul edirlər. Amma dediyimiz kimi, qəbul etdikləri Quranın yalnız bir qismidir və Allahın hökmünə görə, Quranın bir qisminə iman edib, bir qismini qəbul etməmək inkardır:
Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki, onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.... (Bəqərə surəsi, 85)
Allah bir ayədə möminlərə belə buyurur:
Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılaraq ölmüş, vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa, günaha meyil etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!.. (Maidə surəsi, 3)
Allah bizlərə din olaraq İslamı seçmişdir. Yeganə doğru yol odur və ondan başqa hər yol (hər din) batildir. Biz düşüncələrimizi, davranışlarımızı, danışmağımızı, yaşamağımızı Allahın dinindən öyrənməklə məsuliyyət daşıyırıq.

Buna görə, müsəlmana düşən yaşadığı cəmiyyətin vəziyyətini Quranın meyarları ilə təhlil etmək və ona görə davranmaqdır. Əgər yaşadığımız cəmiyyətin üzvləri özlərinə Rəbb olaraq Allahı deyil, bir-birlərini və ya atalarını qəbul etmişlərsə, özlərinə yol göstərici olaraq Allahın kitabını deyil, başqa qaynaqları müəyyən etmişlərsə, Allahı unudub Onun hökmlərindən üz çevirmiş olurlar.



NƏTİCƏ

Kitab boyu adamlıq dininin yaşadığımız cəmiyyətdə ortaya çıxan bəzi mühüm yönlərini araşdırdıq. Ancaq bu, bir həqiqətdir ki, adamlıq dini yalnız yaşadığımız dövr və cəmiyyətə aid batil bir din deyil. Əksinə, bu şeytani din hər dövr və hər coğrafiyada haqq dindən azmış cəmiyyətlərin ortaq dini vəziyyətindədir. Yalnız bu saxta dinin şəkillərində bəzi dəyişikliklər vardır. Zaman və coğrafiyaya görə cəmiyyətlərin adətləri, davranış formaları dəyişir, amma əsas məntiq eynilə qalır. Məsələn, adamlıq dininin ən mühüm xüsusiyyətlərindən biri olan göstəriş müxtəlif cəmiyyətlərdə müxtəlif şəkillərdə reallaşır və ya qürur və özündən razılığın ətrafa biruzəsi fərqli tərzlərdə edilə bilir. Amma nəticədə əsas məntiq eynidir.

Bu məntiq başdan bəri vurğuladığımız kimi, adamlıq dininin Allahı unutmasının bir nəticəsidir. Quranda belə buyurulur:
(Şüeyb) dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız?...” (Hud surəsi, 92)
Bu saxta dinin mənsubları bu dünyaya Allaha qulluq etmək üçün gəldiklərini, tək qurtuluşun Onun razılığı olduğunu bilməzlər. Halbuki, bizi yaradan, bizə analarımızın bətnində şəkil və surət verən, bizi dünyaya yerləşdirən, bu dünyanı bizim üçün döşəyib-hazırlayan, bizə ruzi verən, bizi yaşadan və öldürəcək olan Allahdır. Bizim Ondan başqa heç bir vəlimiz, Rəbbimiz, sahibimiz, İlahımız yoxdur. Ondan gəldik və Ona gedirik. Bu dünyada da çox qalan deyilik.

Madam ki, varlığımızın əsl mahiyyəti budur, o halda, keçici müddət ərzində qalacağımız dünyanın kiçik mənfəət hesablarına girmək, dünyada bir-birimizə lovğalanmaq, yox olmağa məhkum olan mal və mülkə tamahla bağlanmaq, Allahın dinindən kənar özümüzə başqa yol göstəricilər, başqa məqsədlər, başqa iddialar seçmək ağıllı hərəkət deyil. Dünya axirətin tarlası olaraq yaradılmışdır. Axirətdə Allahın rəhmətini və Cənnətini qazanmağımız, bu dünyada dinc yaşamağımız ancaq Allaha tabe olmaqla, Allaha sarılmaqla mümkündür. Necə ki, bizə əmr edilən də budur:


... Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O, nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (Həcc surəsi, 78)
Bütün bu kitab boyu araşdırdıqlarımız, bizlərə adamlıq dininin çıxardığı səhv düşüncə, dünyagörüş, adət və davranışları göstərir. Adamlıq dininin sözügedən xüsusiyyətlərini Quranda təsvir edilən haqq dinlə müqayisə edincə ikisinin arasında nə cür böyük fərq olduğu açıq şəkildə ortaya çıxır. Bu fərq imanla küfr arasındakı fərqdir. Başqa cür desək, Allahın dini ilə şeytanın çıxardığı batil din arasındakı fərqdir. Buna görə, adamlıq dini ilə İslam dini arasında hər hansı bir bənzərliyin olması, müsəlmanların adamlıq dininin hər hansı bir qismini mənimsəməsi söz mövzusu ola bilməz. Buna görə də mömin adamlıq dini cəmiyyətində dərhal seçilir; cəmiyyətin üzvləri, onun özlərindən olmadığını qısa müddətdə anlayarlar. Amma öz dinlərinə bu qədər zidd xarakterə necə sahib olduğunu anlamazlar. Möminin məntiqi onların məntiqinə tamamilə ziddir. Onsuz da bu səbəbdən tarix boyu adamlıq dini mənsubları möminlərin necə bir məntiqə sahib olduqlarını qavraya bilməmiş və hətta onları dəlilikdə günahlandırmışlar.

Halbuki, əsl özlərinin yaşadıqları sistemin heç bir əsaslı, məntiqli dayağı yoxdur. Sözlərinin çoxu bir-birinə zidd olur. İslama tabe olmağın lazım olduğunu söyləyirlər, sonra da buna özlərinə görə məhdudiyyətlər gətirirlər. Dinin bəzi hökmlərini öz səhv düşüncələri ilə "bəyənir", amma "həddindən artığ"a qaçmağın lazım olmadığını söyləyib bəzi hökmlərin tətbiq olunmasını lazım bilmirlər. "Biz müsəlmanıq", -deyirlər, amma İslama görə yaşamaq istəmədiklərini söyləyirlər.

Bu məntiqdən kənar, ziddiyyətli sözlərdən də aydın olduğu kimi, hər hansı bir adamlıq dini mənsubunun dini mövzular haqqında etdiyi şərhlər, qarşıya qoyduğu fikir və düşüncələr Quran ayələrinə tamamilə ziddir. Quranda bu insanlardan belə bəhs edilir:
İnsanlar içində eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri və nurani kitabı olmadan Allah barəsində mübahisə edər. O, boynunu əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona Cəhənnəm odunun əzabını daddıracağıq! (Həcc surəsi, 8-9)
Halbuki, Qurandakı gerçək dini anlayıb tətbiq etmək üçün tam bir şüur açıqlığına və ağıla ehtiyac vardır ki, bu xüsusiyyətlərə sahib olanlar ancaq möminlərdir. Kafirlərin və müşriklərin isə şüur və hisslərinin bağlı olduqlarını Allah bir çox ayəsində ifadə etmişdir:
Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə surəsi, 7)
Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)
... (Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb: “(Müsəlmanlardan) sizi görən varmı?” – deyə soruşur, (görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini döndərmişdir! (Tövbə surəsi, 127)
Buna görədir ki, adamlıq dini ağılsız və şüursuz insanların batil dinidir. Halbuki, ağlı və vicdanı onu din əxlaqını yaşamağa yönəldir ki, insanın gerçək şanı, şərəfi və əbədi xoşbəxtliyi bu dindədir.

İki din arasındakı seçim insana aiddir. Bir ayədə mövzu belə açıqlanır:



Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)

İnsanların çox hissəsini özləri fərqində olmadıqları halda, təsiri altına almış batil bir din vardır. Bu, özünü açıq biruzə verməyən gizli bir dindir. Heç bir yazılı qaydası yoxdur. İnsanların hərəkət və davranışlarını, düşüncələrini təsiri altına alır. Bir çox insanlar fərqində olmadan həyatları boyu bu batil dinin qaydalarını tətbiq edir, bu batil dinin əmr və qadağalarına görə yaşayırlar.

Bu batil dinin qanunları ilə yaşayan insanlardan soruşduqda: "Mən müsəlmanam", -və ya: "Mən xristianam", -deyə bilərlər. Dinsiz, hətta ateist də ola bilərlər. Lakin hər biri, əslində, bu gizli dinin mənsubudur.

Bu din başlanğıcda insanlara bütöv şəkil də təklif edilmir. İnsanlar bu batil dini dünyaya gəldiklərindən etibarən aldıqları təlqinlərin nəticəsində mənimsəyirlər. Buna görə, hərəkət, düşüncə, rəftar, hətta mimikalarının belə bu batil dindən qaynaqlandığını dərk etməzlər.

Bu batil din ona bağlananlara hədəf olaraq "adam olmağ"ı göstərir. "Adam olmaq" bu batil dinin dəyər mühakimələrini mənimsəmək, qaydalarını, qadağalarını və davranış formalarını tətbiq etmək, xarakter xüsusiyyətlərini üzərində daşımaq deməkdir. Cəmiyyətdə qəbul edilmək, mühakimə olunmamaq, müəyyən bir mövqeyə çatmaq üçün adam olmaq şərtdir.

Bu batil din "adam olmağ"ın dinidir. Biz də buna qısa olaraq "Adamlıq dini" adını veririk.


Təkamül yalanı

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini rədd etmək məqsədi ilə ortaya atılan, lakin müvəffəqiyyətli ola bilməyən və elmdən kənar olan mənasız fikirdən başqa bir şey deyil. Canlının cansız maddələrdən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çoxlu möcüzəvi nizam olduğunun elm tərəfindən isbat edilməsilə dəlilsiz hala gəlmişdir. Beləcə, Allahın bütün kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsinə dəstək olmaq üçün dünya səviyyəsində aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, tərəfli şərh olunmasına, elm adı altında deyilən yalanlara və edilən saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat həqiqəti gizləyə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixinin ən böyük yalanı olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çoxlu sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılış həqiqəti ilə açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini digər bir çox əsərlərimizdə bütün elmi detalları ilə göstərdik və göstərməyə davam edirik. Ancaq mövzunu daşıdığı böyük əhəmiyyət səbəbilə burada da yekunlaşdırmaqda fayda vardır.



Darvini yıxan çətinliklər

Təkamül nəzəriyyəsi tarixinin qədim yunanlara qədər gedib çıxan bir nəzəriyyə olmasına baxmayaraq, əhatəli olaraq 19-cu əsrdə ortaya atıldı. Nəzəriyyəni elm dünyasının gündəliyinə gətirən ən əhəmiyyətli yenilik Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allahın ayrı-ayrı yaratdığı həqiqətinə qarşı çıxırdı. Darvinə görə, bütün növlər ortaq bir atadan gəlirdilər və zamanla kiçik dəyişmələrlə fərqliləşiblər.

Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, yalnız bir "məntiq irəli sürmək" idi. Hətta Darvinin kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox əhəmiyyətli suala cavab verə bilmirdi.

Darvin nəzəriyyəsinin önündəki çətinliklərin inkişaf edən elm tərəfindən aşılacağını, yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu kitabında tez-tez ifadə etmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin təməl iddialarını bir-bir əsassız etmişdir.

Darvinizmin elm qarşısındakı uduzması üç təməl başlıqda araşdırıla bilər:

1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.

2) Nəzəriyyənin qarşıya qoyduğu "təkamül mexanizmləri"nin, həqiqətdə təkmilləşdirici bir təsirə sahib olduğunu göstərən heç bir elmi tapıntı yoxdur.

3) Fosil (qalıq) qeydləri təkamül nəzəriyyəsinin nəzərdə tutduqlarının tam əksi olan bir cədvəl ortaya qoyur.

Bu hissədə bu üç təməl başlığı ana xətləri ilə araşdıracağıq.

Keçilə bilməyən ilk pillə:

Həyatın mənşəyi

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard il əvvəl ibtidai dünyada ortaya çıxan tək bir canlı hüceyrədən gəldiyini iddia edir. Tək bir hüceyrənin necə oldu ki, milyonlarla kompleks canlı növünü meydana gətirdiyi və əgər həqiqətən bu cür təkamül reallaşmışdırsa, niyə bunun izlərinin fosil qeydlərində olmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül müddətinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Haqqında danışılan o "ilk hüceyrə" necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün, o "ilk hüceyrə"nin heç bir məqsəd, plan və tənzimləmə olmadan təbiət qanunları içində təsadüfi olaraq meydana gəldiyini iddia edir. Yəni nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən fundamental biologiya qanunlarına zidd bir iddiadır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə